Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-202/2022 10.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1615/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 fevral 2022-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ƏX Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması və yolun üzərində çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, X kəndi ərazisində Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarına əsasən 0,13 ha həyətyanı torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin (8 nəfərə) mülkiyyətinə verilmişdir. Bununla bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” JN 132 A kod 60814018 nömrəli şəhadətnamə verilmişdir. 3. 11.09.2020-ci il tarixli mütəxəssis və 24.11.2020-ci il tarixli ekspert rəyindən görünür ki, “T orpağın mülkiyyətə verilməsinə dair” JN 132 A kod 60814018 nömrəli şəhadətnaməyə əsasən ƏX və ailə üzvlərinin mülkiyyətində olan X kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğundur. Həmin torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunmur və başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 132 A kod 60814018 nömrəli şəhadətnaməyə əsasən X və ailə üzvlərinin mülkiyyətində olan X kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin kəndarası ümumi yola çıxışı mövcuddur və həmin gediş-gəliş yolundan sərbəst istifadə olunmasına hər hansı bir maneə yoxdur.
4. İddiaçı bildirir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsa sən ona və ailə üzvlərinə (8 nəfərdən ibarət) X kəndi ərazisindən 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair adlarına JN 132A kod 60814018 nömrəli şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi və üzərində olan yaşayış evi valideynlərinin vəfatından sonra faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır və şəxsi təsərrüfatında uzun illərdir ki, mal-heyvan saxlamaqla ailəsini dolandırır. Torpaq sahəsinin həm ön, həm də arxa hissəsindən yola çıxış vardır. Ön hissədə olan yoldan torpaq sahəsinin yaşayış olan hissəsinə giriş-çıxış kimi, arxa tərəfində yerləşən yoldan isə mal-heyvanın gedib-gəlməsi üçün istifadə etmişlər. Hər iki yol bələdiyyə yolu olmaqla onun və dig ər qonşuların ümumi istifadə etdiyi yoldur. Lakin cavabdeh həmkəndlisi və qonşusu Cavabdeh 2020-ci ilin qış ayından etibarən istifadəsində olan torpaq sahəsinin arxa tərəfində yerləşən və mal-heyvanın gediş-gəlişi üçün istifadə etdikləri yolu özbaşına bağlayaraq həmin yoldan istifadə etməyinə maneə yaratmış və yolu öz həyətyanı torpaq sahəsinə daxil etmək məqsədilə bağlamışdır. Cavabdeh qeyd edilən yolu dəmir hasarla və şiferlə hasarlamış və yolu tamamilə kəsmişdir. Sonuncudan yolu açmasını tələb edərək, mallarını həmin yoldan istifadə etməklə örüşə göndərmək istədiyini bildirsə də Cavabdeh onun tələbinə əhəmiyyət verməmiş və volun onun həyəti olmasını bildirərək açmaqdan imtina etmişdir. Bununla bağlı Qaradolaq kənd bələdiyyəsinə məlumat versə də cavabdeh yolu bağlı saxlamağa davam etmi şdir. Hazırda da yol bağlı vəaiyyətdədir.
5. Cavabdeh bildirir ki, ailəsi ilə birlikdə X kəndində yaşayır. Ona və ailəsinə X kəndi ərazisində 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı ilə torpaq sahələri qonşuluqda yerləşsə də onların torpaq sahələrinə gediş-gəliş yollan müxtəlif istiqamətdəndir. Başqa sözlə, onlar eyni yoldan istifadə etmirlər. Belə olan halda iddiaçının torpaq sahəsinə gedən yolu necə kəsə bilər. İddiaçının ona qarşı iddiası əsassızdır və həqiqətə uyğun deyildir. İddiaçının torpaq sahəsinə gediş-gəliş yolu mövcuddur və heç kim tərəfindən tutulmamışdır. Onun tərəfindən iddiaçıya qarşı evindən, torpaq sahəsindən və yoldan sərbəst istifadə etməsinə hər hansı bir maneçilik törədilməmiş, onun tərəfində hər hansı bir qanuna zidd hərəkət etməmişdir. İddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası yoxdur. İddiaçı tərəf həyətyanı torpaq sahəsinə, fərdi yaşayış evinə və gediş-gəliş yolundan istifadəyə qarşı onun tərəfindən maneələrin yaradılması hallarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. Ağcabədi rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(017)-28/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Etibar Quliyev ) iddiaçı X Cavabdeh qarşı həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması və yolun üzərində çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqları nın Cavabdeh tərəfindən pozulması halı sübuta yetirilməmişdir.
8. Konkret halda, istər iş materialları ilə, istərsə də iddiaçının məhkəməyə göndərdiyi iddia ərizəsi, iddiaçının və cavabdehin məhkəmə iclasında verdiyi izahatla iddia tələbinin əsaslı olması sübuta yetməmişdir. Məhkəmə iclası zamanı iddiaçının iddia ərizəsində qeyd edilmiş xüsusatları konkret olaraq, Cavabdeh hüquqa zidd hərəkətlərinin olub-olmaması, ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən tutulması faktlarla əsaslandırılmamış, bununla əlaqədar iddiaçı hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16.1, 18, 560.1, 560.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsas landırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermişdir.
11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi) Cavabdeh və S.Mayılov) 2(103)-1615/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağcabədi rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(017)-28/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona eti razın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
22. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
23. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
24. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
25. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tə rəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
26. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
27. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 218.3)
28. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
29. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (24-25)
32. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi 11.09.2020-ci il tarixli mütəxəssis və 24.11.2020- ci il tarixli ekspert rəyinə istinad edərək qəbul etdiyi qətnaməni X qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının Cavabdeh tərəfindən pozulması halının sübuta yetirilməməsi ilə əsaslandırmışdır.
33. Apelyasiya instansiyası məhkəməsi isə işin tam və hərtərəfli araşdırıldığını və maddi və prosessual hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edildiyini vurğulayaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
34. Bununla bağlı iddiaçının dəlili ondan ibarətdir ki, həm birinci instansiya məhkəməsi həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən verdiyi iddia üzrə araşdırma aparılmamışdır.
35. Belə ki, iddia ərizəsində qoyulan tələb torpaq sahəsinin ön hissəsində yerləşən və yaşayış olan sahəyə giriş-çıxış kimi istif adə edilən yolun deyil, torpaq sahəsinin arxa tərəfində yerləşən və mal-heyvanın gedib-gəlməsi üçün istifadə edilən yolun cavabdeh tərəfindən zəbt edilməsi ilə bağlıdır.
36. İş materiallarından görünür ki, 11.09.2020-ci il tarixli mütəxəssis və 24.11.2020-ci il tarixli ekspert rəyində iddiaçı və ailə üzvlərinə (8 nəfərdən ibarət) məxsus X kəndi ərazisində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin ümumi istifadədə olan yola sərbəst giriş-çıxışının olub-olmaması araşdırılmış və müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 132 A kod 60814018 nömrəli şəhadətnaməyə əsasən X və ailə üzvlərinin mülkiyyətində olan X kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğundur. Həmin torpaq sahəsi digər şəxslər tərəfindən i stifadə olunmur və başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 132 A kod 60814018 nömrəli şəhadətnaməyə əsasən ƏX və ailə üzvlərinin mülkiyyətində olan X kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin kəndarası ümumi yola çıxışı mövcuddur və həmin gediş-gəliş yolundan sərbəst istifadə olunmasına hər hansı bir maneə yoxdur.
37. Bununla bağlı qeyd edilməlidir ki, iddia tələbi torpaq sahəsinin arxa tərəfində yerləşən və mal-heyvanın gedib-gəlməsi üçün istifadə edilən yolun cavabdeh tərəfindən zəbt edilməsi ilə bağlı olduğundan hazırkı iş üzrə ekspertiza tətqiqatının predmetini iddiaçının cavabdehin zəbt etdiyini göstərdiyi torpaq sahəsinin ümumi istifadədə olan yol olub-olmaması, cavabdeh tərəfindən zəbt edilib-edilməməsi və cavab deh tərəfindən zəbt edildiyi müəyyən edildiyi halda belə zəbt etmənin iddiaçının torpaq sahəsinin arxa tərəfindən mal-heyvanın giriş çıxışına maneə yaradıb-yaratmadığı təşkil etməli idi.
38. Göründüyü kimi həm birinci instansiya məhkəməsi həm də apelyasiya instansiyası məhkəməsi iddianın yönəldiyi tələbi düzgün müəyyənləşdirməmiş və iddia tələbi üzrə araşdırma aparmamışdır.
39. Halbuki, Mülki Prossesual Məcəllənin tələblərinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. (27)
40. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
41. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddə sinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
42. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1615/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.