Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2051/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10801/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şi kayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli BA 792439 saylı sığorta müqaviləsinin bağlandığı andan etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(006)-2728/2019 saylı qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddiaçının iddia tələbi təmin edilmiş, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli BA 792439 saylı sığorta müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10801/2019 nömrəli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli - sədrlik edən və məruzəçi, X.A.Cəmilova və İ.K.Xəlilov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)2728/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı “xxxx” ASC və vəkili xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10801/2019 nömrəli qətnaməsininləğv edilərək, müəyyən olunmuş hallar üzrə iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: İddiaçı kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarmış, cavabdeh qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanilarkən həmin sahənin mülkiyyətçisi olmadığını ASC-nin əməkdaşlarından gizlətmiş, həmin sahədə yanğın hadisəsi baş vermiş, cavabdeh əmlaka dair mülkiyyət, sərəncam və istifadə hüquqlarının müəyyən edilməsinə dair hər hansı bir sənəd təqdim edə bilməmişdir. Sonradan məlum olmuşdur ki, həmin qeyri-yaşayış sahəsinə müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış və əmlakın mülkiyyətçisi məlum deyildir. Bu əsasla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 908.1.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi etibarsız hesab olunmalıdır. Məhkəmə ic lasında iddiaçının vəkili xxx oğlu kassasiya şikayətini müdafiə edənə, təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məh kəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, “xxxx” ASC və Cavabdeh arasında xx xxxxxxxx 2017-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və BA 792439 saylı şəhadətnamə üzrə ünvan 1 küçəsində yerləşən “xxx” adlı kafe 1 il müddətində 29274 manat məbləğində sığortalanmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuşdur ki, tikilinin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. xx xxxxxx 2018-ci il tarixdə sığortalanımş obyektdə sığorta hadisəsi – yanğın baş vermişdir. İddiaçı sığorta hadisəsi baş verdikdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 908.1.2-ci maddəsinə istinad edərək, bağlanmış müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir. Həmin maddəyə əsasən əqdlərin etibarsızlığının bu Məcəllə ilə nəzərdə tutulmuş üm umi əsasları ilə yanaşı, sığorta müqaviləsi sığorta müqaviləsi sığortaçının və ya sığortalının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda bağlandığı andan etibarsız sayılır: Məcəllənin 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyə hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. “İcbari sığortalar haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əml ak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Qanunun 6.7-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsində kafe inşa etməsi və əmlak mənafelərini icbari sığorta etdirməsi işin mübahisəsiz halıdır. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, icbari sığorta bağlanan zaman tərəflər iradə ifadəsini bəyan edərək əqd bağlamışlar. İcbari sığortalar haqqında qanunvericiliyə əsasən, sığorta müqaviləsin in bağlanması üçün sığortalının əmlakın mülkiyyətçisi olması tələbi şərt deyildir. Sığortaçı olan iddiaçı sığortalı kimi Cavabdehla əqd bağlayarkən onun əmlak manefeyinin olmasını qəbul etmiş, kafenin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) fo rmada bağlanır. Eyni Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək izah edir ki, Mülki Məcəllənin 908.1.2-ci maddəsində “sığortalının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxs” kimi sığortalının adından hərəkət edən, lakin sonuncu tərəfindən buna səlahiyyət verilməyən şəxs başa düşülür. Həmin maddəyə uyğun olaraq “ixtiyarlı olan” şəxsin yalnız sığortalanmış əmlakın mükiyyətçisi olmasına dair iddiaçının mövqeyi əsassızdır və yuxarıda qeyd olunan maddi normalarına ziddir. Cavabdeh sığortalanmış kafenin faktiki sahibidir, o, öz əmlak mənafelərini sığortalamıh və onun həmin əmlakla bağlı müqavilə bağlamağa səlahiyyəti üçüncü şəxslər tərəfindən mübahisələndirilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyasının hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hazırki iddiaya mülki qanunvericiliklə müəyyən olunmuş kəsici müddətləri tətbiq etmişdir. Belə ki, Azərbaycan respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarından müəyyən olunur ki, sığorta müqaviləsi xx xxxxxxxx 2017-ci il tarixdə bağlandığı halda, hazırki iddia xx xxxx 2019-cu il tarixdə məhkəmədə qaldırılmışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətitəmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10801/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-2051/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2051/2020
29.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver