Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2038/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3325/2021 nömrəli iş üzrə 01 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi, İşin halları: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,0 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,08542 ha ölçüdə torpaq sahəsi 04 aprel 2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İslamov Cahangir Cəbir oğluna məxsus olmuş və onun 21 yanvar 2003-cü il tarixdə baş vermiş ölümü ilə əlaqədar miras əmlaka vərəsəlik açılmışdır. Mərhumun vərəsələri arasında razılıq olmadığından onların miras əmlakdan payları müəyyən olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin fevral ayında miras qoyan Cahangir İslamovun vərəsəsi olan oğlu İddiaçı digər vərəsələr Cavabdeh1, Cavabdeh2 23 may 2018-ci il tarixdə vəfat etmiş X1 arvadı Cavabdeh3 və uşaqları Cavabdeh4, Cavabd eh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atasından miras qalmış fərdi yaşayış evinin və torpaq sahəsinə onun və cavabdehlərin vərəsəlik paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1239/2021 nömrəli, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: S.X.Bəhrəmzadə) iddia təmin edilərək miras əmlakdan vərəsələr Cavabdeh1 57/120 hissədə, İddiaçı Cahangir oğlunun 21/120 hissədə, Cavabdeh2 21/120 hissədə, Cavabdeh3 7/120 hissədə, Cavabdeh5 7/120 hissədə və Cavabdeh4 7/120 hissədə vərəsəlik payları müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qətnamədən apellyasiya şikayəti verərək miras əmlakdan vərəsələrin paylarının düzgün müəyyən olunmamasını əsas göstərməklə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və miras əmlak olan fərdi yaşayış evi və torpaq sahəsinə vərəsələrin bərabər hissələrdə paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Qətnamədən eyni zamanda İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və miras əmlakdan vərəsələrin bərabər hissələrdə paylarının müəyyən olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3325/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək məhkəmə tərəfindən vərəsəlik paylarının düzgün müəyyən olunmamasını əsas göstərməklə qətnamənin ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1134.1 Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2 Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1159.1.1 Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvadı (ər), valideynlər (övladlığa götürülənlər) onun birinci növbə vərəsələri olmaqla bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1252 Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflər arasında yaranmış mübahisə miras əmlakdan vərəsəlik paylarının müəyyən olunması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. (1134.2) İşdən görünür ki, payların müəyyən olunması ilə əlaqədar mübahisə edən şəxslərin hamısı miras qoyanın birinci növbə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvadı (ər), valideynlər (övladlığa götürülənlər) onun birinci növbə vərəsələri olmaqla bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ay adək uzadılmalıdır. İşdən görünür ki, İddiaçı iddia ərizəsində miras əmlakdan paylarının müəyyən edilməsini tələb etmişdir. İşə baxmış məhkəmə instansiyaları qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq vərəsələrin dairəsini və onlara düşən payın miqdarını müəyyən etməklə iddianı təmin etmişdir. Miras əmlakdan payların miqdarı vərəsələr arasında qanunun tələbləri nəzərə alınmaqla düzgün müəyyən olunduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrin i rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3325/2021 nömrəli iş üzrə 01 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2038/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2038/2022
13.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver