Məhkəmə qərarları › İş №2(102)-2011/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2011/2023

23.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2011/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi tələbinə da ir iddia ərizsəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-352/2022 nömrəli iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X5 17 aprel 1960-cı il tarixdə vəfat etmişdir.

2. X2 Cavabdeh4 və XXX adlı övladları olmuşdur.

3. Cavabdeh4 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir.

4. Cavabdeh4 nun övladları Cavabdeh1, Cavabdeh2, XXX və XXX olmuşdur.

5. X15 ilə X6 xx.xx.1980-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur.

6. Bakı şəhəri 12 saylı X17 2-XXX saylı notariat icrasının materiallarına əsasən, xx.xx.1990-ci il tarixdə Dövlət Notariat Kontoru tərəfindən miras qoyan X3 məxsus 1-ci ünvan 12 saylı evə dair Cavabdeh1, Cavabdeh2, X20 və X8 adına vərəsəlik şəhadətnaməsi vardır. 7. ünvan 12 saylı evin 8/24 hissədən bir hissəsi Cavabdeh1, 8/24 hissədən bir hissəsi X11, 8/24 hissədən bir hissəsi X8, 8/24 hissədən bir hissəsi Cavabdeh2 paylı mülkiyyətindədir.

8. X20 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir.

9. X18 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir.

10. Bakı şəhəri Yasamal rayon 24 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli XXX nömrəli arayışa əsasən, 1951-ci il təvəllüdlü X15 1967ci ildən ünvan 12 saylı evdə qeydiyyatda olmuşdur.

11. X15 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.

12. Bakı şəhəri Yasamal rayon 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli XXX nömrəli məktubuna görə, İddiaçı3 və X19 hazırda ünvan 12 saylı evdə qeydiyyatdadır.

13. Azərbaycan Respublik ası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, X20 və X9 adına vərəsəlik işi açılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçılar cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, X1 miras qalmış əmlaka dair verilmiş xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və iddiaçıların həmin miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. İddianın əsaslarına görə, ünvan ev 12 payları bəlli ümumi mülkiyyətdir. X5 bu evin 8/24 hissəsinə pay hüququna malik olmuşdur. İddiaçı3 və İddiaçı2 ataları X15 mərhum X2 oğlu olmuşdur. X26 anadan olduğu gündən vəfat edən günə qədər, yəni xx.xx.2015-ci il tarixinə kimi bu evdə yaşamışdır. Onlar bu yaxın gü nə qədər bu ümumi həyətdə ümumiyyətlə evə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənədin olmadığını fikirləşmişlər. Yalnız bu günlərdə miras əmlakın qəbul edilməsi faktının tanınması ilə əlaqədar iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etdikdən sonra onlara məlum olmuşdur ki, 1990-cı ildə mərhum nənələri X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə əlaqədar Bakı şəhəri 12 saylı Notariat Kontoruna müraciət olunmuş və 20 oktyabr 1990-cı il tarixdə həmin evə dair vərəsəlik hüququna dair şəhadətnamə alınmışdır. Məhkəmə tərəfindən bu vərəsəlik işinin AR Ədliyyə Nazirliyinin Dövlət Arxivindən sorğu ilə alınması zamanı məlum olmuşdur ki, həmin vərəsəlik işinin açıldığı zaman bu iş üzrə cavabdeh olan vərəsələr mərhum X7 adını vərəsə kimi göstərməmiş və onun adını gizlətmişdirlər. Bu səbəbdən də X26in, həm də onların bu vərəsəlik işindən xəbəri olmamış, onların razılığı və xəbəri olmadan digər vərəsələr bu fərdi yaşayış evini vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən öz adlarına rəsmiləşdirmişlər. Belə ki, X26 sağlığında bu miras əmlakı faktiki qəbul edərək, bu evdə yaşamasına baxmayaraq, həmin miras əmlak nə onun, nə də iddiaçıların adına rəsmiləşdirilməmişdir.

16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1423/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia qismən təmin edilmiş, X1 miras qalmış əmlaka dair verilmiş xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, iddiaçıların miras əmlakda payının müəyyən edilmə si qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-352/2022 nömrəli 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov və C.Yusifov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, X1 miras qalmış əmlaka dair verilmiş xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin Cavabdeh1, Cavabdeh2, X20 və X12 dair his sədə etibarsız hesab edilməsi, ünvan 12 saylı evin əmlakın 8/24 hissəsinin yarısına, yəni 1/6 hissəsinə iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 nın miras əmlakda payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “1923-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin 487-ci, 488-ci və 499-cu maddələrinə müvafiq olaraq, qanun və vəsiyyət üzrə vərəsəliyə yol verilir. Hər iki əsas üzrə vərəsəliyə çağırılan şəxslərin dairəsi enən xətt üzrə (uşaqlar, nəvələr, nəticələr) və sağ qalmış ər (arvad), həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl ən azı bir il onun himayəsində olan əməyə bacarıqsız və imkansız digər şəxslərlə məhdudlaşır. Mirasın açıldığı yerdə olan vərəsə mühafizə tədbirlərinin görüld üyü gündən 3 ay ərzində mirasdan imtina etməzsə mirası qəbul etmiş hesab olunur. Vərəsə digər vərəsələrin gəlməsini gözləmədən miras əmlakı idarə etməyə başlaya bilər. Göründüyü kimi, 1923-cü il Məcəlləsi mirasın açıldığı yerdə olan vərəsənin onu qəbul etməsi üçün hər hansı bir hərəkət etməsini tələb etmirdi, onun susması mirasın qəbulu üçün kifayət idi. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh4 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, X20 və X9 da vərəsəlik hüquqlarının olmasını qəbul edərək iddiaçıların vərəsəlik hüququnu tanımışdır. Lakin, iş materiallarından, apellyasiya şikayətinin dəlillərindən və tərəflərin izahatlarından görünür ki, X20 xx.xx.2003-cü il tarixində vəfat etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi vərəsəlik şəhadətnaməsində ona da aid ol an hissəni etibarsız hesab etmiş, lakin onun hüquqi varisini maraqlarına toxunan şəxs kimi prosesə cəlb etməmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Halbuki, XXX vəfat etdiyindən onun vərəsəsi onun prosessual hüquq varisi kimi tanınmalı idi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, onun vərəsəsi (oğlu) X13r. O, prosessual hüquq varisi kimi tanınmaqla maraqlarına toxunan şəxs qismində cəlb edilmişdir. AR Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 nın miras əmlakda payını müəyyən etsə də, onların payının hansı hissədə olmasını müəyyən etməmişdir. Kollegiya qeyd edir ki, əmlakın 24/8 hissəsinin yarısı, yəni 1/6 hissəsinə iddiaçıların və 1/6 hissəyə isə cavabdeh tərəfin payı müəyyən edilməlidir. Vərəsəlik şəhadətnaməsi qismən yəni Cavabdeh1, Cavabdeh2, X20 və X12 aid hissədə etibarsız hesab edilməli, əmlakın 24/8 hissəsinin yarısı, yəni 1/6 hissəsinə iddiaçıların (İddiaçı3, İddiaçı2 və İddiaçı1 ) və digər 1/6 hissəyə isə cavabdeh tərəfin (Cavabdeh1, Cavabdeh2, X20 və X18) payı müəyyən edilməlidir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan C avabdeh2 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə X7 vərəsəlik açılan yerdə olmayan vərəsə olduğunu nəzərə almayaraq, səhv nəticəyə gəlmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh4 vərəsəlik açılan yerdə olan vərəsə olduğundan (1955-ci ildən miras əmlakda yaşamışdır) onun miras əmlakı qəbul etməsi üçün hər hansı bir hərəkət etməsi tələb edilmirdi, onun susması mirasın qəbulu üçün kifayət idi. X4 vərəsəlik açılan yerdə olmayan vərəsə olduğundan (miras əmlakın saray adlanan hissəsində (7,6 kv.m.) Cavabdeh4 razılığı ilə 1967-ci ildən yaşamağa başlamışdır) vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzin də şəxsən və ya nümayəndələri vasitəsilə miras əmlakını qəbul edə bilərdi. Lakin XXX tərəfindən qeyd edilən hərəkətlərdən heç biri yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında atasının çıxarışdan xəbəri olmadığını, çıxarışın nənələrinin adına olmağını təxminən 2 il bundan qabaq bildiklərini qeyd edir. Belə olan halda atasının nənəsindən miras qalan əmlakın mövcudluğundan xəbəri olmadığı halda, həmin miras əmlakı qəbul etməsi də heç bir məntiqə uyğun gəlmir. Göründüyü kimi, iddiaçılar hər dəfə vəziyyətə uyğun olaraq məhkəməyə ziddiyətli və yalan ifadələr verimişlər. Ümumiyyətlə, iddiaçıların 30 ildən artıq yaşadıqları evin sənədlərinin kimin adına olmasından, kommunal və s. xərclərin kim tərəfindən ödənilməsindən xəbərsiz olmaları da heç bir məntiqə uyğun gəlmi r. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı iddiaçıların etirazının dəlilləri iddianın əsasları ilə eyni olmuş, etirazda kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 24. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna mal ikdir. 25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

26. Azərbaycan SSR-in xx.xx.1923-cü il tarixli Mülki Məcəlləsi: Maddə

487. Vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir; Maddə

488. Qanun üzrə vərəsələr - uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl ən azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir; Maddə

499. Vərəsəlik açıldığı yerdə olan vərəsə vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunur.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; Maddə 1160. Qanun üzrə vərəsəlik zamanı növbəlik Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir;

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarı: “Miras əmlakın faktiki qəbu lu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzim ləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi və şikayət bir cavabdeh tərəfindən verildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı həmin cavabdehə aid hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

35. İlk olaraq, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsin ə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu pri nsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərə sələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmi şdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.

36. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşm a, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq formal mülahizələrə əsasən bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin subyektiv hüququnun olmaması səbəbi ilə ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

37. Kassasiya şikayətinə gəldikdə, şikayətin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

38. Beləliklə, mülki i şə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayəti verən cavabdehə aid hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-352/2022 nömrəli iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar