Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2014/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etib arsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli, 2(105)-2688/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ərazisində olan 2338 saylı torpaq sahəsinə dair Cavabdeh adına özəlləşmənin etibarsız hesab edilməsi və mübahisəli torpaq sahəsinə iddiaçının istifadə hüq uqunun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx xxx 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2338 №-li 0,18 ha torpaq sahəsinə dair aparılmış qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xx xxxxxx 2018-ci il tarixli, 2(060)-6886/2018 nömrəli qətnaməsi ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”la xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx xxx 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2338 №-li 0,18 ha torpaq sahəsinə dair aparılmış qeydiyyatın etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2688/2019 nömrəli qətn aməsi ilə (hakimlər S.A.Qafari - sədrlik edən və məruzəçi, L.M.Məmmədova və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(060)-6886/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xxx kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2688/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən maddi hüquq normalarının po zmuş, cavabdehin əmlakının dövlət reyestrində qeydiyyatının ləğv edilməsini əsaslandırmamış, mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iclasında Cavabdeh və vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmamışdır. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdehin apellyasiya şikayətini rədd edən apellyasiya instansiyası məhkəməsi iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının xx xxxx 2016-cı il tarixli qətnaməsinə istinad edərək göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2015-ci il tarixli 16524 saylı rəyi ilə müəyyən edilir ki, 2338 saylı bağ sahəsinin planının sol tərəfindən olan “77,0” rəqəmini, “S=700» rəqəminin olan hissədə soldan sağa və aşağı sağ hissəsində olan sağdan sola olan kəsə xətlərinin üstündən ağardıcı maddə çəkməklə, indiki vəziyyətə dəyişdirilmişdirlər. 2338 saylı bağ sahəsinin planının sol tərəfində olan “30,4” və “46,6” rəqəmlərini əlavə etməklə indiki vəziyyətə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2016-cı il tarixli rəyi ilə ünvan 1ində yerləşən MA seriyalı, ******* saylı çıxarışla xüsusi mülk iyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmış, İddiaçı və X1 istifadəsində olan 18 sotdan ibarət 2338 saylı bağ torpaq sahəsinin dəqiq sərhədləri müəyyən edilərək, İddiaçı və X1 istifadələrində 0,1689 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, istər əvvəlki iş üzrə keçirilmiş ekspert rəyi ilə, istərsə də cinayət işinin icraatına xitam verilməsi barədə xx xxxx 2017-ci il tarixli qərarı ilə mübahisəli torpaq sahəsinin planının saxtalaşdırılması müəyyən edilmişdir. Lakin məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı bəraətverici əsaslar olmadan işin icraatına xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı m addəsinə istinad edərək hesab etmişdir ki, Cavabdeh hələ mübahisəli torpaq sahəsini İddiaçılə əldə etdikləri razılaşma əsasında həmin torpaq sahəsini (bağ sahəsinin texniki pasportunu) onun sahibliyinə və istifadəsinə verdiyi halda, sonradan bağ sahəsinin texniki pasportunun plan hissəsində dəyişiklik etməklə Sumqayıt şəhər Ərazi İdarəsinə təqdim edərək adına qeydiyyat aldırmış və bununla da, qeydiyyatın qeyri-dəqiqliyi ona bəlli olduğundan, həmin qeydiyyat həqiqi hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən qərarı qəbul edərkən prosessual hüquq normalarını pozmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının ilkin iddia tələbləri tərəflərin mübahisələndirdikləri torpaq sahəsinin cavabdeh tərəfindən özəlləşdirilməsinin etibarsı z hesab edilməsi və mübahisəli torpaq sahəsinə iddiaçının istifadə hüququnun tanınmasından ibarət olsa da, sonradan o tələblərini dəyişdirmiş və yalnız torpaq sahəsi üzrə cavabdehin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydinin etibarsız hesab olunmasını xahiş etmişdir. İddia tələbi və iddianı təmin edən məhkəmələrin qərarları onunla əsaslandırılmışdır ki, torpaq sahəsi üzrə cavabdehin hüquqları dövlət reyestrində qeydə alınması üçün əsas olmuş sənədlərdən 2338 saylı bağ sahəsinin planı saxtalaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi h esab edilir. Mülki Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhd udlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 9.1-ci mmaddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi;
4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasi bətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası izah edir ki, hazırki iddianın (dəqiqləşdirilmiş iddianın) mahiyyəti torpaq sahəsinin cavabdehin adına ilkin qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın qanunsuzluğundan ibarətdir. Belə ki, iddiaçı həmin qeydin saxta sənədlər əsasında aparılmasını, yəni hüquqların dövlət qeydiyyatını aparan orqanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən vəzifələrini icra etməməsini (o cümlədən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu n yoxlanılmasını, ziddiyyətləri aşkar etməməsini) iddia edir. Reyestrdəki qeydiyyat isə inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Lakin iddiaçı reyestrdəki qeydiyyatın etibarsızlığı ilə bağlı hazırki iddianı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparan orqana qarşı inzibati məhkəmə icraatı qaydasında deyil, əmlak üzərində hüquqları qeydə alınmış fiziki şəxsə qarşı mülki m ühakimə icraatı qaydasında irəli sürmüş, məhkəmələr isə iddiaya mahiyyəti üzrə baxaraq, yuxarıda qeyd olunan məhkəmə aktlarını qəbul etmişlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarında (həmin Qərara xx xxxxxx 2020-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla) məhkəmələrə izah olunmuşdur ki,... inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli, iddiaçıya daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qanunsuz olması ilə bağlı həmin reyestri aparan dö vlət orqanına müraciət etmək, sonuncunun qəbul edəcəyi qərardan narazı olduğu halda isə aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili X5 tərəfindən verilmiş kassasiya şika yəti qismən təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2688/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qanunsuz olması ilə bağlı həmin reyestri aparan dövlət orqanına müraciət etmək, sonuncunun qəbul edəcəyi qərardan narazı olduğu halda isə aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ vardı r. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev