Məhkəmə qərarları › İş №2(102)-2045/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2045/2020

14.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2045/2020 14.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızının sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı Nurvəli qızının və vəkili X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh “xxxx” MMC-nə qarşı öhdəliyin icra edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli, X5 nömrəli q ətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli 11.02.2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Məmməd Məmmədov X5 nömrəli 11.09.2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edib iddiaçı X1 cavabdeh “xxxx” MMC-nə qarşı öhdəliyin icra edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən 3-cü şəxs X7 tərəfindən kassasiya şikayətinin verildiyini qeyd edərək həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Nurvəli qızı və vəkili X4mülki işin baxışdan çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına etiraz etmədilər. Digər tərəflər məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabax mayaraq,məhkəməkollegiyasınıniclasınagəlməmişlər. Məhkəməkollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Məhkəmə kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Məmməd Məmmədov məktubunu nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 və vəkili Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə u yğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli 11.02.2020-ci il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Müstəqil tələb irəli sür ən üçüncü şəxs X7 və vəkili Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar