Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2029/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, çıxarışın ləğv Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-11/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şika yətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 4Ə-70 reyestr nömrəli 05 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Ordubad rayonunun Anaqut kəndində yerləşən 0.1872 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, ümumi sahəsi 145.73 kv.m olan fərdi yaşayış evini alıcı Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızına satmış və sonuncunun adına bununla bağlı dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra – iddiaçı) Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə mülkiyyət hüququ üzrə ona məxsus olmuş Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evinin alqı-satqısına dair reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmış 05 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdehin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ordubad rayonunun Anaquı kəndində yerləşən 0.1872 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəv 145,73 kv/m, yaşayış sahəsi 41.32 kv/m, qeyriyaşayış sahəsi isə 24.3 kv/m olan mansardlı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. Həmin yaşayış evini həyat yoldaşı X4 ray on polis şöbəsinin rəisi vəzifəsində işləyərkən Naxçıvan MR Daxili İşlər Nazirliyinin keçmiş rəhbərliyinin təkidi ilə 2015-2016-cı illərdə tikdirmişdir. Evin bir qism tikinti xərcləri həyat yoldaşı Əziz Eynalovun «Naxçıvan Bank»dan götürdüyü kredit hesabına, qalan xərcləri isə onun və onlarla birlikdə yaşayan oğlu Şahid əməkhaqları hesabına ödənilmişdir. Torpaq sahəsinin hər sotu, yəni hər 100 kv.metri üçün 1000 manat ödəməklə almışdır. Torpaq sahəsi dörd-bir tərəfdən tam hasarlanmaqla texniki qurğularla təchiz edilmiş və torpaq sahəsində yaşayış evindən başqa müxtəlif təyinatlı yardımçı tikililər inşa edilmişdir. Torpaq sahəsinin və malmatermalların alınmasına, habelə tikinti işlərinin aparılmasına ümumilikdə 100.000 (yüz min) manatda artıq xərc çəkmişdir. Evin tikintisinə 2015-ci ildə ba şlanılaraq 2016-cı ilin əvvəllərində başa çatdırılmış və xx.xx.2016-cı il tarixdə həmin əmlak üzərində onun mülkiyyət hüququ Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınaraq, adına **********79-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. 2017-ci ilin təxminən avqust ayında Naxçıvan MR Daxili işlər naziri Əhməd Əhmədov vəzifədən azad edildi və Naxçıvan MR Daxili işlər naziri vəzifəsinə X6 təyin edildi. Fazil Ələkbərov hələ Daxili işlər naziri təyin edilməzdən əvvəl, Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini icra edirdi və həmin vaxtı o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Naxçıvan MR DİN-nin bir qrup vəzifəli şəxsini Naxçıvan MR DTX-nin zirzəmisində qanu nsuz saxlamaqla, onların pul və əmlaklarını müxtəlif bəhanələrlə əllərindən alaraq həbsdən azad etməklə, işdən də çıxarmışdı. Bu yolla o, DİN-nin əməkdaşlarını qorxu altında saxlayırdı. Fazil Ələkbərov 2017-ci ilin avqust ayında Naxçıvan MR Daxili işlər naziri təyin edildikdən sonra, təxminən oktyabr ayında həyat yoldaşı Əziz Eynalovu da bəhanə ilə Ordubad rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edərək sərəncama götürdü və bununla da kifayətlənməyib həyat yoldaşından 250.000 (iki yüz əlli min) manat tələb edərək, əks təqdirdə onu həbs edəcəyi ilə hədələməyə başladı. Onun tələb etdiyi pul məbləğini həyat yoldaşı Əziz Eynalov verə bilmədiyindən, Fazil Ələkbərov ondan onun adına Ordubad rayon Anaqut kəndində olan həmin fərdi yaşayış evinin Çıxarışını gətirib ona verməyi tələb etdi. Fazi l Ələkbərov uzun müddət ona məxsus evi satdıra bilməmişdir. Çünki evi almaq istəyənlər evin qanunsuz satıldığını bilib almaqdan imtina edirdilər. Nəhayət ki, Fazil Ələkbərov özünə yaxın adamların vasitəsi ‘ilə alıcı taparaq, həyat yoldaşı Əziz Eynalovdan onu Ordubad rayon Notariat ofisinə gətirib alqı-satqı müqaviləsinə imza etdirməyi tələb etmişdir. Lakin o Ordubad rayon Notariat ofisinə getməyib, oğlu Şahid etibarnamə verərək, onu Ordubad rayon Notariat ofisinə göndərmiş ki, o, evin alqı-satqı müqaviləsini imzalasın. Evin alıcısı qismində iştirak edən qadın ona təmsil edən oğlu Şahid bilirəm, bu işdə xeyir-dua yoxdur, sizi məcbur edirlər, mən də bu evi almaq istəmirdim demişdir. Ancaq özü də istəmədən belə alındı. Hətta alıcı evə görə 70.000 (yetmiş min) manat ödəyəcəyini bildirmiş, ev in alqı-satqısı və qiyməti ilə bağlı ətraflı söhbətləri olmamış, evə görə alıcı qadın Əmirə hər hansı məbləğdə pul ödəməmiş, alqı-satqı müqaviləsinin satıcıya verilməli olan nüsxəsi belə Əmirə verilməmişdir. Sadəcə olaraq Əmir alqısatqı müqaviləsinə məcburiyyət qarşısında imza edərək Naxçıvan şəhərinə qayıtmışdır. Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsi Naxçıvan Muxtar Respublikasına təyin edildikdən və Fazil Ələkbərovun artıq kiməsə qanunsuz təsir göstərmək təhlükəsi aradan qalxdıqdan və onlar kimi Fazil Ələkbərovun qanunsuz əməllərindən zərər çəkmiş şəxslər ondan şikayət verməyə başlamışlar.Buna görə də İddiaçı da mülkiyyət hüqüqu üzrə ona məxsus olmuş Ordubad rayon Anaqut kəndində yerləşən fərdi yaşayış evinin kim tərəfindən və hansı qiymətə alındığını və evin alqı-satqısına görə pul məbləğinin hansı qaydada ödənildiyini öyrənmək üçün oğlu Şahid evin alqı-satqı müqaviləsinin surətini notariat ofisindən almağı xahiş etmişdir. Notariat ofisində Əmirə evin alqı-satqı müqaviləsinin yalnız təsdiq olunmuş surəti təqdim edilmişdir. Reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmış 05 aprel 2019-cu il tarixli alqısatqısı müqaviləsinə görə Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. Müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, güya satıcı daşınmaz əmlakı 6300 manat 00 qəpik (altı min üç yüz manat sıfır qəpik) qiymətə satdı. Alıcı isə həmin qiymətə aldı. Alıcı Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızı satıcı İddiaçı satdığı tam hissəni (145,73 kv/m) ondan 5300 manat 00 qəpik (beş min üz yüz manat sıfır qəpik) qiymətə aldı. Alıcı X1 İddiaçı satdığı tam hissəni (0,1872 ha) ondan 1000 manat 00 qəpik (bir min manat sıfır qəpik) qiymətə aldı. Müqavilənin 5-ci bəndində göstərilmişdir ki, güya Alıcı bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği Satıcıya nəqd ödəyir. Müqavilənin istinad edilən bəndləri ilə bağlı qeyd edrəm ki, əvvəla əmlakın real bazar dəyərindən 15-16 qat aşağı qiymətə satılması təsdiq edir ki, hakimiyyətdən sui-istifadə nəticəsində məcburetmə olmadan bu əqdin bağlanmasına İddiaçı razı ola bilməzdi. Bu səbəbdən də Cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızı ilə mülkiyyət hüqüqu üzrə ona məxsus olmuş Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərində inşa e dilmiş, ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evinin alqı-satqısına dair reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmış 05 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdeh X3 adına hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestirindən verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş, iddianı müdafiə etmiş, Cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızı ilə mülkiyyət hüqüqu üzrə İddiaçı məxsus olmuş Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evinin alqı-satqısına dair reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmış 05 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdeh X3 adına hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestirindən verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Cavabdehin nümayəndəsi ərizəsində qeyd olunanlara etiraz edərək izahatında iddianın rədd edilməsini xahiş etmiş, 05 aprel 2019-cu il tarixli müqavilə tərəflərin könüllü iradə ifadəsi əsasında qanunvericiliyə uyğun rəsmi notarial təsdiq olunaraq bağlanılmışdır. İddiaçılar qeyd edilən alqı-satqı müqaviləsinin hədə-qorxu və zorakılıq təsiri altında bağlanması barədə iddiaları təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Cavabdeh tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1 və 354.2-ci maddələrində əqdin etibarsızlığın ın nəticələrinin tətbiqi barədə və əqdin etibarsız hesab edilməsi barədə kəsiçi müddətlərin ötürüldüyünü nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir.
5. Ordubad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(080)-134/2023 nömrəli, 8 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Haqverdiyev) iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətlərində olan Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evinin iddiaçının oğlu (iddiaçının oğluna verdiyi etibarnamə əsasında) Şahid tərəfindən alıcı Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızına satmış, bunun müqabilində alıcı tərəfindən Hüseynova (Bağırova) Şölə Məmmədcəf ər qızı, Şahid 6300 manat ödənilmişdir. Qeyd edilən müqavilədə hər bir tərəf öz iradəsiniifadəsini bildirməklə, notarial qaydada təsdiq edilmiş, daşınmaz əşyaların alq-satqısı müqaviləsinin şərtlərinə uyğun tərtib edilmişdir. Həmin müqavilənin etibarlılığını şübhə altına alan halların mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 140, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339, 339.4, 347, 339, 646.1, 646.2-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olu nması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-11/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Mehman Allahverdiyev (sədrlik edən və məruzəçi), Əli Allahverdiyev və Səxavət Bəylərli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
11. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəlləsinin 140, 389.1, 389.2, 560.1, 646.1, 646.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri
12. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qətnamədə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2- ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin göstərilən normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Lakin apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun 18 mart 2022-ci il tarixli qərarının əksinə olaraq yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənərək, tərəflərin iradə ifadəsinin həqiq i məzmununu və hüquqi niyyətlərini müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Konstitusiya
15. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsin ə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllə
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
19. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
21. Maddə
355. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.
22. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
23. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
24. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Vəkil2nın şikayəti üzrə 03 mart 2023-cü il tarixli qərarı
32. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya s ahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.
33. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur.
34. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlah iyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
35. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
36. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.
37. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əş yaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.
38. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
39. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir k i, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmı ş, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarla rında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyas iya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
47. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
48. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmiş dir.
50. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-11/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.