Məhkəmə qərarları › İş №2(102)-1988/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1988/2020

18.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1988/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddia tələbi: mənzildən payının naturada ayrılması, bu mümkün olmadığı təqdirdə mənzilin qiymətləndirilməsi və mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara mütənasib olaraq mülkiyyətçilər arasında bölünməsi (Açar sözlər: daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun bölüşdürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fua d Əlirza oğlunun katibliyi, iddiaçının vəkili x4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12938/2019 nömrəli iş üzrə 29 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 3 saylı evin 42 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) 5/16 hissədə İddiaçı, 1/16 hissədə x3, 1/16 hissədə Cavabdeh3, 9/16 hissədə Cavabdeh1 mülkiyyətindədir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzildən payının naturada ayrılması, bu m ümkün olmadığı təqdirdə mənzilin qiymətləndirilməsi və mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara mütənasib olaraq mülkiyyətçilər arasında bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 5/16 hissəsinə paylı mülkiyyət hüququ olan mənzildən payının ayrılması mümkün olmadığına və ondan istifadə etmədiyinə görə öz payını satmaq qərarına gəlmiş, 19.06.2018-ci il tarixdə məktubla cavabdehlərə müraciət edərək mənzilə olan payının satın alınmasını, satın almaq niyyətləri olmadığı təqdirdə isə həmin mənzilin açıq hərracdan satılaraq pulun paylara müvafiq aralarında bölünməsini təklif etmiş, lakin cavabdehlər iddiaçının bu təklifini qəbul etməmişlər. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Eksper tizası Mərkəzinin 28.11.2018-ci il tarixli, 28089 saylı rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli mənzilin faktiki vəziyyətinə, yəni 4-cü mərtəbədə yerləşdiyinə, mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna, mənzilin tərkibində olan kommunal xidmətli sahələr (mətbəx, dəhliz, və s.) vahid saylı olduğuna, 1/6 paya düşən sahənin 8,0 kv.m. az olduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin tələblərinə uyğun qaydada bölünməsi texniki cəhətdən mümkün deyildir. Eyni zamanda, iddiaçı özünə məxsus 5/16 hissədə payın əvəzinə bazar qiymətinə uyğun olaraq kompensasiya ödənilməsini cavabdehlərə yazılı şəkildə təklif etsə də, cavabdehlər həmin təklifə cavab verməmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-231/2019 nömrəli iş üzrə 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən mənzilin ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilərək açıq hərracdan satılması, əldə olunmuş vəsaitin paylara mütənasib olaraq mülkiyyətçilər arasında bölünməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-12938/2019 nömrəli iş üzrə 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası m əhkəməsinin iclasında da cavabdehlər bildirmişlər ki, iddiaçının payına uyğun kompensasiya ödəməyə maddi imkanları yoxdur. Birinci və apelyasiya instansiyası məhkəmələri işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı paylı mülkiyyətində olan mənzilin açıq hərracdan satılması və satış pulunun birgə mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin maddi vəziyyəti iddiaçının Mülki Məcəllənin 220-ci maddəsində təsbit olunmuş hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Mənzilin dəyəri isə mübahisənin həlli baxımından hər ha nsı əhəmiyyət daşımır. Çünki cavabdehlər heç bir halda iddiaçının payına uyğun kompensasiya ödəmələrinə razı deyillər. Əmlakın hərracdakı real satış qiyməti isə tələb və təklifdən asılı olaraq müəyyən edilir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişlər. Kassasi ya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. Kassasiya şikayətinə görə mənzilin qiyməti ekspert tərəfindən real dəyərindən çox baha qiymətləndirilmişdir və mülkiyyətçilər əldə etdikləri paya uyğun pul ilə heç bir halda yaşayış yeri, yəni mənzil əldə edə bilməzlər. İstər birinci instansiya məhkəməsi istərsə də apelyasiya instansiyası məhkəməsi məlum mübahisəni həll edən zaman iddiaçı tərəfə iddianın başqa yolla həllini təklif edə bilərdi. Belə ki, cavabdehlər məhkəmədə təklif etmişlər ki, iddiaçı mənzilə köçüb Cavabdeh1 ilə bir otaqda yaşaya bilər. Lakin məhkəmə işin nəticəsinə təsir edə biləcək bu hala qiymət verməmiş və nəticədə yanlış bir qərar qəbul etmişlər. Bundan başqa, birinci instansiya m əhkəməsində cavabdeh tərəf məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə məlum mənzilin bazar qiymətinə dair birbirindən fərqli iki rəy olduğundan təkrar qiymətləndirmə keçirilməsini xahiş etsə də birinci instansiya məhkəməsi vəsatəti təmin etməmiş, eyni zamanda qətnaməsində iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş bu ekspert rəyindən ümumiyyətlə bəhs etməmişdir. Apellyasiya instansiyası məhkəməsində də bu barədə yenidən şifahi vəsatət verilsə də, buna qiymət verilməmiş, iş üçün əhəmiyyəti olan bu mühüm halı araşdırmamaqla prosesual hüquq normasının pozuntusuna yol vermişdir. Beləliklə, kassasiya şikayətinə görə apelyasiya instansiyası məhkəməsi məlum qətnaməni qəbul edən zaman gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halın (iddiaçının digər mülkiyyətçilərlə mənzildə birgə yaşaması) və m əhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan halın (mənzilin real bazar dəyərinin) məhkəmə tərəfindən araşdırılmaması və sübut olunmaması ilə qəbul edildiyindən bu qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışma qaytarılmalıdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili x1 şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədikləri və bunun səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsini hazırda c avabdehlərdən ikisi – Cavabdeh1 və Cavabdeh2 mübahisələndirsə də, kassatorlar qətnamənin tam ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etdiklərindən, habelə mübahisənin predmeti bölünməz olduğundan məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə

220. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mü lkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona komp ensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzim ləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya şikayətinin dəlilləri ilə eyni olan həmin dəlillərə apellyasiya instasniyası məhkəməsi təəfindən əsaslandırılmış qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12938/2019 nömrəli iş üzrə 29 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar