Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2018/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi, Bakı şəhəri 21 saylı Notariat Ofisi, X5, X18) iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Ab basov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7096/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mərhum anası X13 məxsus olmuşdur. X11 7 övladı olmuş: Eyvaz, Elyaz, Elmira, Zərnişan, Knyaz, Zərxanım və Eldar. X3 xx.xx.2015-ci il tarixli vəsiyyətnaməyə əsasən özünə məxsus olan bütün əmlakını onunla eyni ünvanda yaşayan oğlu Cavabdeh5 və Ukrayna vətəndaşı Cavabdeh1 Məmməd oğluna vəsiyyət etmişd ir. Knyaz və Elyaz vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi almışlar, Zərnişan və Elmira isə qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Digər üç övlad Eyvaz, yəni iddiaçı, Zərxanım və Eldar mirası nə faktiki qəbul etmiş, nə də bununla bağlı notariat kontoruna müraciət etməmişlər.
3. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 211564 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 25 sentyabr 2006-cı il tarixdə ölmüşdür. 4. 1 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 058088 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 19 yanvar 2020-ci il tarixdə ölmüşdür.
5. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlar ının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 016779 nömrəli xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X13 məxsus olmuşdur.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 8 X11 adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir.
7. Bakı şəhəri 18 saylı notariat kontorunda təsdiq edilmiş, reyestrdə 2V-179 № ilə qeyd edilmiş, xx.xx.2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 4-cü Aşırım, 2-ci döngə ev 13-də yaşayan X19 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir: Ölən günədək ona məxsus o lan bütün əmlakını–onunla eyni ünvanda yaşayan Cavabdeh5 və Ukrayna vətəndaşı Cavabdeh1 Məmməd oğluna vəsiyyət etmişdir. 8. 53 saylı MKİS-in xx.xx.2020-ci il tarizli, arayışından görünür ki, X3 ölən gününə qədər 4-cü Aşırım küçəsi, ev 15-də yaşamış və qeydiyyatda olmuşdur. Ölümündən əvvəl və hazırda qeydiyytda olan ailə üzvlərindən 4 nəfərdir. Oğlu – Cavabdeh5, gəliniCavabdeh4, nəvəsi- X20, nəvəsi- X6r. 9. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 Məmməd oğlu vərəsəlik şəhadətnaməsi almaq üçün 51 saylı notariat kontoruna müraciət edmişdir. 10. xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X14 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmiş dir ki, Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən xx.xx.2015 tarixdə təsdiq edilən və reyestrdə 179 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş- X11 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Rusiya Federasiyası ünvanında qeydiyyatda olan Cavabdeh1dur (RUS 754446876, xx.xx.2017 - FMX 52004, FİN:, d/t xx.xx.1961) və o miras əmlakdan 3/8 hissədə pay almalıdır. 3/8 hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-si yanında DƏDRX tərəfindən xx.xx.2020 tarixdə X13 verilmiş **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Novruzov Qardaşları küçəsi,13 ünvanında yerləşən ümumi sahəsi 79.3 kv/m olan fərdi yaşayış evindən ibarətdir. 11. xx.xx.2020-ci il tarix li ərizədən görünür ki, Cavabdeh5oviç vərəsəlik şəhadətnaməsi almaq üçün 51 saylı notariat kontoruna müraciət etmişdir.
12. Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş, reyestrdə 2V-155 № ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X14 Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən xx.xx.2015 tarixdə təsdiq edilən və reyestrdə 179 nömrəsi ilə qeyd olunan vsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmişX11 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Rusiya Federasiyası ünvanında qeydiyyatda olan Cavabdeh5oviçdir. **********, xx.xx.2017 - 520-001, FİN: XXXXXX d/t xx.xx.1972) və o miras əmlakdan 3/8 hissəyə pay almalıdır. Şəhadətnamə verilən mir as əmlak: - ƏMDKsı yanında DƏDRX tərəfindən xx.xx.2200 tarixdə X13 verilmiş **********8510301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 79.3 kv/m olan fərdi yaşayış evindən ibarətdir. 13. 10.03.2020-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik şəhadətnaməsi almaq üçün 51 saylı notariat kontoruna müraciət edmişlər.
14. Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş, reyestrdə 2V-105 № ilə qeyd edilmiş, xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X14 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş-X11 və rəsələri: Azərbaycan Respublikası, ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh3 (AZE0*******, xx.xx.2008 - Xətai, FİN:xxxxxxx, d/t:xx.xx.1956) ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AZE********, xx.xx.2016 Asan2, FİN:xxxxxxx, d/t: xx.xx.1966) və onların hər biri nvras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-si yanında DƏDRX tərəfindən xx.xx.2020 tarixdə X13 verilmiş **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Novruzov Qardaşları küçəsi. 13 ünvanında yerləşən ümumi sahəsi 79.3 kv/m olan fərdi yaşayış evidən ibarətdir.
15. Cavabdeh5oviç ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən ünvan 8 ünv anında yerləşən, ümumi sahəsi 79,3 kv.m olan fərdi yaşayış evini hədiyyə alana bağışlamışdır.
16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 8-ə Cavabdeh2 1/8 hissədə, Cavabdeh3 1/8 hissədə, Cavabdeh1 3/8 hissədə, Cavabdeh4 adına 3/8 hissədə payları qeydə alınmışdır.
17. Bakı şəhəri 51 saylı Notariat Ofisinin notariusu Ü.F.Kərimovun xx.xx.2021-ci il tarixli, 1729 №-li qərarından görünür ki, “Vətəndaş İddiaçı Bakı şəhəri 51 saylı notariat ofisinə ünvan 9 ünvanda yaşamış 19 yanvar 2020-ci il tarixdə vəfat etmiş anası X9 qalmış mirası qəbul etmək və qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququ haqq ında şəhadətnamə verilməsi üçün 10 iyul 2021-ci il tarixdə ərizə təqdim etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı miras açıldıqdan sonra və əvvəl göstərilən yaşayış evində yaşamamışdır. Bununla yanaşı qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış İddiaçı notariat ofisinə mirası faktik qəbul və ona sahiblik etməsi barədə sübutlar təqdim etməmişdir. İddiaçı mirasın qəbulu ilə bağlı qanunvericiliyin tələbi izah edilmişdir. Lakin İddiaçı tələbini dəyişməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq «Notariat haqqında» qanunun 40-cı maddəsinin 1-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.” İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdehlər İddia çı Mamed oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X9 miras qalmış, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh1 və X15 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V155 və 2V-104 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh4 ilə Cavabdeh5oviç arasında bağlan mış Bakı şəhəri 21 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli 40- 022 nömrəli bağışlama müqaviləsinin, Cavabdeh2 Məmmdovnanın adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın, Cavabdeh4 adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021ci il tarixli çıxarışın, Cavabdeh5çin adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh1 adma və X7 ƏMDK yanında DƏDRX tərəfindən verilmiş paylı şəkildə olan çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, mərhum anası X9 miras qalmış Bakı şəhəri, ünv an 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 və X4 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin,Cavabdeh1 və X12 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-155 və 2V-104 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh4 ilə Cavabdeh5oviç arasında bağlanmış Bakı şəhəri 21 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli 4G- 922 nömrəli bağışlama müqaviləsinin, Cavabdeh2 Məmmdovnanın adma GMDK yanında DGDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın, Cavabdeh4 adına GMDK yanında DGDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh5çin adma GMDK yanında DGDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh1 adına və X7 GMDK yanında DGDRX tərəfindən verilmiş paylı şəkildə olan çıxarışların etibarsız hesab edilməsi, İddiaçı mübahisəli fərdi yaşayış evində payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə verərək, mərhum anası X9 miras qalmış Bakı şəhəri, ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 Məmmodovna və Cavabdeh3 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh1 və X12 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-155 və 2V-104 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh4 ilə Cavabdeh5oviç arasında bağlanmış Bakı şəhəri 21 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli 40-922 nömrəli bağışlama müqaviləsinin, Cavabdeh2 Məmmdovnanın adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 1 ********* qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın, Cavabdeh4 adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh5 Məmmodiçin adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh1 adına və Cavabdeh3 ƏMDK yanında DƏDRX tərəfindən verilmiş paylı şəkildə olan çıxarışların etibarsız hesab edilməsi, İddiaçı mübahisəli fərdi yaşayış evində 1/11 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2
1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, Döngə 2 ev 13, indiki Novruzov Qardaşları ev 13 saylı ünvanda yerləşən fərdi yaşayış evi onun anasının X11 şəxsi mülkiyyətində olmuşdur. Anası xx.xx.2020-ci il tarixində vəfat etmişdir, atası isə xx.xx.2006-cı il tarixində ondan əvvəl vəfat etmişdir. Valideynləri və o qeyd edilən ünvanda yaşamış, oradan daimi olaraq istifadə edərək təsərrüfat aparmışlar. Anasının vəfatından sonra o, elə hesab etmişdir ki, onun vərəsəsi kimi artıq əmlak üzərində sərəncam vermək səlahiyyəti bütün övladlarına məxsusdur. Onun xəbəri olmadan iş üzrə cavabdehlər mübahisəli fərdi yaşayış evinə dair 51 saylı notariat ofisinə müraciət etmişlər və oradan özlərinə vərəsəlik hüququ haqqında şəhadətnamələr alınmış və onu n əsasında 1 saylı Bakı Ərazi İdarəsindən çıxarışlar əldə etmişdirlər. O, bundan məlumatlı olmamış və məlumat əldə edən kimi adiyyatı üzrə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-6172/2021 saylı qərardadı ilə sənədlər geri qaytarılmış və bildirilmişdir ki, əmlak Nərimanov rayonu ərazisində yerləşdiyi üçün adiyyəti olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət edilməlidir. Bundan sonra o, Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)4302/2021 saylı qərardadı ilə ərizəsi baxılmamış saxlanılmış və ona izah edilmişdir ki, iddia icraatı qaydasında müraciət edilməlidir. O, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bildirmişdir ki, fərdi yaşayış evində hamı bi rlikdə yaşamış sonralar isə ailə qurduqca öz evlərinə köçmüş, anası X19 2020-ci ildə vəfat etmiş həmin vaxt onlar övladlar orada yaşamamış bir dənə ancaq iş üzrə cavabdeh Əsədova (Paşayeva) Sevda Salman qızı mübahisəli ünvanda yaşamış və hazırda da o ünvanda yaşamaqda davam etmişdir. Onun həyat yoldaşı qardaşı Cavabdeh5 3/8 pay verilmiş və Cavabdeh4 həmin pay bağışlanmışdır. Bacıları həmin miras əmlakdan 1/8 hissə Cavabdeh3, 1/8 hissə Cavabdeh2, 3/8 hissə Cavabdeh1 məxsusdur, Cavabdeh5 3/8 hissə verilmişdir, Cavabdeh5 öz payını Cavabdeh4 bağışlamışdır. Bütün bu əməliyyatlar 51 saylı notariat ofisində edilmişdir. O və iki övlad gizlədilmişik, bu barədə notariat ofisinə məlumat verilməmişdir. Bundan sonra o, müvafiq sənədlərlə bərabər maraqlı şəxs Bakı şəhəri 51 saylı Notariat Ofisinə müraci ət etmişdir ki, ona vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilsin. Notarius vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsində rəsmi olaraq xx.xx.2021-ci il tarixində imtina etmişdir. Hesab edir ki, Notariusun imtinası əsassızdır və bu ərizə məhkəmə qaydasında öz həllini tapa bilər. Bildirir ki, qeyd edilən ev onun anasının şəxsi mülkiyyətində olmuşdur. Hazırki cavabdehlərdən vəsiyyətnamə üzrə vərəsəlik olanları qəbul edir, çünki anası onlara vəsiyyətnamə vermişdir, digər qanun üzrə vərəsəlik almış Cavabdeh2 və Ədilova Zərnişan isə anasının sağlığında hazırki mübahisəli evdə uzun illər o, və digər övladlar kimi yaşamamış və qeydiyyatda olmamışdırlar. Bildirir ki, Elmira və Zəmişanda ölmüş şəxslə birlikdə uzun illər yaşamamış və qeydiyyatda olmamışdırlar, ölmüş şəxslə birlikdə təs ərrüfat işləri aparmamış və onunla yaşamamışdırlar. Elmira və Zərnişan hər ikisi notariusda ərizə verərək hər biri aneaq özlərinin vərəsə olması barədə yalan məlumat vermişlər. Qeyd edir ki, vərəsəlik işi tam olaraq qanunsuz və əsassız aparılmış vərəsələr gizlədilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Qanun və vəsiyyət üzrə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilərək paylar yenidən müəyyən edilməli, vəsiyyət üzrə paylar verildikdən sonra qanun üzrə olan vərəsəlik hüququ haqqında şəhadətnamələr ölmüş şəxsin övladları arasında bərabər bölünməlidir.
22. Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, Döngə 2 ev 13, indiki Novruzov Qardaşları ev 13 saylı ünvanda yerləşən fərdi yaşayış evi onun qaynanası X11 şəxsi mülkiyyətində olmuşdur. Qaynanası xx.xx.2020-ci il tarixində vəfat etmişdir, qaynatası isə xx.xx.2006-cı il tarixində ondan əvvəl vəfat etmişdir. Onlar, həyat yoldaşı Cavabdeh5, o və iki övladı həmin ünvanda yaşayıb və hazırdada yaşamaqda davam edir və pasport qeydiyyatı da həmin ünvanadır. O, 26 ildən çoxdur ki Knyazla ailə həyatı quraraq yuxarıda qeyd edilən ünvanda mülkiyyətçi ilə birlikdə yaşamış təsərrüfat aparmışdır. Knyazla birgə nikahından iki övladı olmuş və onlar həddi buluğ yaşını keçmişdirlər. Ümumiyyətlə hesab edir ki, həmin ünvanda yaşamayan və orada daimi qeydiyyatı olmayan baldız və qayınları vəsiyyət edilmişlərdən başqa heç kim pay ala bilməzdi. Lakin Elmira və Zərnişan pay almaq üçün notariusa müraciət etmi şdirlər və evin qeydiyyat vəsiqəsi onda olmağına baxmayaraq gizlin şəkildə vərəsəlik işinin açılmasına nail olmuşlar və reyestr xidmətindən yeni çıxarış alaraq notariusa təqdim edərək vərəsəlik hüququ haqqında şəhadətnamələr əldə etmişdirlər. Hazırkı iddia ərizəsinə heç bir etirazı yoxdur.
23. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişlər ki, İddiaçı iddia ərizəsi ilə əlaqədar iddia müddəti buraxılmışdır. Belə ki, iddiaçı vərəsə kimi xx.xx.2020-ci ildə dünyasını dəyişmiş mərhum anaları X9 qalmış miras əmlakla (ünvan 8) əlaqədar mübahisə qaldırmışdır. Lakin iddiaçı vərəsə olaraq anası Zinanın rəhmətə getməsini ilk gündən bilmiş, onun dəfnində və yas mərasimində iştirak etmişdir. O, vərəsə olaraq qanunla müəyyən olunmuş 3 ay müddə tində Notariat ofisinə müraciət etməmiş, faktiki olaraq mürasdan imtina etmişdir. İddiaçıdan başqa digər qardaşı və bacısı da mirasdan pay istəməmişlər və Notariat ofisinə müraciət etməmişlər. Eləcə də, iddiaçı həmin miras əmlakı faktiki olaraq qəbul etməmiş, öz evində yaşamışdır. Hətta iddiaçı şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş 6 ay müddətində (xx.xx.2020-ci ilədək) də mirasla əlaqədar hazırda cavabdeh olan Sevda Salmanovanın göstərişi ilə xx.xx.2020-ci il tarixdə məni (Cavabdeh2) döymüşdür. Bu barədə Nərimanov RPİ-nin İstintaq Şöbəsində onun barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Lakin bacı-qardaşlarının xahişini nəzərə alaraq onunla barışmışdır. İddiaçı barəsində olan cinayət işinə xx.xx.2021-ci il tarixli qərarla xitam verilmişdir. İddiaçı miras əmlak barədə anasının ölümündən bir il yarımdan sonra qərəzli olaraq mübahisə yaratmağa başlamışdır. Buna səbəbi isə miras əmlakın cavabdeh Sevda Salmanova tərəfindən kirayəyə verilməsi və aldığı pulları mənimsəməsi səbəbindən olmuşdur. Həmin vaxtlarda Sevda Salmanovaya qarşı kirayənişinlərin miras qalmış həmin evdən çıxarılması, pul tələbi barədə iddia qaldırılmış və iddia tələbi qismən təmin edilmişdir. Göstərilənlərə əsasən iddia müddətinin tətbiq edilməsi ilə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2022 saylı, 24 fevral 2022-ci il tarixli (hakim Aytən Novruzova) qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, müb ahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlanma müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, fərdi yaşayış evinə payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
25. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən vərəsəlik şəhadətnamələri, onların əsasında verilmiş çıxarışlar və bağışlanma müqaviləsinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmiş, eyni zamanda belə hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçı anasının ölümü barədə məlumatlı olduğu halda qanunla nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməmiş, bunun üçün aktiv hərəkətlərə cəhd göstərməmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
26. İddiaçının iddia ərizəsi iddia müddəti tətbiq edilməklə də rədd edi lməlidir. Belə ki, İddiaçı anasının ölümü barədə məlumatlı olduğu halda qanunla nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməmiş, bunun üçün aktiv hərəkətlərə cəhd göstərməmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 339.1, 339.2, 339.3, 340.2, 352, 354.1, 1133.1, 1133.2, 1134.1. 1134.2, 1145, 1146, 1151, 1159, 1160, 1166, 1168, 1179.1, 1193, 1194, 1195, 1196, 1198, 1202.1, 1202.2, 1243.1, 1243.2, 1243.3, 1274, 1321.1, 1321.2, 1324.3-cü maddələri və Konstitusiya Məhkəməsinin Plenum qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7096/2022 nömrəli iş üzrə 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), El nur Həsənov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. İddiaçı apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmçinin 01 mart 1965-ci ildən 01 sentyabr 2000-ci il tarixindək qüvvəd ə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinin tələblərinin pozulmasına dair dəlilinə məhkəmə kollegiyası qiymət verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən vərəsəlik şəhadətnamələri, onların əsasında verilmiş çıxarışlar və bağışlama müqaviləsinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmiş, eyni zamanda belə hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
33. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mirası qəbul etmə ilə bağlı dəlillərinə də düzgün qiymət vermişdir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı anasının ölməsi barədə məlumatlı olduğu halda qanunla nəzərdə tutulmuş (MM 1202, 1246-cı maddələr) müddət ərzində mirası qəbul etməmiş, bunun üçün aktiv hərəkətlərə cəhd göstərməmişdir.
34. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 354.1-ci (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər) və digər normalarını tətbiq edərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin hazırkı mübahisəyə həmçinin iddia müddəti tətbiq etməklə mübahisəni düzgün hüquqi qiymət vermişdir.
35. Belə ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir.
36. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
37. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi hə qiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
38. Apellyasiya kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasi ya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti apellyasiya şikayəti və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X10 X8:
42. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası:
43. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
44. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
45. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
46. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
47. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
48. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
49. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
50. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
51. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
52. Maddə 1151. Mirasa (miras əmlaka) mir as qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
53. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
54. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
55. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
56. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
57. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
58. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
59. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
60. Maddə 1243.1. Mirası istər qanun üzrə, i stərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
61. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
62. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
63. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
64. Ma ddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Hazırkı işdə iddiaçı vərəsəlik hüququna istinad edərək, anası X9 miras qalmış Bakı şəhəri, ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsələrə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların, Cavabdeh5oviçlə Cavabdeh4 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız sayılmasını, özünün mübahisəli fərdi yaşayış evinə 1/11 payı nın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (§ 20-21).
70. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iddianı həm mirasın qəbulu müddətlərinin keçməsi, həm də iddia müddətini tətbiq etməklə rədd etmiş, mövqelərini Mülki Məcəllənin həm 354.1-ci, 1246-cı maddələrini tətbiq etməklə əsaslandırmağa çalışmışlar (§ 24-27, 29-38).
71. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
72. Əvvəlcə qeyd olunmalıdır ki, iddia müddəti bir qayda olaraq, tələb hüquqlarına şamil olunur. Belə ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (§ 46- 47).
73. Hazırkı işdə isə iddiaçı özünün vərəsəlik hüququna istinad edərək miras əmlak üzərində payının tanınmasını tələb edir.
74. Buna baxmayaraq məhkəmələr iddiaçının tələblərinə iddia müddətininin tətbiq olunmasının hüquqi əsaslarını, konkret olaraq Mülki Məcəllədə nəzərdə tutulmuş hansı (xüsusi, ümumi) iddia müddətini tətbiq etdiklərini göstərməmişlər.
75. Məhkəmələr qətnamələrində Mülki Məcəllənin 354.1-ci maddəsinə istinad etmişlər. Həmin maddəyə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (§ 45).
76. Nəzərə alınmalıdır ki, bu normadakı müddət əqdin etibarsız sayılması haqqında iddiaya tətbiq edilən müddət olmayıb, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqinə şamil olunan iddia müddət idir.
77. Hazırkı işdə irəli sürülmüş tələblər baxımından qeyd olunmalıdır ki, notariusun verdiyi vərəsəlik şəhadətnamələri, habelə onlar əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat haqqında çıxarışlar ümumiyyətlə əqd hesab edilmirlər. Onlar şəxsin mülki hüquqlarının mövcudluğunu və ya qeydiyyatını təsdiq edən sənədlərdir. Bu baxımdan həmin sənədlərin etibarsız sayılması barədə tələbə əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələri haqqında müddət tətbiq oluna bilməz.
78. Bağışlama müqavilə isə əqd sayıldığı üçün onun əhəmiyyətsiz sayılması və zəruri dispozisiya şərtləri sübuta yetirildiyi halda sözügedən normanın tətbiqi mümkün ola bilər. Bunun üçün müqavilənin əhəmiyyətsiz olduğu təsbit edildikdən sonra həmin əqd üzrə icra edilmişlərin əldə edən baxımından əsassız var lanma təşkil etdiyi müəyyənləşdirilməlidir.
79. Bu xüsusatla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “...əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət dey ildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir....Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir....əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.... əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəx s digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər”.
80. Hazırkı işə Mülki Məcəllənin 354.1-ci maddəsini tətbiq edən məhkəmələr öz mövqelərini yuxarıda göstərilən h üquqi mövqelərə uyğun şəkildə əsaslandırmamışlar.
81. Bundan əlavə, apellyasiya məhkəməsi iddiaçının Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulan müddət ərzində mirası qəbul etmədiyini bildirərkən, “həmin müddətin mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddət olması”na dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarına istinad etmişdir. Belə olan halda həmin hüquqi mövqenin hansı meyarlara görə iddiaçının tələbinin rədd edilməsinə əsas verməsi lazımi şəkildə izah olunamamışdır.
82. Qeyd edilənlər qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə və qanunvericliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 64-65).
83. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
84. Məhkəmə kollegiyası vurğulayır ki, iddia tələblərinə və etirazlara aidiyyəti maddi hüquq normasının dispozisiya şərtləri əsasında hüquqi qiymət vermədən, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
85. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X10 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 42-43).
86. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 20 00-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
87. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmi ş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
88. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
89. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
90. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
91. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7096/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.