Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2031/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-2031/22 Açar sözlər: qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi və maneənin aradan qaldırılması Bakı şəhəri, 11 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi və maneənin aradan qaldırılması” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-46 10/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri İcraiyyə Komitəsinin 07.07.1986-cı il tarixli, 11/755 nömrəli qərarı ilə İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində 57 saylı bağ sahəsi və Cavabdeh 47 saylı bağ sahəsi ayrılmışdır. 2. 05.02.2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən 57 saylı ünvanda yerləşən daşınmaz əmlaka iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, özünə məxsus torpaq sahəsində tikdiyi evin pəncər ələrinin qarşısında Cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 onun adına 05.02.2019-cu il tarixdə DƏDRX-də xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Cavabdeh isə onunla qonşuluqda olan 47 saylı bağ sahəsini almışdır. Lakin cavabdeh 47 saylı bağ evini aldığı zaman artıq o, bağ evini tikdirmiş və orada yaşayışını təmin etmişdir. Cavabdeh ilk öncə ona məxsus bağ evinin qarşısında ağac əkmiş, daha sonra ayaqyolu tikmişdir. Sonradan o, cavabdehə kanalizasiya xəttinə qoşulmağa icazə verdikdən sonra cavabdeh həmin ayaqyolunu sökmüş, ağacları kəsərək evi ola-ola qeyri-qanuni şəkildə, heç bir icazəsi olmadan gecəqondu tikili tikmişd ir. Hansı ki, həmin tikili onun evinin 90 sm uzaqlığındadır və heç bir sənədi yoxdur. Onun evinin hasarının eni ən azı 40 sm olmaqla, cavabdeh inşa etdiyi tikiliylə onun evi arasında 50 sm məsafə saxlamışdır. Cavabdehin inşa etdiyi həmin tikili onun pəncərələrinin qarşısında tikildiyindən üç otağa gələn günəş işığı tamamilə kəsilmiş, üç otaqda qaranlıq və rütubət yarandığından otaqdan istifadə yararsız hala gəlmişdir. Həmçinin evdə havalandırma mümkünsüz olmuşdur. Dəfələrlə bu barədə cavabdehə bildirsə də, heç bir nəticəsi olmamış, cavabdeh onun iradlarına məhəl qoymayaraq qanunsuz tikintini davam etdirmişdir.
5. Cavabdeh qarşılıqlı iddia verərək, iddiaçı ilə qonşu olduğunu, iddiaçının torpaq sahələrini bir-birindən ayıran arakəsmə divarın yerinə öz evinin bir divarını inşa etməklə birbaşa onun həyətinə açılan 7 ədəd pəncərələri şəhərsalma və tikinti normalarına zidd inşa olunduğundan həmin pəncərələrin mişar daşı ilə hörülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin 26.02.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi iddianın forma və məzmununa riayət edilmədiyinə görə geri qaytarılmışdır.
7. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1470/2020 nömrəli iş üzrə 18 sentyabr 2020-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmişdir.
8. Məhkəmə Ekspertiza Mərkəzinin 10/2717 saylı, 15 yanvar 2021-ci il tarixli rəyinə əsasən ünvan 2 ünvanında İddiaçı məxsus evin pəncərəsinin qarşısında, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 47 saylı bağ sahəsində inşa olunmuş 6,0 m. enində, 8,0 m. uzunluğunda, 3,30 m. hündürlükdə tikiliyə dair müvafiq icazə sənədləri olmadığını nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir.
9. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-96/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmiş, İd diaçı məxsus ünvan 2nin pəncərələrinin qarşısında, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 47 saylı bağ sahəsində Cavabdeh tərəfindən inşa olunmuş tikilinin (6,0 m. enində, 8,0 m. uzunluğunda, 3,30 m. hündürlükdə tikili) cavabdehin hesabına sökülərək maneənin aradan qaldırılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi işdə olan fotoşəkillərə və ekspert rəyinə istinad edərək müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Şıxlarəsəbəsi, 57 saylı bağ evinin pəncərələrinin qarşısında, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 47 saylı bağ sahəsində cavabdeh tərəfindən inşa olunmuş tikili (ekspert rəyinə əsasən 6,0 m. enində, 8,0 m. uzunluğunda, 3,30 m. hündürlükdə tikili) lazımi icazələr alınmadan, şəhərsalma və tikinti qaydalarını ciddi surətdə pozmaqla tikilmiş özba şına tikilidir, həmin tikilinin qanunsuz olduğu və iddiaçı olan mülkiyyətçiyə münasibətdə maneə yaratdığı nəzərə alınaraq, iddia tələbi əsaslı hesab olunmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.1, 170.2, 180.1, 180.2, 180.4-ci, Torpaq Məcəlləsinin 82, 111.3-cü və MPM-in 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-96/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılm ışdır ki, iddiaçı X1 və Cavabdeh Bakı şəhəri İcraiyyə Komitəsinin 07.07.1986-cı il tarixli 11/755 saylı Qərarı ilə Gilavar” Bağçılıqyoldaşlığının üzvlərin Qaradağ rayonu Şıxlar qəsəbəsində hər birinə 5 (beş) sot torpaq sahəsi ayrılmış, iddiaçıya 57 saylı, cavabdehə isə 47 saylı bağ sahəsi ayrılmış və onlar qonşudurlar. İddiaçı X2 özünə məxsus saylı bağ sahəsini 05.02.2019-cu il tarixdə DƏDRXdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirmiş və çıxarış almış, iddiaçı iddia ərizəsində isə guya “cavabdeh X5 bağ sahəsini başqa bir şəxsdən almışdır” kimi qeyd etsə də, “Gilavar” Bağçılıq-yoldaşlığının 02 saylı 27.11.1993-cü il tarixli protokoluna əsasən Cavabdeh 47 saylı 500 m2 torpaq sahəsi ayrılmışdır” kimi qeyd edilmişdir. Cavabdeh apardığı tikinti işlərini özünə məxsus torpaq sahəsində aparmış, heç kimə maneçilik törətməmiş, yardımçı tikilini isə öz həyətində tikmiş, iddiaçının evinin divarı ilə cavabdehin tikdiyi yardımçı tikilinin ara məsafəsi 1(bir) metr məsafə təşkil edir ki, bunun iddiaçıya heç bir maneçiliyi yoxdur. Tikili 10 il qabaq inşa edilmiş və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən tikintisinə icazə tələb edilmir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4610/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
15. Məhkəmə Еkspеrtizаsı Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli, 10/2635 saylı rəyinə əsаsən ünvan 3 ünvanda yerləşən tikililərə baxış keçirilən zamanı həmin ünvanlarda yerləşən tikililərə ayrı-ayrılıqda giriş-çıxış yollarının olduğ unu nəzərə alaraq iddiaçıya məxsus olan 57 saylı bağ evindən istifadəyə, giriş-çıxışa məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. Tikililərin havalandırılması və işıqlanması maneə məsələsi tikinti-texniki ekspertin səlahiyətlərindən kənar olduğundan qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. ünvan 4 ünvanında İddiaçı məxsus evin pəncərəsinin qarşısında( 1metr ara məsafəsi saxlamaqla) Qaradağ rayonu, Şıxlar qəsəbəsi 47 saylı bağ sahəsində inşa olunmuş 6,0 m. enində, 8,0 m. uzunluğunda 3,30 m. hündürlükdə inşa olunmuş tikiliyə dair mülki iş materialında müvafiq icazə sənədləri olmadığını nəzərə alaraq həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yer ləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1. və 4.2. bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi ((hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi) R.Eyvazov, F.Talışınski) 01 dekabr 2021-ci il tarixli, 2(103)-4610/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)96/2021 nömrəli, 26.02.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.
17. Apellyasiya instansiyası məhk əməsi mülki iş üzrə sübutlara, o cümlədən ekspert rəyinə əsasən müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 2nin pəncərələrinin qarşısında, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 47 saylı bağ sahəsində cavabdeh tərəfindən inşa olunmuş tikili (ekspert rəyinə əsasən 6,0 m. enində, 8,0 m. uzunluğunda, 3,30 m. hündürlükdə tikili) lazımi icazələr alınmadan, tikinti qaydalarını pozmaqla tikilmiş özbaşına tikilidir.
18. Lakin mübahisəli tikilinin qanunsuz tikili olması hər bir halda iddiaçıya onun sökülməsini tələb etmək üçün subyektiv hüquq vermir və qeyd edilən tikilinin iddiaçıya hansı maneələr yaratmaqla (Giriş-çıxışa maneə, işıqlandırma və ya havalandırmaya məhdudiyyət və.s.) hüququnu məhdudlaşdırdığı və ya pozduğu müəyyən olunmalıdır. Əks halda qanunsuz tikililərin sökülməsini tələb etmək aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olacaqdır.
19. Məhkəmə iclasında iştirak edən iddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, sökülməsini tələb etdiyi tikili 2015-2016-ci illərdə inşa edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsi cavabdehin özünə məxsus torpaq sahəsində inşa etdiyi mübahisəli tikilinin ölçülərini (6,0 m. enində, 8,0 m. uzunluğunda, 3,30 m. hündürlükdə) nəzərə alaraq, həmin tikili ilə iddiaçıya məxsus tikili arasındakı ara məsafəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə uyğun olduğunu, yəni iddiaçı bildirdiyi kimi ara məsafəsinin 50 sm. deyil, 0,99 m (tikilinin divarının hündürlüyü 3,30 m.x divar hündürlüyünün 0,3 hissəsi = 0,99 m.) olduğunu müəyyən etmişdir.
21. Apellyasiya məhkəməsi ü nvan 3 ünvanda yerləşən tikililərə ayrı-ayrılıqda giriş-çıxış yollarının olduğunu, iddiaçıya məxsus olan 57 saylı bağ evindən istifadəyə, giriş-çıxışa cavabdehin inşa etdiyi tikili məhdudiyyət yaratmadığının ekspert rəyi ilə müəyyən edildiyini, həmçinin, cavabdehin inşa etdiyi tikili ilə iddiaçıya məxsus tikili arasındakı ara məsafəsinin Azərbaycan Respublikasının şəhərsalma və tikinti Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə müvafiq olduğunu, habelə mübahisəli tikili cavabdehin özünə məxsus torpaq sahəsində inşa edildiyini, nəzərə alaraq havalandırma və işıqlanmaya dair əlavə araşdırma aparılmasına zərurət görməmiş, iddianı əsassız hesab etmişdir.
22. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 1 57.1, 180.1, 180.2, 180.4-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5, 69.5.1, 69.5.2, 69.5.2-1, 69.5.3, 80, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına və MPM-nin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı X2 (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi mülki işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş nəticədə əsassız nəticəyə gəlmişdir. ünvan 4 ünvanında İddiaçı məxsus evin pəncərəsinin qarşısında, Qaradağ rayonu, Şıxlar qəsəbəsi 47 saylı bağ sahəsində, yəni cavabdehin özünə məxsus torpaq sahəsində mübahisəli tikili-6,0 m. enində, 8,0 m. uzunluğunda 3,30 m. hündürlükdə tikili inşa olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi 57 saylı ünvanda yerləşən bağ evinin hündürlüyü apellyasiya instansiyası tərəfindən müəyyən edilməmişdir. Kassasiya şikayətinə əlavə edilmiş eskiz layihədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi 57 saylı ünvanda yerləşən bağ evinin birinci mərtəbəsinin hündürlüyü 3,75 metr təşkil etmişdir. Lakin məhkəmə İddiaçı məxsus 57 saylı bağ evinin cavabdehdən öncə tikilməsini və hesablamaları İddiaçı bağ evinin (3,75 metr divar hündürlüyünün 0,3 hissəsi = 1,125 m.) hündürlüyü əsasında apararaq divarlar arasında ara məsafəsinin 1 metrdən çox olmasını nəzərə almamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7.1-ci maddəsinə əsasən tikinti obyektinin layihələndirilməsi zamanı mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması nəzərə alınmalıdır. Beləliklə işə baxan məhkəmə iş üzrə Azərbaycan Respubli kasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7.1 -ci maddəsini tətbiq edərək İddiaçı bağ evinin daha öncə tikilməsini nəzərə almalı, hesablamaları onun əsasında aparmalı olduğu halda bunu etməmişdir. Bundan başqa məhkəmə işə baxarkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ara məsafəsini müəyyən etməli olduğu halda bunu etməmiş, qətnamədə “iddiaçı bildirdiyi kimi ara məsafəsi 50 sm deyildir” qeyd etməklə kifayətlənmişdir. Lakin heç bir mötəbər sübut olmadan davarlar arasındakı ara məsafəsinin 1 metr olması qənaətinə gəlinmiş və nəticədə iddianı rədd etmişdir. Kassasiya şikayətinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, divarlar arasında məsafə 94 sm təşkil etmişdir ki, bu halda da iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Ş əhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinə əsasən bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə-divar hündürlüyünün 0,3 hissəsi müəyyən edilir. Məhkəməyə təqdim olunmuş sübutlara əsasən divarlar arasındakı məsafənin 0,94 m olması halında məhkəmə tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prossesual məsələlər
26. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan ba xılmışdır.
27. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikd ə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
30. Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur.
31. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
32. Maddə 69.5 Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir:
33. Maddə 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi;
34. Maddə 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
35. Maddə 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması;
36. Maddə 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü;
37. Maddə 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razı laşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü
38. Maddə 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü.
39. Maddə 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:
40. Maddə 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
44. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və y a nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 51.Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
53. İşin məhkəmələr tər əfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən sökülməsi tələb edilən tikili cavabdehin qanuni sahibliyində olan həyətyanı torpaq sahəsində inşa edilməklə, ekspert rəyinin tədqiqat hissəsinə əsasən iddiaçının yaşayış evindən 1 metr aralıdır. İddiaçının yaşayış evi isə onunla cavabdehin torpaq sahəsinin sərhədində inşa edilmişdir.
54. Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.9-cu maddəsinə əsasən həmin tikili ölçülərinə görə tikintisinə icazə tələb edilməyən tikilidir. Həmçinin həmin Məcəllənin 69-cu maddəsinin tələbləri nəzərə alınaraq, cavabdeh öz torpaq sahəsində qanunla müəyyən edilmiş ara məsafəsini gözləməklə, bu tikilini inşa etmişdir.
55. İddiaçı kassasiya şikayətində ona məxsus ev daha əvvəl tikildiyindən ara məsafəsi hesablanarkən onun evinin hüqndürlüyünün nəzə rə alınmalı olduğunu göstərsə də, məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.2-ci maddəsinə əsasən ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Yəni iddiaçıya məxsus evə münasibətdə ara məsafəsi iddiaçıya məxsus torpaq sahəsinin üzərində olmalıdır. İddiaçı isə evini torpaq sahəsinin qonşu ilə sərhəddində inşa etmişdir.
56. İşin araşdırılan hallarına əsasən apellyasiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdehin öz torpaq sahəsində inşa etdiyi mübahisələndirilən tikili inşa edilərkən ara məsafəsi gözlənildiyindən iddiaçının hər hansı hüququnu pozmur, qonşunu hədsiz təsirə məruz qoymur.
57. Kassasiya şikayətinin tikililər arasında ara məsafəsinin 50 sm olması, məhkəmənin heç bir mötəbər sübut olmadan davarlar arasın dakı ara məsafəsinin 1 metr olması qənaətinə gəlməsi barədə dəlili də əsassızdır.
58. İş üzrə alınmış hər iki ekspertiza rəyinin tədqiat hissəsində tikililərin divarları arasındakı məsafənin 1 metr təşkil etməsi müəyyən edilmişdir.
59. Məhkəmə kollegiyası kassasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Res publikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
60. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
61. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4610/2021 nömrəli iş üzrə 01.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.