Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2028/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X7 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Maraqlı şəxs2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-652/2019, hakim K.F.Əmirxanova) Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXXnun “X1 Mərkəzi” MMC, Hərrac Mərkəzi “xxxx” MMC-nə q arşı (üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya şöbəsi, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 cəlb edilməklə) iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci icra sənədinin icrasını təmin etmək məqsədilə Nərimanov rayon İcra və probasiya şöbəsinin sifariş məktubuna əsasən girov qoyan X2 məxsus AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə qeydə alınmış Mənzil sertifikatında qeyd olunan Bakı şəhəri, Xətai prospekti 38, 242 nömrəli mənzilə olan sahiblik hüququnun açıq hərracdan satışına dair “X1 Mərkəzi” MMC və X8 MMC tərəfindən keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11608/2019, hakimlər X.Ə.Sarıyev, V.T.Həsənov və A.Ş.Məmmədova) Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, qətnamə girov predmetinin hərracdan satışının yenidən təşkil edilməsi öhdəliyinin fond birjasının üzərinə vəzifə kimi qoyulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə borclu Maraqlı şəxs1 "İddiaçıı” ASC-nin xeyrinə cəmi 92953 manat məbləğində borcun tutulması, tutmanın Maraqlı şəxs2 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2 007-ci il tarixdə qeydə alınmış Mənzil sertifikatında qeyd olunan Bakı şəhəri, Xətai prospekti 38, 242 nömrəli mənzilə olan sahiblik hüququna yönəldilməsi, girov predmetinin ilkin satış qiymətinin 250.000 manat olaraq müəyyən edilərək açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Girov predmetı olan əmlaka olan sahiblik hüququ Nərimanov rayon İcra şöbəsinin xx xxxx 2016-cı il tarixli sifarişinə əsasən “X1 Mərkəzi” MMC tərəfindən açıq hərraca çıxarılmış və alıcı olmadığı üçün hərrac baş tutmamışdır. xx xxxxxx 2018-ci il tarixdə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXX girov predmetinin adlı qiymətli kağız kimi fond birjasında hərraca çıxarılmalı olduğuna istinad edərək hərracın nəticələrinin etibarsız hesab edilməsi və yenidən hərracın keçirilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, mübahisənin maddi-hüquqi əsası düzgün müəyyən edilməmiş, işin halları tam və hərtərəfli araşdırılmamış, iş üzrə sübutlar müqayisəli şəkildə tədqiq edilməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlinmişdir. Mənz il sertifikatı nəğdli qiymətli kağız hesab edildiyi üçün onun satışının açıq hərracdan keçirilməsi fond birjasında nəzərdə tutulmamışdır. Fond birjası yalnız nəğdsiz dövlət qiymətli kağızlarının hərracını keçirir, daşınmaz əmlakların açıq hərracdan satışı isə ixtisaslaşdırılmış hərrac mərkəzləri tərəfindən həyata keçirilir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin halları ilə müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə "İddiaçıı” ASC-nin xeyrinə tutulan cəmi 92953 manat məbləğində borcun X3 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə qeydə alınmış Mənzil sertifikatında qeyd olunan Bakı şəhəri, Xətai prospekti 38, 242 nömrəli mənzilə olan sahiblik hüququna yönəldilməsi, girov predmetinin ilkin satış qiymətinin 250.000 manat olaraq müəyyən edilərək açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçü n icra şöbəsinə göndərilmiş, girov predmeti ixtisaslaşdırılmış hərrac mərkəzləri tərəfindən hərraca çıxarılmış, hərrac alıcı olmadığından baş tutmamış hesab edilmişdir. İddiaçı həmin girov predmetinin ixtisaslaşdırılmış hərrac mərkəzləri tərəfindən deyil, adlı qiymətli kağız kimi fond birjasında hərraca çıxarılmalı olduğuna istinad edərək hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-1.2-ci maddəsinə əsasən daşınmaz əmlak sertifikatı adlı qiymətli kağızdır. Daşınmaz əmlak sertifikatlarının buraxılışı, dövlət qeydiyyatına alınması və tədavülü qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 1078-2.3-cü maddəsinə əsasən girov kağızı girov qoyanla, o borclu deyilsə, həm də borclu ilə girov saxlayan arasında əmlakın və hüquq ların girova qoyulmasını və bundan irəli gələn hüquq və öhdəlikləri təsbit edən adlı qiymətli kağızdır. Həmin Məcəllənin 1078-23.1-ci maddəsinə əsasən Qiymətli kağızlar girovla və bu Məcəllədə nəzərdə tutulmuş digər öhdəliklərlə yüklənə bilər və belə yüklənmə qiymətli kağızlar üzrə depozitar sistemində qeydiyyata alındığı andan qüvvəyə minir. Həmin Məcəllənin 1078-23.10-cu maddəsinə əsasən borclu öhdəliyi icra etmədikdə girov saxlayan girov predmetinə tutmanın yönəldilməsi haqqında girov qovana bildiriş göndərməlidir. Həmin Məcəllənin 1078-23.11-ci maddəsinə əsasən girov saxlayan girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi girov qoyana göndərildiyi tarixdən etibarən yeddi iş günü ərzində mərkəzi depozitara göndərilməlidir. Həmin Məcəllənin 1078-23.12-ci maddəsinə əsasən Mər kəzi depozitar üç iş günü ərzində bildirişi qeydə alır, girov qoyulmuş qiymətli kağızlarla əməliyyatları dayandırır və bu barədə girov saxlayana məlumat verir. Həmin Məcəllənin 1078-23.14-cü maddəsinə əsasən məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında girov müqaviləsində göstərildiyi qiymətə fond birjasında satışa çıxarılır. Həmin Məcəllənin 1078-23.15-ci maddəsinə əsasən girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə, qiymətli kağızlar nominal dəyər ilə satışa çıxarılır. Həmin Məcəllənin 1078-23.16-cı maddəsinə əsasən girov predmeti fond birjasında satılmadıqda, girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunur. Həmin Məcəllənin 1078-23.17-ci maddəsinə əsasən Qiymətli ka ğızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Sadalanan normaların tələblərinə görə, adlı qiymətli kağız olan girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasın da fond birjasında satışa çıxarılır. Bu halda, tutma girov predmetinə yönəldilərkən, qanunvericiliyin tələbləri pozulmuş, qiymətli kağız fond birjasında deyil, açıq hərracda satışa çıxarıldığından hərrac qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutuaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 201 9-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2028/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2028/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver