Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2045/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2(103)-477/2024 nömrəli qətnaməsindən Cavabdeh kassasiya ş ikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) və Cavabdeh (bundan sonra “cavabdeh”) ögey bacı-qardaşdırlar. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tərəflərin anası X3 məxsus olmuşdur. X5 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və qeyd edilən ev miras qalmışdır.
2. Notariat işində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən 5A nömrəli fərdi yaşayış evi və 0.0944 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X2 adına qeydiyyata alınmışdır.
3. Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisində açılmış 2V-254 nömrəli vərəsəlik işi materiallarına əsasən həmin vərəsəlik işi xx.xx.2019-cu il tarixdə başlanmış və xx.xx.2019cu il tarixdə qurtarmışdır.
4. İddiaçı ailə qurduqdan sonra ünvan 2 ünvanında yaşamış, miras qalmış əmlakda isə iş üzrə cavabdeh ailəsi ilə birgə yaşayırmış.
5. Cavabdehin verdiyi xx.xx.2019-cu il tarixli etibarnaməyə əsasən, X6 cavabdehin adından sənədləşdirmə işlərini aparmaq, torpaq sahəsinin, tikilinin özgəninkiləşdirilməsi ilə bağlı bütün hüquqi hərəkətləri və sairə hərəkətləri etmək üçün səlahiyyətli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri 7 saylı Notariat ofisində Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi, ev 5A-ya Cavabdeh adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri 7 saylı Notariat ofisi iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1268-ci maddəsinə əsasən mirasdan imtina hüququ və ərizənin geri götürülməsi məhkəmənin səlahiyyətində olduğuna görə iddiaçı xx.xx.1999-cu ildə vəfat etmiş məhrum anası X1 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mirasdan imtina hüququ və həmin ərizənin geri götürülməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, 7 saylı Xüsusi Notariusda vərəsəlik işi aparılan zaman iddiaçının gözləri zəif olduğundan, qulağı ağır eşitdiyindən cavabdeh onun eti barından suiistifadə edərək, cavabdehi aldadıb ona düşən payı özününküləşdirmişdir. İddiaçı 10 ildir ki, şəkər xəstəsi olduğuna görə gözündə problemlər var və notariat ofisində sənəd qəbulu pəncərəsindən ona sənədlər verilmiş, daha sonra isə əlindən tutularaq sənədləri imzalamışdır.
9. İddiaçı ailə qurduqdan sonra Mərdəkan qəsəbəsi, Ş.İskəndərov küçəsi, ev 48 ünvanında yaşamış, miras qalmış əmlakda isə iş üzrə cavabdeh yaşamış, hazırda da ailəsi ilə birlikdə cavabdeh yaşayır. 2019-cu ilin sentyabr ayında iddiaçının oğlu ölmüş, 2020-ci ilin sentyabr ayında oğlunun “il” yas mərasimində iddiaçı cavabdehdən analarından qalmış miras əmlakla bağlı soruşanda, cavabdeh bildirmişdir ki, ona pay düşmür. İddiaçı notariusda imzaladığı sənədlə bağlı soruşanda isə cavabdeh ona onun öz payından imtina et məsini və evi yalnız öz adına rəsmiləşdirdiyini bildirmişdir. Daha sonra isə cavabdeh ona evi satdıqdan sonra ona çatası paya uyğun pul verəcəyinə söz versə də, hal-hazıradək vədinə əməl etməmişdir.
10. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, miras əmlakın vərəsəlik qaydasında sənədləşdirilməsi zamanı iş üzrə cavabdeh iddiaçını aldatmış, həmin torpaq sahəsinin satılması ilə əlaqədar sənədləşdirilməsi adı ilə Bakı şəhəri 7 saylı Notariat ofisinə aparmış, notariat orqanında mirasdan imtina etməsi barədə ərizəni imzalatdırmışdır. Həmin zaman iddiaçıya hansı sənədinin imza etməsi barədə ona hər hansı izah verilməmişdir. İddiaçının isə gözü pis gördüyündən imzaladığı sənədi oxumamışdır. Bundan başqa notariat orqanı tərəfindən vərəsələrin dairəsi tam müəyyən edilməmiş və yalnız cavabdehin adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir.
11. İddiaçının nümayəndəsi (qızı) X8 iddia tələbini müdafiə edərək bildirmişdir ki, dayısı Nazim onun anasını aldadaraq nənəsi Sayaddan qalmış evi yalnız öz adına rəsmiləşdirmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, evə müştəri var və almaq istəyir. Ona görə evin satılması üçün evi sənədləşdirmək lazımdır. Ev satıldıqdan sonra isə anasına çatası paya görə pul verəcəkdir. Lakin cavabdeh nənəsindən qalmış evi öz adına rəsmiləşdirmişdir. Məhkəməyə müraciət etməzdən 1 ay 15 gün əvvəl nənəsindən qalmış evin hasarının üzərində “satılır” sözlərinin yazıldığını görmüş və bundan sonra cavabdehə evə dair onlarının paylarının olduğunu bildirmişlər. Cavabdeh isə onlara həmin evdən heç bir payların ın olmadığını bildirmişdir. Bundan sonra notariusa müraciət etmişlər, notarius isə anasına vərəsəliyə dair şəhadətnamə verməkdən imtina etmişdir. Həmçinin nənəsinin bir uşağı da – Dadaşov Əliyoldaş – olmuş, cavabdehin adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verildiyi vaxt notarius bunu bilmiş, lakin bu məsələyə diqqət yetirməmiş və yalnız cavabdehin adına vərəsəlik şəhadətnaməsi vermişdir.
12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz edərək göstərmişdir ki, iddia ərizəsində göstərilən hallar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı könüllü olaraq özünün yaşamadığı, cavabdehin faktiki qəbul etdiyi miras əmlakdan cavabdehin xeyrinə imtina etmiş, xx.xx.2019-cu il tarixdən hazırkı dövrə qədər bu halı mübahisələndirməmişdir. İddiaçının iddia tələbində qeyd etdiyi hallar süb ut edilmədiyindən mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən uzun müddət ərzində (4 ilə yaxın) bununla bağlı mübahisə açmayaraq bu hüququ itirdiyindən, hərəkətsizliyi ilə bu hüququn vaxtından əvvəl xitamına səbəb olduğundan, həmçinin əmlaka sahiblik etmə və ya əmlakı idarə etməyə faktiki başlama iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən olduğundan iddia tələbi təmin olunmamalıdır. İddiaçı öz payından cavabdehin xeyrinə imtina etmiş və onlar arasında hər hansı bir razılaşma olmamışdır. Vərəsəliklə bağlı sənədləşmə işlərinin aparılması ilə bağlı iş üzrə dindirilmiş şahid Ədalət Məmmədov cavabdehə köməklik etmiş və cavabdeh bu gördüyü bu işlərə görə Ədalət Məmmədova borclu qalmışdır. Həmin borcu verə bilmədiyinə görə Ədalət Məmmədovun tə kidi ilə iddiaçı tərəfindən hazırkı iddia qaldırılmışdır. Hətta miras qalmış əmlaka dair cavabdehin adına verilmiş çıxarışı Ədalət Məmmədov özündə saxlamaqla cavabdehə verməmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçı özü 2020-ci ilin sentyabr ayında oğlunun yas mərasimində demişdir ki, o, notariusda öz payından imtina etmişdir.
13. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.
14. Birinci instansiya məhkəməsində şahid X6 bildirmişdir ki, o, iş üzrə tərəfləri tanıyır. İddiaçı ilə cavabdehin Nazimin ataları ayrıdır, onlar ögey bacı-qardaşdırlar və onlarla qonşu olmuşdur. O, tərəflərin anası Sayaddan qalmış əmlakın cavabdehin adına rəsmiləşdirilməsinə kömək etmişdir. Belə ki cavabdeh ona anasından qalmış əmlaka müştəri olduğunu demiş və əmlakın sənədləşdirilməs ində kömək etməsini xahiş etmişdir. Cavabdeh ona bildirmişdir ki, əmlakı sənədləşdirməyə pulu yoxdur, buna görə də sonda “hallalıq” verəcək. Onun miras qalmış əmlakın sənədləşdirmə işləri ilə bağlı rüsumların ödənilməsi üçün 1000 manat xərci çıxmış, cavabdeh isə ona 3000 manat pul verəcəyinə söz vermişdir. O, miras qalmış əmlakın Nazimin adına sənədləşdirilməsi işlərini görmüş, çıxarış və texniki pasport almışdır. Hazırda da həmin sənədlər ondadır. Bir müddət əvvəl isə iddiaçı ona yaxınlaşaraq bildirmişdir ki, cavabdeh ona pul vermir. Bundan sonra bilmişdir ki, cavabdeh iddiaçını aldatmışdır. Cavabdeh ondan köməklik istəyəndə o, cavabdehə izah etmişdir ki, miras əmlak bütün vərəsələrin adına rəsmiləşdirilməlidir, lakin miras əmlak bir şəxsin adına rəsmiləşdirildiyi halda həmin əmlakın satı lması daha asan olacaqdır. Bir müddətdən sonra cavabdeh ona evdə iddiaçı ilə danışaraq məsələni həll etdiyini və iddiaçının miras qalmış əmlakın onun adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh ona miras qalmış əmlakı satdıqdan sonra iddiaçıya çatası paya görə pul verəcəyini demişdir. Daha sonra notariusda olan zaman miras qoyan Sayadın ailə tərkibi ilə bağlı arayış əldə edildikdə müəyyən olunmuşdur ki, Sayadın Əliyoldaş adlı bir uşağı da var. Bundan sonra o, çöldə gözləmiş və notarius ilə cavabdeh təklikdə danışdıqdan sonra cavabdeh çölə çıxmış, bu məsələni də həll etdiyini bildirmiş və Əliyoldaş vərəsələr sırasından çıxarılmışdır. Cavabdeh ona bildirmişdir ki, Əliyoldaş adlı qardaşları olmuş, lakin ölmüşdür. Cavabdehin notariusla təklikdə nə haqqında danışmaları barədə məlumatı yoxdur. Daha sonra iddiaçı notarius orqanına gəlmişdir. İddiaçı gələndən sonra notariusun kabinetinə daxil olmazdan əvvəllər koridorda cavabdehlə söhbət etmişdir. İddiaçı onun yanında cavabdehdən onu aldatmayacağı, sənədləri imzalaması üçün cavabdehin ona pul verəcəyi barədə soruşmuş, cavabdeh də iddiaçıya narahat olmamasını və torpağı satdıqdan sonra ona pul verəcəyini bildirmişdir. Bundan sonra iddiaçı gedib sənədləri imzalamışdır. İddiaçı şəxsən notariusun yanında olmamış, notariat orqanının Səbinə adlı işçisinin yanında olmuş və həmin işçi tərəfindən təqdim olunmuş jurnalı və sənədləri imzalamışdır. İddiaçının gözləri pis gördüyündən notariat orqanın işçisi tərəfindən əlindən tutularaq sənədlərə imza atdırılmışdır. İddiaçı həmin zaman hansı sənədlərə imza atdığını bilmə mişdir. Notariat orqanının əməkdaşı iddiaçıya hüquq və vəzifələrini izah etməmişdir. İddiaçının sənədləri imzaladığı vaxtda koridorda gözləmiş, iddiaçının yanında olmamışdır. Daha sonra cavabdeh ona etibarnamə vermiş, o da miras əmlaka dair cavabdehin adına çıxarış və texniki pasport almışdır. Cavabdeh son vaxtlara kimi iddiaçıya pul verəcəyini bildirmiş, lakin verməmişdir.
15. Xəzər Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(003)-1227/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim İlham Cəfərzadə)
16. Birinci instansiya məhkəməsi sübutlara, notariat işindəki sənədlərə əsasən müəyyən etmişdir ki, miras qoyan X5 xx.xx.1999-cu il tarixdə ölmüş, vərəsəlik işi isə xx.xx.2019-cu il tarixdə başlanmışdır. Mərhumdan miras əmlak kimi Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən 5A nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0944 ha torpaq sahəsi qalmışdır. Mirasqoyanın ölümündən sonra miras qalmış həmin əmlakda cavabdeh, öz ailəsi ilə birlikdə yaşamış, iddiaçı isə ərinə məxsus Mərdəkan qəsəbəsində yerləşən evdə yaşamışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı anası Sayad Dadaşovdan miras qalmış bütün daşınar və daşınmaz əmlaklardan imtina etməsi barədə ərizə vermişdir. Miras əmlaka dair Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisi tərəfindən cavabdehə 1/1 hissədə payı müəyyən edilməklə müvafiq qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmçinin iddiaçı anası X2 ölümdən sonra, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməmiş, o yalnız mirasın açılmasından 23 il sonra, 2023-cü ilin yanvar ayında vərəsəliklə bağlı notariat orqanına müraciət etmişdir
17. Həmçinin miras qoyanın 3 uşağı olmuş, İddiaçı, X4 və Cavabdeh. Miras qoyanın ölümündən sonra iş üzrə cavabdeh miras əmlakı faktiki qəbul etmişdir. İddiaçı miras əmlakı açıldığı vaxtdan faktiki qəbul etməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Mirasın açıldığı yerin notariusu tərəfindən cavabdehin müraciəti əsasında vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik işinə əsasən iddiaçı anası X1 qalmış bütün daşınar və daşınmaz əmlakdan imtina etməsi barədə notariusa ərizə vermiş və həmin ərizə notarius tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən mirasın açıldığı yerin notariusuna mirasın qəbul edilməsi barədə müraciəti isə yalnız 23 il sonra olmuşdur. Bununl a da, iddiaçı tərəfindən vərəsəlik formal qaydada da qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul edilməmişdir. Qanunvericiliyə əsasən isə miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
18. Birinci instansiya məhkəməsi iddiaçının notariat orqanı tərəfindən təsdiq edilmiş miras əmlakdan imtina etməsi barədə ərizəni oxumadan imzalamasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən notariat ofisinə müraciət edilməzdən əvvəl iddiaçı ilə onun arasında miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı danışıqlar aparılmış və həmin danışıqlar əsasında iddiaçı notariat ofisinə getmiş və həmin ərizəni imzalamışdır. Həmin ərizənin iddiaçı tərəfindən imzalanması işin mübahisə edilməyən halıdır. İddiaçının özünün izahatından və iddiaçı tərəfindən məhkəm əyə təqdim edilmiş şahidin ifadəsindən müəyyən olunmuşdur ki, iddiaçının notariat ofisinə hansı məqsədlə getməsi ona qabaqcadan məlum olmuşdur. Belə ki, iddiaçı miras əmlakın gələcəkdə cavabdeh tərəfindən satıldıqdan sonra əldə edilən pul məbləğindən ona da veriləcəyi təqdirdə özgəninkiləşdirilməsinə razılıq verdiyini bildirməklə dolayısı ilə miras əmlakdan məhrum olacağını anladığını etiraf etmiş, eyni zamanda iş üzrə şahid qismində dindirilmiş və həmin ərizənin imzalandığı vaxtı iş üzrə tərəflərlə birlikdə notariat ofisində olmuş Ədalət Məmmədovun ifadəsindən də məlum olmuşdur ki, notariat ofisində iddiaçı cavabdehdən sənədləri imzalaması üçün onu aldatmadığına dair sualına cavab aldıqdan sonra ərizəni imzalamışdır.
19. Eyni zamanda birinci instansiya məhkəməsi iddiaçı tərəfindən miras dan imtina barədə ərizəsinin etibarsızlığına dair iddia irəli sürülməməsini də vurğulamışdır.
20. Bundan əlavə, birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən cavabdehə verilmiş vərəsəlik şəhadətnaməsinin mübahisələndirmək hüququnu da itirmişdir. Belə ki, cavabdehə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə xx.xx.2019-cu il tarixdə verilmiş, iddiaçı isə bu barədə məhkəmə iclasında verdiyi izahatına əsasən 2020-ci ilin sentyabr ayında oğlunun yas mərasimində bilmiş, lakin bundan sonra qanunvericiliklə müyyən olunmuş müddətdə müvafiq hərəkətlər etməmiş, yalnız 2023-cü ildə ona vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə, ordan imtina aldıqdan sonra isə məhkəməyə müraciət etmişdir. Bununla da mirasın qəbul edilməsi və ya qəbu lundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddiaçı tərəfindən ötürülmüşdür.
21. Birinci instansiya məhkəməsi həmçinin iddiaçının cavabdehə vərəsəlik haqqında şəhadətnamə verildiyi zaman miras qoyanın onlardan başqa da vərəsəsi olması və həmin vərəsənin nəzərə alınmamasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, yalnız həmin vərəsənin və ya həmin vərəsənin vərəsələri tərəfindən (irsi transmissiya qaydasında) bu halın mübahisələndirilməsi hüquqları vardır ki, iddiaçının başqa vərəsə əvəzinə çıxış etməklə bu halı mübahisələndirməsi istisna edilir.
22. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1151.2, 1252, 1159.1, 1243, 1246, 1256, 1257, 1262, 1268, 1272, 1321.1, 1322-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220-ci, “Notariat haqqında” Qanununun 57-59-cu maddələri və “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iş ə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-477/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 31 may 2023-cü il tarixli qətnamə ləğv edilmiş, iddia təmin olunaraq Bakı Şəhəri 7 saylı xüsusi Notariat Ofisi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsində yerləşən 5 “A” saylı evdən ibarət miras əmlaka dair Cavabdeh adına 18 iyun 2019-cu il tarixdə verilmiş və reyestrdə 2V-254 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” e tibarsız hesab edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Azad İmanov)
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mirasın yeni Mülki Məcəllə qüvvəyə minməzdən əvvəl açılması, iddiaçı tərəfindən mirasın qəbulundan imtina müddətinin buraxılmasını nəzərə alınmamış, işə baxarkən maddi və prossesual hüquq normalarının tələblərini pozmuş, bu da düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur.
27. İşin hallarını nəzərə alan apellyasiya məhkəməsi bildirmişdir ki, hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibəti, 1999-cu ildə, yəni iş üzrə tərəflərin anası Sayad Dadaşovanın xx.xx.1999-cu il tarixdə ölməsindən sonra yaranm ışdır. MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün Azərbaycan Respublikasında qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
28. Hazırkı işdə miras qoyan xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İddiaçı miras qoyanın vəfatından xəbərdar olmuşdur. Lakin iddiaçı 20 il sonra, yəni xx.xx.2019-cu il tarixdə ərizə ilə 7 saylı Notariat Ofisinə müraciət edərək mirasın qəbulundan imtina etmişdir
29. Apellyasiya instansiyası məhkəməsi 1964-cü il Mülki Məcəlləsinin vərəsəliklə bağlı müvafiq normaları na istinadən qeyd etmişdir ki, həmin Məcəllənin 556-cı maddəsinə görə, vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina edə bilərdi.
30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Mirasdan imtina etmək vərəsənin hüququdur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini müəyyən edilmiş xüsusi müddət ərzində ifadə etməlidir. Həmin müddətin bitimi isə hüququn itirilməsinə səbəb olur. Çünki mirasdan imtina anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməs ini ifadə edir. Mövcud olmayan hüququn həyata keçirilməsi isə əhəmiyyətsizdir. Hazırkı halda iddiaçının mirasdan imtina etmək hüququ vərəsəliyin açılması, yəni miras qoyanın öldüyü tarixdən yaranmış və altı ay sonra müddətin axımının bitməsi hüququn itirilməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən mirasdan imtina üçün müəyyən edilmiş müddətin bitməsi məsələsinə hüquqi qiymət verməmişdir
31. Apellyasiya instansiyası məhkəməsi nəzərə çatdırmışdır ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyan Sayad Dadaşovanın miras qalmış əmlak hüququnun əmələ gəlməsinin xx.xx.2019-cu il tarixdə dövlət tərəfindən tanınması və təsdiq edilməsi, ölümündən sonra o nun adına “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilməsi bir daha göstərir ki, miras qoyanın öldüyü məqamda əmlak üzərində tanınması və təsdiq edilməsi gözlənilən mülkiyyət hüququ olmuş və həmin hüquq ondan miras qalmışdır. Hazırkı iş üzrə tərəflər miras qoyanın ölümündən və mübahisəli əmlak üzərində hüququn ondan miras qalmasından xəbərdar olmuş, ona analarından qalan irs kimi yanaşmışdır. Vərəsəlik işi ilə bağlı notariat ofisinə müraciət etmələrinin özü də bu halı bir daha təsdiq edir. İddiaçı da bir vərəsə kimi ona miras qalmış bu əmlak hüququna yiyələnmək üçün gözləntidə olmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mirasdan imtina müddəti şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tuta n xüsusi müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Artıq xitam verilmiş hüququn sonradan həyata keçirilməsi isə əhəmiyyətsiz olmaqla etibarsız sayılır. Belə olan halda iddiaçının mirasın qəbulundan imtina edilməsi müddətin bitməsindən təxminən 20 il sonra – xx.xx.2019-cu il tarixdə ərizə ilə 7 saylı Notariat Ofisinə müraciət edərək mirasın qəbulundan imtina etməsi əhəmiyyətsiz hesab edilməlidir.
33. Bu baxımdan, iddiaçı tərəfindən mirasın qəbul edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə də düzgün deyil. Belə ki xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin tələbinə görə vərəsə miras əmlakını faktiki surə tdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya baxışında iddiaçının 1972-ci ildə ailə quraraq ər evinə köçdüyünü bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 397 nömrəli arayışına əsasən onu da müəyyən etmişdir ki, miras qoyan Sayad Dadaşova ölən günədək, yəni xx.xx.1999-cu il tarixinədək onun ailə üzvü kimi iddiaçı miras qalmış və ünvan 4 ünvanında yerləşən e vdə yaşamışdır.
35. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin qənaəti belə olmuşdur ki, iddiaçı miras qoyanın öldüyü məqamda mübahisəli evdə faktiki yaşamaqla mirası qəbul etmişdir. Bu fakt vərəsəlik açılan gündən (yəni altı ay müddətin daxilində) baş vermiş olduğu üçün onun tərəfindən miras artıq faktiki qəbul edilmiş hesab edilməlidir. Necə ki, vərəsəlik açılan gündən altı ay müddət keçdikdən sonra mirasın faktiki qəbul edilməsi artıq öz əhəmiyyətini itirdiyi kimi, sonradan iddiaçının hansısa səbəbdən yaşayış yerini dəyişməsi, ərinin evinə köçməsi də artıq mirasın onun tərəfindən qəbul edilməsi faktını dəyişdirmir. İddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi cavabdeh tərəfindən də qəbul edilmiş və mirasa yeganə vərəsə kimi yiyələnə bilməsi üçün iddiaçının notaria t ofisinə mirasdan imtina ərizəsi verilməsinə istinad edərək notariat ofisi tərəfindən mirasdan yeganə irs alan vərəsə kimi tanınması barədə vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Notariat ofisi də öz növbəsində iddiaçının mirası faktiki qəbul etmiş vərəsə kimi mirasdan imtina etməsi barədə ərizəsinə istinad etmişdir. Sadəcə olaraq həm cavabdeh, həm də notariat ofisi tərəfindən mirası faktiki qəbul etmiş vərəsə olan iddiaçının müddətin keçməsi ilə əlaqədar mirasdan imtina etmək hüququnu itirməsi nəzərə alınmamışdır. Həmin imtinanın əhəmiyyətsiz olması isə iddiaçının mirası faktiki qəbul etməsi faktını aradan qaldırmır.
36. Artıq iddiaçının mirası faktiki qəbul etmiş vərəsə olduğunu müəyyən etmiş apellyasiya instansiyası məhkəməsi həmçinin onu vurğulamışdır ki, iddiaçı vərəsə kimi mi rası faktiki qəbul etmiş olmasaydı belə, o, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyi üçün bu əsasla da mirası qəbul etmiş vərəsə hesab edilməli idi. Çünki vərəsəlik hüququ məhz mirasın açılması ilə yaranır və qəbulla şərtləndirilə bilməz. Vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Belə olan halda, vərəsənin qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və ya mirası faktiki qəbul edəcək hərəkətlər etməməsi onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilməz.
37. Qeyd edilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hər bir halda miras əmlak iddiaçı tərəfindən qəbul edilmişdir. Buna görə də iddiaçının əhəmiyyətsiz olan mirasdan imtinası notariat orqanı tərəfindən nəzərə alınmaqla miras əmlakda cavabdehin tam payı müəyyən edilərkən iddiaçının payı nəzərə alınmadığından iddia əsaslı hesab edilməlidir. İddiaçı mirası qəbul etmiş sayıldığından qeyd olunan halların mübahisələndirilməsinə onun subyektiv hüququ vardır.
38. İddiaçının tələbinə 2 aylıq xüsusi müddəti tətbiq etmiş birinci instansiya məhkəməsi mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddətin iddiaçı t ərəfindən ötürülməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin (xx.xx.2000-ci il tarixədək qüvvədə olan) 527, 528, 529, 532, 533, 552, 553 və 556-cı maddələri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianının rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsində iddiaçının özü şəxsən məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, o, ailə qurduqdan sonra ünvan 5 ünvanında yaşamış, miras qalmış əmlakda isə iş üzrə cavabdeh yaşamış, hazırda da ailəsi ilə birlikdə yaşayır. Lakin buna baxmayaraq apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya baxışında iddiaçının 1972-ci ildə ailə quraraq ər evinə köçdüyünü bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir” Halbuki cavabdehin nümayəndəsi və vəkili bunu özündən deyil, hər iki instansiya məhkəməsində iddiaçı tərəfin verdiyi izahatlara əsasən bildirmiş və bu 31 may 2023-cü il tarixli qətnamədə öz əksini tapdığından, həmçinin audio və video yazı və protokollarda öz əksini tapdığından sübut edilməyə ehtiyac da yoxdur. Bundan başqa iş üzrə iddiaçı tərəfindən şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, “Həqiqət onun yanında Nazimdən onu aldatmayacağı, sənədləri imzalaması üçün Nazimin ona pul verəcəyi barəd ə soruşmuş, Nazim də Həqiqətə narahat olmamasını və torpağı satdıqdan sonra ona pul verəcəyini bildirmişdir. Bundan sonra Həqiqət gedib sənədləri imzalamışdır”. Göründüyü kimi iddiçının nədən imtina etdiyi, nəyə imza etdiyi ona məlum olmuş, o isə 4 ildən sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, cavabdehin vəkili izahatında bildirmişdir ki, “İddiaçı könüllü olaraq ailə qurduqdan sonra 20 ildən çoxdur ki, özünün yaşamadığı, cavabdehin faktiki qəbul etdiyi miras əmlakdan onun xeyrinə imtina etmişdir”. Halbuki cavabdehin vəkili izahatını yazılı mülahizə formasında bildirmiş və oradan da göründüyü kimi 20 il deyil, 1974-cü ildən iddiaçının ər evinə köçərək evi tərk etməsini bildirmişdir. Bu hal göstərir ki, apellyasiya instansiya məhkəməsi qətnamənin “əsaslı” olmasında ötrü izahatlar uydurmuşdur. Bundan başqa, apellyasiya məhkəmə iddiaçının nə zaman nikaha daxil olub ər evinə getdiyini video qeydiyyatla həyata keçirilən iclasda soruşmuş, cavabında isə iddiaçının qızı anasının 1972-ci ildə ərə gedərək hazırkı evdə yaşadıqlarını bir daha qeyd etmişdir. Apellyasiya məhkəməsi öz təşəbbüsü ilə işin obyektiv aparılması üçün mübahisənin həlli üçün lazımı sorğuları da verməyərək işi hər tərəfli araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz ərizəsində Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Mə cəlləsi (2000-ci ilədək qüvvədə olmuş) Maddə
527. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə
529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə
532. Qanun üzrə v ərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə
533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ul u nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Maddə
556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə ed ilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadın ın ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir
44. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
45. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş hallarına görə mübahisəyə 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin vərəsəliklə bağlı normalarının tətbiq edilməli olması barədə dəlillərini əsaslı hesab etsə də, həmin normalar baxımından gəlinən nəticəni əsaslı hesab etmir.
47. İşin mübahisəsiz halı kimi müəyyən edilib ki, tərəflərin anası Sayad Dadaşova xx.xx.1999-cu il tarixdə ölmüşdür və bu vaxtdan da sonuncunun əmlakına miras açılmışdır.
48. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı miras qoyanın öldüyü məqamda mübahisəli evdə faktiki yaşamaqla mirası qəbul etmişdir və Mülki Məcəllənin 556-cı maddəsinə görə mirasdan imtinaya vərəsəlik açıldığı gündən altı ay müddətində yol verildiyi üçün, bu müddət keçdiyindən iddiaçının xx.xx.2019-cu il tarixdə mirasdan imtina barədə ərizəsi əhəməyyətsizdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına tətbiq edilən maddi hüquq normalarına əsasən, mirasdan imtina da, mirasın qəbulu da müəyyən müddət daxilində baş verməlidir. Mülki Məcəllənin 552 və 556-cı maddələrinə görə istər mirasın qəbulu, istərsə də ondan imtina vərəsəlik açılan gündən altı ay müddətində həyata keçirilməlidir.
50. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Mirasdan imtina isə yalnız vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə realizə edilir.
51. İşdən görünür ki, iddiaçının vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi müəyyən edilməyib. Belə olan halda, imtinanın əhəmiyyətsiz hesab edilməsi üçün qalır iddiaçının mirası faktik qəbul edib-etməməsi halını aydınlaşdırmaq.
52. Apellyasiya instansiyası məhkəməsi iddiaçının miras əmlakı faktiki qəbul etməsi qənaətinə gəlmiş və gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi apellyasiya baxışında iddiaçının 1972-ci ildə ailə quraraq ər evinə köçdüyünü bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 397 nömrəli arayışına əsasən miras qoyan Sayad Dadaşova ölən günədək, yəni xx.xx.1999-cu il tarixinədək onun ailə üzvü kimi iddiaçı miras qalmış və ünvan 4 ünvanında yerləşən evdə yaşamışdır.
53. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, mirası faktiki qəbul etməsi halını sübut etmək vəzifəsi bunu iddia edən tərəfin üzərinə düşür. İşdən iddiaçının buna dair hər hansı sübut təqdim etməsi görünmür, əksinə, iddiaçı birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin sualına cavab olaraq ərinə məxsus evdə yaşadığını bildirmişdir. Üstəlik, apellyasiya baxışında (i.v.171) iddiaçının nümayəndəsi (qızı) iddiaçının 1972-ci ildən – ailə qurduqdan sonra miras əmlak olan evdən çıxmasını bildirmişdir.
54. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
55. İddiaçının 1972-ci ildən miras əmlak olan evdən çıxaraq ər evində yaşamasını iddiaçının özü və nümayəndəsi bildirdiyi halda, həmin halın təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması MPM-in 106.3-cü maddəsinin tələblərinə zidd olmuşdur. Yəni iddiaçı nəinki mirası faktiki qəbul etməsinə dair sübut təqdim etmiş, hətta mirası qəbul etməməsinə yönəlik izahat versə də, apellyasiya instans iyası məhkəməsi olmayan faktın təsdiq edilməsi yükünü cavabdehin üzərinə qoymaqla sübutetmə yükünü düzgün bölməmişdir.
56. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirmişdir. Eyni zamanda mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Lakin hazırkı işdə sübut etmə ilə bağlı ümumi qaydanı istisna edən hər hansı olmadğı halda, apellyasiya instansiyası məhkəməsi sübutetmə ilə bağlı fərqli qayda müəyyən etmişdir.
57. Bundan əlavə, mirasın faktiki qəbul edil məsi ilə bağlı istinad edilən Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 397 nömrəli arayışa gəldikdə, həmin arayışda apellyasiya instansiyası məhkəməsin qeyd etdiyi kimi iddiaçının miras qoyanla sonuncunun öldüyü günədək miras əmlakda yaşadığı deyil, miras qoyanının ailə üzvü olması qeyd edilmişdir.
58. Buna görə də həmin arayışın iddiaçının mirası faktik qəbul edib-etməməsi baxmından nə kimi əhəmiyyətli olması qətnamədən görünmür. Həmin arayışa yalnız istinad edilib, başqa hər hansı qiymət verilməyib. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.
59. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM, 88, 217.1, 217.4-cü maddələr).
60. Qeyd olunmalıdır ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qa ydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
61. Sübutların qiymətləndirilməsi ilə bağlı bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında da əks edilib. (Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli”, “S.Eyvazovun şikayəti üzrə” 10 iyun 2022-ci il tarixli Qərarları)
62. Şərh edilənlərdən göründüyü kimi iddiaçının mirası fa ktiki qəbul etməsi halı sübutların prosessual qanunvericiliyin tələblərinə uyğun gəlməyən qaydada qiymətləndirilməsi ilə müəyyən edilmişdir. Bu da o deməkdir ki, gəlinən ikinci nəticə, yəni imtinaya vərəsəlik açıldığı gündən altı ay müddətində yol verildiyi üçün, bu müddət keçdiyindən iddiaçının mirasdan imtina barədə ərizəsinin əhəmiyyətsiz olması barədə nəticə də əsaslı deyil. Başqa sözlə, iddiaçının mirası qanunla müəyyən edilmiş müddət ərzində faktiki qəbul etməsi halı müəyyən edilmədən, onun mirasdan imtina üçün vaxtı ötürməsi nəticəsinə gəlmək də düzgün olmamışdır.
63. Həmçinin apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı vərəsə kimi mirası faktiki qəbul etmiş olmasaydı belə, o, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyi üçün bu əsasla da mirası q əbul etmiş vərəsə hesab edilməli idi. Çünki vərəsəlik hüququ məhz mirasın açılması ilə yaranır və qəbulla şərtləndirilə bilməz.
64. Məhkəmə kollegiyası hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və hazırkı işin hallarına tətbiq edilən Mülki Məcəllənin normalarına istinadən qeyd edir ki, həmin Məcəllə mirasdan imtina edilmədiyi halda, mirasın qəbul edilməsi prezumpsiyasını nəzərdə tutmurdu. Ümumiyyətlə, həmin Məcəllə mirası əldə etmək üçün yalnız mirasın qəbulu institutunu tanıyırdı, vərəsənin susmasını mirasın qəbul edilməsi prezumpsiyası kimi qəbul etmirdi.
65. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yeni dən baxan məhkəmə hazırkı qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
66. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-477/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.