Məhkəmə qərarları › İş №2(102)-2/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2/2020

18.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-N/2018 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Z.Quliyev) xx.xx.2016-cı il tarixli, 2(004)****/2016 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “ dövlət ehtiyacları üçün mülkiyyətin (torpaq sahəsinin) özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və delikt nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, *.*28 saylı torpaq sahəsi 0.06 ha torpaq sahəsinin əvəzi olaraq VV manat, həmin torpaq sahəsinin satınalma qiymətinə 20% əlavə haqqı kimi ** manat olmaqla, cəmi *- manat məbləğində pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş -- manat dövlət rüsumunun *.* manatının iddiaçıya, *.* manatının manatının cavabdehə, 3-- manat ekspertiza tədqiqatının dəyərinin Y manatının iddiaçıya, Y manatının isə cavabdehə aid olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının (hakimlər İ.Vəliyev, X.Məhərrəmova, E.Həsənov) xx.xx.2016-cı il tarixli, 2(103)-C/2016 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh ASSC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-****/2016 saylı qətnaməsinin torpaq sahəsinin satınalma qiymətinə 20% əlavə haqq kimi ** manatın tutulması hissəsində ləğv edilməsi, ümumi məbləğin VV manat müəyyən edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Q.Allahverdiyev, Ə.Şadiyev, G.Quliyev) xx.xx.2016-cı il tarixli, 2(102)-/16 saylı qərarı ilə Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Bağırova, M.Məmmədov, S.Məmmədov) xx.xx.2017-ci il tarixli, 2(103)-824/2017 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh ASSC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-****/2016 saylı qətnaməsinin torpaq sahəsinin satınalma qiymətinə 20% əlavə haqq kimi ** manatın tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin qa lan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev, A.Kalbalıyev, Ə.Şadiyev) xx.xx.2016-cı il tarixli, 2(102)-7675 saylı qərarı ilə İddiaçı və Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayətləri təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, E.Nəbiyev, R.Qurbanov) xx.xx.2018-ci il tarixli, 2(103)-Z/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh ASSC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Ba kı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-****/2016 saylı qətnaməsinin torpaq sahəsinin satınalma qiymətinə 20% əlavə haqq kimi ** manatın tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva, Q.Əsgərov, V.İbayev) xx.xx.2018-cı il tarixli, 2(102)-X saylı qərarı ilə Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-Z/2018 nömrəli qətnaməsinin yoxlanılan, yəni “İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi. 3-cü yaşayış massivi, *.*28 nömrəli 0.06 ha torpaq sahəsinin əvəzi olar aq VV manat pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, V.Həsənov, N.Cəfərov) xx.xx.2018-ci il tarixli, 2(103)-N/2018 nömrəli qətnaməsi ilə Cavabdeh ASSC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-****/2016 saylı qətnaməsinin yoxlanılan hissədə dəyişdirilməsi, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi. 3-cü yaşayış massivi, *.*28 nömrəli 0.06 ha torpaq sahəsinin əvəzi olaraq Cavabdeh ASC-dən İddiaçı xeyrinə *.*6000 manat pulun tutulması qət edilmişdir. Cavabdeh ASC iş üzrə Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı “dövlət ehtiyacları üçün mülkiyyətin (torpaq sahəsinin) özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və delikt nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və delikt nəticəsındə dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi İddiaçı xeyrinə dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinin əvəzinə (bazar qiymətı ilə) Cavabdeh ASC-dən 168.000 manat (0,06 ha torpaq sahəsinın dəyəri) məbləğındə pulun tutulması, məhv edilmiş 100 ədəd meyvə ağaclarının dəyəri (1 ədəd meyvə ağacının dəyəri 110 manat) 11.000 manat pulun Cavabdeh ASC-dən tutulması, əldən çıxmış fayda qismində Cavabdeh ASC-dən əlavə olaraq 84.000 manat (7 il əldən çıxmış məhsulun dəyəri) məbləğində pulun tutulması, İddiaçı İbrahım oğluna məxsus torpaq sahəsinin və onun üzərində olan əmlakın hesablanmış bazar qıymətinin 20 % miqdarında (0,06 ha torpaq sahəsinin dəyəri 168.000 manat, 100 ədəd meyvə ağaclarının dəyəri 11.000 manat, fərdi evin tikintisinə xərclənən pul 5.000 manat, yolun çəkilməsi üçün xərclənən pul 3.000 manat, fərdi yaşayış evinin tikilməsi məqsədi ilə torpaq sahəsinin yararlı hala salınması üçün xərclənən pul 2.000 manat, 0,06 ha torpaq sahəsini əhatə edən 2,5 metr hündürlükdə daş hasarın dəyəri 4.320 manat, cəmı 193.320 manat təşkil edirsə, bu məbləğin 20 % satınalma qiymətinə əlavə haqq 38.664 ma nat məbləğində haqqın (pulun) Cavabdeh ASC-dən tutulması, 0,06 ha torpaq sahəsini əhatə edən 2,5 metr hündürlükdə daş hasarın tikintisinə xərclənən 4.320 manat məbləğində pulun Cavabdeh ASC-dən tutulması, fərdi yaşayış evinin tikilməsi məqsədi ilə torpaq sahəsinin yararlı hala salınması üçün xərclənən 2.000 manat məbləğində pulun Cavabdeh ASC-dən tutulması, yolun çəkilməsi üçün xərclənən 3.000 manat məbləğində pulun Cavabdeh ASC-dən tutulması, fərdi evin tikintisinə xərclənən 5.000 manat pulun Cavabdeh ASC-dən tutulması, dəymiş 100.000 manat mənəvi ziyanın Cavabdeh ASC-dən əlavə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh ASC-nin vəkili J kasasiya şik ayətini onunla əsaslandırmışdır ki, iddaçı Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir və bu fakt ona verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla da təsdiq edilir. Mülkiyyət hüququ təbiidir ki, toxunulmazdır və qanunla qorunur. Mülkiyyət hüququnun qorunması prinsipi özündə dövlət üçün iki cür vəzifəni ifadə edir:

1. Mülkiyyət hüquqlarına müdaxilə etməmək, yəni onların həyata keçirilməsinin qarşısını almamaq, mane yaratmamaq və

2. Buna imkan verən mexanizmlərin yaradılması və işləkliyinin təmin edilməsi də daxil olmaqla, pozuntuları aradan qaldırmaq. Məhkəmə dövlətin adından çıxış edən, mülkiyyət hüquqlarının pozulmasına yönələn hərəkətləri aradan qaldırmalı olan mexanizmlərdən biri olmaqla birinci növbədə iddiaçının hüquqlarının pozulub-pozulmamasına, pozulmuşdursa bu pozuntunun nədən ibarət olmasına, pozuntunu təşkil edən hərəkət (hərəkətsizlik) kimə aid edilməsinə aydınlıq gətirməli idi. Məhkəmənin qətnaməsindən belə nəticə yaranır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının Cavabdeh ASC-yə torpaq sahəsinin ayrılmasına dair sərəncam verməsi öz-özlüyündə iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur və bu pozuntuya görə məsuliyyət Cavabdeh ASC-nin üzərinə düşür. Apelyasiya instansiya məhkəməsinin hakimi bu nəticəsini onunla möhkəmləndirir ki, Cavabdeh ASC-yə sərəncamla ayrılan torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsini də əhatə edir. Birincisi, Bakı şəhər İcra Hakimiyyəti başçısının Cavabdeh ASC-yə müəyyən torpaq sahəsinin ayrılmasına dair sərəncam verməsi öz-özlüyündə iddiaçının mülkiy yət hüquqlarının pozulması demək deyildir və məhkəmə qətnaməsində irəli sürülən bu mülahizə heç izahlı təkzibə də layiq deyildir. Əvvəlcə gərək bu sərəncamın iddiaçının hüquqlarına toxunduğu sübut olunsun, yəni sərəncam iddiaçının hüqüqlarının ləğvinə, aradan qalxmasına yönəlmiş olsun. Halbuki, sərəncamda buna dair bir cümlə belə yoxdur. İkincisi, İcra hakimiyyətinin torpaq sahəsinin ayrılmasına dair sərəncamı iddiaçının hüquqlarını pozmuş olsaydı belə, buna görə məsuliyyət Cavabdeh ASC-nin üzərinə qoyula bilməz, çünki hər kəs yalnız öz hərəkət və ya hərəkətsizliyinə görə məsuliyyət daşıya bilər. Məhkəmə ümumiyyətlə aydınlıq gətirməmişdir ki, Cəmiyyətin hansı hərəkəti (hərəkətsizliyi) iddiaçının hüquqlarını pozmuşdur. Üçüncüsü, məhkəmə iddiaçının torpaq sahəsi üzərində hüquqları pozulmasın ı qeyd etsə də, ilk növbədə bu pozuntunun aradan qaldırılması imkanını müəyyən etməli idi. Çünki iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacı üçün alınmasından söhbət belə gedə bilməz. Buna görə də, məhkəmə torpaq sahəsinə görə yalnız o halda kompensasiya müəyyən edə bilərdi ki, torpaq sahəsi ilə bağlı hüquqların pozulmasının aradan qaldırılması imkanı, yəni torpaq sahəsinin iddiaçıya qaytarılması və ya əvəzləşdirilməsi imkanı mövcud olmasın. Dördüncüsü, Qanunvericilikdə torpağın əvəzi kimi kompensasiya kimi yalnız pulun verilməsi nəzərdə tutulmamışdır. Torpağın əvəzi kmi kompensasiyanın məqsədi ilə əmlak verilə bilər, torpaq sahəsi əvəzləşdirilə bilər və s. vasitələrdən istifadə oluna bilər. Torpağın əvəzləşdirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.20*.*-ci il tarixli 54 saylı sərəncamına (yeni cizgi) məhkəmə ümumiyyətlə heç bir hüquqi münasibət bildirməmişdir. Mübahisənin hazırkı mərhələsində apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlillərindən olan aşağıdakı suallar aydınlaşdırılmamış qalır: - Su anbarının tikintisi ilə bağlı, üzərinə düşən torpaq sahələrinin mülkiyyət və ya istifadə hüquqlarının itirilməsi ilə bağlı mübahisələr üzrə Cavabdeh ASC yeganə cavabdeh qismində çıxış etməlidirmi? - Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinin qiyməti *.*6.000 manat ola bilərmi? Hesab edirlər ki, mübahisəyə baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilən göstərişlərin heç də hamısına aydınlıq gətirə bilməmişdir. Cavabdeh ASC balansında olan, magistra l və paylayıcı su şəbəkə və kəmərləri vasitəsi ilə hüquqi və fiziki şəxslərə su və kanalizasiya xidmətləri göstərir. Bununla yanaşı Cavabdeh ASC su və kanalizasiya sahəsi üzrə mühüm dövlət layihələrinin sifarişçisi qismində də çıxış edir. Belə ki, «Oğuz-Qəbələ-Bakı su kəmərinin» çəkilməsi ilə bağlı sifarişçi qismində Cavabdeh ASC müəyyən edilmişdir. Layihəyə uyğun olaraq Bakı şəhərinə daxil olacaq suyun bir hissəsinin anbarlarda saxlanılması və ondan sonra Bakı şəhərinə paylanması nəzərdə tutulmuşdur. Bu məqsədlə su anbarlarının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 290 nömrəli sərəncamı ilə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsinin cənub-qərbində ümumi sahəsi _ m2 olan H ədəd torpaq sahəsi, xx.xx.2005-ci il tarixli X nömrəli sərəncamı ilə *,*.* ha tor paq sahəsi Cavabdeh ASC-nin daimi istifadəsinə verilmiş, sonradan Bakı şəhər İH başçısının xx.xx.20*.*-ci il tarixli F nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək 4,2287 ha kimi azaldılmışdır. Səhmdar Cəmiyyət Bakı şəhər icra hakimiyyəti tərəfindən ayrılmış ərazidə yalnız 2 su anbarının tikintisini həyata keçirmişdir. Tikilmiş 2 anbarın ərazisi, İcra Hakimiyyəti tərəfindən ayrılmış 4,2287 ha ərazinin yalnız 0,80 ha sahəsində inşa edilmiş, yerdə qalan digər ərazilərdə heç bir tikinti- quraşdırma işləri aparılmamış, mülkiyyətçilərin ora səbəst giriş-çıxışına heç bir məhdudiyyət yaratmamışdır. Nəticə olaraq hazırda həmin ərazi «çöllük» ərazini xatırladır. Bir daha bəyan edirlər ki, Cavabdeh ASC tərəfindən həmin ərazidə olan mülkiyyətçilərə, o cümlədən hazırkı iş üzrə iddiaçıya öz qanuni torpağlarına sahib olmağa heç bir maneyə yaradılmamışdır. Lakin müəyyən şəxslər həmin ərazidə olan bir qrup mülkiyyətçiləri, o cümlədən iddiaçını arayıbaxtararaq, onları xüsusi mülkiyyətində olan torpaqların əvəzi olaraq xeyli qazanc əldə edəcəklərinə inandırmağa çalışmışlar və Cavabdeh ASC-yə qarşı dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı kompensasiyaların ödənilməsi adı altında iddia verməyə nail olmuşlar. Bundan başqa sözügedən Bakı şəhər İH başçısının xx.xx.20*.*-ci il tarixli 54 nömrəli sərəncamının ikinci bəndi ilə Cavabdeh ASC-yə ayrılmış ərazidə yerləşən vətəndaşların torpaq sahələrinin kompensasiya məqsədilə Cavabdeh ASC tərəfindən geri qaytarılmış ərazidə yerləşdirilməsinin təmin edilməsi tapşırılmış, eyni zamanda Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXdən həmin vətəndaşların torpaq sahəsi üzərində istifadə hüquqlarına dair verilmiş sənədlərdə müvafiq dəyişiklik edilməsi xahiş olunmuşdur. Apelyasiya məhkəməsi öz qətnaməsini bir daha onunla əsaslandırmışdır ki, eyni ərazi üzrə torpaq sahəsinin mülkiyyətçisi ilə Cavabdeh ASC arasında kompensasiyanın ödənilməsi ilə bağlı qanuni qüvvəsini almış (X2 iddiası üzrə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(102)-455/2012 nömrəli məhkəmə qərarı mövcuddur və həmin iş üzrə də torpaq sahəsində eyni sərəncam əsasında Cavabdeh ASC tərəfindən 4 ədəd su anbarının inşası və torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar konkret hansı orqanın cavabdehlik daşımalı olması müəyyən olunmuşdur. Bununla bağlı qeyd edi rlər ki, 2012-ci ildə baxılan bir işin analogiya kimi hazırkı işə tətbiq edilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, yuxarıda qeyd etdikləri kimi mübahisənin həlli ilə bağlı əhəmiyyətli dəyişikliklər baş vermiş, mərkəzi icra hakimiyyəti orqanın göstərişinə əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən qərarda dəyişiklik edilmiş, kompensasiya olaraq başqa torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Torpağın dəyərinə dair aparılmış qiymətləndirmə ilə əlaqədar hesab edirlər ki, «X3» İctimai Birliyi tərəfindən müəyyən edilmiş *.*6.000 manat məbləğ, nə torpağın likvid dəyərinə, nə də real bazar qiymətlərinə uyğun deyildir və həddən artıq şişirdilmiş rəqəmdir. Belə ki, mübahisəli ərazi Bakı şəhərinin mərkəzində deyil, ucqar ərazidə yerləşir. Belə olan halda torpağın hər m2-nə görə mərk əzdən də baha qiymətə dəyərləndirmək heç bir çərçivəyə uyğun deyildir. Analoji işlər üzrə keçirilmiş qiymətləndirmə rəyləri həmin ərazidə torpağın dəyərinin 90.000 manat təşkil etdiyini göstərir. Bundan başqa, iş üzrə qiymətləndirici kimi çıxış edən «X3» İB-nin ekspert rəyi xx.xx.2016-cil tarixə təsadüf edir ki, hazırkı vəziyyətdə əsas kimi götürülə bilməz, belə kimi qiymətləndirmədən artıq * ildən çox müddət keçmiş, bu dövr ərzində daşınmaz əmlakın dəyəri kəskin azalma baş vermişdir. Nəticə olaraq aparılmış qiymətləndirmə, daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun aparılması tələbinə uyğun gəlmir. Beləliklə, işin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi Cavabdeh ASC-nin qanuni istifadəsinə ayrılmış torpaq sahəsi ilə ilkin olaraq üst-üstə düşməsi səbəbindən, Bakı şəhər İH başçısının xx.xx.20*.*-ci il tarixli 54 nömrəli sərəncamı ilə kompensasiya məqsədilə eyni ölçüdə, eyni ərazidə başqa torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Mübahisənin hazırkı mərhələsində dövlət reyestrindəki çıxarışın (texniki pasportun) məzmunu, torpaq sahəsi üzərində həqiqi hüquqi vəziyyətə uyğun deyildir. Belə olan halda, dövlət reyestrində hüquqların dövlət qeydiyyatının mötəbərliyi sual altındadır. Bu baxımdan iddiaçının mülkiyyət hüququna müdaxilə olunmamış və torpaq sahəsi üzərində qanunla müəyyən olunan hüquqlarına xələl gətirilməmiş, ona qarşı mülkiyyət hüquq pozuntusu törədilməmişdir. Bu baxımdan iddiaçı qanuni əsaslar ilə mülkiyyətində qalmış torpaq sahəsinin əvəzinə görə Cavabdeh ASC-dən kompensasiya tələb etməkdə haqlı deyildir. Apel yasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-N/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam surətdə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və Cavabdeh ASC-nin vəkili J məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbayc an Respublikası MPM-in 4*.*.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki,işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, *.*28 saylı torpaq sahəsi 0,06 ha İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır Cavabdeh ASC-nin Azərbaycan Respublikası Baş nazirin müavini Abid Şərifova ünvanlanmış QH-*.*/ÇS-L/F s aylı, xx.xx.2012-ci il tarixil məktubuna əsasən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının X saylı xx xxxxxxxx 2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin cənub hissəsində su anbarlarının tikintisi üçün Cavabdeh ASC-nin daimi istifadəsinə verilmiş 6,594 hektar torpaq sahəsinin ərazisinə düşdüyü müəyyən edilmiş, həmin məktuba əlavə olunmuş Baş Nazirin müavininin xx.xx.2012-ci il tarixli dərkənarında Cavabdeh ASC-yə və Bakı şəhər İcra Hakimiyyətinə tikinti sahəsinə düşən və xüsusi mülkiyyətdə olduğu rəsmi sənədlərdə təsdiq edilən torpaq sahələri üçün mülkiyyətçilərə kompensasiya ödənilməsi məsələsinə mövcud qaydalara uyğun baxılıb həll edilməsi tapşırılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 0,06 ha "Torpaq sahəsinin plan və ölçüsü"ndə göstərilən torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının B saylı, xx.xx.2004-cü il tarixli və X saylı, xx.xx.2005-ci il tarixli sərəncamları ilə su anbarlarının tikintisi üçün Cavabdeh ASC-nin istifadəsinə ayrılmış və Cavabdeh ASC tərəfindən təqdim edilmiş ayrıc aktlarında göstərilən torpaq sahəsinin üzərinə düşdüyü məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.20*.*-ci il tarixli, R saylı ekspert rəyi ilə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin xx/xxD saylı, xx.xx.2014-cü il tarixli arayışı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulma zdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə tədqiqatı nəticəsində iddiaçının mülkiyyət hüququna müdaxilə edildiyi və hüquqlarının pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iş üzrə qəbul edilmiş sonuncu qərarında iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qanuni əsaslar olmadan çıxarılmasına görə cavabdehdən kompensasiya tələb etmək hüququna malik olduğuna dair birinci instansiya və apelyasiya instansiyası məhkəmələrinin mövqeyi əsaslı hesab edilmişdir. Lakin qərarda qeyd edilmişdir ki, məhkəmə torpaq sahəsinin dəyərini VV müəyyən edərkən iddiaçı ilə eyni qaydada həmin ərazidə torpaq sahələri geri alınmış digər vətəndaşların iddiaları üzrə eyni ölçülü torpaq sahələrinə görə məhkəmələrin müəyyən etdikləri kompensasiya məbləğinin K manat müəyyən edilməsi, qiymətlər arasında kəskin fərq olmasını nəzərə almamış, yalnız “X6” MMC-nin xx.xx.20*.*-ci il tarixli rəyində 2014-cü il üçün göstərilən qiyməti mötəbər sübut kimi qəbul etməklə tam və obyektiv dəyərləndirmə aparmamış, torpaq sahəsinin qiymətini dəqiqləşdirmək üçün qiymətləndiricinin rəyini tələb etməmiş, nəticədə cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, torpaq sahəsinin dəyəri ilə bağlı hissədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ali Məhkəmənin göstərişinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, *.*28 saylı 0,06 ha torpaq sahəsinin 2014-cü il üçün bazar dəyərinin müəyyən edilməsi üçün “X3” İB-dən rəy alınmış və həmin rəyə əsasən torpaq sahəsinin bazar dəyərinin *.*6.000 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçının nümayəndəsi həmin rəylə razılaşmış və məhkəmə tərəfindən cavabdehdən onun xeyrinə *.*6.000 manat kompensasiya tutulmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *.*7.9-cu maddəsinə əsasən dövlət ehtiyacla rı tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya m üqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.2-ci mad.). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-cı maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.1 -ci maddəsi müəyyən edir ki, bu qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması aid edilmişdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqların alınması əvəzində, yaxud torpağa dair digər hüquqları il ə bağlı bu Qanuna uyğun ədalətli kompensasiya ödənilməlidir. Göstərilənlərə əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bazar dəyəri *.*6000 manat müəyyən edilməli və mülkiyyət hüququndan məhrum olunması ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi *.*6000 t kompensasiya məbləğinin ödənilməsi Cavabdeh ASC-yə ödənilməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti formal olaraq tərtib edilmişdir. Belə ki, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, cavabdehin kasasiya şikayəti bundan əvvəl tərtib edilmiş və Ali Məhkəmədə baxılmış (hakim E.Vəliyeva) işin kasasiya şikayəti ilə tam eyni əsaslandırılmışdır. Kasasiya şikayəti n göstərilmiş xüsusatlar bundan əvvəl işə kasasiya qaydasında baxılarkən araşdırılmış, torpağa dair kompensasiya məbləğinin müəyyən edilməsi hissəsi ilə bağlı iş yeni apelyasiya baxışına qaytarılmış, təyin edilmiş qiymətləndirmə rəyi ilə müəyyən edilmiş *.* manatın kompensasiya məbləği kimi ödənilməsi cavabdehə həvalə edilmişdir. Hazırki halda kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi hal müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cava bdeh ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)N/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar