Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-204/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (X8, X18, X16, X22, X17 və Cəlilabad rayon 1 saylı notariat ofisinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam verilməsi, hüquqdan suiistifadə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)1060/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə Cəlilabad rayonu Uzuntəpə kəndində 3,11 hektar torpaq sahəsi İddiaçı, X5, X12, X9, X14 və X10 mülkiyyətinə verilmişdir.
2. Cəzaçəkmə müəssisənin rəisi tərəfindən təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X27 Müəssisəsində cəza çəkən İddiaçı ümumi mülkiyyətində olan 3,11 ha torpaq sahəsinin həyat yoldaşı X8 tərəfindən satılmasına dair 20 avqust 2007-ci il tarix li razılıq ərizəsi vermişdir. X8 və "xxxx" MMC arasında bağlanmış, Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş 27 sentyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X8 onun ailə üzvlərinin mülkiyyətində olan mübahisəli torpaq sahəsini 3200 manat müqabilində cavabdeh "xxxx" MMC-nin təsisçisi X3. Sonuncu isə Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş 28 sentyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, mübahisəli 3.11 ha torpaq sahəsi daxil olmaqla ümumilikdə 18 ha torpaq sahəsini X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
20. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 2,66 ha pay torpaq sahəsinin cavabdehə satılmasına dair Cəlilabad rayon notar iat kontorunda bağlanmış 27 sentyabr 2007-ci il tarixli, 4Ə-111 nömrəli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırmışdır ki, uzun müddət həmin torpaq sahəsindən istifadə etməklə torpaq sahəsinə sahiblik və istifadə etmişdir. İddiaçı həmin torpaq sahəsini dövlət qeydiyyatına aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi ərizə ilə müraciət etmiş, lakin həmin idarədən ona ünvanlanmış məktubdan sonra məlumatı olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsi 27 sentyabr 2007-ci il tarixdə alğısatqı müqaviləsi əsasında cavabdehə satılmışdır. Həmin torpaq sahəsinə dair cavabdehə müqavilə əsasında çıxarış verilmişdir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Lakin iddiaçı tərəfindən hə min torpaq sahəsi cavabdehə satılmamış və ümumiyyətlə nə onun, nə də ki, onun ailə üzvlərinin razılığı olmamışdır. İddiaçı həmin vaxt cəzaçəkmə müəssisəsində olmuşdur. Belə ki, notariat kontorunda təsdiq olunmuş alğısatqı müqaviləsindəki imza iddiaçıya məxsus deyil, iddiaçı torpaq sahəsini 7 il müddətinə cavabdehə icarəyə vermişdir. Lakin torpaq sahəsinin hansı qiymətə icarəyə verilməsini iddiaçı bilmir, qiyməti iddiaçının anası cavabdehlə razılaşmışdır.
22. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X8, X18, X16, X22 və X17 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuşlar.
23. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçını rayon sakini kimi tanıyır. O, iddiaçının əmisi oğlundan torpaq s ahəsi almış, bundan sonra sonuncudan iddiaçının torpaq satması barədə xəbər tutmuşdur. İddiaçının evinə gedərək razılığa gəlmişlər. Həmin vaxt iddiaçı həbsdə olduğu üçün torpaq sahəsinin alğı-satqısı barədə onun həyat yoldaşı Zərifə Bayramova ilə razılığa gəlmişdir. 27 sentyabr 2007-ci il tarixdə iddiaçının ailə üzvləri notariat kontoruna gələ bilmədikləri üçün notarius ilə birlikdə iddiaçının evində olmuşlar, iddiaçının ailəsinin, qardaşlarının, anasının və bütün ailə üzvlərinin razılığı ilə alğı-satqı müqaviləsi əsasında 3200 manat iddiaçının həyat yoldaşı Z.Bayramovaya ödəməklə torpaq sahəsini cavabdehin adına almışlar. İddiaçı həbsdə olduğu üçün onun razılıq ərizəsi cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilərək göndərilmişdir. Hər bir halda iddiaçının razılığı o lmuşdur. Daha sonra o, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Aldığı vaxtdan da torpaq sahəsindən istifadə etmişdir, sonra isə 2021-ci ildə həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Hazırda həmin ərazilərdə torpaq sahəsinin qiyməti baha olduğu üçün iddiaçı başqa bir şəxslə razılaşıb torpaq sahəsini satmaq məqsədilə qərəzli olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı iddia edir ki, torpaq sahəsini icarəyə vermişdir. Lakin 2007-ci ildən hazırkı vaxtadək nə səbəbdən ondan icarə haqqını tələb etməməsini izah edə bilmir. İddiaçının 14 ildən sonra ona qarşı hazırki tələblə məhkəməyə müraciət etməsi özü də onun haqsız olduğu qənaətinə gəlmək üçün əsasdır və iddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Qeyd edilənl ərə əsasən, iddia müddəti tətbiq edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
24. Cəlilabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(073)-1663/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Əmirəliyev) iddia rədd olunmuşdur.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddia müddətinin ötməsi barədə ərizəsi əsaslı hesab olunmalıdır. Belə ki, iddiaçı 6 (altı) illik iddia müddətini ötürmüşdür.
26. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150, 373.2, 375.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəllə sinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013- cü il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.1, 80, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
27. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
28. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişd ir. Belə ki, alğı-satqı müqaviləsini o, imzalamamışdır. Onun imzası saxtalaşdırılmışdır. Bu barədə birinci instansiya məhkəməsində bildirsə də, bununla bağlı müvafiq ekspertiza təyin edilməmişdir.
29. İddiaçının vəsatəti ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1056 saylı rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, Cəlilabad rayonu 1 saylı dövlət notariat ofisində 27 sentyabr 2007-ci il tarixli 4Ə-111 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin 14cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X27 Müəssisəsinin 17/50-298, 20 avqust 2007-ci il tarixli məktubundakı razılıq verilməsi barədə ərizədə “İmza” qrafasındakı imza - İddiaçı SADİQ oğlu tərəf indən icra olunmuşdur.
30. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1031/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və N.Mirzəyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuşdur.
31. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İşin hallarından görünür ki, alğı-satqı predmeti olan torpaq sahəsi birgə mülkiyyətdə olmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsi cavabdehə satılmamış, ümumiyyətlə onun və onun ailə üzvlərinin razılığı olmamışdır. Mübahisələndirilən müqavilə təsdiq edilərkən m üqavilədə sözügedən torpaq sahəsinin mülkiyyətçilərindən Bayramova Zərifədən başqa digər mülkiyyətçilərin imzaları olmamışdır. Digər mülkiyyətçilər öz payları barədə sərəncam verməyi satıcıya həvalə etməmişlər. Həmçinin, torpağın satılmasına digər mülkiyyətçilərin adından notariat gaydasında təsdiqlənən etibarnamə verilməmişdir. İş materiallarından görünür ki, sözügedən alğı-satqı müqaviləsi təsdiq edilərkən digər mülkiyyətçilərdən X18 və X9 razılıq ərizələri Cəlilabad rayonu, Uzuntəpə kənd İnzibati ərazi nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Bu razılıq ərizəsi etibarnamə kimi qəbul edilə bilməz. Çünki Qanunun tələbinə görə müvafiq icra hakimiyyəti orqanı daşınmaz əmlaka dair sərəncam verilməsi üçün etibarnamələri təsdiq etmir
32. Kollegiya belə nəticəyə gəlmişdir ki, alğı-satqı mü qaviləsi tərtib və təsdiq edilərkən mülkiyyətçilərin imzası olmamış, bununla da qanunla müəyyən edilmiş forma tələblərinə əməl edilməmişdir. Alğı-satqı müqaviləsini mülkiyyətçilərdən (səlahiyyətli şəxslərdən) İddiaçı və X18 imzalamamışlar. Müqavilənin etibarlılığı üçün lazımi şərtlər ödənilməmişdir - yəni onun bağlanmasında lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etməmiş, onların iradə ifadəsi bildirilməmiş, əqdin formasına əməl edilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, Cəlilabad Rayon 1 saylı Notariat Ofisində təsdiq edilmiş 27 sentyabr 2007-ci il tarixli, 4Ə-111 reyestr nömrəli alğı-satqı müqaviləsi özlüyündə etibarsız müqavilə olmuşdur.
33. Kollegiya iddia müddətinin ötürülməsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan altı illik müddət müqavilə tələbləri üzrə yaranan mübahisələrə tətbiq edilir. İddiaçı isə hazırda müqavilənin etibarsızlığının (əhəmiyyətsizliyinin) tanınmasını xahiş etmişdir.
34. Kollegiya öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 373.2-ci maddəsinə istinad etmişdir. Kassasiya inastansiyası məhkəməsində birinci icraat
35. Cavabdeh (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı ilə cavabdeh MMC arasında bağlanmış və Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş27 sentyabr 2007-ci il tarixli alqı-satqı müqavil əsi tərəflərin iradə ifadəsi daxilində hər iki tərəfin qarşılıqlı razılaşması əsasında bağlanmış və hər iki tərəf müqavilədə ifadə edilmiş şərtlə, yəni “satıcı, 3,11 ha torpağı alıcıya satdım, alıcı isə həmin torpağı aldım" şərti ilə razılaşmışlar. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair sərbəst sərəncam verərəkonu satmaq qərarına gəlmiş və müqavilə azadlığı prinsipinə əsaslanaraq həmin torpağa dair cavabdehlə alqı-satqı müqaviləsi bağlanmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericilikdə qeyd olunan hüququn ümumi prinsiplərinə əməl edilməmiş, məhkəmə tərəfindən mübahisəyə dair qərar qəbul edilərkən iş materialları düzgün araşdırılmamış və faktlar və sübutlar işə dair qərar qəbul etmək üçün yetərli olmamışdır. Belə ki, həm birinci instansiya məhkəm əsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən də bir daha təsdiq edilmişdir ki, iddiaçı JN-590 nömrəli. Kod 80600048 nömrəli Dövlət aktına əsasən ümumi mülkiyyətlərində olan 3,11 ha torpaq sahəsini həyat yoldaşı X8 tərəfindən satılmasına razılıq vermişdir və ərizə cəzaçəkmə müəssisənin rəisi tərəfindən təsdiq edilmişdir. İkinci hal isə ondan ibarətdir ki, X4 ailədə maddi çətinliklərə görə satmaq istədiyi 3.11 ha pay torpaq sahəsindən, ailədə azyaşlı uşaqları 03 avqust 1990-cı il təvəllüdlü X16, 26 oktyabr 1991-ci il təvəllüdlü X22 və 18 avqust 1995-ci il təvəllüdlü X10 payına düşən hissəsinin, uşaqların mənafeyinə uyğun olmaqla anaları X2 hüququ verilmişdir.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(102)1092/2023 nömrəli qərarı ilə kassasiya şikay əti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1031/2022 nömrəli, 18oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
38. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 329.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı alğı-satqı müqaviləsində özü imza etməmiş, digər mülkiyyətçilər öz payına sərəncam verməsini satıcıya həvalə etməmişlər, bu barədə notarial etibarnamə verməmişlər, bununla da qanunla müəyyən olunmuş forma tələblərinə əməl olunmamışdır. Ona görə də xx.xx.2007ci il tarixli alğı-satqı müqaviləsi özlüyündə etibarsız olmuşdur. Kassasiya kollegiyası bu mövqeyi əsaslı saym ır ona görə ki, əvvəla, əqdin forma şərtinə əməl olunması dedikdə, Mülki Məcəllənin 405.1 və 406.1-ci və digər aidiyyəti maddələrində nəzərdə tutulan tələblərə əməl olunması başa düşülür. Belə ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, qanunverici forma şərtinin gerçəkləşməsi üçün tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində qanunun tələb etdiyi forma da razılığa gəlmələrini tələb edir. Həmin şərtlərin pozulması halında isə əqd forma tələblərinə əməl olunmamasına görə etibarsız sayılır. Bu səbəbdən Mülki Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Baxılan işdə mübahisəli torpaq sahəsinin alğı-satqısına dair 27 sentyabr 2007-ci il tarixli müqavilənin tərəfləri – satıcı, daşınmaz əşyanın ümumi birgə mülkiyyətçisi Zərifə Bayramova, alıcı isə "Rauf Sabiroğlu” MMC olmuşlar. Müqavilə tərəfləri torpaq sahəsinin alıcıya satılmasını, alıcı tərəfindən isə əşyanın dəyərinin satıcıya ödənilməsi barədə razılığa gəlmişlər. Həmin müqaviləni notarius təsdiqləmişdir. B elə olan halda, apellyasiya məhkəməsinin müqavilənin forma tələblərinə əməl olunmaması və iddiaya Mülki Məcəllənin 329.1-ci maddəsinin tətbiqi barədə mövqeyi qanuni və əsaslı sayıla bilməz. Kollegiya onu da nəzərə alır ki, müqavilənin etibarsız sayılmasına dair iddianı qaldıran və apellyasiya şikayəti verən torpaq sahəsinin bütün ümumi mülkiyyətçiləri deyil, satışa yazılı şəkildə razılıq vermiş İddiaçı özü olmuşdur. Bununla belə, öz mövqeyini (razılıqları müvafiq qaydada rəsmiləşdirilmiş) digər ümumi mülkiyyətçilərə münasibətdə də əsaslandıran apellyasiya kollegiyası, onların kənd təsərrüfatı təyinatlı (özü də 3.11 ha həcmində) torpaq sahəsinin başqasına satılmasına iradələrinin olmamasının inandırıcılığını və işin hallarına uyğunluğunu qiymətləndirilməmiş, hətta sənədləşmədə hansısa qüsur olsa belə, ümumi mülkiyyətçilərin razılaşma öncəsi və sonrakı hərəkətlərini əqdi bəyənib-bəyənməmələri, irəli sürülmüş iddianın mülki hüquqlardan sui-istifadə təşkil edib-etməməsi baxımından müzakirə etməmişdir.
39. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 144.1, 222.2, 329.1, 337.1, 358.1, 358.2, 394.1, 405.1, 406.1, 560.1, 560.2, 560.3.4, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
40. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək Cəlilabad Rayon Məhkəməsinin21 sentyabr 2021-ci il tarixli, 2(073)-1663/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
41. Məhkəmə kollegiyasının iclasında cava bdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X29 apellyasiya şikayətini qəbul etməyərək Cəlilabad Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(073)-1663/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X23 izahatında bildirmişdir ki, torpaq sahəsinə dair müqavilə rəsmiləşdirilən vaxt o, hərbi xidmətdən təzə gəlmişdir. Torpaq sahəsinin satılmasından xəbəri olmayıb. Torpaq sahəsi ilə bağlı səlahiyyətlərini atası İddiaçı vermişdir. Lakin atasının torpağı icarəyə verməsi və yaxud satması barədə məlumatı olmamışdır. Həmin vaxt onların həyətinə iki nəfər gəlmiş, ona sonradan məlum olmuşdur ki, həmin şəxslərdən biri notarius olmuş, digəri isə hazırkı cavabdeh Rauf olmuşdur. Odur ki, Cəlilab ad Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(073)-1663/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X8 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair müqavilə rəsmiləşdirilən vaxt o, körpə uşaqları ilə qayınanasından ayrı yaşayırdı. Qaynanası onu çağıraraq torpağı onsuz da əkmədiklərini bildirərək, onu əkmək üçün kiməsə vermələrini məsləhət görmüşdür. Qayınanasının tapşırığı ilə torpaq sahəsini əkməyə verməli olmuşlar. Alqı-satqı olmayıb. Torpağa görə nə qədər pul verildiyindən məlumatı olmayıb, bu işlərlə qaynanası məşğul olmuşdur, halhazırda da o vəfat edib. Özünün torpaq sahəsi ilə bağlı harasa imza edibetmədiyi dəqiq yadında deyil. E və kimin gəldiyi də yadında deyil. Uşaqları balaca olduğundan, yoldaşı da həbsxanada olduğundan bu işlərlə qaynanası məşğul olmuşdur. Qaynanası 6 ildir ki, vəfat edib. Cavabdehin 2007-ci ildən sonra qayınanasına hər ay pul verib-vermədiyini deyə bilmir, çünki qaynanası onlarla birlikdə yaşamamışdır. Qaynanası vəfat edəndən sonra da cavabdeh onlara pul ödəməyib. Uşaqların mənafeyi nəzərə alınmaqla ona torpaq sahəsini satmaq hüququ verilməsi barədə Cəlilabad RİH-nin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyasının rəyindən məlumatı yoxdur. Onlar torpağı bir müddət əkmişlər, sonra onlara demişlər ki, həmin yer başqa adama satılıb. Ona görə daha əkməmişlər.
44. Məhkəmə kollegiyasının 08 avqust 2023-cü il tarixli iclasında izahat vermiş üçüncü şəxs X22 izahatında bildirmişdir ki, sözüg edən torpaq sahəsi cavabdehə verilərkən onun 13 yaşı olmuşdur. O, heç nəyə qarışmamışdır. 2017-ci ildən sonra həmin torpaq sahəsini kimin əkməsi barədə məlumatı yoxdur.
45. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X7 nümayəndəsi X24 izahatında bildirmişdir ki, torpaq sahəsini 2011-ci ildə anası X15 "xxxx" MMC-dən almışdır. Halhazıradək həmin torpaq sahəsindən istifadə edirlər.
46. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X25 və X20) 2(106)-1060/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
47. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmiş dir. Apellyasiya şikayətinin dəlilləri yalnız formal mülahizələrdən ibarətdir. Belə ki, apellyasiya şikayətinin iddiaçının alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə ərizə verməməsi, imzasının saxtalaşdırılması və bu barədə birinci instansiya məhkəməsinə bildirsə də müvafiq ekspertizanın təyin edilməməsi barədə dəlili ilə bağlı Kollegiya bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 4/1056 saylı rəyinə əsasən, Cəlilabad rayonu 1 saylı dövlət notariat ofisində 27 sentyabr 2007-ci il tarixli 4Ə-111 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin 14-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X27 Müəssisəsinin 17/50-298, 20 avqust 2007-ci il tarixli məktub undakı razılıq verilməsi barədə ərizədə “İmza” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunması təsdiqini tapmışdır. Bu hal ümumi mülkiyyətdə olan əşyaya sərəncam verilməsi ilə bağlı qanunun dispozisiya şərtlərinin gerçəkləşməsinə - iddiaçının satışa dair razılığını bəyan etməsinə dəlalət edir.
48. Daha sonra kollegiya bildirmişdir ki, üçüncü şəxs X23 apellyasiya məhkəməsindəki izahatında bildirmişdir ki, torpaqla bağlı səlahiyyətlərini atasına vermiş,torpağın atası tərəfindən satılıb-satılmamasından məlumatı olmamışdır. Üçüncü şəxs X8 isə izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair alqı-satqı olmayıb, özünün torpaq sahəsi ilə bağlı harasa imza edib-etmədiyi, evə kimin gəldiyi yadında deyil, uşaqların mənafeyi nəzərə alınmaqla ona torpaq sahəsini satmaq hüququ verilməsi barədə Cəlilabad RİH-nin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyasının rəyindən məlumatı yoxdur. Məhkəmə kollegiyası, sadalananları həqiqətəuyğun hesab etməmişdir.
49. Kollegiya, iddiaçının əqdin etibarsız sayılması tələbinin əsası kimi əşyanın satılmasına razılıq verməməsi barədə dəlili barədə onu da bildirmişdir ki, iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 222.2-ci və ya 358.1-ci maddələrinin tələbləri baxımından birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Göründüyü kimi, qanunvericilikdə birgə mülkiyyətdə olan əşyaya sərəncam verilməsinə da ir müqavilənin bilavasitə bütün mülkiyyətçilər tərəfindən imzalanmasına dair məcburi bir qayda nəzərdə tutulmamışdır. Qanunda birgə mülkiyyətdə olan əşyaya sərəncamın (bir qayda olaraq) bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməli olduğu göstərilir. Hətta səlahiyyətli şəxsin qabaqcadan razılığı olduqda onun əşyasına (hüququna) səlahiyyətsiz şəxs tərəfindən verilən sərəncam etibarlı sayılır. Razılıq bəyan edildiyi təqdirdə ümumi mülkiyyətçilərin müqaviləni şəxsən imzalamalarına, yaxud əşyaya sərəncam verilməsini etibarnamə ilə satıcıya həvalə etmələrinə gərək yoxdur.
50. Kollegiya daha sonra qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayətinin xx.xx.2007ci il tarixli müqavilənin mövcudluğundan 2020-ci ilin iyul ayında məlumatı olması barədə dəlili ilə bağlı məhkəməyə hər hansı bir sü but təqdim etməmişdir.
51. Kollegiya, hesab etmişdir ki, iş üzrə iddiaçı və üçüncü şəxs qismində cəlb olunmuş digər mülkiyyətçilər 14 il ərzində sözügedən alqı-satqı müqaviləsini mübahisələndirməməklə əqdi bəyənmələrini nümayiş etdirmişlər. Birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəyə iddia müddətini tətbiq etmişdir.
52. Kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
53. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52, Mülki Məcəllənin 222, 560.1, 560.3-cü maddələrinə, “Məhk əmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
54. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1060/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
55. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, mülkiyyətində olan torpaq sahəsinin satılması üçün heç kimə, eləcə də həyat yoldaşına etibarnamə verməmişdir. Bundan əlavə oğlu X23 alqı-satqı müqaviləsi bağlanan zaman yetkinlik yaşına çatsa da, o da torpaq sahəsinin satılması üç ün heç kimə etibarnamə verməmiş, yalnız torpaq sahəsinin satılması üçün Zərifə Bayramovanın deyil, onun yəni İddiaçı adına ərizə verilmişdir. Lakin iş materiallarından göründüyü kimi, alqı-satqı müqaviləsi Zərifə Bayramovanın adından bağlanmışdır. Alqı-satqı müqaviləsi təsdiq edilərkən mülkiyyətçilərdən X23 və X9 razılıq ərizələri Cəlilabad rayonu, Uzuntəpə kənd inzibati ərazi nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Bu razılıq ərizəsi etibarnamə kimi qəbul edilə bilməz. Qanunun tələbinə görə müvafiq icra hakimiyyəti orqanı daşınmaz əmlaka dair sərəncam verilməsi üçün etibarnamələri təsdiq etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
56. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
57. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
58. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
59. Maddə 337.2. Əqd barəsində mübahisə edild ikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
60. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
61. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
62. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
63. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
64. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir.
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində cavabdeh qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 74. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
75. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
77. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1060/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.