Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2024/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürmə 11.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(103)-1127/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.1994-cü ildə nikah bağlanmış, birgə nikahdan xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 doğulmuşdur. 2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli qətnaməsi ilə onldar arasında olan nikah pozulmuşdur. Lakin nikahın pozulmasına baxmayaraq onlar barışmış və xx.xx.2008-ci il tarixdə qızları Nigar doğulmuşdur. 3.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 9 iyun 2004-cü il tarixli, 2-1074/200 nömrəli qətnaməsi ilə Cavabdeh2 ünvan 2 (bundan sonra-mübahisəli mənzil) istifadə hüququnun tanınmasına dair iddia tələbi təmin edilmişdir. Cavabdeh1 xx.xx.1999-cu ildən, Cavabdeh2 həmin mənzilində xx.xx.2004-cü ildən və X5 xx.xx.2008-ci il tarixdən qeydiyyatda olmuşlar. 4.Mübahisə li mənzil İddiaçı anası X2 mülkiyyətində olmuş, o, 22 oktyabr 2005-ci il tarixdə vəfat etmiş, vəfatından sonra mənzil İddiaçı mülkiyyətinə “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında keçmişdir. İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18 iyul 2006-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və X4 9.000 manat kompensasiya ödənilməsi müqabilində onların, mülkiyyətində olan mübaisəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 2013-cü ildən hazırki günədək tamamilə ayrı yaşamaqdadırlar. Ortaq övladları o lan Cavabdeh1 və X5 anaları ilə birlikdə yaşamaqdadırlar. Cavabdehlər hazırda ünvan 1 ünvanında yaşasalar da, ona məxsus evdə qeydiyyatdadırlar. Cavabdehlərin onun evində qeydiyyatda olması mülkiyyət hüquqlarını pozmaqla yanaşı, öz hüquqlarından istədiyi kimi istifadə etmək imkanını da məhdudlaşdırır. Belə ki, yenidən ailə qurmuşdur və xx.xx.2016-cı il təvəllüdlü Cəmilə adlı bir qızı vardır. Cavabdeh2 "xxxx" MMMC tərəfindən tikilmiş mənzili vardır və onlar 2013-cü ilin mart ayından etibarən həmin mənzildə yaşayırlar. Hazırkı vəziyyətdə cavabdehlərin istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılmaları onların hüquqlarına hər hansı bir zərər yetirməyəcəkdir. Belə ki, onlara ədalətli şəkildə kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsinə razıdır.
6. Sonrada n İddiaçı nümayəndəsi (vəkili) iddia tələbini dəqiqləşdirmiş, Cavabdeh1, Cavabdeh2 və X1 ödənilmədən onların mübahisəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Həmin ərizə (dəqiqləşdirmə barədə ərizə) onunla əsaslandırılmışdır ki, xx.xx.2022ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh1 2013-cü ildən etibarən Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 92 saylı evin 26 saylı mənzilində yaşamadıqlarını etiraf etmiş, Cavabdeh2 həmçinin bildirmişdir ki, Xətai rayonu, M.Hadi küçəsi ev 76, giriş 4B ünvanında yerləşən 13 saylı mənzil ona məxsusdur və qohumu tərəfindən hədiyyə edilmişdir. Sonrakı məhkəmə iclaslarında da cavabdehlərin həmin mənzildə uzun müddətdir (2013-cü ildən etibarən) yaşamaması faktı öz təsdiqin i tapmışdır. Cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 92 saylı evin 26 saylı mənzildə yaşamamalarına dair etirafı məhz onların həmin yaşayış sahəsinə olan ehtiyacının olmaması mənasına gəlməkdədir. Həmçinin Cavabdeh2 özünə məxsus mənzilinin də olması onu göstərir ki, onun Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 92 saylı evin 26 saylı mənzilində yaşamağa ehtiyacı yoxdur.
8. Cavabdeh1 isə İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 92 saylı evin 26-cı mənzilindən istifadəsinə yaradılan maneələrin qanunsuz hesab edilməklə həmin mənzilə köçürülməsi, mənzildən maneəsiz və sərbəst istifadə etməsi üçün mənzilin giriş qapısının açarlarının verilməsinin (və ya sürət çıxarılması üçün təqdim edil məsinin) İddiaçı həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 92 saylı evin 26-cı mənzili atası İddiaçı mülkiyyətindədir. xx.xx.1995-ci il tarixdə anadan olandan həmin mənzildə qeydiyyatda olmaqla son vaxtlaradək orada yaşamışdır. Hazırda atası onu mənzilə buraxmır. Dəfələrlə həmin mənzilə köçüb yaşamağa cəhd etsə də, atası buna imkan vermir. Atasının qanunsuz hərəkətləri ucbatından o, yaşadığı mənzildən istifadə edə bilmir və hüquqlarından məhrum olunmuşdur. İddiaçı uzun müddət yaşayaraq qeydiyyatda olduğu mənzilə onu buraxmayaraq orada yaşamasına imkan vermədiyinə görə həmin hallar aradan qaldırılmalı və mənzilə məhkəmə qaydasında köçürülməlidir.
10. Birinci instansiy a məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərardadı ilə sözügedən iddia tələblərinin bir icraatda birləşdirilməsinə və onlara bir icraatda baxılmasına qərar verilmişdir.
11. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 İddiaçı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı övladlarının hüququnu tapdalayıb, bu illər ərzində onlara yalan vədlər verib. Hazırda mübahisəli mənzildə Nuri yaşayır, oğlu Rüfət 1998-ci ildən, özü isə 2004-cü ildən məhkəmə yolu ilə həmin mənzilə qeydiyyata düşmüşlər. Hazırda atası tərəfindən ona bağışlanılan mənzildə qızı Nigarla yaşayır, oğlu Rüfətin isə yaşayış sahəsinə ehtiyacı vardır.
12. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 öz iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İİİ qrup əlildir, valideynləri boşandıqdan sonra bir müddət anası ilə yaşasa da, anası ilə münasibətləri pozulduğu üçün artıq bir müddətdir kirayədə qalır və yaşayış sahəsinə ehtiyacı var.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 və X3 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi, ünvan 3 ünvanında yerləşən mənzilin giriş açarlarının (və ya surətinin) Cavabdeh1 təhvil verilməsi qət olunmuşdur.(hakim X6)
14. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982- ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir.
15. Belə ki, Cavabdeh2 və X5 artıq uzun müddətdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 76, giriş 4”B”, 13 saylı mənzildə yaşadıqları üçün onların mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 və X3 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir.
16. Bununla yanaşı məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 mübahisəli yaşayış sahəsində istifadə hüququna malik olan şəxs olaraq hazır da yaşayış sahəsinə ehtiyacı olduğu üçün onun istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Bununla bağlı olaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, ilkin iddia tələbi Cavabdeh1 qarşı təmin edilməməli, qarşılıqlı iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməli, mənzilin giriş açarları (və ya surəti) Cavabdeh1 təhvil verilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152-ci, 228.2-ci və 228.5-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin 60-cı, 123-cü maddələrinə, 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəlləyə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən İddiaçı nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – təmsil etdiyi şəxsin iddia tələbinin təmin olunmaması, habelə qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı hissələrdə ləğv olunmasını və İddiaçı iddia tələbinin tam təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti m üvafiq iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normasını düzgün tətbiq etmədiyini, Cavabdeh1 10 ildən artıq müddətdir mübahisəsi gedən mənzildə yaşamadığının müəyyən edildiyini nəzərə almadığını, onun yaşayış sahəsinə ehtiyacının olmasının sübuta yetirilmədiyini, yeni qurduğu ailəsi ilə Rüfətin birlikdə yaşamasının mümkün olmadığını irəli sürmüşdür.
20. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1127/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-527/2023 saylı iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər X8 (sədrlik edən və məruzəçi),X11 və X9)
21. Apellyasiya instansiya məhkəməsi birinci insta nsiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 1998-ci ildən 2013-cü ilin mart ayına qədər həmin mənzildə yaşamış, bundan sonra atası və anasının ailə münasibətlərinin pozulması səbəbindən anası ilə birlikdə mənzili tərk edib getmişdir.
22. Beləliklə, kollegiya hesab etmişdir ki, Cavabdeh1 mübahisəsi gedən mənzilə, mənzil nənəsinin, daha sonra atasının mülkiyyətində olduğu dövrdə onların ailə üzvü olaraq mənzildə nənəsi və atası ilə birgə yaşadığı zaman yaranmış istifadə hüququnun itirildiyi qənaətinə gəlmək mümkün deyildir.
23. Bundan əlavə, Cavabdeh1 mübahisəsi gedən yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı sübuta yetirilməmişdir və onun, yaşayış sahəsinə olan ehtiyacını məhz atasının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşı lamaq məcburiyyətində olduğu nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar vardır.
24. Başqa sözlə, Cavabdeh1 mübahisəsi gedən mənzilə yaranmış istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququ vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəlir və bu hüquqa xitam verilməsi zamanı kompensasiya o halda ödənilir ki, hüquq sahibinin mülkiyyətçinin hesabına müəyyən müddət daxilində başqa yerdə, istifadə hüququ olan mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yerdə yaşamağa ehtiyacı olsun.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 228.2, 228.5-ci, 01 o ktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.3, 60, 87, 123cü və 01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4cü və Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı ( Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın ilkin iddia tələbi üzrə təmin edilməyən hissəsində ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddia tələbi üzrə qəbul edilmiş qətnamənin ləğv edilərək, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yen i qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki məhkəmə instansiyası Konstitusiya Məhkəməsinin Plenum qərarına zidd olaraq Cavabdeh1 istifadə hüququnun həyata keçirilməməsinin səbəblərini dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalı olduğu halda, bu barədə heç bir əsaslandırma etməmişdir.
28. X7 və Cavabdeh2 məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iştirak etmiş və həmin iclasda artıq 10 ildir ki, həmin mənzildə yaşamadıqlarını və həmin mənzilə ehtiyacları olmadığını etiraf etmişdirlər.
29. Bundan əlavə, son 10 il ərzində Cavabdeh1 tərəfindən iddiaçıya heç bir şifahi və ya yazılı müraciət edilməmiş, həmçinin bununla bağlı hər hansı dövlət və hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. O, mə hz iddiaçı tərəfindən iddia qaldırıldıqdan sonra iddiaçının mülkiyyət hüquqlarına süni maneələr yaratmaq üçün bu mövqeyi ortaya qoymuşdur.
30. Belə ki, Cavabdeh1 kirayədə qalması barədə heç bir kirayə müqaviləsi və ya digər rəsmi sənəd təqdim edilmədiyi halda, məhkəmə sırf mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir.
31. Kassator öz mövqeyini Mülki Prossesual Məcəllənin 14.2, 77.1,106.1, 106.3, 416.1 və 416.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarına istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
33. Maddə 13.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tə rəfindən müdafiə olunur.
34. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
35. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) h üquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
38. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 1 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
39. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kiray əçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.
40. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
41. Maddə
60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay sax lanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
42. Maddə
87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
43. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mül kiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarı 44. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübu tlarla əsaslandırır.
49. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən ilk iddianın təmin olunmayan, qarşılıqlı iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Bu baxımından kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin irəli sürülmüş dəlillər üzrə qismən yoxlanılması təşkil edir Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının v ə prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın rədd olunan və qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün göndərilməlidir.
54. Belə ki, işin mübahisəsiz olaraq müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.1994-cü ildə nikah bağlanmış, birgə nikahdan xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Lakin nikahın pozulmasına baxmayaraq onlar barışmış və xx.xx.2008-ci il tarixdə qızları Nigar doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 9 iyun 2004-cü il tari xli, 2-1074/200 nömrəli qətnaməsi ilə Cavabdeh2 ünvan 3 (bundan sonra-mübahisəli mənzil) istifadə hüququnun tanınmasına dair iddia tələbi təmin edilmişdir. Cavabdeh1 xx.xx.1999-cu ildən qeydiyyatda olmuşdur. Lakin iddiaçının anası məhkəmə qətnaməsi ilə mübahisəli mənzilə köçürülsə də qarşılıqlı iddiaçının həmin mənzilə anası ilə birlikdə, yalnız özünün köçüb yaşaması müəyyən edilmir.
55. İşin digər müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı yenidən ailə qurmuş və xx.xx.2016-cı il təvəllüdlü Cəmilə adlı bir qızı vardır.
56. Mübahisəli mənzil İddiaçı anası X2 mülkiyyətində olmuş, o, 22 oktyabr 2005-ci il tarixdə vəfat etmiş, vəfatından sonra mənzil İddiaçı mülkiyyətinə “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında keçmişdir. İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18 iyul 2006-ci il tarixdə qeydiyyata alınmışdır.
57. İddiaçı müvafiq kompensasyia verilmədən qarşılıqlı iddiaçının mənzilə istifadə hüququnun itirilməsini xahiş etmişdir. Göstərmişdir ki, qarşılıqlı iddiaçının mübahisəli mənzilə ehtiyacı yoxdur və 10 ildən artıq müddət ərzində sözügedən mənzildə yaşamır və o, 2013-cü ildən anasının mülkiyyətində olan mənzildə yaşayır.
58. Qarşılıqlı iddiaçı və ilk iddia üzrə cavabdeh tərəf mübahisəli mənzildə uzun müddət yaşamadığını, anasının mülkiyyətində olan mənzildə yaşadığını göstərir, hazırda mübahisəli yaşayış sahəsinə ehtiyacı olmasına, anasının mülkiyyətində olan mənzildən istifadə etməyə imkan vermədiyinə və kirayədə yaşamasına əsaslanaraq mənzilə köçürülməsini və edilən maneələrin aradan qaldırılmalı olmasını iddia edir.
59. Görü ndüyü kimi, qarşılıqlı iddiaçı mübahisəli mənzildə qeydiyyatdadır və həmin mənzildən istifadə hüququ olduğundan köçürülməsini tələb edir.
60. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
61. Bu baxımdan, qarşılıqlı iddiaçının bildirdiyi faktiki hallara əsasən iddia tələbi 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.
62. Nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Baxılan iş üz rə də qarşılıqlı iddiaçının mənzildən istifadə hüququnun yaranmasına əsas verən hüquqi faktların mövcud olub-olmaması müəyyən edilməlidir. Qeyd edilməlidir ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan qarşılıqlı iddiaçı sözügedən yaşayış sahəsindən istifadə hüququ əldə etmiş (o, vərəsəlik açılmazdan əvvəl mülkiyyətçi olmuş nənəsinin, sonra isə atası ilə mübahisəli mənzildə birlikdə yaşaymışdır.)
63. Lakin hazırkı vəziyyətdə araşıdırmalı olan məsələ onun mübahisəli mənzilə münasibətdə əldə etmiş olduğu istifadə hüququnu saxlayıb saxlamamasının müəyyən edilməsi ilə bağlıdır.
64. Baxılan işin halları baxımından ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı nəticəyə o zamanı gəlmək mümkündür ki, qarşılıqlı iddiaçının sözügedən yaşayış sahəsinə ehtiyacının olması müəyyən olunsun. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda müəyyən edilmiş hallar və əvvəlkli Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri baxımından, qarşılıqlı iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranıb.
65. Lakin nəzərə alınmalıdır ki, həmin Mənzil Məcəlləsi mənzildən istifadə hüququnun yaranması əsasları ilə yanaşı, istifadə hüququna xitam verilməsi və istifadə hüququnun itirilməsi kimi hüquqi nəticələri və bunun üçün əsasları da müəyyən etmişdir.
66. Belə ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaş ayış sahəsindən istifadə hüququnu itirilmiş hesab edilir (Maddə 60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (Maddə 87).
67. Başqa sözlə, mənzildən istifadə hüququ oradan istifadəyə olan ehtiyacdan doğan davamlı istifadəyə əsaslanır və yarandıqdan sonra onun davam etməsi müəyyən şərtlərə bağlıdır. Yəni şəxsin mənzildən üzürsüz səbəbdən qanunla müəyyən olunan müddətdən çox faktiki istifadə etməməsi, istifadə hüququnun aradan qalxmasına səbəb olur.
68. Bu baxımdan mübahisənin həlli üçün əhəmiyyətli olan işin halları ilə qarşılıqlı iddiaçının mübahisəli mənzildən 2013-cü ildə çıxdığı müəyyən o lunur. Bu fakt tərəflərin hər birinin izahatı ilə təsdiq olunur. Birinci instansiya məhkəməsində müəyyən olunmuş işin hallarından aşkar olur ki, həmin vaxtdan qarşılıqlı iddiaçı anası Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yaşayır.
69. Qarşılıqlı iddiaçının mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilibedilməməsini müəyyən etmək üçün bu məlumatlar əhəmiyyətli idi, lakin birinci instansiya məhkəməsi məhz bu halları müəyyən etsə də, hazırda qarşılıqlı iddiaçının kirayədə yaşadığını və mübahisəli yaşayış sahəsinə ehtiyacı olmasına əsaslanmaqla onun istifadə hüququnun qalmaqda davam etməsi, yalnız kompensasiya verilməklə bu hüquqa xitam verilə biləcəyi nəticəsinə gəlmişdir.
70. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, qarşılıqlı iddiaçı hazırda kirayədə yaşadığını, mübahisəli mənzilə ehtiyacının olmasını göstərsə də bununla bağlı hər hansı sübuta istinad etməmişdir.
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən işin hallarını tam araşdırmamış, qarşılıqlı iddiaçının 2013-cü ildən mübahisəli mənzildən çıxıb başqa yaşayış məntəqəsinə köçməsi barədə aydın və birmənalı məlumatlara qiymət verməmiş, nəyə görə həmin məlumatları qəbul etməməsini əsaslandırmamışdır.
72. Qeyd edilməlidir ki, şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı ko mpensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür.
73. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.
74. Kollegiya hesab edir ki, bu hallar hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
75. Kollegiya bildirir ki, apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddiaçının mübahisəli evdən istifadə hüquqları müəyyən edildiyi halda, ilk iddiaçının da yuxarıda qeyd edilən dəlillərini tam və hərtərə fli şəkildə araşdırlmalı, nəticəsindən asılı olaraq qarşılıqlı iddiaçının mübahisəli yaşayış sahəsindən iddia etdiyi hüquqlarının başqa yaşayış yeri olması səbəbindən aradan qalxıb-qalxmadığına hüquqi qiymət verilməli idi, lakin bununla bağlı dəlillər üzrə hər hansı araşdırma aparmamış, yalnız birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamışdır.
76. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün işin hallarını lazımi həddə araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
77. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 y anvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
78. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
79. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxı mından düzgün qiymət verməlidir.
80. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1127/2023 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərtnaməsi ilk iddianın rədd olunan və qarşlıqlı iddianın təmin olunan hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir