Məhkəmə qərarları › İş №2(102)-2020/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2020/2023

16.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2020/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Musayeva (Əhmədova) Mətanət İzzət qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2, X8, Yevlax şəhər Dövlət Notariat Kontoru və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Musayeva (Əhmədova) Mətanət İzzət qızının, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2, X6, Yevlax şəhər Dövlət Notariat Kontoruna və DƏDRX- nin 17 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)161/2023 saylı mülki iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 16 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Yevlax rayonu, Yuxarı Qarxun kəndində istifadəsində olan 0.0227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 128.02 m2 yaşayış, 129.96 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlak dövlət reyestrində 3 nömrəli reyestr kitabının 187 nöm rəli vərəqində qeydiyyata alınmışdır.

2. Cavabdeh2 xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən ümumi sahəsi 258 m2 olan fərdi yaşayış evini 8,000 manata və həmin kənddə yerləşən 0.33 ha torpaq sahəsini 3,000 manata alıcı X1.

3. Cavabdeh2 və Tural Səmədov notariat ofisinə müraciət edərək alqı-satqı müqaviləsinin təsdiq edilməsini xahiş etmişlər. Müqavilə üzrə ödənilməli olan 11,000 manat məbləğ depozit vasitəsi ilə Cavabdeh2 ödənilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti başçısının kənd ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayışda həmin fərdi yaşayış evində Cavabdeh2 başqa heç kimin qeydiyyatda olmadığı qeyd edilmişdir. Cavabdeh2 arvadı X4 notariat kontoruna ərizə təqdim edərək 0.33 ha torpaq s ahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin satılmasına etiraz etmədiyini bildirmişdir.

4. İddiaçı Mehdi Səmədovun cavabdehlər Cavabdeh2, Tural Səmədova, DƏDRX 17 saylı Ərazi İdarəsinə və Yevlax Dövlət Notariat Kontoruna qarşı Cavabdeh2 və Tural Səmədov arasında bağlanmış AN-1 ******* saylı, 04 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi Yevlax Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 mart 2022-ci il tarixli qərarı ilə Apellyasiya instansiyasını n qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qərarla müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Tural Səmədov daşınmaz əmlakın dövlət reyestrində olan qeydə əsaslanaraq əmlakı əldə etdiyi üçün o, vicdanlı alıcı olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2, Yevlax şəhər Dövlət Notariat Kontoruna və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə X8 arasında bağlanmış 04 oktyabr 2017-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddia tələbi belə əsasland ırılmışdır ki, Cavabdeh2, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən evlərini onların xəbəri və razılığı olmadan satmışdır. Bütün bunlar cavabdeh tərəfindən gizli və məxfi olaraq aparılmışdır. Bu notariat əməliyyatı Yevlax şəhərində Notariat Kontorunda aparılmışdır. Belə olan halda maraqları və mənafeləri tapdanmışdır və bu, ciddi qanun pozuntusudur. Hesab etmişlər ki, onların razılığı olmadan ciddi qanun pozuntularına yol verilməklə bağlanmış 04 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlandığı andan etibarsızdır.

7. İddiaçı tərəfin razılığı ilə X8 iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

8. İddiaçıların vəkili Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi şəxslərdən Mətanət, Nigar, Fi dan və Tamara cavabdehin övladları olmaqla, habelə Aybəniz Abdullayeva, mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti olan evdə qeydiyyatda olmaqla həmin evdən istifadə hüququna malik olmuşlar. Buna baxmayaraq Cavabdeh2 onlara bu barədə məlumat vermədən Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini Tural Səmədova satmışdır. Alqı-satqı müqaviləsi notariat kontorunda rəsmiləşdirilərkən iddiaçıların orada iştirakı təmin edilməmiş, onların bu barədə razılığı alınmamışdır.

9. Cavabdeh Tural Səmədov iddianı qəbul etməyərək bildirmişdir ki, 2017-ci ildə Cavabdeh2 Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən, ümumi sahəsi 258 m2 olan yaşayış evini və evin yerləşdiyi 0.33 torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Onunla evin q iymətini 8,000 manata, torpaq sahəsinin isə qiymətini 3,000 manat razılaşmışlar. Bununla əlaqədar Yevlax rayonu 2 saylı notariat kontoruna müraciət etmişlər. Alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, bu zaman Cavabdeh2 arvadı da öz razılığını yazılı olaraq notariat kontoruna təqdim etmişdir. Həmin məbləğdə pulu Cavabdeh2 tam olaraq ödəmişdir. Daha sonra isə həmin evi və torpaq sahəsini başqa şəxsə satmışdır.

10. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi iddiaya etiraz təqdim etmişdir.

11. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbi mötəbər sübutlara əsaslanmır. Alqısatqı müqaviləsinin Mülki Məcəllə ilə müəyyən edilmiş şərtləri pozmaqla bağlanması təsdiqini tap mır və alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz. Mübahisəsi gedən fərdi yaşayış evinin həqiqətən Cavabdeh2 məxsus olması, həmin fərdi yaşayış evinin notarial qaydada alqı-satqı edilməsi mülkiyyətçi üçün hər hansı məhdudiyyətin yaratmasını nəzərdə tutmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyətçi öz mülkiyyət hüquqlarını sərbəst qaydada qanunvericiliyin aliliyi ilə müəyyənləşdirilmiş normalara uyğun həyata keçirir. Eyni tələb üzrə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi mövcuddur. Belə ki, Yevlax Rayon Məhkəməsinin, Şəki Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarları çıxarılmış və birmənalı olaraq mübahisə predmeti olan fərdi yaşayış evinin alqı-satqısına dair xx.xx.2017-ci il tarix li 4Ə-286 reyestr nömrəli alqı-satqı müqaviləsinin qanuniliyi isbat olunaraq öz hüquqi qüvvəsində saxlanılmışdır.

12. Yevlax rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)-1520/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əliyev) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılar həmin evdə istifadə hüquqlarının olduğunu qeyd etsələr də, buna dair hər hansı sübut təqdim etməmişlər. Belə ki, onların həmin ünvanda qeydiyyatda olmaları belə istifadə hüquqlarının mövcudluğuna dəlalət etmir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında olan hüquqi mövqeyə görə isə iddiaçıların istifadə hüququnun mövcudluğu belə al qı-satqı müqaviləsinin etibarsızlığına əsas ola bilməz, belə ki, iddiaçılar həmin fərdi yaşayış evinin və torpaq sahəsinin ümumi mülkiyyətçisi deyil, habelə onların həmin evdə və torpaq sahəsində mülkiyyət və onunla bağlı digər hüquqları müəyyən edilmir.

14. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1.1, 139-1.1.4, 149.2-ci maddələrinə, Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı Musayeva (Əhmədova) Mətanət İzzət qızı apellyasiya şikayəti verərək birinci instansiya məhkəmə sinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət verməmişdir.

17. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Ərazi İdarəsi apellyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-161/2023 nömrəli, 10 yanvar 2023-cü i l tarixli qətnaməsi ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 və X2) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticə əsaslı, İddiaçı1 apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

20. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbayc an Respublikası Mülki Məcəlləsi 329.1, 337.1-ci maddələrinə, Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 217, 384.0.1, 402.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı Musayeva (Əhmədova) Mətanət İzzət qızı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, kifayət qədər əsaslar və sübu tlar olduğu halda apellyasiya instansiya məhkəməsi öz qətnaməsini tədqiq olunmuş sübutlarla düzgün əsaslandırmamışdır və nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmayan qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli Qərarı 26. “Notariat haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, özgəninkiləşdirilməsinə dair təqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli, əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna vətərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı, əmlakın özgəninkiləşdirən şəxsə məxsus olmasını yoxlamalı, özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barəd ə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır. (17, 38, 46 və 49-cu bəndlər). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətədüşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqısatqı müqaviləsinin)etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi v ahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılmasıqaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxtəhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ərarvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilm əməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

40. Belə ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsızlığı barədədir.

41. İşin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh2 özünə məxsus, Ye vlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən ümumi sahəsi 258 m2 olan fərdi yaşayış evini 8,000 manata və həmin kənddə yerləşən 0.33 ha torpaq sahəsini 3,000 manata AN-İ xx.xx.2017-ci il tarixli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Tural Səmədova satmışdır.

42. İddiaçılar müqavilənin etibarsızlığı halı kimi həmin fərdi yaşayış evində istifadə hüquqlarının olduğunu, fərdi yaşayış evi satılarkən onların müvafiq razılığının alınmadığına istinad etmişlər.

43. Məhkəmələr iş materiallarına əsasən qeyd edilən halları müəyyən etməmişlər.

44. Belə ki, iddiaçıların mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarının olduğunu qeyd etsə də, buna dair hər hansı sübut məhkəmələrə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evinin yerləşdiy i ünvan üzrə qeydiyyatda olmaları belə onların həmin evə istifadə hüquqlarının mövcudluğuna dəlalət etmir.

45. Müqavilənin etibarsız sayılmasının əsasları və qaydası Mülki Məcəllənin 337354-cü maddələrində nəzərdə tutulmuşdur.

46. İddiaçıların cavabdehlə bağladıqları alqı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmiş, əksinə, müqavilənin tərəflərin iradə ifadəsi azadlığına söykənməsi müəyyən edilmişdir.

47. Mülki Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

48. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə di gər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 324.4-cü maddəsini düzgün tətbiq etmişdir.

49. İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri iddianın təmin edilməsini istisna etmişdir. Bu baxımdan, iddianın təmin edilməməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyə uyğun olmuşdur.

50. Apelyasiya instansiyası təqdim olunmuş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmiş, maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

52. Yuxarıda göstərilən ləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-161/2023 saylı mülki iş üzrə 10 yanvar 2023-cü il tarixli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar