Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2057/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" qarşı iş üzrə QƏRARİ Açar sözlər:apellyasiya şikayətinin qeyri-mümkünlüyü barədə 16.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 mart 2023-cü il tarixli, 2(103)2889/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 05 iyul 202 2-ci il tarixli etibarnamə ilə vəkil Nümayəndə 3 il müddətinə məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarını və sənədləri almaq, məhkəmə aktlarından şikayət vermək (imzalamaq) və digər səlahiyyətləri etibar etmişdir.
2. Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti 23 yanvar 2023-cü il tarixdə Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir.
3. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(006)453/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə 19 mart 2023-ci il tarixdə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" X qarşı “kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 23 may 2014-cü il tarixli, 25B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 05 fevral 2019-cu il tarixli, 25B8/14-2 saylı kredit müqaviləsinin və 10 iyun 2014-cü il tarixli, 25Bİ8/14-2 saylı ipoteka müqaviləsinə əlavə olan 29 yanvar 2019-cu il tarixli sazişin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(006)453/2023 saylı qətnaməsi ilə (hakim A.İbadzadə) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
6. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci i nstansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 mart 2023-cü il tarixli, 2(103)2889/2023 saylı qərardadı ilə (hakimlər M.Ə.Rüstəmli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və V.N.Sadıqov) iddiaçının iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(006)-453/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilmiş və apelyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, iş üzrə Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarix li qətnaməsi 23 yanvar 2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə iddiaçıya rəsmi qaydada çatdırılmış, lakin iddiaçının apellyasiya şikayəti həmin nümayəndə və vəkilin elektron kabineti vasitəsilə 19 mart 2023-ci il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddət ötürülmüş, iş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericliyin məcburi tələblərini nəzərə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə g öndərmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 128.3, 130.3, 135.5, 135.6, 360, 363.1.3, 366.1, 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkil Nümayəndə səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməmiş, həmin iş üzrə vəkil orderi təqdim olunmamış, prosesdə ümumiyyətlə iştirakçı olmamışdır. Tək etibarnamə əsasınd a heç bir şəxs (yaxın qohumlar istisna olmaqla) icraatda nümayəndə ola bilməz, təmsilçilik hüququnu həyata keçirə bilməzlər. Vəkil üçün zəruri şərt isə vəkil orderinin təqdim olunmasıdır. İddiaçı yalnız birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün vəkillə müqavilə bağlamış, order götürülmüş və ona vəkalət verilmişdir. Məhkəmə bu hissədə prosessual pozuntuya yol vermiş, heç bir əsas olmadan apellyasiya şikayətini mümkünsüz saymış və geri qaytarmışdır. Qanunvercilikdəki sonuncu dəyişikliklərdən sonra məhkəmə aktının elektron kabinetdə yerləşdirilməsi onun rəsmi qaydada verilməsi sayılsa da, Nümayəndə Nəsimi Rayon Məhkəməsində baxılmış iş üzrə icraatda iddiaçının səlahiyyətli nümayəndəsi (vəkil) olmamışdır, həmin qətnamə iddiaçıya rəsmi qaydada verilmiş sa yıla, şikayət verilməsi üçün 1 aylıq prosessual müddətin başlanması həmin andan hesablana bilməz. Məhkəmə bu vacib hala diqqət etməmiş, prosessual pozuntuya yol vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları
13. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
14. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır;
15. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır;
16. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
17. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərindəyerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
18. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada v erildiyi gündən 1 ay müddətində verilə bilər;
19. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır;
20. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
21. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 41 6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
24. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğv edilməsini xahiş etdiyindən, məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
27. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
28. Kassator, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən, mülki prosessual normaların tələblərini pozduğunu, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyrimümkün hesab edilməsi üçün əsasların olmadığını və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 05 iyul 2022-ci il tarixli etibarnamə ilə vəkil Nümayəndə 3 il müddətinə məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarını və sənədləri almaq, məhkəmə aktlarından şikayət vermək (imzalamaq) və digər səlahiyyətləri etibar etmişdir. Bir inci instansiya məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti 23 yanvar 2023-cü il tarixdə Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmiş, qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə 19 mart 2023-ci il tarixdə göndərilmişdir.
30. İşə əlavə edilmiş 05 iyul 2022-ci il tarixli etibarnamədən görünür ki, iddiaçı vəkil Nümayəndə 3 il müddətinə məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarını və sənədləri almaq, məhkəmə aktlarından şikayət vermək (imzalamaq) və digər səlahiyyətləri etibar etmişdir.
31. Göründüyü kimi, sözügedən qətnamənin surəti 23 yanvar 2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “El ektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə iddiaçıya rəsmi qaydada çatdırılmış, lakin iddiaçının apellyasiya şikayəti həmin nümayəndə və vəkilin elektron kabinet vasitəsilə 19 mart 2023-ci il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddət ötürülmüş və iş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericliyin məcburi tələblərini nəzərə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda, mülki iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Beləliklə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki pr osessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün qeyri-mümkün sayılmalı və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
32. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda sadalanan mülki prosessual normaların tələblərinə uyğundur və qərardadın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 mart 2023-cü il tarixli, 2(103)-2889/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.