Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2020/2024 05.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vərəsəlik hüququndan irəli gələn mübahisələlər, şəhadətnamələrin etibarsız hesab olunması, çıxarışın ləğv olunması, miras paylarının müəyyən edilməsi, kəsici müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzi zağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh3 qarşı “vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-114/2024 nömrəli 30 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 2200 kv metr həyətyanı torpaq sahəsi X11 və onun həyat yoldaşı X1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən 1962-ci ildə inşa edilmiş, iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 85,2 kv metr, yaşayış sahəsi 39,8 kv metr olan fərdi yaşayış evi X12 mülkiyyətində olmuşdur.
2. X5 22 iyun 1983-cü il tarixdə, X24 isə 27 fevral 1987-ci il tarixdə vəfat etmişlər. X24 ona məxsus olan Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən əmlakını oğlu X13 3 fevral 1982-ci il tarixli vəsiyyətnamə ilə vəsiyyət etmişdir. 3. 1 dekabr 2012-ci il tarixli 2V-821 nömrəli Vəsiyyətnamə üzrə vərəsə lik hüququ haqqında Şəhadətnamə ilə X17 vəfat etmiş X2 və X12 mülkiyyətində olmuş 0,2202 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakdan tam pay almışdır.
4. Həmin vəsiyyətnamə İddiaçı tərəfindən mübahisələndirilmiş və Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 qarşı Zaqatala rayon 1 saylı Notariat ofisi tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, (iddianın predmetində dəyişiklik etməklə) Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V- 821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, 04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, X8 (qardaşı) adına 6 fevral 2013-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin, X14 öz adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 5 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövl ət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi, 27 fevral 1987-ci ildə vəfat etmiş babası X9 miras qalmış əmlakdan X4 vasitəsi ilə irsi transmissiya üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, hazırda Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yaşayır. Həyətində 2 yaşayış evi vardır. Yaşayış evinin biri 1962-cı ildə tikilmişdir və həmin evdə mərhum babası X24 və nənəsi X6 yaşamışdır. İkinci yaşayış evində isə atası yaşamışdır. Həmin mülkə dair atasının adına xx.xx.1988-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Babası vəfat etdikdən sonra ona məlum olmuşdur ki, babası sağlığında nəyi varsa hamısın ı oğlu X13 vəsiyyət etmişdir. Nənəsi və babasına onun X4 baxmış, onların dəfnini yola salmış, onlara məxsus olan mirası qəbul etmiş və ölümünədək idarə etmişdir. X4 xx.xx.1994-cü ildə ölmüşdür. Atasının ölümündən sonra həmin miras əmlakı o qəbul edərək idarə etmişdir və hazırda da faktiki idarə edir. Бabasının 0,22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı ümumi sahəsi 85,2 кв метр, yaşayış sahəsi 39,8 кв метр olan fərdi yaşayış evi olmuşdur. Babasının öldüyü məqamda onun sağ qalmış iki övladı X18 (atası) və X17 (əmisi) olmuşdur. X17 2012-ci ildə Zaqatala rayon Dövlət Notariat Kontoruna müraciət edərək babasından miras mübahisəli yaşayış evinin onun adına rəsmiləşdirilməsi və babasının tam payından ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, bununla bağlı 3 fevral 1982-ci il tarixli vəsiyyətnamə təqdim etmişdir. Zaqatala rayon Dövlət Notariat Kontoru xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə yaşayış evi X13 verilmişdir. X4 babasından qalmış mirası faktiki qəbul etdiyinə görə Notariat orqanına ərizə verməmiş, digər tərəfdən əmisi X17 isə miras əmlakda bir dəfə də olsun yaşamamış, mirası nə rəsmi, nə də faktiki qəbul etməmişdir. Notariat Kontoru sözügədən şəhadətnaməni verərkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, miras əmlakı qəbul etmədiyi halda yalnız vəsiyyətnamə əsasında X13 tam hissədə miras payı müəyyən etmişdir. Həmin şəhadətnamənin özü də qüsurlu tərtib edilmiş, vəfat etmiş X3 m əxsus hər hansı əmlak qeydə alınmadığı və onun tərəfindən vəsiyyətnamə verilmədiyi halda, nənəsinin və babasının vəsiyyətnamədə göstərilən əmlakına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X13 mirasdan tam irs verilmişdir. X17 isə 6 fevral 2013-cü il tarixdə 0,22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə çıxarış almış, 5 sentyabr 2016-cı ildə X17 ölmüş, onun ölümündən sonra Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunda vərəsəlik işi açılmış, onun arvadı olan Cavabdeh3 Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun notariusu tərəfindən 4 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Cavabdeh3 öz adına ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 5 oktyabr 2018-c i il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh3 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən çıxarışlarda qeyd olunmuş 0,2202 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və 0,3684 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması, onun həmin torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Zaqatala Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, qətnaməsi ilə iddia təmin edilmişdir. Bu qətnamənin özündən də görünür ki, X17 mirası qəbul etməmiş, orada yaşamamış, oradan istifadə etməmişdir. Zaqatala rayon Dövlət Not ariat Kontoru babasından qalmış miras əmlakı bölüşdürərkən onun mirası qəbul etmiş digər vərəsələrini çağırmamış, mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, mirası qəbul etmiş şəxslər arasında mirasın bölüşdürüldüyü halda bunu etməyərək babasının mirasını qəbul etmiş X15 miras payından məhrum etmişdir. O, hazırda babasından miras qalmış əmlakdan X4 vasitəsi ilə irsi transmissiya üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payını tələb edir.
7. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(033)-406/2023 nömrəli iş üzrə 7 sentyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi ilk öncə iddia tələbinin Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli v əsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, həmin şəhadətnamə X26 tərəfindən 3 fevral 1982-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə əsasında verilmişdir. xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş vəsiyyətnamənin etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilmiş və Zaqatala Rayon xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. Bununla da məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən şəhadətnamə etibarlı əqd olan vəsiyyətnamə əsasında verilmişdir.
9. Məhkəmə daha sonra iddiaçının atası olan X10 X9 miras qalmış əmlakı qəbul edərək idarə etməsi və bu əsa sla onun atasının mirası faktiki qəbul edən vərəsə olaraq mirasqoyan X16 məxsus mübahisəli torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən pay almalı olduğu dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericilikdə miras qoyanın əmlakının vərəsələrə keçməsinin üç üsulu qeyd edilmiş və bunlardan biri qanun üzrə, digəri vəsiyyət üzrə və sonuncu olaraq hər iki üsulla, yəni həm qanun, həm vəsiyyətnamə üzrə keçməsidir. Eyni zamanda mülki qanunvericilikdə qanun üzrə vərəsəliyin qüvvədə olma şərtləri də qeyd edilmiş və həmin şərtlərdən biri mirasqoyanın vəsiyyətnamə qoymamasıdır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, miras qoyan X24 tərəfindən mülkiyyətində olan mübahisəli torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi barəsində vərəsəsi olan X8 xeyrinə vəsiyyətnamə qoyulmuş və həmin vəsiyyətnamə qüvvədədir.
11. Məhkəmə iddiaçının “Zaqatala rayon Dövlət Notariat Kontoru tərəfindən babasından miras qalmış əmlaka X8 adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməməsi, miras əmlakı qəbul etmədiyi halda yalnız vəsiyyətnamə əsasında X13 tam hissədə miras payı müəyyən etməsi” dəlilinə münasibətdə qeyd etmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlayır və notariat fəaliyyətini tənzimləyən həmin qanunda və ümumiyyətlə mülki qanunver icilikdə vəsiyyətnamə olduğu halda mirası qəbul etmiş vərəsələrin dairəsinin notarius tərəfindən yoxlanılması tələbi qoyulmamışdır. 12. xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qüsurlu tərtib olunmasına dair iddiaçının fikrinə münasibətdə qeyd etmişdir ki, 22 iyun 1982-ci ildə vəfat etmiş X2 adına əmlak qeydə alınmadığı və onun tərəfindən vəsiyyətnamə verilmədiyi halda onun adının və ona məxsus əmlakın vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilməsi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş 27 fevral 1987-ci ildə vəfat etmiş X16 məxsus əmlakdan X17 tərəfindən onun xeyrinə vəsiyyət edilmiş əmlakdan tam pay almasına təsir göstərmir.
13. Məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.2012-ci il t arixli 2V- 821 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mülki qanunvericiliyin şərtlərini pozması halı müəyyən edilmədiyindən və qanunvericiliyə uyğun verildiyindən iddia tələbi həmin şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.
14. Məhkəmə iddia tələbinin 4 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də əsassız olduğundan təmin edilməməlidir.
15. Belə ki, həmin şəhadətnamə xx.xx.2016-cı il tarixdə vəfat etmiş X8 qanuni əsaslarla mülkiyyətində olmuş və ondan miras qalmış mübahisəli fərdi yaşayış evi və 0,2202 ha həyətyanı torpaq sahəsindən ibarət əmlaka dair onun vərəsəsi olan Cavabdeh3 verilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, miras qoyan X8 ölümündən sonra onun birinci növbədən olan üç vərəsəsi qalmış, mirasqoyanın arvadı hazırki iş üzrə Cavabdeh3, oğulları X19 və X20. Mirasqoyanın ölümündən beş ay sonra xx.xx.2017-ci il tarixdə onun vərəsəsi olan hazırki iş üzrə Cavabdeh3 mirası qəbul etdiyi barədə Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Mirasqoyanın digər vərəsələri olan X20 və X21 xx.xx.2017-ci il tarixli ərizələrlə X7 miras qalmış əmlakdan imtina etmişlər. Cavabdeh3 X8 mirası qəbul etmiş yeganə vərəsəsi kimi 4 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras qoyanın mülkiyyətində olmuş mübahisəli fərdi yaşayış ev i və 0,2202 ha həyətyanı torpaq sahəsindən ibarət əmlakdan tam hissədə pay almışdır.
17. Məhkəmə həmçinin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı qeyd etmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
18. Məhkəmə qeyd etmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir.
19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mərhum babasından və əmisindən miras qalmış əmlakı qəbul etməyə yönələn hərəkətləri etməmiş və bununla da istər subyektiv vərəsəlik hüququnu, istərsə də mirasın qəbul faktını rəsmiləşd irən şəhadətnamənin etibarsızlığını mübahisələndirmək üçün nəzərdə tutulmuş imkanı itirmişdir (iddiaçının ən azından 2021- ci il tarixdən həmin şəhadətnamənin mövcudluğundan xəbəri olmuşdur, bundan qabaqki tarixlərdə də xəbəri olması istisna edilmir). Bu baxımdan iddiaçı hazırkı iddia tələbi ilə məhkəmə müraciət edərkən Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddəti də ötürmüşdür.
20. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən vəsiyyətnamə üzrə miras əmlakın qəbul edilmədiyi müəyyən edildiyindən, iddia tələbinin digər hissələrinə hüquqi qiymət verilə bilməz. Çünki, iddiaçının həmin tələblərlə bağlı subyektiv hüququ yaranmır. Digər tərəfdən mirası qəbul etmiş vərəsələr isə ölənin qanun üzrə birinci növbəli vərəsələridir və miras əmlak barəsində vərəsə lik şəhadətnaməsinin verildiyi vaxt onların arasında hər hansı bir mübahisənin olması barədə iş materiallarında heç bir sübut yoxdur.
21. Məhkəmə bu qənaətə gəlmişdir ki, etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilən Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən verilmiş sözügedən şəhadətnamə verilərkən qanun pozuntusuna yol verilmədiyindən iddia tələbi həmin şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində də təmin edilə bilməz.
22. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, “X8 adına 6 fevral 2013-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi” tələbi iddia tələbinin “Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V821 nömrəli vəsiyyətnamə üzrə vərəsəli k hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi” hissəsindən, “X14 öz adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatak Ərazi İdarəsinin verdiyi 5 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi” tələbi iddia tələbinin “04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi” hissəsindən və son olaraq iddia tələbinin“27 fevral 1987-ci ildə vəfat etmiş babası X9 miras qalmış əmlakdan X4 vasitəsi ilə irsi transmissiva üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payının müəyyən edilməsi” hissəsi iddia tələbinin digər hissələrindən törəmə tələblərdir.
23. Məhkəmənin qənaətinə görə, X8 adına 6 fevral 2013- cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatın aparılmasına və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, X14 adına 5 oktyabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatın aparılmasına və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş 4 aprel 2017-ci il tarixli 2V202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etiba rsız hesab edilmədən, ləğv edilməsi tələb olunan həmin çıxarışların mövcudluğu iddiaçının hər hansı hüququnu pozması kimi dəyərləndirilməməlidir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1159.1, 1159.1.1,1159.1.3, 1160, 1166, 1167, 1168, 1177, 1243.1, 1243.2, 1243.3, 1246, 1252, 1262, 1268.1, 1272 və 1273-1-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 57, 58, 59 və 60-cı maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2 və 8.0.3-cü maddələrinə, “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarına, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyası nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyul 1997-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 107, 119.1, 217.4, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Şikayət iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə oaraq qeyd etmişdir ki, Zaqatala rayon məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmişdir. İddiaçı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1159.1-ci, 1252, 1243-cü, 1273-1-ci maddələrinə uyğun olmamışdır. Zaqatala rayon Dövlət Notariat Kontoru miras əmlakları bölüşdürərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə istinad etməklə irsi tranmissiya tətbiq etməmiş, Abdulla Musayevə münasibətdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1273-1-ci maddələrinə istinad etməklə mirası qəbul etmədiyinə görə mirasdan tam hissədə Abdulla Musayevə irs verməkdə haqlı olmamışdır. Belə ki, miras qalmış əmlakları bölüşdürərkən notarius tərəfindən ilk növbədə mirası faktiki qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməli idi. Mərhumun iki övladları olsa da, onlardan X17 mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etməmiş, qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu barədə mirasın açıldığı yer üzrə notariat orqanına ərizə ilə müraciət etməmiş, cavabdeh tərəf mirası faktiki qəbul və idarə etdiyini məhkəməyə sübut etməmişlər. Buna görə də mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilməlidir.
27. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-114/2024 nömrəli, 30 yanvar 2024- cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
29. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin mövcudluğundan ən geci Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilənədək xəbərdar olmuşdur.
30. Beləliklə iddiaçı vəsiyy ətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin mövcudluğundan sözügedən qətnamədən verilmiş şikayət üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2022-ci il tarixli qətnaməsi qəbul edilənədək xəbərdar olduğundan, iddiaçının hazırkı iddia ərizəsi isə birinci instansiya məhkəməsinə 24 fevral 2023-cü il tarixdə elektron qaydada təqdim edilməklə artıq qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdür.
31. Məhkəmə kollegiyası bu baxımdan da hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının qanunda müəyyən edilmiş 2 aylıq müddəti ötürməklə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququnu itirməsi, bundan sonrakı tələblərin də ilkin tələbdən törəmə tələblər olmaqla ümumilikdə iddianın rədd edilməsi nəticəsinə gələrkən do ğru mövqedən çıxış etmişdir.
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİİ, Vİİ bəndlərinə, Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sentyabr 1964cü ildə qəbul edilmiş) 527.528, 532, 556-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Yeni Məcəllə) 1133.1, 1134.1, 1145, 1151.1, 1243.1, 1272, 1321.3 və 1322-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunununa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununistinad edərək əsaslandırmışdır. a) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır.
36. Şikayət Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1, 1159.1, 1243, 1252, 1257, 1272, 1273 və 1291-ci maddələrinə istinad edərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
38. Maddə 29 (hissə 1). Hər kəsin mülkiyyət hüququ vardır.
39. Maddə 29 (hissə 3). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
40. M addə 29 (hissə 6). Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan SSR-in Mülki Məcəlləsi (11 sentyabr 1964-cü ildə qəbul edilmiş)
41. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
42. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
43. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sıra sına daxildir.
44. Maddə
556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (Yeni Məcəllə)
45. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
46. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
47. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfin dən ölmüş elan edilməsi ilə açılır.
48. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
49. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
50. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
51. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
52. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı 53. “Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanun:
55. Maddə
59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
56. Maddə
60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:
57. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
58. Maddə 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şə hadətnamələr, mənzil sertifikatı; və s. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialları nda olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları mü əyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
69. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. İddiaçının əsas dəlili vəsiyyətnamə üzrə vərəsənin mirası qəbul etməməsi barədədir ki, bu məsələnin həlli zamanı da apellyasiya məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 1272-ci maddəsini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli qərarını tətbiq etmiş, qanunda nəzərdə tutulmuş kəsici müddəti tətbiq etmişdir.
70. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı mad dələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
71. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı iş ə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-114/2024 nömrəli iş üzrə 30 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.