Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2058/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1656/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 28 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı yaşadığı ünvan 1 ünvanına Cavabdeh İB tərəfindən yoxlama aparılan zaman mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar edilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş, xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib olunaraq İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 73.440 m3 həcmində itirilmiş qaz hesablanmış, daha sonra itirilmiş 73.440 m3 qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 8.812,80 manat məbləğində borc tələb edilmişdir. 2. **********00000 saylı abonentin saldosuna əsasən, abonentin 2022-ci ilin dekabr ayı üzrə cədvəlin “qalıq və aktlar” böl məsində 8.812,80 manat borcu mövcud olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi, sonra isə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbinin dəyişdiriməsinə dair ərizə təqdim edərək, iddia ərizənin xahiş edirəm hissəsini "cavabdeh tərəfindən tərtib edilmiş ******* №-li aktın ləğv edilməsinə, həmin aktdan irəli gələn 8.812,80 manat məbləğin iddiaçının hesab kodundan silinməsinə və qeyri-qanuni borca görə tutulmuş 141,10 manatın iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edəsiniz" kimi qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslan dırmışdır ki, o, faktiki olaraq ünvan 1 ünvanında yaşayır. xx.xx.2011-ci il tarixdə ünvan 1 ünvanına 1105AQ**********5 nömrəli sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana **********00000 № li abonent kodu verilmiş, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” akt tərtib edilməmiş və Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın aİqı-satqısı barədə” müqavilə bağlanmamışdır, xx.xx.2012-ci il tarixdə sayğac quraşdırıldıqdan 9 ay sonra iddiaçının hesab koduna heç bir əsas olmadan 141,10 manat qeyri-qanuni borc yazılmışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 1 fevral 2018-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan iddiaçının iştirakı ilə ünvan 1 ünvanında quraşdırılmış 1105AQ**********5 №-li qaz sayğacına baxış keçirilmiş, heç bir nöqsan aşkar edilməmiş və elə həmin qaz sayğacı yenidən quraşdırılmış, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” akt tərtib edilməmiş və yenə də iddiaçı ilə cavabdeh İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh İB tərəfindən iddiaçıya məxsus ünvan 2 ünvanında quraşdırılmış 1105AQ**********5 №-li qaz sayğacına iddiaçının iştirakı ilə baxış keçirilmiş, heç bir nöqsan aşk ar edilməmiş və qaz sayğacının istismar müddəti bitdiyindən (11 il sonra, halbuki, sayğacın istismar müddəti 5 ildir) “XG4T” mexaniki **********8 №-li sayğac ilə əvəz edilmiş, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" akt tərtib edilməmiş və yenə də abonent ilə Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2022-ci ildə Cavabdeh İB-nin əməkdaşları ünvan 1 ünvanında yerləşən ərazidə guya sayğacdan kənar təbii qaz xətti aşkar etmiş, ******* nömrəli akt tərtib olunmuş, foto-video çəkmiş, sayğacdan kənar təbii qaz xətti ləğv edilmiş və abonentin hesab koduna 8.868,60 manat borc hesablanmışdır. Cavabdeh birliyiin əməkdaşları tərəfindən çəkilmiş foto-videodaki sa yğac və darvaza iddiaçıya məxsusdur. Lakin, sayğacdan kənar aşkar edilmiş qaz xətti abonentin qonşusuna aiddir və hal-hazırda istifadə edilməkdədir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpası"na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunsa da, bu günə kimi həmin xətt qonşu tərəfindən istifadə edilməkdədir. Sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə edən qonşunun abonent kodu və sayğacı olmadığı səbəbindən Cavabdeh İB bütün cərimə aktlarını İddiaçı abonent koduna hesablamışdır. Akt birtərəfli qaydada tərtib edilmiş, abonentə təqdim olunmamış və abonent həmin aktı imzalamamışdır. Abonentin imzalamadığı həmin akt əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılm adığı üçün həmin akt ləğv edilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi fotolarda qonşusu tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulma öz əksini tapmışdır. Bundan əlavə 12.4.2023-cü il tarixli “GASREP”-dən məlum olur ki, abonent sərfiyyata uyğun olaraq 2020-ci ilə qədər hər ay ödənişlər etmişdir. 27.8.2011-ci il tarixdən 1.07.2020-ci il tarixə qədər 18.346 m3 qaz sərfiyyatına görə 1.975,51 manat ödəniş olmuş və qeyri-qanuni yüklənmiş 141,10 manat borca görə abonetdən 141,10 manat pul tutulmuşdur. Göründüyü kimi, abonent 9 il ərzində 1.975,51 manatlıq qaz sərfıyyatı etmiş, lakin bir akt ilə onun hesab koduna 8.868,60 manat borc hesablanmışdır.
5. Birinci instansiya məhkəməsində cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. Belə ki, iddiaçı oğlu uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə cavabdehə 8.868,60 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşları tərəfindən 2023-cü ilin may ayında iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə İB-nə 8.868,60 manat həcmində ziyan vurmuşdur. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər iddiaçının təbii qazdan dəyəri ödənilmədən (sərfiyyat mənfiyə işləyərək) istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 8.868,60 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məh kəmə Ekspertizası Mərkəzinin 25.9.2023-cü il tarixli 10/6358; 3/1338; 9/6444 saylı rəyinə əsasən, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yarana bilən zədə və qaynaq izi aşkar edilməmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 dekabr 2023-cü il tarixli 2(011)-3790/2023 nömrəli qətnaməsi ilə (A.A.Abdullayeva) iddianın qismən təmin edilməsi, ünvan 1 (abonent kodu: **********00000) üzrə İddiaçı 2022-ci ilin dekabr ayı üçün hesablanmış 8.812,80 (səkkiz min səkkiz yüz on iki manat səksən qəpik) manat borc məbləğinin silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 110,10 (yüz on manat on qəpik) manat məbləğində dövlət rüsumunun və 150 (yüz əlli) manat məbləğində ekspertiza xərcinin Cavabdehnd ən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür.
9. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş 73.440 m3 qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 8.812,80 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 8.812,80 manat məbləğində hesablanması ağlabatan deyildir. Belə ki, sayğacın istismara yararsız olmasının iddiaçının hərəkətləri nəticəsində baş verməsinə dair cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən və təbii qazın sərfiyyatı sayğacın göstəricilərinə əsasən hesablamalı olduğundan hesablanmış qazın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır.
11. Birinci instansiya məhkəməsi borca görə tutulmuş 141,10 manat məbləğinin iddiaçıya qaytarılması barədə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, sözügedən məbləğin borcdan tutulduğunu təsdiq edən sənədlər məhkəməyə təqdim olunmadığından, iddia tələbləri həmin hissədə təmin edilməməlidir.
12. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən tərtib edilmiş ******* №-li aktın ləğv edilməsi barədə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, sözügedən akta əsasən hesablanmış borcun silinməsi barədə iddia tələblərinin təmin edilməsinə baxmaya raq, həmin aktın ləğv edilməsi ilə bağlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, aktın yazılması nəticəsində hesablanmış borcun qanuna uyğun hesablanmaması iş materialları ilə öz təsdiqini tapsa da, həmin aktın ləğvi üçün əsaslar iş materialları ilə müəyyən edilmir. Qeyd olunan akt özü-özlüyündə hər hansı bir faktın və ya hadisənin baş verməsini təsdiq edən sənəddir. İş materiallarından da göründüyü kimi, iddiaçının mübahisələndirdiyi akt onun mənzilində quraşdırılmış sayğacın istismarı ilə bağlı müəyyən edilmiş nöqsanların (təbii qazdan sayğacdan kənar istifadə) qeydiyyatının aparılması ilə bağlı cavabdeh tərəfindən tərtib edilmiş sənəddir. Bu baxımdan, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt borc məbləğinin silinməsinə dair iddia üzrə sübut növlərindən biri kimi qəbul edilməli və aktın yazılması nəticəsində hesablanmış borc silinməklə, aktın ləğvi barədə tələblər təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və ekspertiza xərci də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3, 18, 26-cı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11 və 13-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.5.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 1.4, 4.1, 4.2 və 4.8-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.2, 88, 119.2, 217.3, 217.4, 218.1, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b ) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci madd əsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 9009,70 (doqquz min doqquz manat yetmiş qəpik) məbləğində İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan a bonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İş üzrə ekspertiza keçirilsə də, ekspert rəyi qeyri-obyektiv verilmişdir. Belə ki, tədqiqatın obyektiv araşdırılması məqsədilə tədqiqat yerinə cavabdehin əməkdaşları dəvət edilməmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanuna zidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1656/2024 nömrəli mülki iş üzrə 20 fevral 2024-cü il tarixli xüsusi qərardadı ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və S.X. Bəhrəzadə) Cavabdeh əməkdaşlarının əməllərində və hazırkı iş üzrə sayğacdan kənar aşkar edilmiş qaz xəttindən istifadə edən şəxsin və ya şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinin əlamətlərinin olub-olmamasının araşdırılması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1656/2024 nömrəli mülki iş üzrə 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və S.X.Bəhrəzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci i nstansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticələrinə əsasən iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır.
21. Bu səbəbdən iddiaçının abonent hesabına hesablanmış 8812,80 manat məbləğində borcun silinməsi b arədə birinci instansiya məhkəməsinin nəticəsini məhkəmə kollegiyası qanunauyğun hesab etmişdir.
22. Belə ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmanın mövcud olması barədə şikayətin dəlilləri öz təsdiqini tapmamasına dair ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı halla bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi bundan əlavə qeyd etmişdir ki, hazırkı halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış z ərər də istehlakçı tərəfindən ödənilə bilməz.
24. Apellyasiya instansiyası məhkəməsi belə olan halda cavabdeh tərəfindən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halları həqiqətə uyğun olmayan hallar kimi qiymətləndirmiş və qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi borcun itirilmiş qazın məbləğinə görə yaranmış borc olmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır.
25. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində-sayğacdan kənar qeyri-qanuni xətlə bağlı akt tərtib olunarkən çəkilən təqdim edilmiş fotoşəkillərə diqqət yetirilməməsinə istinad etsə də qeyd edir ki, iş materiallarında adı çəkilən fotoşəkillərdən təbii qazdan sayğacdan kənar istifadənin əlamətləri müşahidə edil mir.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi üzrə sübutetmə yükünün cavabdeh “Azəriqaz İB-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.
27. Kollegiya qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakim iyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırkı işdən isə müəyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına t əqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yenin qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi kimi qeyd olunan hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şə kildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Cavabdehin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, abonent saldosu və s) i ddiaçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi abonentə təqdim edilmiş və abonentin həmin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Əməkdaşlar tərəfindən akt tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıqaşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi də maddi hüquq n ormalarının tələblərini nəzərə almamış, iddiaçının təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmiş, məhkəmə təkrar ekspertiza təyin etməmiş (apellyasiya şikayətinin əsaslarından birinin təşkil etməsinə baxmayaraq), ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş və bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz dax il olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
34. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri ol madıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. “Qaz təchizatı” haqqında Qanun
35. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
36. Maddə 13 (2022-ci ilin may ayından qüvvədə olan 8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanu nsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
37. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirili r.
38. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
39. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları
40. Bənd
3. İstehlak çılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş d əlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1656/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.