Məhkəmə qərarları › İş №2(105)-1956/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1956/2023

16.11.2023 · Sair mülki iş - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1956/2023 16.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazı İdarəsi və üçüncü şəxs Qusar rayon Dövlət Notariat Kontoruna qarşı mülki iş üzrə (Açar söz: çıxarışların və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X12 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh1 nümayəndə və vəkili Vəkil iştirakı ilə, Qusar Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(029)-292/2018 saylı qətnaməsindən Cavabdeh1 və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçi İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı çxarışların və vərəsəlik huququ haqqında şəhadətnamənin etibarsiz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 sayli Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2016-ci il tarixli daşınmaz əmlakin dövlət reyestrindən çıxarışın, həmçinin həmin çıxarışa əsasən Cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnaməyə əsasən həmin şəxsin adına verilmiş çıxarışın etibarsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar şəhəri, H.Əliyev küçəsindəki 87 saylı ev onun atası Babayev Səbri Abdulməcid oğluna məxsus olmuşdur. 22 oktyabr 1947ci ildə həmin evə dair ilk texniki pasport, 1983-cü ilin noyabr ayında isə ikinci texniki pasport tərtib edilmişdir. Atası Babayev Səbri Abdulməcid oğlu 01 avqust 2003-cü il tarixdə, anası X5 isə 24 iyun 2011-ci il tarixdə vəfat etmişdir. Atası Babayev Səbri Abdulməcid oğluna məxsus olmuş ümumi sahəsi 177,2 kv.m., yaşayış sahəsi 78,4 kv.m olan 87 saylı ev 2 mərtəbəli olmaqla 6 otaqdan ibarətdir. Həmin evin yerləşdiyi ümumi torpaq sahəsi isə 600 kv.m-dən ibarətdir. Atası vəfat edərkən vəsiyyətnamə qoymamış, buna baxmayaraq atasından qalmış miras əmlakı o idarə etmiş, bununla da qanunvericiliyə uygun olaraq miras əmlakı qəbul etmişdir. Qusar Rayon Məhkəməsinin icraatında onun qardaşı X2 ona və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik huququnun tanınması tələbinə dair iddiası uzrə mülki iş olmuş və Qusar Rayon Məhkəməsinin 16 may 2014-cu il tarixli, 2(029)-375/2014 saylı qətnaməsi ilə iddia təmin edilərək X2 01 iyun 2003-cu il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğlundan qalmış mirasin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmış, 01 iyun 2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğluna məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X2 vərəsəlik hüququ tanınmışdır. O, Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti vermiş və Azərbaycan Respublikasi Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-105/2015 saylı, 15 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin həmin qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-105/2015 saylı, 15 dekabr 2015-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2016-ci il tarixli, 2(102)- 2297/2016 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-105/2015 saylı, 15 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdir. Həmin işə məhkəmədə baxılarkən X6 vəfat etmiş və məhkəmə tərəfindən onun oglu Cavabdeh1 hüquqi varisi kimi tanınmışdır. Bundan sonra o, mərhum atasının qanun üzrə birinci dərəcəli vərəsəsi olduğundan vərəsə kimi özünə çatası payını tələb etmişdir. Bu məqsədlə Qusar Rayon Məhkəməsinə müraciət etmiş və onun da mərhum atasının mirasına dair vərəsəlik hüququ tanınmışdır. Bu barədə Qusar Rayon Məhkəməsi tərəfindən 17 fevral 2017-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Qusar rayon Notariat Kontoruna göndərilmişdir. Lakin Qusar rayon Notariat Kontoru tərəfindən ona həmin şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna səbəb o olmuşdur ki, artıq əvvəlcə qardaşı Abdulməcid Babayevin, daha sonra onun oglu Cavabdeh1 adına həmin mirasa dair çıxarış verilmişdir. Həmin çıxarış birbaşa qətnamə əsasında verilmişdir. Halbuki həmin qətnamə yalnız Abdulməcid Babayevin mirasin qəbul edilməsi müddətini uzadaraq onun vərəsəlik hüququnu tanımışdır. Lakin həmin qətnamə ilə vərəsəlik müəyyən olunmaqla vərəsəlik qaydasinda həmin şəxsin mulkiyyətinə verilməmişdir. Həmin qətnamə əsasında Notariat Kontoru tərəfindən də Abdulməcid Babayevin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş, vərəsəlik müəyyən olunmamışdr. Buna baxmayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən birbaşa Abdulməcid Babayevin adına çıxarış verilmişdir. Bundan başqa mərhum atası Səbri Babayevin adına torpaq sahəsinə dair mülkiyyət sənədi olmamşdır. Həmcinin Qusar Rayon Məhkəməsi tərəfindən yalnız həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Abdulməcid Babayevin vərəsəlik hüququ tanınmışdır. Buna baxmayaraq ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı ərazi İdarəsi tərəfindən həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə dair Abdulməcid Babayevin adına çıxarış verilmişdir. Bununla da cıxarış tam qanunsuz verilmiş, nəticədə isə onun həmin əmlaklara dair vərəslik hüququ pozulmudur. Beləliklə o, hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən cıxarış qanunsuz və əsassız oldugundan və onun qanuni mənafeyini, yəni vərəsəlik huququnu pozduğundan həmin cıxarış etibarsız hesab edilməlidir. Bundan başqa həmin çıxarış əsasında Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 oglunun adına verilmiş vərəsəlik şəhadətnaməsi və həmin şəhadətnamə əsasında verilmiş çıxarış da etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən iddianın tam şəkildə təmin edilməsini məhkəmədən xahiş edir.

3. Qusar Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(029)-292/2018 saylı qətnaməsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazı İdarəsi tərəfindən X2 adına verilmiş seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli, 2V-551 reyestr nömrəli qanun üzrə vəsərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Rafiq Kazımov).

4. Məhkəmə müəyyən etmişdir ki, ünvan 2 ünvanda 600,0 kv.metr torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçıun atası Babayev Səbri Abdulməcid oğlunun adına qeydiyyata alınmışdır. Qusar Rayon Məhkəməsinin icraatında onun qardaşı X2 ona və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki iş olmuş və məhkəmənin 16 may 2014-cu il tarixli, 2(029)-375/2014 saylı qətnaməsi ilə iddia təmin edilərək X2 01 iyun 2003-cu il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğlundan qalmış mirasin qəbul edilməsi üçün müəyyənləşdirilimiş müddət uzadılmış, 01 iyun 2003-cu il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğluna məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X2 vərəsəlik hüququ tanınmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra İddiaçı mərhum atası Səbri Babayevin qanun üzrə birinci dərəcəli vərəsəsi oldugundan vərəsə kimi özünə çatası payını tələb etmiş, bu məqsədlə Qusar Rayon Məhkəməsinə müraciət etmiş və onun da mərhum atasının mirasına dair vərəsəlik hüququ tanınmışdır. Bu barədə Qusar Rayon Məhkəməsi tərəfindən 17 fevral 2017-ci il tarixli, 2(029)-240/2017 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Qusar rayon Notariat Kontoruna göndərilmişdir. Lakin Qusar rayon Notariat Kontoru tərəfindən ona həmin şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna səbəb o olmuşdur ki, artiq əvvəlcə qardaşı Abdulməcid Babayevin, daha sonra onun oğlu Cavabdeh1 adına həmin mirasa dair çıxarış verilmişdir. Həmin çıxarış birbaşa qətnamə əsasında verilmişdir. Halbuki həmin qətnamə yalniz Abdulməcid Babayevin mirasın qəbul edilməsi müddətini uzadaraq onun vərəsəlik huququnu tanımışdır. Lakin həmin qətnamə ilə vərəsəlik müəyyən olunmaqla vərəsəlik qaydasında həmin şəxsin mülkiyyətinə verilməmişdir. Həmin qətnamə əsasında Notariat Kontoru tərəfindən də Abdulməcid Babayevin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş, vərəsəlik müəyyən olunmamışdır. Bundan başqa İddiaçı müraciətinə əsasən Qusar rayon Notariat Kontoru tərəfindən ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, mərhum Səbri Babayevin adına tam olaraq mülkiyyət sənədi olmadığından həmin əmlakların Səbri Babayevə aid olmasi barədə çıxarış verilməsi xahiş olunmuşdur. Bu isə təsdiq edir ki, ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi Abdulməcid Babayevin adına Notariat Kontoru tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən birbaşa çıxarış verilmişdir. Bundan başqa iddiaçının mərhum atası Səbri Babayevin adına torpaq sahəsinə dair mülkiyyət sənədi olmamışdır. Həmcinin Qusar Rayon Məhkəməsi tərəfindən yalnız həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Abdulməcid Babayevin vərəsəlik huququ tanınmışdır. Buna baxmayaraq ƏMDK-nin yanında DDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə dair Abdulməcid Babayevin adına çıxarış verilmişdir. Bununla da çıxarış Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla verilmiş, nəticədə isə iddiaçının həmin əmlaklara dair vərəsəlik hüququ pozulmuşdur.

5. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 139.1, 139.3, 140, 149.2, 1151.1, 1159.1,1159.1.1, 1162, 1243.1, 1321.1-ci maddələrinə, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. İş üzrə Cavabdeh1 və Maraqlı şəxs apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(029)-292/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

Şikayətin dəlilləri:

7. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2014-cü ildə X6 bütün digər vərəsələrə qarşı məhkəmədə iddia qaldırmış, Qusar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(029)-375/2014 saylı qətnaməsi ilə X2 mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmış və miras əmlaka X2 vərəsəlik hüququ tanınmışdır. Qusar Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olarkən iddiaçı X6 vəfat etmiş və onun hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Daha sonra Qusar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 X2 hüquqi varisi kimi tanınmış və işə mahiyyəti üzrə baxılmağa başlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(105)- 105/2015 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Qusar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Bu qətnamədən İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(102)-2297/2016 saylı qərarı ilə şikayət təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Ali Məhkəmə öz qərarının 3-cü səhifəsinin 8 və 9-cu abzaslarında digər vərəsələrin miras əmlakdakı payları ilə bağlı məsələyə aşağıdakı hüquqi mövqeyini qeyd etmişdir: “Kassasiya məhkəməsi qeyd edir ki, digər vərəsələr mirası qəbul etmədiklərindən, onların mirasdan pay tələbi istisna olunur. Mirasın bölgüsü onu qəbul etmiş vərəsələr arasında mümkündür. Vərəsələrdən miras evi ancaq iddiaçı qəbul etdiyindən, digər vərəsələrin mirasdan pay tələbi istisna olunur.” Bildirir ki, bu məhkəmə mübahisəsində digər vərəsələrdən biri də hazırki iş üzrə İddiaçı olmuş və Ali Məhkəmə onun mirasdan pay tələbini istisna etmişdir. Qusar Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə icra vərəqəsi verilmiş, X2 hüquqi varisi Cavabdeh1 adına ünvan 5-yə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da mübahisə öz qanuni həllini tapmışdır. 2018-ci ildə Cavabdeh1 heç bir məhdudiyyət və problem olmadan anası Maraqlı şəxs ilə bağışlama müqaviləsi bağlamış və daşınmaz əmlak xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Maraqlı şəxs adına sənədləşdirilmişdir. Buna baxmayaraq İddiaçı 2017-ci ildə Cavabdeh1 qarşı iddia qaldıraraq ünvan 5 və həmin evin yerləşdiyi 0,065 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qəbul edilmə müddətinin uzadılmasını və həmin əmlaka vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(029)-240/2017 saylı qətnaməsi ilə İddiaçı ünvan 5 və həmin evin yerləşdiyi 0,065 ha həyətyanı torpaq sahəsinə dair miras əmlakı qəbul etmə müddəti uzadılmış və onun həmin əmlaka dair vərəsəlik hüququ tanınmışdır. Məhkəmə kobud pozuntuya yol vermiş, bu mübahisə ilə bağlı üç instantiya məhkəməsinin qüvvədə qərarı olduğu halda, eyni mübahisə üzrə yeni qətnamə qəbul etmişdir. Həmin qətnamədən görsənir ki, İddiaçı öz əleyhinə olan 2014-2016-cı illərdə çıxarılmış məhkəmə qərarlarını məhkəməyə təqdim etməmiş və nəticədə qanunsuz qətnamə çıxarılmışdır. Lakin bu iş üzrə həmin məhkəmədə əvvəllər də qətnamə qəbul olunmasını araşdırmaq məhkəmənin vəzifəsi idi. Çox təəssüf ki, Cavabdeh1 bu məhkəmə prosesindən xəbəri olmamış, nə məhkəmə tərəfindən, nə də Qusar şəhərindəki poçt xidmətindən ona heç bir məlumat verilməmişdir. Sonradan bu iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədən Cavabdeh1 xəbərdar olmuş və belə bir məhkəmə prosesi haqqında məlumat əldə etmişdir. Belə ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(029)-240/2017 saylı qətnaməsindən ƏMDK-nin DƏDRX-nin 5 saylı əraz idarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1858/2018 saylı qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir (həmin qətnamə əlavə olunur). Sumqayıt Apellyasiya Məhkəməsi Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarına istinad etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar mübahisələndirilmədiyi üçün və artıq İddiaçı atasından qalan miras əmlakı qəbul etməməsi barədə preyudisial əhəmiyyətli sübut olduğu üçün onun iddiasını rədd etmişdir. Hazırda mübahisələndirilən Qusar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(029)- 292/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı növbəti dəfə yenə əsassız iddia qaldırmışdır. O iddiada Cavabdeh1 adına olan dövlət reyestrindən çıxarışın və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş etmiş, iddiasına sübut olaraq sonradan ləğv olunmuş Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(029)- 240/2017 saylı qətnaməsini əlavə etmişdir. Məhkəmə isə həmin ləğv olunmuş qətnaməyə sübut kimi istinad etmiş, İddiaçı vərəsəlik hüququnun olması barədə həmin məhkəmə qətnaməsinə əsaslanaraq onun iddiasını təmin etmişdir. İddiaçı Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin sonradan ləğv olunmasını məqsədli şəkildə gizlətmişdir. Qeyd edilən preyudisial əhəmiyyətli sübutlara əsasən İddiaçı hazırki iddiası əsassızdır. Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarındakı hüquqi mövqeyinə və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ünvan 5 və həmin evin yerləşdiyi 0,065 ha həyətyanı torpaq sahəsi ilə bağlı heç bir vərəsəlik hüququ yoxdur və təbii ki, belə olan halda onun hazırki iddia tələbinin də heç bir hüquqi əsası ola bilməz. Sadalanan hallar qətnamənin ləğv olunması və iddianın rədd olunması üçün birbaşa əsasdır.

8. Maraqlı şəxs apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə Maraqlı şəxs birbaşa maraq və mənafeyinə toxunur. Belə ki, Maraqlı şəxs əvvəlki mülkiyyətçinin çıxarışının etibarsız hesab olunması, mexaniki olaraq onun adına olan çıxarışın da ləğv olunmasına səbəb ola bilər. Məhkəmə baxışının tərəflərin dindirilməsi ilə keçirilmə vəzifəsi, habelə qərarın yalnız tərəflərin izahat və dəlilləri əsasında verilməsi vəzifəsi məhkəmənin üzərinə icbari norma kimi qoyulmuşdur. İşdə iddiaçı tərəfin iştirakı təmin olunsa da Cavabdeh1, Maraqlı şəxs (çıxarışa əsasən hazırki mülkiyyətçi) iştirakları təmin edilməmiş, onların vacib əhəmiyyət daşıyan izahat və dəlilləri dinlənilmədən qərar qəbul edilmişdir. Sadalanan prosessual hüquq normaları və Konstitusiya Məhkəməsinin şərhlərinə əsasən qətnamə qeyd-şərtsiz ləğv olunmalıdır. Belə ki, artıq İddiaçı atasından qalan miras əmlakı qəbul etməməsi barədə Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli preyudisial əhəmiyyətli qərarı mövcuddur. Bu qərarla müəyyən edilmiş faktlar Qusar Rayon Məhkəməsində təkrar mübahisələndirilə bilməzdi və məhkəmə sözügedən məhkəmə qərarlarının hüquqi statusunu araşdırmalı idi. Qusar Rayon Məhkəməsi isə Ali Məhkəmənin qüvvədə olan qərarına əhəmiyyət vermədən xx.xx.2017-ci ildə İddiaçı həmin miras əmlakı qəbul etməsi və vərəsəlik hüququnun tanınması barədə qanunsuz qətnamə qəbul etmiş, daha sonra bu qətnaməyə istinad edərək xx.xx.2018-ci ildə (hazırda mübahisələndirilən qətnamə) İddiaçı növbəti qanunsuz iddiasını təmin edərək Cavabdeh1 adına olan çıxarışı və vərəsəlik şəhadətnaməsini etibarsız saymışdır. Bütün bunlar prosessual hüquq normalarının kobud şəkildə pozulmasıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi, Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsini ləğv edərkən məhz Ali Məhkəmənin qərarına istinad etmişdir (4-cü səhifənin 7-ci abzası): “Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, iddiaçının (İddiaçıın) atasından qalan mirası qəbul etməməsi barədə preyudisial əhəmiyyətli sübut vardır, belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi təmin edilə bilməz. Çünki hazırki iddia tələbi də İddiaçı atasından qalan miras əmlakın qəbul edilməsi barədədir, halbuki qeyd edilən məhkəmə aktları ilə İddiaçı atasından miras qalan əmlakı qəbul etməməsi halı artıq müəyyən edilib.” Hazırda mübahisələndirilən Qusar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində, İddiaçı Cavabdeh1 qarşı iddiası ona görə təmin olunmuşdur ki, İddiaçı da vərəsədir və bu vərəsəlik 2017-ci ildə qətnamə ilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, İddiaçı vərəsə deyil, onun vərəsə olmaması barədə həm Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı, həm də onun vərəsəlik hüququnu tanıyan Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv olunması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi mövcuddur. Bu səbəbdən artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalı və həmin faktlar yenidən mübahisə edilə bilməz. Qeyd edilən prosessual hüquq normalarının xaotik formada pozulması Qusar Rayon Məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətlərinə etiraz verilərək apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə ediərək bildirdi ki, mübahisə predmeti olan əmlak 2003-cü ildə Babayev Səbri Abdulməcid oğlunun ölümündən sonra vərəsələr arasında bölünmüşdür. Şəxsin 5 vərəsəsi olub. Onlardan yalnız X6 əmlaka faktiki sahiblik etmişdir və miras əmlakı qəbul etmişdir. Məhkəmə qərarı ilə əmlaka hüquqları tanınmış və qətnamə Ali Məhkəmədə qüvvədə qalmışdır. Cavabdeh1 həmin işdə X2 hüquqi varisi kimi tanınmışdır. Ali Məhkəmənin qərarına əsasən əmlak Cavabdeh1 adına rəsmiləşdirilmiş və bundan sonra anasına bağışlanılmışdır. Həmin qərar qüvvədə olduğu halda İddiaçı 2016ci ildə Qusar Rayon Məhkəməsində vərəsəlik şəhadətnaməsinin ləğvi barədə iddia qaldırmışdır. Qusar Rayon Məhkəməsi İddiaçı vərəsəlik hüququnu tanınmışdır. Amma həmin işə baxılanda İddiaçı məhkəməyə mövcud qətnamələr barədə heç bir məlumat verməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(029)-292/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti publik hüquqi şəxsinin 5 saylı Ərazi İdarəsinin, Qusar rayon Dövlət Notariat Kontorunun nümayəndəsi, Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilih.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1162. qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

13. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mulkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqlarrn dövlət qeydiyyatı haqqında çıxarışı həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

14. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh və maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətindən görünür ki, onlar məhkəmənin qətnaməsini iddia tələbinin təmin edilməsinə dair hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni iddia tələbinin təmin edilən hissədə müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(029)-292/2018 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

19. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2(029)-375/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X7 və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, X2 xx.xx.2003cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğlundan qalmış mirasın qəbul edilməsi üçün məyyənləşdirilmiş müddət uzadılmış, xx.xx.2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğluna məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair X2 vərəsəlik hüququ tanınmışdır.

20. İşdə olan Qusar Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)- 240/2017 saylı qətnaməsinin surətindən görünür ki, mərhum Babayev Səbri Abdulməcid oğlunun miras kütləsinə daxil olan Qusar şəhəri, H.Əliyev kücəsindəki 87 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.060 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi iddiaci İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılmış və həmin əmlaklara dair onun vərəsəlik hüququ tanınmışdır.

21. İşdə olan Qusar rayon Notariat Kontoru tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ünvanlanmış 02 iyun 2017-ci ii tarixli, X-234 saylı məktubun surətindən görünür ki, həmin notariat kontoruna xx.xx.2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğlunun ölümündən sonra miras qalmış Qusar şəhəri, H.Əliyev 87 (T.İsmayılov) ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ucun İddiaçı müraciəti daxil olmuş, lakin ərizəçi həmin ünvanda yerləşən torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyindən həmin notariat hərəkətini aparmaq mümkün deyildir. Ona görə də həmin idarədən xahiş olunmuşdur ki, vərəsəlik işinin həlli ilə əlaqədar notariat kontoruna təqdim etmək üçün mülkiyyət hüququnun vəfat etmiş şəxsə aid olması barədə çıxarış verilsin.

22. İşdə olan Seriya RX ******* saylı, xx.xx.2016-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsi xüsusi müikiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır.

23. İşdə olan Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş 16 fevral 2018-ci il tarixli X-89 saylı məktubdan görünür ki, Babayev Səbri Abdulməcid oğluna məxsus Qusar şəhəri, H.Əliyev prospekti, 87 ünvanında yerləşən fərdi yaşayış evinə dair X4 qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məlumat aşkar edilməmişdir. (Axtarış 2007-ci ildən 2018-ci ilədək aparılmışdır).

24. İşdə olan Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli 2V-551 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi 0.06 hektar həyətyanı torpaq sahəsi qanun üzrə vərəsəlik yolu ilə X1 Cavabdeh1 verilmişdir.

25. Müəyyən edilmişdir ki, ünvan 2 ünvanda 600,0 kv.metr torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaci İddiaçıun atası Babayev Səbri Abdulməcid oğlunun adına qeydiyyata alınmışdır. Qusar Rayon Məhkəməsinin icraatında onun qardaşı X9 oglunun ona və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki iş olmuş və məhkəmənin 16 may 2014-cu il tarixli, 2(029)-375/2014 saylı qətnaməsi ilə iddia təmin edilərək X2 01 iyun 2003-cu il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğlundan qalmış mirasin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmış, 01 iyun 2003-cu il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğluna məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X2 vərəsəlik hüququ tanınmış, qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra iddiaçi İddiaçı mərhum atası Səbri Babayevin qanun üzrə birinci dərəcəli vərəsəsi oldugundan vərəsə kimi özünə çatası payını tələb etmiş, bu məqsədlə Qusar Rayon Məhkəməsinə müraciət etmiş və onun da mərhum atasının mirasına dair vərəsəlik hüququ tanınmışdır. Bu barədə Qusar Rayon Məhkəməsi tərəfindən 17 fevral 2017-ci il tarixli, 2(029)-240/2017 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnamə verilməsi üçün Qusar rayon Notariat Kontoruna göndərilmişdir. Lakin Qusar rayon Notariat Kontoru tərəfindən ona həmin şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna səbəb o olmuşdur ki, artıq əvvəlcə qardaşı Abdulməcid Babayevin, daha sonra onun oglu Cavabdeh1 adına həmin mirasa dair çıxarış verilmişdir. Həmin çıxarış birbaşa qətnamə əsasında verilmişdir. Halbuki həmin qətnamə yalniz Abdulməcid Babayevin mirasın qəbul edilməsi müddətini uzadaraq onun vərəsəlik huququnu tanımışdır. Lakin həmin qətnamə ilə vərəsəlik müəyyən olunmaqla vərəsəlik qaydasında həmin şəxsin mülkiyyətinə verilməmişdir. Həmin qətnamə əsasında Notariat Kontoru tərəfindən də Abdulməcid Babayevin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş, vərəsəlik müəyyən olunmamışdır. Bundan başqa İddiaçı müraciətinə əsasən Qusar rayon Notariat Kontoru tərəfindən ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, mərhum Səbri Babayevin adına tam olaraq mülkiyyət sənədi olmadığından həmin əmlakların Səbri Babayevə aid olmasi barədə çıxarış verilməsi xahiş olunmuşdur. Bu isə təsdiq edir ki, ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi Abdulməcid Babayevin adına Notariat Kontoru tərəfindən vərəsəlik huququ haqqında şəhadətnamə verilmədən birbaşa çıxarış verilmişdir. Bundan başqa iddiaçının mərhum atası Səbri Babayevin adına torpaq sahəsinə dair mülkiyyət sənədi olmamışdır. Həmcinin Qusar Rayon Məhkəməsi tərəfindən yalnız həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Abdulməcid Babayevin vərəsəlik huququ tanınmışdır. Buna baxmayaraq ƏMDK-nin yanında DDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən həm torpaq sahəsinə, həm də fərdi yaşayyış evinə dair Abdulməcid Babayevin adına çıxarış verilmişdir. Bununla da çıxarış Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla verilmiş, nəticədə isə iddiaçının həmin əmlaklara dair vərəsəlik hüququ pozulmuşdur.

26. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2016-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikasınin Qanununun tələbləri pozulmaqla verildiyindən, həmçinin İddiaçı qanuni mənafeyini, yəni vərəsəlik hüququnu pozduğundan həmin çıxarış etibarsiz hesab edilməlidir. Bundan başqa məhkəmə hesab etmişdir ki, həmin çıxarış əsasında Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnamsəsi də etibarsız hesab edilməlidir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 adına hər hansı çıxarışın verilməsi müəyyən olunmadığından, bu barədə hər hansı sübut təqdim edilmədiyindən Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair hissədə iddia təmin edilməməlidir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmır.

28. Belə ki, iş materiallarından görünür ki, birinci instasiya məhkəməsi hazırkı iş üzrə iddianı qismən təmin edərkən Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(029)-240/2017-ci il tarixli qətnaməsinə istinad etmişdir. Belə ki, həmin qətnamə ilə İddiaçı cavabdeh X3 hüquqi varisi Cavabdeh1 və qeyrisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, mərhum Babayev Səbri Abdulməcid oğlunun miras kütləsinə daxil olan Qusar şəhəri, H.Əliyev küçəsindəki 87 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılmış və həmin əmlakalara dair onun vərəsəlik hüququ tanınmışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlməkdə haqlı olmamışdır.

30. Belə ki, iş materiallarından görünür ki, Qusar Rayon Məhkəməsinin 2(029)- 375/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X7 və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, X2 xx.xx.2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğlundan qalmış mirasın qəbul edilməsi üçün məyyənləşdirilmiş müddət uzadılmış, xx.xx.2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğluna məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair X2 vərəsəlik hüququ tanınmışdır.

31. İşdə olan Seriya RX ******* saylı, xx.xx.2016-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsi xüsusi müikiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır.

32. İşdə olan Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli 2V-551 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi 0.06 hektar həyətyanı torpaq sahəsi qanun üzrə vərəsəlik yolu ilə X1 Cavabdeh1 verilmişdir.

33. İşdə olan Qusar Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)- 240/2017 saylı qətnaməsinin surətindən görünür ki, mərhum Babayev Səbri Abdulməcid oglunun miras kütləsinə daxil olan Qusar şəhəri, H.Əliyev kücəsindəki 87 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.060 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi iddiaci İddiaçı oglu tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılmış və həmin əmlaklara dair onun vərəsəlik hüququ tanınmışdır.

34. İş materiallarından müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddianı təmin edərkən Qusar Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)-240/2017 saylı qətnaməsinə istinad etmişdir,

35. Lakin iş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-1858/2018 saylı qətnaməsinin surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)- 240/2017 saylı qətnaməsi qətnamə ilə maraqlarına toxunulan ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)-240/2017 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddiası təmin edilməmişdir.

36. Həmin qətnamədə məhkəmə kollegiyası iddianı təmin etməyərkən ona istinad etmişdir ki, Qusar Rayon Məhkəməsinin 2(029)-375/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X7 və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, X2 xx.xx.2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğlundan qalmış mirasın qəbul edilməsi üçün məyyənləşdirilmiş müddət uzadılmış, xx.xx.2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğluna məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair X2 vərəsəlik hüququ tanınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-105/2015 saylı, 15 dekabr 2015-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2016-cı il tarixli, 2(102)-2297/2016 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)- 1858/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin sözügedən qərarında qeyd edilmişdir ki, vərəsələrdən miras evi ancaq iddiaçı X2 qəbul etməsi, bu səbəbdən digər vərəsələrin mirası qəbul etmədiyindən onların mirasdan pul tələb etməsinin istisna olunması müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarında vərəsə olaraq hazırkı iş üzrə İddiaçı da mirası qəbul etməməsi halı müəyən edilib.

37. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə İddiaçı cavabdeh X7 və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin olunmadığından və o, vərəsə hesab edilmədiyindən onun hazırkı iddianı qaldırmaq hüququ istisna olunur.

38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

39. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, miras kütləsini təşkil edən əmlak məhkəmə qətnaməsi əsasında X2 hüquqi varisi Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış, bundan sonra bağışlama müqaviləsi əsasında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsinə Maraqlı şəxs adına qeydiyyata alınmış və Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən dövlət reyestrindən çıxarış hazırki gündə qüvvəsindədir, hər hansı məhkəmə qərarı əsasında ləğv edilməmişdir.

41. Məhkəmə kollegiyası cavabdehin və maraqlı şəxsin apellyasiya şikayətlərinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslı hesab edir.

42. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Qusar Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(029)-292/2018 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayətləri təmin edilsin. Qusar Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(029)-292/2018 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində-Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazı İdarəsi tərəfindən X2 adına verilmiş seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli, 2V-551 reyestr nömrəli qanun üzrə vəsərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar