Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1995/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X4 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı, onun vəkili X5nun, Cavabdeh nümayəndəsi X1 və vəkili X5oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli X5 nömrəli qətnaməsindən İddiaçı və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddia çı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, X5 bina № 34-də yerləşən 12 №-li mənzilin X5 tərəfindən cavabdehə bağışlanmasına dair 07.11.1998-ci il tarixli “Bağışlama müqaviləsinin” və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrinə” cavabdehin adına aparılmış qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X5 24.05.1987-ci il tarixdə nikaha daxil olmuşlar. İş üzrə Cavabdeh X5nın birinci nikahdan doğulmuş övladıdır. Ofeliya 06.08.2012-ci il tarixdə ölmüşdür. Bu yaxınlarda isə i ddiaçıya məlum olmuşdur ki, ölməmişdən əvvəl, yəni 07.11.1998-ci il tarixdə mənzili Tərminəyə bağışlamış və bu barədə onların arasında Bakı Şəhəri 13-cü Notariat Kontorunda “Bağışlama müqaviləsi” bağlanmışdır. İddiaçının bundan xəbəri olmamış və o, mənzilin bağışlanmasına razılıq verməmişdir. Sənədləri əldə etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, onun (iddiaçının) adından saxta razılıq ərizəsi yazılmış və imzalanmış, ərizəyə “xxxx” Mənzil Tikinti Kooperativinin möhürü vurulmuşdur. Bununla da, aydın olur ki, mənzilin özgəninkiləşdirilməsi etibarsızdır. Cavabdeh iddiaçını mənzildən qovduğu üçün iddiaçı küçələrdə yaşayır. Bu səbəbdən, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) 16 may 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Məmməd Məmmədov sədrliyi və məruzəsi ilə, hakimlər Aida Hüseyn və Elşad Şamayev) 30 avqust 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili X5 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh onun həyat yold aşı X3 əvvəlki həyat yoldaşından olan qızıdır. Onlar hazırki vaxta qədər də bir yerdə yaşayırlar. İddiaçının həyat yoldaşı vəfat edəndən sonra ona məlum olub ki, o, ölməmişdən qabaq qeydiyyatda olduğu və faktiki yaşadığı evi saxta sənədlər əsasında onun razılığı olmadan cavabdehə bağışlamışdır. Sənədləri əldə etdikdə müəyyən edilmişdir ki, iddiaçının adından saxta razılıq sənədi yazılmış və adından imza icra edilmişdir. Razılıq ərizəsi onlara aidiyyətı olmayan 5 mərtəbəli binanın kooperativinin sədri tərəfindən imzalanmışdır. Ərizədə “xxxx” mənzil tikinti kooperativinin möhürü var. Beləliklə, bütün özgəninkiləşdirmələr qanuna zidd aparılmışdır və bağışlama müqavilələri də etibarsız hesab edilməlidir. Baxmayaraq ki, həmin ünvanda iddiaçı qeydiyyatdadır və üzün müddət orada yaşamışdır, cavab deh onu evdən qovmuşdur. Digər yaşayış yeri yoxdur. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı və vəkili X5 məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh nümayəndəsi X2 və vəkili X5oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdirlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, iddiaçı ilə cavabdehin anası X5 24.05.1987-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Mübahisəli mənzil X5ya məxsus olmuş, daha sonra onun tərəfindən 07.11.1998-ci il tarixli “Bağışlama müqaviləsi»nə əsasən övladına, iş üzrə cavabdehə bağışlanmışdır. Mübahisəli mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi 30.01.1999-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. X5 06.08.2012-ci il tarixdə ölmüşdür. İş üzrə Azərbaycan Respubli kası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.09.2019-cu il tarixli, 3563 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının adından yazılması qeyd edilən və “xxxx” Mənzil Tikinti Kooperativinin möhürü ilə təsdiq edilmiş 06.11.1998-ci il tarixli “Razılıq ərizənin” mətni və ərizədəki imza iddiaçı tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən verilmiş X5Dövlət Notariat Kontorunun 15.09.2005-ci il tarixli, 3M/282 reyestr nömrəli notariat işində görünür ki, cavabdeh ilə X7 arasında bağlanmış beh müqaviləsinə əsasən, sonuncu qeyd olunan mənzili 14.01.2006-cı ilə tarixədək rəsmiləşdiriləcək alğı-satqı müqaviləsinə görə verəcəyi 742.500.000 (köhnə miqyasda) manat, yəni 165.000 ABŞ dolları pul məbləğindən 9.100.000 (köhnə miqyasda) manat, yəni, 2.000 ABŞ dolları pul məbləğini cavabdehə vermişdir. Həmin notariat işində olan həmin Notariat Kontorunda 7E-17/5240 reyestr nömrəsi ilə qeydə alınmış 13.09.2004-cü il tarixli ərizədən görünür ki, iddiaçı, mübahisəli mənzilin cavabdeh tərəfindən satılmasına etiraz etmir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil hazırki iş üzrə iddiaçının mərhum arvadının mülkiyyətində və eyni zamanda, sahibliyində olmuşdur. İddiaçı həmin mənzilin cavabdehə bağışlanmasından hələ 2004-cü ildən məlumatlı olmuş, həmin evin onun tərəfindən satılmasına etirazı olmaması barədə müvafiq ərizə vermişdir. Belə olan halda, iddiaçı bağışlama müqaviləsinin etibarsızlığı üçün məhkəməyə müraciət etmə müddətini buraxmışdır. Mənzilin məhz iddia çının mülkiyyətində və sahibliyində olması faktı iş materialları ilə təsdiq olunmadığına görə hazırki mübahisə Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tətbiq edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə qiymət verərək hesab edir ki, kassator bağışlama müqaviləsini və onun əsasında verilmiş Çıxarışın qanuniliyini mübahisələndirmişdir. Göründüyü kimi, onun tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hazırki mübahisəyə iddia müddətini tətbiq etmə klə iddianı rədd etməkdə haqlı olmuşdur. Belə ki, bağışlama müqaviləsinə dair notariat işində olan iddiaçının razılıq ərizəsindəki imza iddiaçı tərəfindən icra edilməmiş olsa belə, iş materiallarından və iddiaçının özünün məhkəmələrə verdikləri məlumatlardan görünür ki, iddiaçı, mübahisəli mənzilin X5 tərəfindən cavabdehə bağışlanmasından məlumatlı olmuş, hətta 2004-cü ildə həmin mənzilin Cavabdeh tərəfindən başqa şəxsə satılmasına etirazının olmaması barədə ərizə vermişdir. Eyni zamanda, işin materiallarından görünür ki, iddiaçı arvadı X5ya qarşı 2004-cü ildə Nəsimi Rayon Məhkəməsinə “mənzilə köçürülmə barədə” iddia ərizəsi ilə müraciət edən zaman ərizədə qeyd etmişdir ki, X5 mənzili ondan xəbərsiz qızı Cavabdeh adına keçirmişdir. Məhkəmə kollegiyası mübahisələndirilən bağışlama müqaviləs inin 01.09.2000-ci ilə qədər olan müddətdə, yəni, 07.11.1998-ci il tarixdə bağlanmasını da nəzərə alaraq qeyd edir ki, göstərilən tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi iddia müddəti 3 il müəyyən edilir. Qeyd olunan Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Həmçinin hazırda qüvvədə olan Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqd in etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, iddiaçı mənzilin bağışlanması barədə əqddən məlumatlı olduğu halda, həm keçmiş Mülki Məcəllə, həm də hazırda qüvvədə olan Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddətlərini ötürmüşdür. Mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinin tətbiqinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, həmin maddəyə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Lakin hazırki tələb əqdin etibarsızlığı barədə olmaqla, istinad olunan normada qeyd edilən tələblərə aid de yildir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb, düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ka ssasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli X5 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1995/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1995/2020
03.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver