Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2059/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xinin cavabdeh X3 qarşı, " x "xxxx” məhdud məsuliyyətli cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: orderin etibarsız hesab edilməsi, cavabdehin əsl cavabdehlə əvəz edilməməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı xi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı “xxxx” İB-nin HİK-nin X14 Şurasının və MMK-nin birgə növbəti İclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolu əsasında Birlikdə uzun illər işləyən və yataqxana növbəsində olan fəhlə və qulluqçulara, növbə əsasında mənzil verilə bilinməməsi nəzərə alınaraq birliyə məxsus yataqxanalarda, o cümlədən, ünvan 1 ünvanında yerləşən yataqxanada məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi qərara alınmışdır. “xxxx” İB-nin HİK-nin X14 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolu əsasında uzun illər zavodda işləmiş C.K.Mövlamverdiyeva ərizə ilə müraciət edərək mənzilin adına sənədləşdirilməsi ni xahiş etmişdir. Bu ərizə Birliyin təşkil etdiyi komissiyada müzakirə olunaraq 9 saylı otaqda yaşayan qaçqın ailələri onlara verilən rnənziə köçərkən C.K.Mövlamverdiyevanın adına sənədləşdirılməsivə qeydiyyata salınması qərara alınmışdır. xx.xx.2006-cı il tarixli, 0241 saylı orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yataqxananın 1ci giriş 1-ci mərtəbəsində yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı 9 saylı mənzilə dair C.K.Mövlamverdiyevaya order verilmişdir.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli,131 saylı sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamına, Departamentin xx.xx.2013-cü il tarixli, 122 saylı sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2013-cü il tarixli, 16 saylı əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2013-cü il tarixli, 01-1/984 saylı məktubuna və Müdafiə Sənayesi Nazirliyi xxxxnin xx.xx.2013-cü il tarixli, 15 saylı əmrinə əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 2 ünvanda yerləşən yataqxana binası Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə sözügedən orderin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
3. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xi " x "xxxx” MMC-ni və Bakı şəhəri Xətai rayon Polis İdarəsini üçüncü şə xs qismində cəlb etdiyi cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 yataqxana binasının 9 saylı mənzilinə dair cavabdehə verilmiş xx.xx.2006cı il tarixli, 0241 saylı orderin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd olunan hallarına istinad edərək tələbini belə əsaslandırılmışdır ki, mubahisəli mənzilin yerləşdiyi bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxsərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. x ünvanda yerləşən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin mü vafiq qurumlarda çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdınlmasına dair əlavə tədbirlər haqqında" xx.xx.2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafıq X18 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Cavabdeh C.K.Mövlamverdiyeva Departamentə müraciət edərək yataqxana binasının 9 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, 1992-ci ildən binanın 9 saylı otağında Ağdam rayonundan m əcburi köçkün kimi X27 məskunlaşmış, o, Azərbaycan Respublikası Qaçqınların və X26 üzrə Dövlət Komitəsinin müvafiq qurumlan tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. Bundan istifadə edən cavabdeh 9 saylı otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda "Üfüq" İB "xxxx" İstehsalat Zavodunun xx.xx.2006-cı il tarixli, 0241 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə həmin otaq onun istfadəsinə verilmişdir. Hal-hazırda cavabdeh x ünvan 3 ünvanında qeydiyyatda olmaqla 9 saylı otağı zəbt etmişdir. Qeyd edilən order isə "xxxx" İB-nin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın mü diriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Odur ki, Departament tərəfındən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla "Üfüq" İB "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması xahiş edilmişdir. "xxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün ve rilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 9 saylı otağa dair cavabdeh C.K.Mövlamverdiyevaya verilmiş xx.xx.2006-cı il tarixli, 0241 saylı orderin hüquqi əsası olmamışdır, order həmçinin ona görə etibarsızdır ki, onun verildiyi 2006-cı il tarixdə cavabdeh ümumiyyətlə həmin müəssisədə fəaliyyət göstərməmişdir, belə olan halda ona order verilə bilməzdi.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) xx xxxxxx 2019-cu il tarixli, 2(011)-5861/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yataqxananın 1-ci giriş 1-ci mərtəbəsində yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı 9 saylı mənzilə dair X3 Bakı “xxxx” İB tərəfindən xx.xx.2006-cı il tarixli, 0241 nömrəli orderin qanunvericiliyin tələblərinin pozulmaqla verilməsini, həmin yataqxananaın xx.xx.2014cü il tarixli Təhvil-Qəbul Aktına əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansından Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsini, yataqxana təhvil verilərkən məcburi köçkünlərin məskunlaşdığı otaqlara dair ayrı-ayrı şəxsərin adına orderlərin verilməsi barədə sənədlərin təhvil verilməməsini nəzərə alıb qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, iddia tələbi orderin etibarsızlığına dair hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin iddia müddətinin tətbiqi barədə verilmiş ərizəyə münasibətdə hesab etmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Order verilərkən onun verilməsinin qanuni olub-olmamasının, yəni etibarsız olub-olmamasının araşdırılması ilə bağlı hüquq münasibətlərinə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməli olsa da, iddiaçının məhkəməyə müraciət etməsi ilə bağlı hüquq münasibətlərinə qeyd edilən norma tətbiq edilə bilməz, çünki, ən azından xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktından sonra, qeyd edilən yataqxana iddiaçının balansına verilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-E.Kazımov (sərlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) xx xxxxxx 2019-c u il tarixli, 2(103)-14031/19 nömrəli qətnaməsi ilə cavabdeh X1 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-5861/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh X3 qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslnadırmışdır ki, cavabdehə sözügedən orderin verilməsi qanunvericiliyə uyğun olmuş və orderin etibarsız hesab edilməsinə əsas olan hallar müəyyən olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X9 qeyd edilən binanın 44 saylı mənzilindən məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin otağı zəbt etmiş, eləcə də bir gün də olsun həmin mənzildə yaşamamışdır. Belə ki, cavabdeh ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşamasına baxmayaraq, gələcəkdə elə keçirmək məqsədilə qeyd edilən mənzili zəbt etmişdir. Hal-hazırda cavabdeh C.K.Mövlamverdiyeva ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ailə üzvləri ilə orada yaşayır. Cavabdeh C.K.Mövlamverdiyeva bir gün də olsun Bakı "xxxx" İstehsalat Birliyində əmək münasibətlərində olmamışdır. Yuxarıda qeyd edilən 43 eyni məzmunlu mülki işlər üzrə order əldə etmiş şə xslərdən X21, X28, X22, X13, X4 və digərlərinə zavod tərəfindən əvvəllər müxtəlif yataqxanalarda yaşayış sahələri verilmişdir. X29, X30, X10, X7, X25, X8, X11, X2, X23, X31, X32 və digərləri ümumiyyətlə "xxxx" Zavodunda işləməmişlər. Qalanların isə adlarına order yazılan vaxt onların öz şəxsi təşəbbüsləri ilə "xxxx" Zavodu ilə əmək münasibətlərinə xitam verilmişdir. Bundan əlavə, məhkəmə qətnaməsində göstərilmişdir ki, Bakı "xxxx" İstehsalat Birliyində cavabdeh X5 xx.xx.2006-cı il tarixli order yazılarkən guya mənzil növbəsində olmuşdur. İş materiallannda isə onun mənzil növbəsində olduğuna dair hər hansı bir hüquqi sənəd olmamış, lakin məhkəmə iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən hansı sübutlara əsaslandığı anlaşılmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Ka ssasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
15. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq.
17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. 33-cü maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehti yacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 107-ci maddəsinin ikinci bəndinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 416-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərlə ndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 22. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür.
23. Cavabdehə sözügedən orderin verilməsi xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda sadalanan müddəalarına uyğun olmuş və orderin etibarsız hesab edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Mübahisəli mənzil cavabdehə mənzilə şəraitinin yaxşılaşdırılması üçün verilmişdir və müəssisə tərəfindən o, mənzil növbəsinə daxil edilmiş və növbəlilik qaydasında mənzillə təmin olunmuşdur. Cavabdehə mənzil müvafiq həmkarlar ittifaqının qərarı əsasında verilmiş və həmin qərar mübahisələndirilməmişdir. Cavabdeh və üçüncü şəxslərin cavabdehin mübahisəli mənzilin əvvəllər aid olduğu müəssisə ilə bağlığının müəyyən edən sübutları, o cümlədən əmək kitabçasını təqdim etmək imkanında olmaması özlüyündə orderin etibarsız hesab edilməsi əsası kimi qəbul oluna bilməz.
24. Apelyasiya instansiyası məhkəməsi orderin etibarsız hesab edilməsi üçün iddiaçının irəli sürdüyü dəlilini də (məcburi köçkünlər məskunlaşdığından boş olmayan sahəyə orderin verilə bilməməsi) əsassız hesab edərək qeyd etmişdir ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sa həsinə verilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Məhkəmə əsaslı olaraq hesab etmişdir ki, qeyd edilən müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Məcburi köçkünlər isə yaşayış sahələrində özbaşına olaraq məskunlaşmış və onlar həmin yaşayış sahələrində qanuni əsasla istifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmamasına dəlalət etmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanu ni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir.
25. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbi əsaslı olsa belə, bu tələb üzrə iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən təmin edilə bilməzdi. Çünki, iddia tələbi əsl olan cavabdehə qarşı yönəlmədiyindən, hazırkı mərhələdə əvəz etmənin yolverilməz olduğundan bu əsasla da qətnamə ləğv olunmalı və iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçı X6 cavabdeh qoymaqla ona qarşı orderin etibarsız hesab edilməsinə dair tələb irəli sürmüşdür. Halbuki, order Ceyran Mövlamverdiyeva tərəfindən deyil, müvafiq səlahiyyətli təşkilat tərəfindən verilmişdir. X9 isə order vermək və ya həmin orderi ləğv etmək səlahiyyətinə malik deyil, onun üzərinə belə bir öhdəliyin qoyulması da y olverilməzdir.
26. Apelyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, birinci instansiya məhkəməsi prosessual fəallıq prinsipindən istifadə edərək iddiaçıya cavabdehin iddiaya cavab verməli olan əsl cavabdehlə əvəz olunmasının zəruri olduğunu təklif etməmiş və bu barədə onun razılığının olub-olmamasını aydınlaşdırmamışdır. Tələb, iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən və cavabdeh əsl cavabdeh ilə əvəz edilmədiyindən də apelyasiya şikayətində göstərilən digər dəlillərin yoxlanılmasına lüzum yoxdur.
27. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, yuxarıda qeyd edilənlər nəzərə alındıqda kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: xinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.