Məhkəmə qərarları › İş №2(102)-2031/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2031/2025

24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2031/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsi barədə ərəzəsi üzrə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs olmaqla) QƏRARİ (Açar sözlər: prosessual məsələlər; kassasiya şikayətinin qeyri-mümkünlüyü, iş üzrə icraata xitam veriləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Ərizəçi “hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-613/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərardadından Ərizəçi verilmiş kassasiya şikayətinə 24 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Ərizəçi ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X1 70 yaşından, yəni 1998ci ildən 2014-cü ilədək onun tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxsdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-824/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir (hakim El mir Hüseynov).

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisənin predmeti mülki mübahisədən fərqli olduğuna görə işə mülki icraat qaydasında baxıla bilməz.

5. Ərizəçi qərardaddan şikayət və müddətin bərpası barədə vəsatət ilə müraciət edərək, buraxılmış prosessual müddətinin üzrlü hesab edilərək onun bərpa edilməsini və apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına göndərilməsini xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-824/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Sum qayıt Şəhər Məhkəməsinin 2(060)-824/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024cü il tarixdə saat 13:15-də “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Ərizəçinin vəkili Vəkil tərəfindən “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinetindən istifadə edilməklə xx.xx.2025-ci il tarixdə şikayət verilmiş, bununla da qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Ərizəçinin vəkilinin onların ilk növbədə sosial sığorta stajının hesablanması proseduru ilə əlaqədar sənədləri əldə etdikdən sonra inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən müraciətləri müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli olduqlarını bildirdiyinə və əvvəl inzibati orqana, sonra aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdiklərini, Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qərarı ilə “qulluq faktının müəyyən edilməsi ilə əlaqədar” ümumi məhkəməyə müraciət etməli olduqlarını müəyyən edildiyinə görə, bu səbəbdən apellyasiya şikayəti vermə müddətini ötürdüklərinə dair izahatını üzürlü səbəb olmadığına görə vəsatət rədd edilməlidir.

8. Ərizəçi yenidən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-824/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-613/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmi n edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)824/2024 saylı iş üzrə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Afiq Hüseynzadə) 11.Apellyasiya instansiyası məhkəməsi nəticəni onunla əsaslandırmışdır ki, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi barədə ərizəçinin qeyd etdiyi hallar əsaslı olmadığından və bu barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

12. Ərizəçi (vəkili Vəkil) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-613/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti ona geri qaytarılmışdır.

14. Apellyasiya instansiyası məhkəsi Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə istinad edərək göstərmişdir ki, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0. 4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

15. Göründüyü kimi, qanunvericilikdə yuxarıda adı çəkilən qərardadlardan başqa, digər qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

16. Həmçinin Vəkil tərəfindən kassasiya şikayətinə yazıları oxunmayacaq dərəcədə silinmiş vəkil orderi əlavə edilmişdir. Həmçinin vəkil kassasiya şikayətinə əlavə olunmuş vəkil orderi Vəkil tərəfindən birinci instansiya məhkəməsində işt irak etməsi üçün verilmiş, kassasiya instansiya məhkəməsində iştirakı üçün vəkil orderi təqdim edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2, 407.3 və 407.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Ərizəçi (vəkili Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qəradadlarını ləğv edib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qəradadından verilmiş apellyasiya şikayətinə baxılması üçün işin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası MPM-nin 407.3-cü maddəsinə istinad edərək bildirmişdir ki, şikayət onu verən şəxs və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Kassasiya şikayəti isə o və vəkili tərəfindən imzalanmışdır. Həmçinin, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmuşdur. Vəkilin kassasiya şikayətinə yazıları oxunmayacaq dərəcədə silinmiş vəkil orderi əlavə edilməsi barədə məhkəmənin mövqeyi ərizəçiyə qarşı açıq şəkildə edilmiş qərəzli hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, o, orderin kserokopiyasının PDF formasını kassasiya şikayətinə əlavə etmiş, orderin əsli isə işin içindədir. Orderin kserokopiyası aydın oxunmadığına görə kassasiya şikayətinin geri qaytarılması düzgün deyildir. Həmçinin, orderin yazılışınd a, nömrəsində, tarixində bir səhv olsaydı, sistem onun kassasiya şikayətini qəbul etməzdi və o kassasiya şikayəti göndərə bilməzdi. Amma kassasiya şikayəti tam qanuni əsaslarla tərtib edilmiş, qanuni əsaslarla göndərilmiş və məlum olduğu kimi sistem şikayəti qəbul etmişdir. O, qərardadlardan şikayət verir. Bu o deməkdir ki, işə hələ mahiyyəti üzrə baxılmadığı üçün, yəni hələ qərardadlardan şikayət verdiyi üçün bu orderdən kassasiya instansiyasına qədər istifadə oluna bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kom mersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qərardadı tam yoxlayır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.

25. Barəsində kassasiya şikayəti verilən qərardad iş üzrə icraata xitam verilməsi barədədir.

26. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə isti nad edərək, hesab etmişdir ki, həmin maddədə adı çəkilən qərardadlardan başqa, digər qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

27. Mülki Prosessual Məcəllənin 402.2.4-cü maddəsinə görə də apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər

28. Hazırki işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsə də, həmin məhkəmə iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı ilə əlaqəli qəbul edilən məhkəmə aktını (müddətin bərpasından imtina) qüvvədə saxlamaqla nəticədə ərizəçinin məhkəmə müdaf iəsi hüququnu pozmuş, onun məhkəməyə çatımlılıq imkanını məhdudlaşdırmış, ümumiyyətlə, ərizəçinin məhkəmədən mahiyyəti üzrə məhkəmə aktını almaq hüququnu istisna etmişdir.

29. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

30. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 402.2.4-cü maddəsini düzgün təfsir etməmiş, bununla da ərizəçinin məhkəməyə çatımlılıq imkanını məhdudlaşdırmışdır.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ləğv olunmalı, iş üzrə sonrakı prosessual hərəkət lər edilməlidir.

32. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı Ərizəçi kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-613/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş üzrə sonrakı prosessual hərəkətlər edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar