Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2023/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X3 (üçüncü şəxs X8) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X12 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 qarşı “evin sökülməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-108/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 15 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0,41 ha torpaq sahəsi xx.xx.2010-cu ildən tarixdən Azərbaycan Respublikası RİTN İddiaçı X10 rayon Telekommunikasiya qovşağının balansındadır.
2. Cavabdeh Nurəddin oğlunun arvadı X7 xx.xx.1990-cı il tarixdən X18nda əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir. X18 Həmkarlar Komitəsi heyəti iclasının 9 sentyabr 1993-cü il tarixli 5 nömrəli protokolu ilə rabitə qovşağının barat nəzarətçisi X4 yeni ailə həyatı qurması və yaşayış evinin olmaması nəzərə alınaraq verdiyi ərizəsinə və rabitə qovşağı rəisinin razılığına əsasən Qaqarində yerləşən qovşağın anbarı sahəsində tikilərək yarımçıq qalan iki gözdən ibarət və hər biri 5 metr uzunluğunda eni 3 m 50 sm yarımçıq barıların öz hesabına tikintisini davam etdirmə klə yaşayış evi üçün istifadə edilməsinə razılıq verilmişdir.
3. Cavabdeh 2008-ci ildə X2 boşanmışdır.
4. Həmin torpaq sahəsində Cavabdeh Nurəddin oğlu 0.0084 ha (4mx21m) sahəsi olan ərazidə özü üçün fərdi ev tikmişdir və ailə üzvləri (6 nəfər) ilə birlikdə hazıradək həmin evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı” və ya “MMC”) Cavabdeh Nurəddin oğluna (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən İddiaçı MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansında olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0,0084 ha hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, MMC-nin Şimal-qərb filialının Zaqatala balansında olan bütün daşınmaz əmlaklar və torpaq sahələri dövlətə məxsusdur. Şimalqərb filialının Zaqatala şöbəsinin yerləşdiyi torpaq sahəsində, yəni MMC-nin balansında olan dövlətə məxsus torpaq sahəsində rabitə məqsədli inzibati və yardımçı binalardan əlavə cavabdeh tərəfindən fərdi yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evinin tikildiyi 0.0084 ha torpaq sahəsinin Zaqatala şəhər sakini olan cavabdeh tərəfindən zəbt edilməsi sonuncunun da imzaladığı xx.xx.2022-ci il tarixli aktla öz təsdiqini tapır. MMC tərəfindən cavabdehə Şimal-qərb filialının Zaqatala şöbəsinin ərazisinin zəbt edilmiş 0,0084 ha hissəsinin boşald ılaraq təhvil verilməsi barədə xəbərdarlıq məktubları (sonuncu xəbərdarlıq xx.xx.2022-ci il tarixində göndərilmişdir) təqdim edilsə də, bu günə qədər heç bir tədbir görülməmişdir.
7. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 152.5, 152.7, 157.2, Torpaq Məcəlləsinin 62 və “Telekommunikasiya haqqında” Qanunun 46.3-cü maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi cavabdehin keçmiş arvadı X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir.
9. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən 0,0084 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi cavabdehin istifadəsindədir və onun həmin evdən istifadə hüququ yaranmışdır. Belə ki, cavabdeh torpaq sahəsini özbaş ına olaraq zəbt etməmişdir. Torpaq sahəsi ailə qurarkən gənc ailə kimi Aztelekomda işləyən cavabdehin arvadı Sevinc İbrahimovaya verilişdir. Həmin torpaq sahəsində yarımçıq tikilmiş ev olmuşdur. Onlara verilmiş icazə əsasında yarımçıq tikilini başa çatdıraraq orada özləri üçün yaşayış evi inşa etmişlər; - evdə hazırkı iddia qaldırılanadək hər hansı etiraz olmadan 29 ildən artıqdır ki, yaşayır. Sevinc İbrahimova ilə 2008-ci ildə rəsmi qaydada ayrılmışlar. Mübahisələndirilən ev onlar evlənərkən yaşamaq üçün verilmişdir və həmin evin iddiaçının mülkiyyətində olması barədə heç bir sənəd yoxdur. Evin tikintisinə icazə Zaqatala rayon X11 Komitəsinin 9 sentyabr 1993-cü il tarixli protokolu əsasında verilmişdir. Onlara icazə verilməsəydi o, başqa yerdə özünə ev tikib yaşayardı. Ona məxsus ev sök ülərsə, onun ailəsi ilə başqa yaşamağa yeri olmayacaqdır.
10. Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X6 nümayəndəsi və vəkili iddiaya etirazında göstərmişdir ki, 1993-cü ildə X14 rabitə qovşağının əməkdaşı olmuş və o, Cavabdehla evlənərkən onların yaşamağa evləri olmadı üçün iddiaçının balansında olan torpaq sahəsindəki yarımçıq tikilini başa çatdıraraq orada yaşamalarına icazə verilmiş, onlar da tikintini tamamlayıb orada yaşamağa başlamışlar. 2008-ci ildə Sevinc İbrahimova və Cavabdeh rəsmi qaydada ayrılmışlar və Sevinc İbrahimova həmin evdən çıxıb getmişdir. Həmin vaxtdan mübahisəli evdə cavabdeh uşaqları ilə birgə yaşayır.
11. Zaqatala Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, e-2(033)-603/2022 saylı qətnaməsi ilə iddia rədd edilmiş dir. (hakim Vüqar Məmmədov)
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 0,0084 ha hissəsində fərdi yaşayış evi tikilmiş torpaq sahəsi iddiaçının balansındadır. Cavabdehin arvadı – müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 xx.xx.1990-cı il tarixdən iddiaçı təşkilatda əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir. Yaşayış sahəsi olmayan, bununla da mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan və yaşayış sahəsi növbədənkənar verilməli şəxs sayılan cavabdehlə evlənmiş Sevinc İbrahimovaya müdiriyyətin razılığı ilə və həmkarlar ittifaqı təşkilatının 9 sentyabr 1993-cü il tarixli 5 nömrəli qərarı ilə qovşağın anbarı sahəsində tikilərək yarımçıq qalan iki gözdən ibarət və hər biri 5 metr uzunluğunda eni 3 m 50 sm yarımçıq barıların öz hesabına tikintisini davam etdirməklə yaşayış evi üçün istifadə edilməsinə razılıq verilmişdir. Yaşayış evi daxil olmaqla 12 metr uzunluğuna və 8 metr eninə sahənin onun istifadəsinə verilməsi rabitə qovşağı müdiriyyətindən xahiş edilmiş və müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzil şəraiti yaxşılaşdırılmış şəxs olaraq uçotdan çıxarılmış və ona başqa yaşayış sahəsi verilməmişdir. Həmçinin 07 avqust 2004ü il tarixli 15 saylı məktubla sonuncunun yaşayış sahəsini genişləndirmək üçün əlavə tikinti aparması üçün səlahiyyətli orqanlara müraciət etməsi tövsiyə edilmiş, mübahisəli tikilidə yaşamasına etirazın olmadığı bildirilmişdir. Hazırkı iddia qaldırılanadək hər hansı etiraz olmadan 29 ildən artıqdır ki, tikilidə 6 nəfər ailə üzvü ilə birlikdə cavabdeh yaşayır. Tikinti yaşayış sahəsi olaraq kommunal (elektrik, qaz, su) və rabitə xidmətl əri ilə təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına əsasən belə nəticəyə gəlib ki, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmədiyindən, əksinə, üzərindəki yarımçıq tikilini tamamlayaraq yaşayış sahəsi olaraq birgə yaşamaları üçün iddiaçı tərəfindən cavabdehin arvadının istifadəsinə verildiyindən, sonuncunun ailə üzvü olmuş cavabdehin yaşayış sahəsi olaraq verilmiş və özlərinin tamamladıqları tikilidən istifadə hüququ əmələ gəldiyindən, sonradan ər-arvad arasındakı nikahın pozulması isə istifadə hüququnun itirilməsinə əsas olmadığından, eyni zamanda iddiaçı tərəfindən üçüncü şəxsə sonradan başqa yaşayış sahəsi verilmədiyindən mübahisəli torpaq sahəsində yerləşən, yaşayış sahəsi olaraq nəzərdə tutulan və iddiaçının özünün razılığı ilə tamamlanmı ş yarımçıq tikintinin sökülməsi barədə hazırkı tələb, onun hüququnu əvvəlki rəftarına zidd həyata keçirməsi və digər yaşayış sahəsi olmayan cavabdehi iddiaçının əvvəlki hərəkətinə güvənərək yaratdığı mənzilindən qanunsuz məhrum etmə xarakteri daşıyır.
14. Bundan başqa, hazırkı iddia qaldırılanadək 29 ildən artıq müddət ərzində fərdi yaşayış evinə dair dövlət orqanları və ya iddiaçı tərəfindən hər hansı xəbərdarlıq olmamış, əksinə, Dövlət olan təşkilatlar tərəfindən həmin ev elektrik enerjisi, qaz və su ilə təmin edilir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəlləsinin 152.5, 152.6, 560.1, 560.3.4-cü, 08 iyul 1982ci il tarixli Mənzil Məcəlləsinin 29, 31, 35, 37, 39-cu, 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin (bunda n sonra – əvvəlki Torpaq Məcəlləsi) 47-ci, Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” 18 iyun 2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə iş materiallarında olan X18 Həmkarlar Komitəsinin 9 sentyabr 1993-cü il tarixli 5 nömrəli iclas protokolun çıxarışının surətinə əsaslanaraq, qovşağın anbarı sahəsində yarımçıq qalan iki gözdən ibarət və hər biri 5 metr uzunluğunda eni 3 m 50 sm yarımçıq barıların cavabdehin keç miş arvadına öz hesabına tikintisini davam etdirməklə yaşayış evi üçün istifadə edilməsinə razılıq verildiyini qeyd etmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən, X18 Həmkarlar Komitəsinin həmin icazəni vermək səlahiyyəti olmamışdır; - cavabdeh həmin əmlaka mülkiyyət hüququ əldə etməmişdir. Zəbt edilmiş daşınmaz əmlak hazırda MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin qanuni istifadəsindədir; - MMC qanunsuz zəbt edilmiş torpağı geri almaq hüququna malikdir. Cavabdehin həmin ərazidə qanunsuz olaraq yerləşməsi və məhkəmə tərəfindən dövlətin onlara sosial həyat şəraiti qurması üçün imkan verdiyinə görə iddianın rədd edilməsi əsassızdır; - iddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə edilir; - rayon məhkəməsinin analoji olmayan məhkəmə qərarlarına əsaslanaraq şəxs tərəfindən tikilən tikintinin özbaşına və qanunsuz olması faktını təsdiq edərək həmin dövlət əhəmiyyətli ərazidə tikilən əmlakın boşaldılmasının şəxsin sosial həyat rifahına mənfi təsir edəcəyi halına əsaslanması qanunsuz və qeyri-obyektivdir; - Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi ilə mübahisə edilən cari məhkəmə işini fərqləndirməyə gərək vardır. Çünki iş materiallarında olan sənədlərdən də göründüyü kimi hazırkı işdə qanunsuz olaraq zəbt edilmiş ərazi hazırda cavabdeh və ailə üzvləri tərəfindən əsassız olaraq X18 Həmkarlar Komitəsi heyəti iclasının 9 sentyabr 1993-cü il tarixli 5 nömrəli protokoluna əsasən istifadə edilmişdir və adları qeyd olunan şəxslər həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən, dövlət fondunda olan torpaqlardan istifadə edəcək şəxslər kateqoriyasına aid edilmişdir. Belə ki, cavabdeh həmin ərazinin ona müəyyən müddətə istifadəyə verildiyini, onun mənzil şəraitinin yaxşılaşacağı təqdirdə oradan çıxarılacağı ehtimalını bilirdi. Cavabdehin dövlət əmlakında yaşadığı uzunmüddətli dövr ərzində özü üçün sosial şərait yaratma imkanı olmuş, lakin o, dövlətin ona müəyyən müddətə istifadə üçün verdiyi əmlakdan istifadə edərək, dövlətin göstərdiyi qayğıdan sui-istifadə etmişdir; - cavabdehə və ailəsinə verilmiş həmin əmlakın üzərində müəyyən tikinti işlərinin aparılması həmin əmlak üzərində cavabdehin mülkiyyət hüququnun yarandığını hesab etməyə heç bir hüquqi əsas vermir.
18. Şəki Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 2(107)-108/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Elçin Mehdiyev)
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, cavabdehin mübahisəli torpaq sahəsi və yaşayış evi üzərində sərəncam vermək hüququ əmələ gəlməsə də, onun həmin torpaq və yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.
20. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qanunun göstərilən maddəsinə əks yanaşma mülkiyyət hüququnun müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin hallarına uyğun yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri apelyasiyanın dəlilləri ilə eynilik təşkil etməklə yanaşı, şikayətdə əlavə olaraq göstərilib ki, Mülki Məcəllənin 178.6-cı maddəsinin tələbləri pozulub. Belə ki, işin hallarına əsasən məhkəmə cavabdehin həmin ərazidə uzunmüddətli yaşamasına istinad etmişdir. Lakin qanunvericiliyə görə şəxsin həmin ərazidə 30 il etirazsız yaşaması iddiası olarsa ona mülkiyyət hüququnu tələb etmə hüququ verilmişdir. Cavabdeh tərəfindən bununla bağlı hər hansı təşəbbüs göstərilməmişdir. Məhkəmə isə bunu nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halıdır. Torpaq Məcəlləsi Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keç irilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. K assasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
29. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 0,0084 ha hissəsində fərdi yaşayış evi tikilmiş torpaq sahəsi iddiaçının balansındadır. Cavabdehin arvadı – müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 xx.xx.1990-cı il tarixdən iddiaçı təşkilatda əməliyyatçı vəzifəsində işə qəbul edilmişdir. Yaşayış sahəsi olmayan, bununla da mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan və yaşayış sahəsi növbədənkənar verilməli şəxs sayılan cavabdehlə evlənmiş Sevinc İbrahimovaya müdiriyyətin razılığı ilə və həmkarlar ittifaqı təşkilatının 9 sentyabr 1993-cü il tarixli 5 nömrəli qərarı ilə qovşağın anbarı sahəsində tikilərək yarımçıq qalan iki gözdən ibarət və hər biri 5 metr uzunluğunda eni 3 m 50 sm yarımçıq barıların öz hesabına tikintisini davam etdirməklə yaşayış evi üçün istifadə edilməsinə razılıq verilmişdir. Yaşayış evi daxil olmaqla 12 metr uzunluğuna və 8 metr eninə sahənin onun istifadəsinə verilməsi rabitə qovşağı müdiriyyətindən xahiş edilmi ş və müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzil şəraiti yaxşılaşdırılmış şəxs olaraq uçotdan çıxarılmış və ona başqa yaşayış sahəsi verilməmişdir. Həmçinin 07 avqust 2004-ü il tarixli 15 saylı məktubla sonuncunun yaşayış sahəsini genişləndirmək üçün əlavə tikinti aparması üçün səlahiyyətli orqanlara müraciət etməsi tövsiyə edilmiş, mübahisəli tikilidə yaşamasına etirazın olmadığı bildirilmişdir. Hazırkı iddia qaldırılanadək hər hansı etiraz olmadan 29 ildən artıqdır ki, tikilidə 6 nəfər ailə üzvü ilə birlikdə cavabdeh yaşayır. Tikinti yaşayış sahəsi olaraq kommunal (elektrik, qaz, su) və rabitə xidmətləri ilə təmin edilmişdir.
30. Göründüyü kimi, müəyyən edilib ki, cavabdehin hərəkətlərində hər hansı özbaşınalıq əlamətləri olmayıb. Başqa sözlə, cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsi müəyyən edilməyib.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə isə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
31. Eyni zamanda hüquqdan sui-istifadəni qadağan edən Mülki Məcllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
32. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyy ət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
33. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
34. Oxşar mövqe X16 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tari xli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
35. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli ərazidə ev tikib yaşaması, uzun illər həmin sahədən və evdən təyinatı üzrə istifadə etməsi onun həmin əmlaklara vicdanlı sahib olması baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu büt ün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
36. Bu baxımdan, iddiaçının hər hansı kompensasiya vermədən belə bir iddia qaldır ması hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir və buna görə gəlinən nəticə həm də bu səbəbdən qanuni və əsaslı olmuşdur.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
38. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-108/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.