Məhkəmə qərarları › İş №2(102)-2031/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2031/2023

03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2031/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilk İddiaçı Cavabdeh qarşı, ilk iddia, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçınə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi, borcun ödənilməsi, müqavilənin etibarsızlığı, əhəmiyyətsiz əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair ilk iddia, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı MMC-nin qarşı “nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” qa rşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-201/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 03 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixli, 019/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilənin məzmunundan görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında müqavilə bağlanılmış, həmin müqvailəyə əsasən satıcı ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları alıcıya satır, alıcı qismində Cavabdeh isə həmin malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüş, vəsait nəğd və ya köçürülm ə formasında yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir, bu qaydanın pozulmasına görə məsuliyyət alıcının üzərinə düşür. 2. 25.02.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh məktub ünvanlaraq, müqavilə əsasında götürdüyü məhsulların dəyərinin 28241,65 manat olan hissəsinin bugünədək ödəmədiyini, borcun qısa müddət ərzində ödənilməsi, əks halda hüquqi müdafiə vasitələrindən istifadə edilməsi barədə xəbərdarlıq etmişdir. 3. xx.xx.2020-ci il tarixli 019/2020 saylı əşyaların təhvil-təslim aktının məzmunundan görünür ki, satıcı siyahıda qeyd edilmiş məhsulları təhvil verdi, alıcı Cavabdeh ümumi dəyəri 30000 manat təşkil edən müxtəlif markalı enerji içkilərini təhvil almışdır.

4. Tərəflər arasında bağlanmış xx.xx.2018 -ci il tarixli əmək müqaviləsinin məzmunundan görünür ki, cavabdeh İddiaçı MMC-də satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Bununla bağlı əmək müqaviləsi bildirişi elektron sistemə daxil edilmişdir. 5. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin məzmunundan görünür ki, işçi Cavabdeh ilə işəgötürən İddiaçı MMC arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 28241,65 manat pulun və 174,73 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 019/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 28241,65 manat hissəsini bu günədək ödəməmişdir.

8. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 019/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, həmçinin tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçıya ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 019/2020 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə guya ona 30000 manat məbləğində müxtəlif çeşidli məhsullar nisyə olaraq verilmiş və o, 30000 manat məbləğində olan borcu 3 ay ərzində pul şəkilində ödəməyi öhdəsinə götürmüşdür. Bütün bunlar hamısı yalandır. Belə ki, o və cavabdeh kimi digər şəxslər iddiaçıda işə qəbul olunarkən ilk olaraq bu müqaviləyə qol çəkdirirlər və ondan sonra hə min şəxslərlə əmək müqaviləsi bağlayırlar. Yəni iddiaçı özünü sığortalamaq məqsədilə belə bir müqavilə təklif edir. Təhvil-təslim aktında qeyd olunan mallar ona təhvil verilməyib. Ümumiyyətlə belə bir mal satmamışdır. Müqavilədə təhvil təslim aktında və ərizədə olan imza ona məxsus olsa da, işə qəbul olmaq üçün həmin müqaviləyə qol çəkmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 iyul 2022-ci il tarixli, 2(060)-2793/2022 nömrəli qətnaməsi ilə (E.Abdullayev) iddiaçının cavabdehə qarşı 28241,65 manat pulun və 174,73 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020- ci il tarixli, 019/2020 saylı məhsulların n isyə alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıdan alınaraq cavabdehə verilməsi qət olunmuşdur.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər öz ifadələrində iddiaçının əvvəllər əməkdaşı olduqlarını, işə qəbul edilərkən 30000 manatlıq malın alqı-satqısı ilə bağlı müqavilə imzalamağa məcbur edildiklərini, əslində isə onlara heç bir mal verilmədiyini, işə qəbul edilmək üçün məcbur qalaraq müqaviləni imzaladıqlarını bildirmişlər. Həmin şahidlər cavabdehin hər hansı yaxın qohumu və ya iş üzrə şəxsi maraqları olan şəxslər olmadıqlarından onların ifadələrinin mötəbərliyinin şübhə altına alınması mümkün deyildir. Eyni zamanda cavabdehin idd iaçının əməkdaşı olduğu və fərdi sahibkar statusuna malik olmadığı halda onunla heç bir təminat olmadan 30000 manatlıq malın verilməsi barədə müqavilənin bağlanması və həmin dəyərdə məhsulun cavabdehə verilməsi məntiqli və inandırıcı görünmür. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin çap üsulu ilə yazılmasına baxmayaraq müqavilənin tarixi sonradan əlyazma ilə qeyd edilmişdir. Bu da müqavilənin tarixinin sonradan qoyulması barədə cavabdeh tərəfindən göstərilənlərin əsaslı ola bilmək ehtimalını yaradır. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsində 30000 manatlıq malın satılması razılaşdırıldığı halda iddiaçı hazırda cavabdehdən 28241,65 manat pul tələb edir. Belə çıxır ki, qalan məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh isə iddiaç ıya hər hansı ödəniş etmədiyini bildirmiş, iddiaçının nümayəndəsi həmin ödənişlə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Müqavilədə cavabdehin məhsulun dəyərini 3 ay ərzində ödəməli olduğu göstərilmişdir. Həmin müddət xx.xx.2020-ci ildə başa çatmışdır. İddiaçı isə bundan təxminən 2 il sonra məhkəməyə müraciət etmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340.1, 567, 600, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 220-223, 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv edilməsini və ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış müqavilə predmeti olan mallar şirkətin anbarından təhvil-təslim aktı əsasında çıxarılaraq, cavabdehə təhvil verilməsi və həmin təhvil-təslim aktına cavabdeh şəxsən imza atması, həmin akt məhkəməyə təqdim edilməsi, iş materiallarında mövcud olması, malların cavabdehə verildiyini təkzib edən sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi, tərəflər arasında bağlanmış müqavilə çap üsulu ilə yazılıbsa, müqavilə tarixinin əl yazısı ilə yazılması qanunvericiliyin tələblərinə zidd olmaması, bu halın müqavilənin etibarsızlığına səbəb ola bilməsinin düzgün olmaması, cavabdehin tam fəaliyyət qabiliyyətli şəxs olması, müqavilə bağlanarkən müqavilənin bütün şərtlərinin onunla razılaşdırılıb v ə onun iştirakı ilə tərtib edilməsi, müqavilənin tarixi də məhz müqavilənin imzalandığı gün yazılması, müqavilə üzrə cavabdehin həyata keçirdiyi ödənişlə bağlı məhkəməyə sənəd təqdim edə bilməməklə bağlı isə həmin ödəniş qəbzlərini məhkəmənin ilk tələbi ilə təqdim etməklərinin mümkün olması, lakin bu halı sübut etmək yükünün onların üzərinə deyil, cavabdehin üzərinə düşməsi, iş birinci instansiya məhkəməsində araşdırılan zaman həmin qəbzlərin mövcud olub-olmaması ilə bağlı hər-hansı müzakirə həyata keçirilməməsi, qəbzlərin onlardan tələb edilməməsi, müqavilə müddətinin 3 ay göstərilməsinə baxmayaraq iddia ilə məhkəməyə 2 il sonra müraciət etməyinin də qanun pozuntusu olmaması, müqavilənin etibarsızlığına səbəb olan faktor olmaması, müqavilə üzrə tələblərə 3 illik iddia müddəti tətbiq edili r və onlar tərəfindən həmin müddət ötürülməməsi, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin yalan əqd kimi etibarsız hesab edilməsi üçün heç bir fakt və ya hal mövcud olmamaşdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-201/23 nömrəli iş üzrə 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər –G.Cabbarova (sədrlik edən və məruzəçi), A.Süleymanova, L.Rəhimli) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehə qarşı pul tələbinə dair ilk iddia tələbi təmin edilməsi, cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 28241,65 (iyirmi səkkiz min iki yüz qırx bir) manat 65 qəpik məbləğində borc pul vəsaiti tutularaq iddiaçının x eyrinə ödənilməsi, cavabdehin iddiaçıya qarşı “nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddiaçı tərəfindən tələbin və etirazın əsası kimi istinad edilən hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Nəticə etibarilə qeyd edilən alqı-satqı müqvailəsinin görünüş üçün bağlanması, uydurma əqd olması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, hər hansı əqdin yalnız görünüş üçün bağlanması əslində ona uyğun nəticələr yaratmaq niyyətinin olmaması halını özündə ehtiva edir. İndiki halda isə tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən müqavilənin predmeti olan müvafiq məhsulların cavabdeh tərəfindən təhvil al ınmasına dair təhvil-təslim aktı mövcuddur, hansı ki. həmin aktda cavabdehin qeyd olunan məhsulları təhvil aldığı qeyd olunmuş və bu akta cavabdeh şəxsən özü imza etmişdir. Lakin qarşılıqlı iddiaçı tərəfindən qeyd olunan məhsulların təhvil almadığını, müqavilənin görünüş üçün bağlandığını, əslində belə bir münasibət olmadığını bildirilsə də, qeyd olunan halı təsdiq edən, habelə təhvil təslim aktını təkzib edən heç bir mötəbər sübutu təqdim etməmişdir.

17. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqvailəsinin mülki qanunvericiliklə müəyyən edilmiş hər hansı şərtin (subyekt tərkibi, forma, məzmun, iradə ifadəsinə dair şərtlərin) pozulması ilə bağlanması halı müəyyən edilməmişdir.

18. Həmçinin, məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab etmşdir ki, əmək və ya mülki qanunvericiliyində tərəflər arasında işçi-işəgötürən qismində bağlanmış əmək müqaviləsinin və bundan irəli gələn əmək münasibətlərinin mövcud olmasının, həmin tərəflər arasında nisyə alıq-satqı müqaviləsinin bağlanmasını istisna edən hər hansı norma mövcud deyildir, habelə bununla bağlı tərəflər arasında bağlanılmış əmək müqaviləsində də hər hansı qeyd-şərt nəzərdə tutulmamışdır. Odur ki, tərəflər arasında əmək müqanisbətlərinin mövcudluğu, onlar arasında olan nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətin formal olaraq yaranması kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin, mülki qanunvericiliyin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, la kin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (MM-in 390-cı maddəsi). Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi etibarlı əqd qismində çıxış edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi rədd olunmalıdır.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.4, 337, 340.1, 340.2, 399.1, 399.4, 405.1, 407.2, 427.3, 427.4, 442, 443.1, 448.1, 567, 600.1, 600.4, MPM-nin 4.1, 14.2, 77.1, 88, 217.3, 384.0.3, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə gönd ərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı vəziyyətdə iddiaçı hüquqdan sui-istifadə etməklə, əsassız varlanma niyyətindədir. İlkin iddia təmin olunduğundan, qarşılıqlı iddia isə rədd olunduğundan, iddiaçı hüquqdan sui-istifadə etməklə, əsassız varlanmışdır və buna da məhkəmənin əsassız yanaşması ilə nail olmuşdur.

22. İddiaçının analoji işlər məhkəmədə var və eyni müqavilələrlə digər şəxslərdə də əsassız olaraq pul tələbi edirlər. Bu barədə apellyasiya instansiya məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var. Həmin işdə qərar vətəndaşın xeyrinə, hazırkı işdə isə iddiaçının xeyrinə qərar verilib.

23. Müqavilədə və təhvil-təslim aktında olan imzanın Cavabdeh məxsus olması o demək deyil ki, həmin dəyərdə olan əmlaklar ona həqiqətən də təhvil verilib. Bu halı araşdırmaq lazımdır. Yoxsa, imza varsa, demək əmlakları qəbul etmisən yanaşması ilə yanaşmaq lazım deyil. Əqdin yalan olmasını araşdırmaq lazımdır. Bu əqd bir nəfərlə bağlanmayıb. Bu barədə analoji işlər var.

24. Kassator şikayətini Mülki Məcəllənin 324.4, 337.1, 340.1, 340.2, 399.1, 399.4, 405.1, 427.3, 427.4, 443.1, 448.1, 567, 600.4, MPM-nin 14.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İlk İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-201/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

26. Maddə 324.4. Müq avilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

29. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

30. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

31. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

32. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

34. Maddə 448.1. Ə gər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

36. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

37. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müdd ətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. P rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazı rkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

50. İddiaçı tələbinin faktiki əsaslarını göstərməklə yanaşı, tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 598.2 və 598.3-cü maddələrinə, müqavilə üzrə öhdəliyin əmələ gəlməsi və icra edilməməsi və ya lazımınca icra edilməməsi halları ilə bağlı olan digər normalara istinad edərək müqavilə üzrə təhvil alınmış malın ödənilməyən qalıq hissəsini tələb edir.

51. Qarşılıqlı iddiaçı is ə MMC ilə əmək münasibətlərində olmasına, onunla iddiaçı arasında həqiqi mülki müqavilə bağlanmadığını, başqa müqaviləni pərdələmək məqsədi ilə bağlandığına (Mülki Məcəllənin 340.2), həmin müqavilə üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin yaranmadığına və digər hallara əsaslanmaqla müqavilənin etibarsızlığını tələb edir.

52. Apellyasiya instansiya məhkəməsi hər iki iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, əmək və ya mülki qanunvericiliyində tərəflər arasında işçi-işəgötürən qismində bağlanmış əmək müqaviləsinin və bundan irəli gələn əmək münasibətlərinin mövcud olmasının, həmin tərəflər arasında nisyə alıq-satqı müqaviləsinin bağlanmasını istisna edən hər hansı norma mövcud deyildir, habelə bununla bağlı tərəflər arasında bağlanılmış əmək müqaviləsində də hər hansı qeyd-şərt nəzərdə tutulmamışdır. Odur ki, tərəflər arasında əmək müqanisbətlərinin mövcudluğu, onlar arasında olan nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətin formal olaraq yaranması kimi qiymətləndirilməsinə əsas vermir.

53. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razlaşmır.

54. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Mülki Məcəllənin 2.3-cü maddəsinə müvafiq olaraq, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

56. Maddənin məzmunundan göründüyü kimi, mülki qanunvericilik əmək münasibətlərində yalnız subsidiar olaraq tətbiq edilə bilər.

57. Əmək Məcəlləsi əmək münas ibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün suiistifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir.

58. Əmək Məcəlləsinin 2-ci maddəsini n 1-ci hissəsinə əsasən, Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

59. Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsində əmək hüququnun prinsiplərindən biri kimi əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir.

60. Qeyd edilməlidir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilir. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hes ab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi).

61. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 17 iyul 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu z iyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə y azılı müqavilə bağlaya bilər.

62. Baxılan işin mübahisəsiz hallarına görə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi ilə cavabdeh İddiaçı MMC-də satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir.

63. Cavabdehin MMC-də yerinə yetirmiş olduğu əmək funksiyası məhz malların satışını təşkil etməklə bağlı olmuş və iddiaçı cavabdehin fərqli funksiyanı yerinə yetirməsini və ya ona başqa vəzifənin icrasının tapşırılmasına istinad etməmişdir. Məhz cavabdehlə bağlanmış əmək müqaviləsi əmək funksiyasını yerinə yetirmədiyinə və digər əsaslarla Əmək Məcəlləsinin 70-ci maddənin ç bəndi ilə xitam verilmişdir.

64. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il ta rixli, 019/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən satıcı ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları alıcıya satır, alıcı qismində Cavabdeh isə həmin malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüş, vəsait nəğd və ya köçürülmə formasında yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir, bu qaydanın pozulmasına görə məsuliyyət alıcının üzərinə düşür.

65. Birinci instansiya məhkəməsinin hər iki iddia tələbi üzrə nəticəyə gəldiyi mövqeyindən aydın olur ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olmuş və tərəflərin həqiqi iradə ifadəsi ona uyğun hüquqi nəticələr yaratmaq olmamışdır.

66. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsin in qətnaməsini ləğv edərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair nəticəyə gələrkən isə alğı-satqı müqaviləsinin tərəflərin əmək münasibətlərində olan zaman bağlanması, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, müqavilənin iddiaçının kommersiya maraqlarına uyğun olmaması (yəni faktiki olaraq özünün müqavilədə göstərilən məhsulların topdan və pərakəndə satışı ilə məşğul olması), mallarının cavabdehə təhvil verilməsinə dair aktı olsa da bununla bağlı ciddi maliyyə sənədlərinin (anbardan çıxma qaiməsi) mövcud olmaması, bu müqavilə üzrə vergilərin kimin tərəfindən ödənilməsi, ödənişlərin qismən icra edildiyi iddia halda mədaxil sənədlərinin təqdim olunmaması, 3 aylıq icra müddəti olan müqavilə üzrə öhdəliyin icrası məqsədi il ə cavabdehə qarşı iddia tələbinin əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə xitam verildikdən sonra sürülməsi, əhəmiyyətli dəyərə malik olan mallarının sahibkarlıq fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxsə verilməsi, malların sayı və çeşidi baxımından onların istehlak etmək üçün həddindən artıq miqdarda və sayda olması, göstərilənlərin nəticəsi olaraq bu müqavilənin bağlanması zamanı tərəflərin həqiqi iradə ifadələrinin məzmununu müəyyən etməli olduğu halda bunların aydınlaşdırılımasına cəhd göstərməmiş və yalnız əmək münasibətlərində olan şəxslər arasında mülki hüquqi müqavilələrin bağlanmasının qanunvericiliklə qadağan edilməməsi ilə bağlı formal müalahizlərə əsaslanmışdır.

67. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçının iddiasında və ilk iddiaya etir azında məhz bu dəlillərə əsaslanmış və onların, yəni tərəflər arasında bağlanmış müqavilənin yalan əqd olmasına istinad etmişdir.

68. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.(MM 340.2)

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin mü qaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikaytəi üzrə 2020-ci il 10 mart və X.Mirzəyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarları)

70. Apellyasiya instansiya məhkəməsi bu qərarınn 70-ci bəndində göstərilənlərin müzakirə edərək müəyyən edilmiş işin halları baxımından bağlanmış müqavilənin başqa əqdi pərdələmək məqsədi ilə bağlanıb-bağlanmamasını müəyyən etmək imkanına malikdir.

71. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə isə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətb iq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

72. Göstərildiyi kimi baxılan işdə apelyasiya instansiyası məhkəməsi tərəflərin hansı həqiqi hüquqi münasibətdə olmalarını, bundan asılı olaraq mübahisənin həllinə hansı qanunun tətbiq edilməli olduğunu düzgün müəyyən etməmişdir.

73. Eyni zamanda apellyasiya instansiya məhkəməsi işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalarının mövcudluğunu nəzərə almalıdır.

74. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.

75. Xüsusilə qeyd olunmalıdır ki, MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

76. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetiri lməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Göründüyü kimi məhkəmələr işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmə li, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

77. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

78. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

79. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

80. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, Konstitusiya Məhkəməsinin bu qərarının 65 bəndində istinad olunan qərarının bu işə tətbiqinin mümkünlüyü müzakirə edilməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

81. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-201/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar