Məhkəmə qərarları › İş №2(102)-1994/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1994/2023

16.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1994/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna müvafiq kompensassiyanın verilməsi ilə xitam olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-871/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.

2. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 25 saylı evin 30 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) xx.xx.1988-ci il tarixli, 078475 nömrəli order ilə iddiaçının atası X1 məxsus olmuş, orderə əsasən orada mənzilə hüquqları olan şəxs kimi iddiaçının atası - X2, anası - X7, İddiaçı (özü) və X5 (qardaşı) qeyd edilmişdir. xx.xx.2017-ci il tarixdə X2, xx.xx.2018-ci il tarixdə isə X7 vəfat etmişlər.

3. Bakı şəhəri Xə tai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh və övladları 24 aprel 2008-ci il təvəllüdlü X6 və 29 iyul 2013-cü il təvəllüdlü X3 Bakı şəhəri, Xətai rayonu, Gen. Şıxlinski küçəsi, ev 25, 30 saylı mənzilinə istifadə hüquqularının tanınması və onların həmin mənzilə köçürülmələri qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə 6000 manat məbləğində kompensassiya verilməklə, onun mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi, kompensasiyanın verilməsi ilə istifadə hüquqlarına xitam verilməsinin eyni anda icra olunması və iddia ərizəsinin məhkəməyə v erilməsi üçün ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə nikahları pozulmuş, nikaha girdikləri ana qədər mübahisəli mənzil atasına məxsus olmuşdur. Ata və anası rəhmətə getdikdən sonra mənzilə yeganə hüquqları qalmış şəxslər hazırkı iş üzrə iddiaçı və onun qardaşı X4r. Cavabdehin mübahisəli mənzilə istifadə hüquqları 2019-cu il tarixdə məhkəmənin qərarı ilə tanınmışdır. Qərarın qəbul olunmasına baxmayaraq, hələ Cavabdeh verdiyi iddia ərizəsindən qabaq həmin mənzildə uzun müddət yaşamamışdır. Yuxarıda qeyd olunanlara istinadən, orderə əsasən, mənzilin sahibi dünyasını dəyişdiyindən və mənzilin orderdə adları qeyd oluna n şəxslərin mülkiyyətlərinə keçirilməsi ilə əlaqədar, müvafiq qaydada vərəsəlik işinin və yaxud da mənzilin özəlləşdirilməsi ilə bağlı hər hansı bir hüquqi hərəkətlərin yerinə yetirilməsi qeyri-mümkündür. Buna səbəb kimi, Cavabdeh bu barədə razılıq ərizəsini verməməsidir. Bu isə mənzilə olan və gözlənilən mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsində problemlərin yaranmasına səbəb olmuş, hal-hazırda iddiaçının cavabdehlə heç bir əlaqəsi olamayan əmlakı barədə qanunverciliklə nəzərdə tutulmuş hüquqları həyata keçirmək imkanı məhdudlaşdırılmışdır. İddiaçı və onun qardaşı Firuz İsmayılov tərəfindən Cavabdeh qarşı vaxtı ilə irəli sürmüş olduqları mənzilə yalnız istifadə hüquqlarına xitam verilməsi tələbi üzrə məhkəmə mübahisəsi yekunlaşmışdır. Həmin işin yekunlaşmasının da hüquqi tə rəfi kimi, yuxarıda qeyd edildiyi kimi, Cavabdeh müvafiq kompensassiya ödənilməklə xitam olunmasının mümkünlüyü qeyd edilmişdir.

6. Cavabdeh tərəf göstərilən kompensasiya məbləği ilə razı olmamışdır. 7. “X13” MMC-nin məhkəməyə ünvanlandığı arayışa əsasən, mübahisəli mənzilin orta aylıq kirayə haqqı 300-350 manat təşkil edir.

8. Bakı şəhər Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 21 sentyabr 2022-ci il tarixli, e-2(011)-3941/2022 nömrəli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəl i mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi nəticəsində cavabdeh heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqdır. Təklif olunan 6000 manat məbləğində kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə əvvəlki mənzilə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Əksinə təklif edilən kompensasiya məbləği yetərli deyildir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh boşandıqdan sonra yetkinlik yaşına çatmayan uşaqları onun himayəsində saxlanılmışdır. Bu hal da veriləcək kompensasiya məbləğinə təsir edən amil kimi nəzərə alınmalıdır. Digər tərəfdən, kompensasiya təklif olunan şəxs kimi cavabdeh başqa yaşayış sahəsinə malik deyildir. Cavabdeh həmçinin, həyat yoldaşı ilə boşanmışdır və yetkinlik yaşına çatmayan övladlarının təminatı ilə (o cümlədən yaşayış sahəsi ilə) bağlı problemlər də faktiki olaraq onun öhdəsindədir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.2-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlillərinə məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə verilmiş iddia tələbi üzrə gözlənilən mülkiyyət hüququ olan iddiaçının tələbini kənara qoymaqla, ancaq mənzilə əmlak hüquqları olmayan şəxsin maraqlarından çıxış etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-871/2023 nömrəli iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı var. Onun mübahisəli mənzilə istifadə hüququ tan ınıb, o, uşaqları ilə birlikdə uzun müddətdir fasiləsiz olaraq mübahisəli evdə yaşayır, başqa yaşayış sahəsinə malik deyil. Belə olan halda təklif olunan kompensasiya müqabilində onun evə istifadə hüququna xitam verilməsi qanunun məqsədləri baxımından əsaslı və ağlabatan hesab oluna bilməz. Mübahisəli mənzil dövlət mülkiyyətindədir və özəlləşdirilməmişdir. İş üzrə iddiaçı digər sakinlər kimi mənzildən istifadə hüququ olan şəxsdir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 228.2-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmas ına dair» 26 sentyabr 2007-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 19. - Mübahisəli mənzilə iddiaçının gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. İşə baxan məhkəmə tərəfindən bu nəzərə alınmamışdır. 20. - Cavabdeh mənzildə qeydiyyada olduğu üçün mənzilin özəlləşdirilməsi, vərəsəlik qaydasında keçməsi və bu kimi digər hüquqi prosedurların həyata keçirilməsi mümkün deyildir. Çünki cavabdehin məhkəmə qaydasında mənzilə istifadə hüquqları ta nınmış və qeyd olunan hüquqi əsasların (özəlləşdirmə, vərəsəlik və s.,) hər hansı birinin həyata keçirilməsi üçün cavabdehin notariat qaydada təsdiq olunmuş razılığı tələb olunur. Ancaq işə baxan məhkəmə qeyd olunan qanunun tələblərini kənara qoyaraq, cavabdehlə iddiaçının mənzilə eyni qaydada istifadə hüquqlarını nəzərə almış, ancaq iddiaçının mənzilə olan və gələcəkdə onun mülkiyyətinə keçməsini qəsdən gizlətməyə çalışmışdır. 21. - İşə baxan məhkəmə kompensassiyanın məbləğinin 6000 manatdan 11000 manata qaldırılması barədə olan ərizəyə əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şə xslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

24. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. MPM

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir.

27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya inst ansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzi mləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və ha nsı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

40. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəh bər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-871/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar