Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2060/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2060/2019 Bakı şəhəri 14 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X1 ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X6, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-2435/2018, ha kim E.Ə.Mehdiyev) İddiaçı cavabdeh XXXna qarşı “əmanətin geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8024/2018, hakimlər İ.S.Şirinov, T.S.Səmədov, E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli, 70015411 saylı bank əmanəti müqaviləsinə əsasında sonuncu banka 12 ay müdd ətinə illik faiz dərəcəsi 8,75% olmaqla 25.000 ABŞ dolları məbləğində əmanət qoymuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, “xxxx” ASC-nin müflis elan edilməsi, iflas proseduruna başlanılması, XXXnun “xxxx” ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. 15 yanvar 2018-ci il tarixdə İddiaçı ləğv prosesində olan “xxxx” ASC qarşısında kreditor tələbi qeydə alınmışdır. 21 fevral 2018-ci il tarixdə Əhmədov X3 Sığortalanması Fonduna qarşı əmanətin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayə tinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. 02 mart 2016-cı il tarixdən banklarda əmanətlərin 3 faiz olmaqla sığortalandığı müəyyən edilsə də, bu onun bağladığı müqavilə şərtlərinə ziddir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etidlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı əmanət müqaviləsi üzrə banka əmanət qoyduğu pul vəsaitinin sığortalandığı halda qanunsuz olaraq qaytarılmadığına istinad edərək əmanət məbləğinin cavabdehdən tutulmasını tələb edir. Əmanətlərin tam sığortalanması haqqında Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəs inə müvafiq olaraq XXXnun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Əmanətlərin sığortalanması haqqında Qanunun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlər hesab olunmur. Həmin Qanunun 8.1.20-ci maddəsinə əsasən X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. İddiaçı tərəfindən 22 yanvar 2015 -ci il tarixdə illik 8,75 % faiz ödəmək şərti ilə 12 ay müddətinə 25.000 ABŞ dolları məbləğində əmanət Banka depozitə qoyulmuşdur. X4 02 mart 2016-cı il tarixli qərarı ilə xarici valyutalar üzrə illik faiz dərəcəsi 3 faiz müəyyən edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6cı maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli qərarında deyilir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci madəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli müq avilə üzrə banka qoyulmuş əmanət sığortalanmış, həmin müqavilənin müddəti 22 yanvar 2016-cı il tarixdə bitmişdir. 22 yanvar 2016-cı il tarixdə müqavilə eyni şərtlərlə uzadılmışdır. 02 mart 2016-cı il tarixdən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsi 3 faiz müəyyən edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin tələblərinə görə əmanətlərin bu Qanunun qüvvəyə mindiyi günə banklarda mövcud olan və illik faiz dərəcələri XXXnun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müvafiq dəyişikliklər edilməklə tam sığortalana bilər. Göründüyü kimi müqavilə üzrə müəyyən edilən illik faiz dərəcəsi əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün ill ik faiz dərəcəsi həddindən yuxarı olmuşdur. Eyni zamanda illik faiz dərəcəsinin qorunan əmanətlərin faiz dərəcəsinə uyğunlaşdırılması barədə əmanətçinin müraciət etməsi iş materialları ilə müəyyən edilmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər Gündüz Quliyev Əsəd Mirzərliyev Ələsgər Əliyev
Məhkəmə qərarları › İş №2(102)-2060/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2060/2019
14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver