Məhkəmə qərarları › İş №2(102)-1994/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1994/2022

26.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1994/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qaziyevnanın cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin müddətə görə geri qaytarılması) İddiaçı Qaziyevnanın cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2021-ci il tarixli, 2(103)-6887/2021 saylı qərardadından cavabdeh"Cavabdeh2 (vəkili R.Mən" mzadə) tərəfindən verilmiş kassasiya şikayətinə 26 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Qaziyevna cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı «vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi» tələbinədair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(005)-2642/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2(103)-13480/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh2 qeyd edilən qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhk əməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli, 2(102)2969/2020 saylı qərarı ilə təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır.

5. Bundan sonra, cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, kassasiya instansiya məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2021ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli, 13(102)-8(k)/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(102)-2969/2020 saylı qərarı və həmin qərarla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(103)-13480/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktybar 2021-ci il tarixli, 2(103)-6887/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qism ən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qətnaməsinin “19 aprel 2019-cu il tarixli 2V-36 və 2V-38 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilə dair iddiaçının 2/4 hissədə payının müəyyən olunması və həmin paya müvafiq olaraq yeni qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” hissələrində ləğv olunması, iddianın həmin hissələrdə təmin olunmaması, qətnamənin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Qeyd edilən qətnamədən narazı qalan Cavabdeh2, həmin qətnamədən kassasiya şikayəti vermişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2021-ci il tarixl i, 2(103)-6887/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(103)6887/2021 saylı qətnaməsi cavabdehin nümayəndəsi (həmçinin kassasiya şikayətini vəkil kimi imzalayan) Vəkil3 məxsus elektron kabinetə 21 oktyabr 2021-ci il tarixdə, saat 17:17də yerləşdirilməklə, rəsmi qaydada təqdim edilmişdir.

12. Kassasiya şikayəti verilməsi üçün sonuncu gün 21 dekabr 2021-ci il tarixi olmuş, cavabdehin nümayəndəsi Vəkil3 isə kassasiya şikayətini qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə, 24 dekabr 2021-ci il tarixdə elektron kabinetə yerləşdirmişdir (eyni zamanda vəkil orderinin tarixinin 24 dekabr 2021-ci il olması faktı da müddətin ötürüldüyü anlamına gəlir).

13. Göründüyü kimi, hazırkı kassasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuş, lakin şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır.

14. Bundan başqa, MPM-in 407.1 və 407.1.4-cü maddələrinin 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

15. Cavabdeh i sə məhkəməyə 24.12.2021-ci il tarixdə daxil olmuş kassasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) riayət etmədən verərək, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmiş, şikayətini ümumi formada digər məsələlərlə əsaslandırmağa çalışmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh2 (Vəkil3) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti əsassız və qanunsuz olaraq geri qaytarılmışdır. Cavabdeh E. Şahbazov qətnamənin surətini 29.10.2021-ci il tarixdə almış və həmin tarixdən iki ay müddət ərzində kassasiya şikayətini vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər

19. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

20. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qərardad tam mübahisələndirildiyindən və ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərə findən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə

134. Rəsmi qaydada verilən sənədlər 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tə tbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıd ır.

25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına ş ikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

26. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

27. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzə rdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

28. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(103)6887/2021 saylı qətnaməsi cavabdehin nümayəndəsi (həmçinin kassasiya şikayətini vəkil kimi imzalayan) Vəkil3 məxsus elektron kabinetə 21 oktyabr 2021-ci il tarixdə, saat 17:17də yerləşdirilməklə, rəsmi qaydada təqdim edilmişdir. Kassasiya şikayəti verilməsi üçün sonuncu gün 21 dekabr 2021-ci il tarixi olmuş, cavabdehin nümayəndəsi Vəkil3 isə kassasiya şikayətini qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə, 24 dekabr 2021-ci il tarixdə elektron kabinetə yerləşdirmişdir (eyni zamanda vəkil orderinin tarixinin 24 dekabr 2021-ci il olması faktı da müddətin ötürüldüyü anlamına gəlir).

29. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin verilməməsi isə, MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi də məhz bu normaya istinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.

30. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir.

31. Bun dan başqa, MPM-in 407.1 və 407.1.4-cü maddələrinin 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

32. Cavbadeh tərəf isə məhkəməyə 24.12.2021-ci il tarixdə daxil olmuş kassasiya şikayətini qanunla müəyyən edilmiş formaya uyğun tərtib etməmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət ol masını göstərməmiş, şikayətini ümumi formada digər məsələlərlə əsaslandırmağa çalışmışdır.

33. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2021-ci il tarixli, 2(103)-6887/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar