Məhkəmə qərarları › İş №2(102)-202/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-202/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-202/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X2, Cavabdeh5 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması, öhdəliyin ixtiyarlı şəxsə icra edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2(106)14 0/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 16 mart 2021-ci il tarixli, 000306 nömrəli alqı-satqı müqaviləsi ilə "xxxx" MMC 3250 manat məbləğində bir ədəd “Samsung WW-65K-52E-69S-(6.5*KQ) 007M5LWN 900969” markalı paltaryuyanı və 1 ədəd “Eurolux RF-400-HNF-2BG*(60SM/185) Erlza9d **********04220122 markalı soyuducunu 24 ay müddətinə, aylıq 136 manat ödənilməklə Cavabdeh2 satmışdır.

2. Həmin tarixli zaminlik müqaviləsinə əsasən X3 16 mart 2021-ci il tarixli, 000306 nömrəli alqı-satqı müqaviləsi üzrə borcalan Cavabdeh2 öhdəliklərinə zamin durmuşdur. 3. 16 mart 2021-ci il tarixli, 000307 nömrəli alqı-satqı müq aviləsi ilə "xxxx" MMC 4570 manat məbləğində bir ədəd qolbaq-gözmuncuq əyarı 585, ümumi çəkisi 8,40 qram, 1 ədəd üzük-qadın əyarı 750, ümumi çəkisi 4,30 qram, 1 ədəd sırğa-hacae əyarı 585, ümumi çəkisi 4,80 qram, 1 ədəd sep-ağac əyarı 585, ümumi çəkisi 3,40 qram olan malı 24 ay müddətinə, hər ay 191 manat ödənilməklə Cavabdeh2 satmışdır.

4. Eyni tarixli zaminlik müqaviləsinə əsasən X3 30 mart 2021-ci il tarixli, 000307 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 öhdəlikləri üzrə zamin durmuşdur. 5. 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli alqı-satqı müqaviləsi ilə "xxxx" MMC 6090 manat məbləğində bir ədəd üzük əyarı 750, ümumi çəkisi 4,40 qram, 1 ədəd üzük-brilyant əyarı 750, ümumi çəkisi 4,31 qram, 1 ədəd üzük-brilyant əyarı 750, ümumi çəkisi 8,70 qram olan malı 24 ay müddətinə, hər ay 254 manat ödənilməklə X1.

6. Həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli alqı-satqı müqaviləsi üzrə borcalan X4 öhdəlikləri üzrə zamin durmuşdur.

7. X7 14 aprel 2022-ci ildə ölmüşdür.

8. Qeyd olunanlardan əlavə, "xxxx" MMC Cavabdeh4 dəyəri hissə-hissə ödənilməklə bir sıra malları satmış, Cavabdeh1 və Cavabdeh5 sonuncuya zamin durmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X2, Cavabdeh5 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 borc - 610 manat, c ərimə 362,80 manat, gecikmə 60 gün olmaqla, cəmi ödəniləcək məbləğ 972,80 manatın, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 borc - 2900 manat, cərimə 2505 manat, gecikmə 86 gün olmaqla, cəmi ödəniləcək məbləğ 5405 manatın, 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli müqavilə üzrə Cavabdeh4 və Cavabdeh5 borc - 4150 manat, cərimə 3735 manat, gecikmə 90 gün olmaqla, cəmi ödəniləcək məbləğ 7885 manatın, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə Cavabdeh2 borc - 5836 manat, cərimə 10504 manat, gecikmə 180 gün olmaqla, cəmi ödəniləcək məbləğ 16340,80 manatın, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə borc 3950 manat, cərimə 3602,50 manat, gecikmə 92 gün olmaqla, cəmi ödəniləcək məbləğ 7552,50 manatın iddiaçıya öd ənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər, nəticədə onların ayrı-ayrı müqavilələr üzrə borcları yaranmışdır.

11. Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(018)-730/2022 nömrəli qətnaməsi ilə (hakim M.İ.Məmmədov) iddia qismən təmin olunmaqla, 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 610 manat qalıq borcu, 100 manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2900 manat qalıq borcu, 1000 manat cərimə borcu, 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 m üştərək qaydada 4150 manat qalıq borcu, 1400 manat cərimə borcu, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə Cavabdeh2 5836 manat qalıq borcu, 3500 manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3950 manat qalıq borcu, 1300 manat cərimə borcu məbləğində pulun iddiaçı "xxxx" MMC-yə verilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 150 manat hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları alıcılara vermişdir. Lakin alıcılar əşyaları n dəyəri olan pulu müəyyən olunmuş müddətdə satıcıya tam olaraq ödəməmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 385.1, 442, 462.1, 467, 472.2, 567, 598.1, 600.1, 600.2, 600.4cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh2 apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(018)-730/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyator müqavilələr üzrə borcunu ödəmişdir. Belə ki, cavabdeh öz kart hesabından müəssisə tərəfindən verilən 168566, Pin kod 16 zr7g nömrəli “Yelobank”dakı hesaba və **********1199216 nömrəli “Nikoylbank”dakı kart hesabına ödənişlər etmişdir. Həmçinin, iddiaçının rəhmətə gedən həyat yoldaşının borclarını vərəsələrdən deyil, məhz Cavabdeh2 tələb etməsi əsassızdır. Məhkəmə cavabdehi məlumatlandırmadan, ekspertiza təyin etmədən, ödənişləri müəyyən etmədən, həm borcun tam ödənilmədiyinə, həm də vaxtında ödənilmədiyinə görə cərimələr tətbiq etmişdir. Ödənişlər dəqiq müəyyən edilməli, iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilməlidir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə Cavabdeh2 adına olan kart üzrə köçürülmələr barədə məlumatlar tələb edilmiş, "xxxx" ASC-nin verdiyi məlumatlardan görünür ki, Cavabdeh2 istifadəsində olan 416973******7525 nömrəli kartdan 531046******9216 nömrəli karta ödənişlər edilmişdir.

17. İş üzrə apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 fevral 2023-cü il tarixli rəyinə görə: - birinci sual üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş ödənişləri özündə əks etdirən ödəniş cədvəli və kassa mədaxil orderi məlumatları, 16 mart 2021-ci il tarixli, 000306 saylı nisyə alqı-satqı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh2 "xxxx" MMC-yə olan borcu 2162,0 manat (3250,0 manat - 1088,0 manat) məbləğində müəyyən edilir. ikinci sual üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş ödənişləri özündə əks etdirən ödəniş cədvəli və kassa mədaxil orderi, 06 oktyabr 2021-ci il tarixli, 000450 saylı nisyə alqı-satqı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, X4 "xxxx " MMC-yə olan borcu 5836,0 manat (6090,0 manat - 254,0 manat) məbləğində müəyyən edilir. - üçüncü sual üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş ödənişləri özündə əks etdirən ödəniş cədvəli və kassa mədaxil orderi məlumatları, 16 mart 2021-ci il tarixli, 000307 saylı nisyə alqı-satqı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh2 "xxxx" MMC-yə olan borcu 3021,0 manat (4570,0 - 1549,0 manat) məbləğində müəyyən edilmişdir.

18. İş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 06 iyul 2023-cü il tarixli rəyinə əsasən Cavabdeh2 tərəfindən 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına "xxxx" ASC vasitəsilə ümumilikdə 4756,0 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa eManat ödəniş üsulu ilə bankomat vasitəsilə edilmiş ödəniş lərin, eləcə də bankomat vasitəsilə 168566 nömrəli müştəri hesab nömrəsinə edilmiş ödənişlərin ümumilikdə 769 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd edilir ki, 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına və eManat ödəniş üsulu ilə aparılmış ödənişlərin təyinatında həmin vəsaitin konkret olaraq "xxxx" MMC ilə Cavabdeh2 arasında və X7 arasında bağlanmış 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilələr üzrə və ya iş materiallarında olan digər müqavilələr üzrə ödənildiyi öz təsdiqini tapmamışdır. Bundan başqa, tədqiqat zamanı həmin tarixli ödənişlərin "xxxx" MMC tərəfindən tərtib edilmiş kassa mədaxil orderləri və ödənişləri özündə əks etdirən cədvəl məlumatlarında öz əksini tapdığı müəyy ən edildi. Bütün yuxarıda göstərilənlər və təqdim edilmiş sənədlər nəzərə alınmaqla tədqiqat zamanı aşağıdakılar müəyyən edildi: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş ödənişləri özündə əks etdirən ödəniş cədvəli və kassa mədaxil orderi məlumatları, 16 mart 2021-ci il tarixli 000306 saylı nisyə alqı-satqı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh2 "xxxx" MMC-yə olan borcu 2162,0 manat (3250,0 manat - 1088,0 manat) məbləğində müəyyən edilir. - Təqdim olunmuş ödənişləri özündə əks etdirən ödəniş cədvəli və kassa mədaxil orderi, 06 oktyabr 2021-ci il tarixli, 000450 saylı nisyə alqı-satqı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, X4 "xxxx" MMC-yə olan borcu 5836,0 manat (6090,0 manat - 254,0 manat) məbləğində müəyyən edilir. - Təqdim ol unmuş ödənişləri özündə əks etdirən ödəniş cədvəli və kassa mədaxil orderi məlumatlari, 16 mart 2021-ci il tarixli 000307 saylı nisyə alqı-satqı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh2nin "xxxx" MMC-yə olan borcu 3021,0 manat (4570,0 manat -1549,0 manat) məbləğində müəyyən edilmişdir.

19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2(106)-140/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Q.Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimovdan və T.X.Heydərovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(018)730/2022 nömrəli qətnaməsi “Prestij Home MMC” ilə bağlanmış 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli və 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilələr üzrə borcun tutulmasına dair hissələrdə dəyişdirilmiş, iddia mübahisələndirilən hissədə qismən təmin edilmiş, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2162 manat qalıq borcun, 100 manat cərimə borcunun, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə Cavabdeh2 5836 manat qalıq borcun, 100 manat cərimə borcunun, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3021 manat qalıq borcun, 100 manat cərimə borcunun tutulub “Prestij Home MMC”-yə ödənilməsi, iddianın qalan mübahisələndirilən hissədə təmin edilməməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı nisyə verdiyi mallara görə cavabdehdən əsas borcu və ona hesablanmış faizləri tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601, 600.2, 600.4-cü maddələri təşkil edir. Tərəflər arasında müqavilənin mövcud olduğu halda iddiaçının borcunu tələb etmək haqqı vardır. İddiaçı öz tələbini əsaslandırmaq üçün alqısatqı müqavilələrini, ödəniş cədvəllərini, kassa mədaxil orderlərini təqdim etmişdir. İddiaçı yalnız həmin sənədlərə əsasən borcu hesablayıb cavabdehdən tələb etmiş, birinci instansiya məhkəməsi iddianı bu əsasla da təmin etmişdir.

21. Apellyasiya baxışında məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının 08 fevral 2023-cü il tarixli rəyi alınmışdır. Bu rəy iddiaçının verdiyi məlumatlar əsasında çıxarılmışdır.

22. Ca vabdeh tərəf bildirmişdir ki, onun tərəfindən, iddiaçının təmsilçisi Ramil Həsənovun təqdim etdiyi bank kartına ödənişlər, eləcə də bankomat vasitəsilə 168566 nömrəli müştəri hesab nömrəsinə ödənişlər edilmişdir. Həmin ödənişlər sübut kimi qəbul edilməlidir. İş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və 06 iyul 2023-cü il tarixli rəy alınmışdır

23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyini sübut olaraq qəbul etmiş və hesab etmişdir ki, mübahisələndirilən hissədə ekspert rəyində müəyyən edilən əsas borc məbləği cavabdehdən tutulmalıdır.

24. Apellyasiya kollegiyası qeyd etmişdir ki, 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına və eManat ödəniş üsulu ilə aparılmış ödənişlərin təyinatında həmin vəsaitin konkret olaraq "xxxx" MMC i lə bağlanmış 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilələr üzrə və ya iş materiallarında olan digər müqavilələr üzrə ödənildiyi öz təsdiqini tapmadığından həmin ödənişlərin borc hesabına silindiyi müəyyən edilmir. Ona görə həmin ödənişlərin borca silinmədiyi halda Cavabdeh2 həmin pul məbləğini, əsassız varlanan şəxsdən tələb etmək hüququ vardır.

25. İddiaçının dəbbə pulu tələbi üzrə apellyasiya məhkəməsi Mülki Məcəllənin 467ci maddəsinə istinad etməklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə məbləğini əsas borca münasibətdə mütənasib hesab etməmiş və hər üç müqavilə üzrə müvafiq olaraq cərimə məbləğinin 100 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

26. Cavabdeh2 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2(106)-140/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1 və 527.2-ci maddələri pozulmuşdur.

28. Belə ki, X10 "xxxx" MMC-nin təsisçisi olmuşdur. Cavabdeh ilin çox hissəsini Bakı şəhərində, az hissəsini isə Astara rayonunda yaşayır. "xxxx" MMC-nin təsisçisi X6 votsap nömrəsindən cavabdehin votsap nömrəsinə 5310 4637 3119 9216 nömrəli bank kartının foto şək lini göndərmiş və ödənişləri həmin kart vasitəsilə ödənilməsini xahiş etmiş, cavabdeh ödənişlərin böyük hissəsini həmin karta etmiş, bir hissəsini isə nağd qaydada ödəmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına "xxxx" ASC vasitəsilə ümumilikdə 4756,0 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin məhkəmə qeyd edilən 4756,0 manat ödənişləri borcdan çıxmaq əvəzinə cavabdehə əsassız varlanan şəxsdən tələb etmək hüququnun olduğunu izah etmişdir. Məhkəmə ödənişin aparıldığını müəyyən etdiyi halda, əlavə məhkəmə icraatının başlanmasının məhkəmələrin və proses iştirakçılarının lüzumsuz yerə vaxtının itirilməsi ilə nəticələnəcəkdir. Həmçinin cavabdeh tərəfindən müxtəlif bankomatlarda n nağd vəsaitlə ödədiyi çeklərin bir hissəsini itirdiyindən, həmin çekləri məhkəməyə təqdim edə bilməmişdir.

29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

30. İddiaçı "xxxx" MMC kassasiya şikayətinə yazılı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. Etiraz belə əsaslandırılmışdır ki, kassatorun iddiaçıya müqavilələr üzrə borcu tam ödəməsi işdə olan sübutlarla təsdiq olunmur. Bunun sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Kassasiya baxışının hədləri:

32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

33. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, iddiaçı və digər cavabdehlər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətini yalnız Cavabdeh2 vermiş və apellyasiya baxışının hədlərini qətnamənin ona münasibətdə iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil etmişdir.

34. Apellyasiya məhkəməsi rayon məhkəməsinin qətnaməsini dəyişdirsə də, yenidən iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəl iyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı öd ənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsasla ndırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 1 06.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərin dən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıya borcu olması iş materialları ilə təsdiqini tapmışdır.

39. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında nisyə-alqı satqı müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu işin mübahisəsiz halıdır. Kassatorun mübahisələndirdiyi məsələ onun iddiaçıya olan borcun məbləğidir. Belə ki, kassator iddiaçının təsisçisi olan X8 ödənilən vəsaitlərin borcun silinməsinə hesablanmasını tələb edir.

40. Kassatorun bu dəlili üzrə qeyd olunmalıdır ki, X10 MMC-nin təsisçisi olsa da, onun qanuni nümayəndəsi və ya öhdəliklərin icrasını qəbul etməyə səlahiyyətli olan şəxs olmamışdır. Belə olan halda isə, Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən icranın ixtiyarlı olmayan şəxsə icra etməməsinin nəticələrinin riski məhz cavabdehin üzərinə düşür.

41. Odur ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq, 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına və eManat ödəniş üsulu ilə aparılmış ödənişlərin borc hesabına silinməsindən imtina etmiş və cavabdehə həmin pul məbləğini əsassız varlanan şəxsdən tələb etmək hüququnu izah etmişdir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2(106)-140/2023 nömrəli qətnaməsi iddianın həmin məhkəmə tərəfindən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar