Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2029/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər X12, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Astara Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: “mirasın qəbul edilməsi faktının, torpaq sahəsinin paylara düşən hissəsinin müəyyən olunması, alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər B abayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər X12, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Astara Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “mirasın qəbul edilməsi faktının, torpaq sahəsinin paylara düşən hissəsinin müəyyən olunması, alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız sayılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-53/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 2 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı1 ilə X15 22 iyun 1990-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.1991-ci il tarixdə İddiaçı2 Qasım oğlu və xx.xx.1992-ci il tarixdə İddiaçı3 anadan olmuşlar.
2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti Hüququların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrinin ********** saylı qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən, Astara şəhəri, Cəfər Cabbarlı küçəsi 15 saylı ünvanında 0,06 ha torpaq sahəsi X6, X11, X9, Cavabdeh4, X7, Cavabdeh6, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində, həmin torpaq sahəsində yerləşən 280,1 kv.m. A literli fərdi yaşayış evi X6, A1 li terli fərdi yaşayış evi isə X11 xüsusi mülkiyyətinə verilmişdir.
3. Astara rayon İHB-nın Astara şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, İddiaçı1, İddiaçı3, İddiaçı2 Astara şəhəri, Cəfər Cabbarlı küçəsi 15 saylı ünvanda qeydiyyatda olmaqla, hal-hazırda ünvan 1ayır.
4. X10 xx.xx.2009-cu il tarixdə, X15 isə xx.xx.2020-ci il tarixdə ölmüşlər.
5. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti Hüququların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın 23 iyun 2021-ci il tarixli, AN-l №0948434 saylı alğı-satqı müqaviləsinə əsasən, ”satıcı” Astara Bələdiyyəsi “alıcı” Cavabdeh4 0,08 ha torpaq sahəsi 3.400 manata satmışdır.
6. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti Hüququların Dövlət Qeydiyyatı Haqqında Daş ınmaz Əmlakın Dövlət Reystrinin **********08 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən, Astara şəhəri, Cəfər Cabbarlı küçəsində 0,08 ha torpaq sahəsi Cavabdeh4 xüsusi mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) cavabdehlər X12, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Astara Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə (bundan sonra cavabdehlər, ad, soyadı, Bələdiyyə, Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara şəhəri, Cəfər Cabbarlı k üçəsində yerləşən mərhum X8 məxsus 0,6 hektar torpaq sahəsinin oğlu X1 payına düşən hissəsinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, paylarına düşən hissənin naturada bölünməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və cavabdeh Astara bələdiyyəsi tərəfindən Cavabdeh4 satılan torpaq sahəsinə dair alğı-satqı və çıxarışın etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
8. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Astara şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən mərhum X8 məxsus 0,6 hektar torpaq sahəsinin oğlu X1 payına düşən hissəsinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, paylarına düşən hissənin müəyyən olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və cavabdeh Astara Bələdiyyəsi tər əfindən Cavabdeh4 satılan torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
9. İddia tələbi onunla əsaslandırmışdır ki, dünyasını dəyişən X15 onların atası cavabdeh Elmdar Ağazadənin doğma qardaşıdır. X17 və onlar onun mərhum anası X8 məxsus Astara şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0,6 hektar torpaq sahəsində tikdiyi evdə yaşamışlar. Qeyd olunan yaşayış sahəsi 1990-cı illərdə tikilib. X22 anası X6 vəfatından sonra miras əmlaka həm faktiki sahiblik həm də idarə etmişdir. Sonradan X22 dünyasını dəyişmiş və bundan sonra onlar qeyd olunan torpaq sahəsində yaşamışlar. Miras əmlakı faktiki idarə etmişlər. Yaxınlarda onlara məlum olmuşdur ki, əmisi Elmdar Ağazadə qeyd olunan torpaq sahəsini öz adına rəsmiləşdir mək istəyir və bu işlə bağlı onunla danışıqları olmuş və cavabdeh Elmdar Ağazadə onlara bildirmişdir ki, miras qalmış torpaq sahəsindən onlara pay düşmür. Qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edib mirasın qəbulun rəsmiləşdirməmişlər. Bundan əlavə onlara məlum olmuşdur ki, Astara Bələdiyyəsi digər Cavabdeh4 ilə alğı-satqı müqaviləsi bağlayaraq onların qanuni sahibliyində olan 0,08 ha torpaq sahəsini qeyd olunan cavabdehə satmış və bunun əsasında Cavabdeh4 mülkiyyəti təsdiq edən sənəd sayılan çıxarışı əldə etmişdir. Qanunvericiliyə əsasən şəxsin qanuni sahibliyində olan torpaq sahəsinin digər şəxsə satılması qanuni olmadığından həmin torpağın satılması ilə bağlı olan müqavilə və çıxarış etibarsız sayılır. Buna baxmayaraq, cavabdeh Astara Bələdiyyəsi heç bir araşdırma aparmadan, torpağın kimin sahibliyində olmasına əhəmiyyət vermədən qeyd olunan torpaq sahəsini cavabdeh Elmdar Ağazadəyə deyil, onun qızına satmışdır. Çünki formalaşmış adətə əsasən torpaq sahəsini çox nadir hallarda övladın adına rəsmiləşdirilir. Burada məqsəd bələdiyyə vasitəsiylə qeyd olunan torpaq sahəsini cavabdeh hərrac və ya müsabiqə keçirmədən əldə etməkdir. Ona görə ki, cavabdeh Elmdar Ağazadə anasından miras qalmış torpağın varisi olduğundan və hal-hazırda yaşadığı torpaq sahəsi ona məxsus olduğundan bələdiyyə tərəfindən birbaşa qaydada torpağı əldə edə bilməzdi. Bu halın müqavilənin etibarsız sayılmasının əsas göstəricisidir. Odur ki, Astara şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən mərhum X8 məxsus 0,6 hektar torpaq sahəsinin oğlu mərhum Famil Ağayevin payına düşən hissəsinin m irasın qəbul edilməsi faktının müəyyən edilməsi, paylarına düşən hissənin naturada bölünməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və cavabdeh Astara bələdiyyəsi tərəfindən Cavabdeh4 satılan torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
10. Məhkəmə iclasında cavabdeh Elmdar Ağazadə iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, anasından qalan miras əmlakın bölünməsinə razıdır, lakin iddianın alğı-satqı hissəsini qəbul etmir. İddiaçılar onlara qarşı mirasın qəbul edilmə faktı, torpaq sahəsinin paylarına düşən hissəsinin müəyyən olunması 23 iyun 2021-ci il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş 30 iyul 2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Həmin iddianın alğı-satqı müqaviləsinin ləğv edilməsinə dair hissəsi üzrə iddia müddətinin tətbiq edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında Cavabdeh4 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, miras əmlakın bölünməsinə razıdır, lakin iddianın alğı-satqı hissəsini qəbul etmir.
12. Astara Rayon Məhkəməsinin (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) 2(018)-453/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia qismən təmin edilərək, X4 miras qalan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak (A literli fərdi yaşayış evinə) və 0,06 ha yaşayış məntəqələri torpaq sahəs inin 1/8 hissəsinə mərhum Famil Ağayevin həyat yoldaşı İddiaçı1, övladları İddiaçı3 və İddiaçı2 1/2 hissədə payı və cavabdeh Elmdar Ağazadənin 1/2 hissədə paylarının müəyyən edilməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi mövgeyini belə əsaslandırmışdır ki, sübuetmə yükü baxımından iddiaçılar cavabdeh Astara Bələdiyyəsi tərəfindən Cavabdeh4 satılan torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılmasını tələb etsələr də, istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər.
14. Cavabdeh tərəf məhkəməyə vəsatət təqdim edərək iddianın alğı-satqı müqaviləsinin etibarsızlığı ilə hissəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
15. Məhkəmə iddiaçılar tər əfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsini nəzərə alıb, belə qənaətə gəlib ki, hazırkı mülki iş üzrə iddia tələbinin iddia müddəti tətbiq edilməli və iddianın cavabdeh Astara Bələdiyyəsi tərəfindən Cavabdeh4 satılan torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması hissəsi rədd edilməlidir.
16. Məhkəmə şərh edilənləri nəzərə alaraq hesab etmişdir ki, X4 miras qalan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak (A literli fərdi yaşayış evinə) və 0,06 ha yaşayış məntəqələri torpaq sahəsinin 1/8 hissəsinə X1 -həyat yoldaşı İddiaçı1, övladları- İddiaçı3 və İddiaçı2 1/2 hissədə payı və Elmdar Ağaz adənin 1/2 hissədə payı müəyyən edilməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 373, 1133.1, 1159.1.1, 1243.1, 1243.2, 1246-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 121.1, 222.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən narazı qalan İddiaçı1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətin də göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnamədə qeyd etdiyi hallar işin həqiqi halını təsdiq etmir. Belə ki, vəfat edən X5 Ağazadənin doğma qardaşıdır. X19 və onlar onun mərhum anasına məxsus Astara şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən 0,14 ha torpaq sahəsində əvvəllər ona məxsus evdə sonralar isə tikdikləri evdə yaşamışlar. Qeyd olunan yaşayış sahəsi 1990-cı illərdə tikilib. Respublikada keçirilən torpaq islahatı ilə əlaqədar X6 torpaq sahəsinin 06 ha onun mülkiyyətinə verilmiş qalan 0,8 ha torpaq sahəsi zəbt torpaq sahəsi kimi qeyd olunmuşdur. X1 tikdirdiyi ev (torpaq sahəsinin planı A1) isə yarısı 0,06 ha torpaq sahəsinə, yarısı isə zəbt olunmuş 0,08 ha torpaq sahəsinə düşmüş və mərhum anasına məxsus evə və öz evlərinə gələn maşın və gediş-gəliş yollarıda həmin zəbt olunmuş torpağa düşmüşdür. X6 vəfatından sonra miras əmlaka həm faktiki sahiblik həm də idarə etmişlər. X3 dünyasını dəyişmiş və bundan sonra da onlar qeyd olunan torpaq sahəsində tikilmiş fərdi evdə yaşamışlar. Cavabdeh Elmdar Ağazadə özünə başqa yerdə ev tikib köçdüyündən miras əmlakı faktiki idarə etmişlər. Yaxınlarda onlara məlum olmuşdur ki, Elmdar Ağazadə qeyd olunan miras qalmış torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir və bu işlə bağlı onlarla danışıqları olmuş və cavabdeh Elmdar Ağazadə onlara bildirmişdir ki, miras qalmış torpaq sahəsindən onlara pay düşmür. Qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edib mirasın qəbulun rəsmiləşdirməmişlər. Aralarında razılıq əldə olunmadığından onlar bu işləri görə bilməmişdir. Onlar vəziyyəti bu cür görüb öz yaşadıqları evi rəsmiləşdirməkdən ötrü Bələdiyyəyə 2023-cü ildə müraciət etmək istədikdə onlara məlum olmuşdur ki, cavabdeh Astara bələdiyyəsi digər Cavabdeh4 ilə alğı-satqı müqaviləsi bağlayaraq onların qanuni sahibliyində olan 0,08 ha torpaq sahəsini qeyd olunan Cavabdeh4 satmış və bunun əsasında Cavabdeh4 mülkiyyəti təsdiq edən sənəd sayılan çıxarışı əldə etmişdir. Qanunvericiliyə əsasən şəxsin qanuni sahibliyində olan torpaq sahəsinin digər şəxsə satılması qanuni olmadığından həmin torpağın satılması ilə bağlı olan müqavilə və çıxarış etibarsız sayılır. Buna baxmayaraq, cavabdeh Astara bələdiyyəsi heç bir araşdırma aparmadan, torpağın kimin sahibliyində olmasına əhəmiyyət vermədən qeyd olunan torpaq sahəsini Elmdar Ağazadəyə deyil, onun qızına satmışdır. Çünki formalaşmış adətə əsasən torpaq sahə sini çox nadir hallarda övladın adına rəsmiləşdirilir. Burada məqsəd bələdiyyə vasitəsi ilə qeyd olunan torpaq sahəsini cavabdeh hərrac və ya müsabiqə keçirmədən əldə etməkdir. Ona görə ki, Elmdar Ağazadə anasından miras qalmış torpağın varisi olduğundan və hal-hazırda yaşadığı torpaq sahəsi ona məxsus olduğundan bələdiyyə tərəfindən birbaşa qaydada torpağı əldə edə bilməzdi. Bu halın müqavilənin etibarsız sayılmasının əsas göstəricisidir. Odur ki, Astara şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən mərhum X8 məxsus 0,6 hektar torpaq sahəsinin oğlu X1 payına düşən hissəsinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, paylarına düşən hissənin müəyyən olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və cavabdeh Astara bələdiyyəsi tərəfindən Cavabdeh4 satılan torpaq sahəsin ə dair xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız sayılmasını xahiş etmişlər. Bu halın məhkəmə tərəfindən araşdırmalı olması məhkəmənin diqqətinə çatdırmasına baxmayaraq məhkəmə nəzərə almamışdır. Məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini qismən təmin etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 izahat verərək bildirmişdir ki, mərhum əri Famil Ağayev 2020-ci ildə vəfat etmişdir. Famil Ağayevin anası Tamara Kazımova isə 2009-cu ildə vəfat etmişdir. Famil Ağayev anasına məxsus həyətdə özünə fərdi yaşayış evi tikmişdir. Onun vəfatından sonra evin sənədləşmə işlərini həyata keçirmək üçün müvafiq qurumlara müraciət etdiyi zaman ona məlum olmuşdur ki, cavabdeh Astara bələdiyyəsi onların xəbəri olmad an evi qaynı qızı Cavabdeh4 satmışdır. Ümumiyyətlə, qayınanası Tamara Kazımovaya məxsus həyət bütövlükdə 0,14 ha təşkil edir. Onların yaşadığı ev 0,08 ha torpaq sahəsində yerləşsə də, həmin evin yerləşdiyi həyətə daxil olmaq üçün mübahisəli 0,06 ha torpaq sahəsindən keçməli olurlar. Bələdiyyənin Cavabdeh4 satdığı torpaq sahəsində onlar yaşayırlar. Bələdiyyə alğı-satqını onların xəbəri olmadan aparmışdır. Evlərin bir giriş-çıxışı olmuşdur və hazırda Cavabdeh4 oranı tutmaqla giriş-çıxışı məhdudlaşdırmışdır. Hər iki torpaq sahəsi bir həyətin içindədir. 0,08 ha torpaq sahəsi hər iki evin yolunda yerləşir. Mübahisəli ərazi hasarlanmışdır və 5 illik müddət gözlənilir. Qeyd olunmalıdır ki, apellyasiya şikayətində texniki səhvə yol verilmiş, “iddia tam təmin edilsin” cümləsi, yanlışlıqla “iddia ta m təmin edilməsin” kimi qeyd edilmişdir. Bu halın kollegiya tərəfindən nəzərə alınmasını və apellyasiya şikayyətini təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 izahat verərək bildirmişdir ki, Astara bələdiyyəsi onların xəbəri olmadan 0,08 ha torpaq sahəsini onun əmisi qızı Cavabdeh4 satmışdır. Əgər ekspertiza təyin edilərsə, aşkar şəkildə müəyyən edilər ki, onların yaşadığı evin pilləkəni belə digər sahəyə düşür. Nənəsinin yaşadığı evin yarısı onlara verilmişdir. Öz yaşadıqları ev 0,08 ha torpaq sahəsində yerləşir. Cavabdeh4 orada yaşamadığı halda həmin ərazi qanunsuz şəkildə ona satılmışdır. Həmin evlərin bir giriş-çıxışı var və o da mübahisəli əraziyə düşür.
22. Məhkəmə kollegiyası tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq r əy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 10/8358 saylı ekspertiza rəyinə görə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321-3-44/2-3167/2024 saylı mütəxəssis rəyinə əsasən: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış və **********33-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2020-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X6 və qeyrilərinin xüsusi mülkiyyətində olan, üzərində 280,1 kv.m. ölçüdən ibarət fərdi yaşayış evləri olan ünvan 3 ünvanında yerləşən 0,06 h a torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli və **********08 reyestr nömrəli Çıxarışa (23 iyun 2021-ci il tarixli AN-İ N ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Astara bələdiyyəsi tərəfindən Cavabdeh4 satılmış) əsasən Cavabdeh4 xüsusi mülkiyyətində olan Astara şəhəri keçmiş Cəfər Cabbarlı küçəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən olunmuşdur; Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış və **********33-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2020-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X6 və qe yrilərinin xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin koordinatları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və **********08 reyestr nömrəli Çıxarışa görə Cavabdeh4 xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi, qonşu torpaq sahələri olması müəyyən olunmuşdur; İddiaçı1 və İddiaçı3 hazırda yaşadığı iddia edilən Astara şəhəri keçmiş Cəfər Cabbarlı küçəsində yerləşən tikintialtı sahəsi 105,1 kv.m. ölçüdən ibarət fərdi yaşayış evinin bütövlüklə Daşınmaz əmlakın Dövlət reyestrinden xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış və **********33-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2020-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunm uş) əsasən X6 və qeyrilərinin xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur. Qeyd edilən fərdi yaşayış evinə bitişik 52,2 kv.m. ölçüdən ibarət yarımçıq tikilinin isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və **********08 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh4 xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur; İddiaçı1 və İddiaçı3 hazırda yaşadığı iddia edilən Astara şəhəri keçmiş Cəfər Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolunun mövcud olmaması müəyyən olunmuşdur; Qeyd edilən fərdi yaşayış evinə giriş-çıxış yolu üçün Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qey diyyat nömrəli və **********08 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh4nın xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsindən keçməklə istifadə edilməsi müəyyən olunmuşdur. İddiaçı1 və İddiaçı3 hazırda yaşadığı iddia edilən fərdi yaşayış evinə başqa yerdən alternativ yolun faktiki olaraq mövcud olmaması müəyyən olunmuşdur.
23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-53/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov), apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhk əməsinin mövgeyi ilə razılaşaraq gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 23 iyun 2021-ci il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh4 verilmiş 30 iyul 2021-ci il tarixli çıxarışın etibarsız sayılması əsasları müəyyən edilmir.
25. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab etmişdir.
26. Apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə əl də edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 10/8358 saylı ekspertiza rəyinə əsasən İddiaçı1 və İddiaçı3 hazırda yaşadığı iddia edilən Astara şəhəri keçmiş Cəfər Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evinə girişçıxış yolu mövcud deyildir.
28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 138, 139.1, 140, 158.1, 255.1, 255.4, 1133.1, 1145, 1159.1.1, 1159.1.3cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə da ir” 18 mart 2019-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2., 76, 77.1, 78.1, 89.1, 107, 119, 217.2, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
29. Qətnamədən İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslndırmışdır ki, iddiaçılar uzun illər mübahisəli 0,08 ha torpaq sahəsinin faktiki istifadəçiləri olsa da, mülki qanunvericiliyin tələblərinə zidd olaraq torpaq onun faktiki istifadəçilərinə deyil, həmin torpaq sahəsində yaşamayan və oradan istifadə etməyən Cavabdeh4 satılmışdır. Hazırkı işdə mübahisələndirilən müqavilə hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, alğı-satqı müqaviləsinin nəticəsi olaraq satıcı ilə alıcı arasında hüquq münasibəti əmələ gəlmişdir. İş materiallarından aydın olur ki, mübahisəli torpaq sahəsi iddiaçıların uzun illər sahiblik və istifadəsində olmuşdur. Odur ki, qanunsuz olaraq müqavilə tərtib olunmaqla iddiaçıların hüquqlarına və qanuni mənafelərinə toxunulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 8-ci səhifəsinin sonuncu abzasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 10/8358 saylı ekspertiza rəyinə və 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2-3167/2024 saylı mütəxəssis rəyinə istinad edilmişdir. Həmin rəylərdə Astara şəhəri keçmiş Cəfər Cabbarlı küçəsində yerləşən tikintialtı sahəsi 105,1 kv.m. ölçüdən ibarət fərdi yaşayış evinə bitişik 52,2 kv.m. ölçüdən ibarət yarımçıq tikilinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və **********08 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh4 xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur. Buradan da aydın olur ki, iddiaçı ailə üzvləri ilə birlikdə uzun illərdir ki, həmin torpaq sahəsinin faktiki istifadəçisidir. Lakin bu hallar həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən nəzər ə alınmamış və alğı-satqı müqaviləsi, habelə onun əsasında verilmiş çıxarış qanunsuz və əsassız olaraq etibarlı hesab edilmişdir. Sadalananlara əsasən hesab edirlər ki, qanunvericiliyin normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamış və iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
31. Cavabdeh4 İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası.
32. Maddə 13, İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafi ə olunur.
33. Maddə 29, İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
34. Maddə 6.3 Dövlət və ictimai təhlükəs izliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
35. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
36. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
37. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
38. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını ger i tələb edə bilər.
40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
41. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
42. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
43. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
44. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
45. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
46. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
47. Maddə
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahib lik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
49. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququn a malikdirlər.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
59. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kasassiya şikayətində İddiaçı1 (Vəkil) tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində yalnız 0,08 ha torpaq sahəsinin cavabdeh bələdiyyə tərəfindən Cavabdeh4 satılması ilə bağlı iddianın rədd edilməsi hissəsində mübahisələndirmiş, kassasiya şikayətinin digər dəlilləri hissəsində isə qətnamənin qalan hissəsi ilə bağlı düzgün qətnamə qəbul edilmədiyini g östərmiş, lakin həmin hissədə tələbini əsaslandırmamışdır. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın “mirasın qəbul edilməsi faktının, torpaq sahəsinin paylara düşən hissəsinin müəyyən olunması” ilə bağlı təmin edildiyi digər hissəsində mübahisələndirilməmiş və qətnamə həmin hissədə qanuni qüvvəsini almışdır. Ona görə də məhkəmə kollegiyası tərəfindən işə baxılmasının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 0,08 ha torpaq sahəsinin cavabdeh bələdiyyə tərəfindən Cavabdeh4 satılması ilə bağlı iddianın rədd edilməsi hissəsinin yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, 0,08 ha torpaq sahəsinin cavabdeh bələdiyyə tərəfindən Cavabdeh4 satılması ilə bağlı iddianın rədd edilməsi hissəsində iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
63. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında qeyd olunan hissədə yeni qərar qəbul olunmasını məqsədəuyğun hesab edir.
64. Belə ki, işin apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, 23 iyun 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyətinə keçmiş Astara şəhəri, Cəfər Cabbarlı küçəsində 0,08 ha torpaq sahəsi iddiaçıların və cavabdehlərin faktiki istifadəsində olmuş, qonşu torpaq sahələri olmuş, tərəflərin gediş-gəliş yolları da həmin zəbt olunmuş hesab edilən torpaq sahəsinə düşmüşdür. İddiaçıların yaşadığı 105,1 kv.m. ölçüdən ibarət fərdi yaşayış evinə bitişik 52,2 kv.m. ölçüdən ibarət yarımçıq tikili də Cavabdeh4 xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin üzərində yerləşir.
65. Həmçinin müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində qeydə alınmışdır.
66. İddiaçılar mübahisəli torpaq sahəsindən uzun müddət əvvəl istifadə etmələrini əsas gətirərək, Astara şəhəri, Cəfər Cabbarlı küçəsində 0,08 ha torpaq sahəsinin cavabdeh Astara Bələdiyyəsi tərəfindən Cavabdeh4 satılması barədə 23 iyun 2021-ci il tarixli alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
67. Birinci instansiya məhkəməsi qeyd olunan hissədə iddianı rədd edərkən sübuetmə yükü baxımından iddiaçıların cavabdeh Astara Bələdiyyəsi tərəfindən Cavabdeh4 satılan torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılmasını tələb etsələr də, istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmələrini, iddiaçılar tərəfindən müqavilənin etibarsızlığının mübahisələnd irilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsini nəzərə aldığını qeyd etmişdir.
68. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini qeyd olunan hissədə dəyişdirmədən saxlayarkən, alğı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh4 verilmiş 30 iyul 2021-ci il tarixli çıxarışın etibarsız sayılması əsaslarının müəyyən edilmədiyini, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillərin hazırkı qətnamənin ləğvi üçün əsas ola bilmədiyini, Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 10/8358 saylı ekspertiza rəyinə əsasən iddiaçıların hazırda yaşadığı iddia edilən Astara şəhəri keçmiş Cəfər Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolunun mövcud olmadığını qeyd etmişdir.
69. Lakin, iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanmamışdan əvvəl, daşınmaz əmlakın Dövlət reyestrindən 18 iyun 2021-ci il tаrixdə verilmiş Çıxаrışa əsasən Astara şəhəri, Cəfər Cabbarlı küçəsində 0,08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Astara Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bələdiyyənin 23 iyun 2021-ci il tarixli, 12 saylı protokol qərarı ilə həmin torpaq sahəsinin Cavabdeh4 mülkiyyətinə verilməsi qərara alınmışdır.
70. İddiaçılar cavabdeh bələdiyyə və Cavabdeh4 arasında bağlanmış alğı-satqı müqaviləsinin, çıxarışın etibarsızlığını tələb etsələr də, bələdiyyənin mülkiyyət hüququnu təsdiq e dən qeydi və cavabdeh Astara Bələdiyyəsinin 23 iyun 2021-ci il tarixli, 12 saylı protokol qərarını qanunla müəyyən olunmuş qaydada mübahisələndirməmişlər. 71. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar ar asında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
72. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almadan qeyd olunan hissədə iddianın rədd edilməsi barədə nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, iddianın başqa əsasla rədd edilməsi nəticəsinə gəlmiş, bununla da, iddiaçılarin gələcəkdə bələdiyyənin protokol qərarını mübahisələndirmək hüququnu məhdudlaşdırmışdır.
73. Göründüyü kimi, bələdiyyənin protokol qərarını mübahisələndirilmədən, iddia təmin olunaraq, torpaq sahəsinə dair cavabdeh bələdiyyə və Cavabdeh4 arasında bağlanmış alğı-satqı müqaviləsinın etibarsız hesab edilməsi, iddiaçıların torpaq sahəsi üzərində hüquqlarının bərpası i lə nəticələnə bilməz. Beləliklə də, qeyd olunan hissədə hazırkı iddia Mülki Prosessual Məcəlləsinin 2.1 və 4.1-ci maddələrinə uyğun olaraq iddiaçıların hüquq və mənafelərinin məhkəmədə müdafiəsinə xidmət etmir.
74. Həmçinin qeyd olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsini öz qərarında qeyd etdiyi qaydada əsaslandırarkən yuxarıda göstərilən maddi və prosessual əsasları nəzərə almamışdır.
75. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, həmin xüsusatlar üzrə araşdırma aparıl ması mümkün olmadığı müəyyən edildiyi halda, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun qaydada əsaslandırmamışdır.
76. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
77. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli mə hkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
78. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəb ləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (İddiaçı1 şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
79. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırda iddianın rədd edilməsi, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində Astara Bələdiyyəsinin adına olan qeyd və bələdiyyənin protokol qərarı mübahisələndirildiyi və həmin iddia uğurlu olduğu halda, iddiaçıların yeni əsasla alğı-satqı müqavilənin etibarsızlığına dair iddia qaldırmaq hüquqlarını məhdudlaşdırmır. Həmçinin göstərilən tələbin Mülki Məcəllənin 140cı maddəsi baxımından əsaslı olub-olmaması məsələsi də, iddia veriləcə yi təqdirdə həmin işin araşdırma predmetini təşkil edə bilər.
80. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1nin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi hüquq normaları pozulduğu üçün qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır.
81. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi və prosessual hüquq normaları pozulduğu üçün həmin qətnamə iddianın “Astara bələdiyyəsi tərəfindən Cavabdeh4 satılan 0,08 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın lə ğv edilməsi” tələbinə münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında həmin hissədə yeni qərar qəbul edilərək, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır.
82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-53/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qətnaməsi iddianın “Astara bələdiyyəsi tərəfindən Cavabdeh4 satılan 0,08 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə münasibətdə təmin edilməməsi hissəsind ə ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçı1 Cavabdeh4 qarşı iddiası “Astara bələdiyyəsi tərəfindən Cavabdeh4 satılan 0,08 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair hissədə rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.