Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2060/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Goranboy rayon Notariat Ofisinə (Maraqlı şəxs*, X2 və Maraqlı şəxs2 üçüncü şəxslər kimi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözləri: vərəsəlik şəhadətnaməsinin verilmə öhdəliyi qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisinə (Maraqlı şəxs*, X2 və Maraqlı şəxs2 üçüncü şəxslər kimi cəlb edilməklə) qarşı “vərəsəlik şəhadətnaməsinin verilm ə öhdəliyi qoyulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*04)-302/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə 8 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Allahverdiyev Fizuli İsaq oğlu ilə X** arasında nikah 29 noyabr *976-cı ildə bağlanmışdır. Onların bu nikahdan üç övladı - Maraqlı şəxs*, Elşad Allahverdiyev və Maraqlı şəxs2 anadan olmuşdur.
2. Allahverdiyev Fizuli İsax oğlu xx.xx.2023-cü il tarixdə “kardiogen şok” səbəbindən ölmüşdür.
3. Goranboy rayon Notariat ofisinin xüsusi notariusu Xəqani Aslanov tərəfindən verilmiş *6 may 2024-cü il ta rixli “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə” qərarı ilə, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri Allahverdiyev Fizuli İsax oğlunun qanun üzrə vərəsəsi olaraq yalnız özünün tanınması tələbinin təmin edilməsindən və mərhum əri Allahverdiyev Fizuli İsax oğlundan miras qalan əmlakdan ona tam hissədə pay verilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisinin üzərinə onun xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri Allahverdiyev Fizuli İsax oğlunun adına olan əmlaklara - ünvan 1 ünvanında yerləşən ev və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ə dair onun özünə miras əmlaka tam hissədə pay verilməsi şərti ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Goranboy rayon Notariat Ofisində xx.xx.2023-cü il tarixdə V-*74 reyestrlə açılmış vərəsəlik işindən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Allahverdiyev Fizuli İsax oğlunun qanun üzrə birinci növbədən vərəsələr sırasından arvadı İddiaçı və üç övladı vardır. Həyat yoldaşı vəfat etdikdən sonra o və iki övladı Maraqlı şəxs* və X2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisinə müraciət etmişlər. Lakin, digər övladı Maraqlı şəxs2 bu işə maraq göstərməmişdir. Onların ərizələrinə əsasən Goranboy rayon Notariat Ofisinin xüsusi notariusu X* rayon Notariat Ofisində xx.xx.2023-cü il tarixdə V-*74 reyestrlə vərəsəlik işini açmışdır. Bundan sonra mərhumun üç övladından ikisi Maraqlı şəxs* və X2 miras açıldıqdan sonra mirasdan anaları İddiaçı xeyrinə (yəni onun xeyrinə) imtina etmişlər. Bu vərəsəlik işi açıldıqdan sonra notarius hər dəfəsində vaxtı uzadaraq müraciət etməyən digər tərəfi gözlədiyini bildirmişdir. Notarius Maraqlı şəxs2 zəng etdiyini, məktub göndərdiyini bildirərək onu da çağırdığını demiş və onları da gözlətmişdir. Onlar da öz növbəsində Maraqlı şəxs2 zəng edərək onun gəlib öz payını götürməsini ona demişlər, lakin Maraqlı şəxs2 onlara da verdiyi cavablardan görünmüşdür ki, o bu işdə maraqlı deyildir. Bütün qeyd etdikləri vərəsəlik işinin materiallarından da, görünür. Bu qayda ilə notar ius ** ay bu işi əsassız səbəblərlə yubatmışdır. Onun bu vaxt uzatmasına əsası isə bir vərəsənin müraciət etməməsi olmuşdur. Bu isə qanunsuz bir əsasdır. Müddəalarda qeyd edildiyi kimi digər vərəsəyə dəfələrlə bildiriş göndərilmiş, xəbərdarlıq edilmişdir. Lakin vərəsə bu işdə maraq göstərmədiyi üçün gəlməmişdir. Ona görə də Mülki Məcəlləyə əsasən vəfat etmiş Allahverdiyev Fizuli İsax oğlunun adın olan əmlaklara dair onun özünə miras əmlaka tam hissədə pay verilməsi şərti ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi təmin edilməli idi. Çünki digər övladları mirasdan imtina etmişlər. Lakin cavabdeh bu məsələni gecikdirmiş və digər vərəsəni gözləməyi tələb etmişdir. Onun ilk müraciətdən ** ay keçdikdən sonra yenidən cavabdehə müraciət etmişdir. O, həyat yoldaşı Allahverdiyev Fizuli İsax oğlu vəfat etdikdən sonra övladlarının ikisi onun xeyrinə mirasdan imtina etdiyinə görə *5.05.2024-cü il tarixli ərizəsi ilə xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri Allahverdiyev Fizuli İsax oğlunun qanun üzrə vərəsəsi olaraq tanınmağın, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin təmin edilməsini tələb etmişdir. Lakin onun bu tələbi Goranboy Rayon Notariat Ofisi tərəfindən imtina edilmişdir. Belə ki, cavabdeh Goranboy Rayon Notariat Ofisi notariat hərəkətlərinin aparılmasından imtina edilməsinə dair *6 may 2024-cü il tarixli Qərar qəbul edilərək onun xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri Allahverdiyev Fizuli İsax oğlunun qanun üzrə vərəsəsi olaraq tanınmağı tələbinin təmin edilməsindən və mərhum əri Allahverdiyev Fizuli İsax oğlundan miras qalan əmlakd an ona tam hissədə pay verilməsindən imtina edilmişdir. Bu Qərarın əsası olaraq tərəflər arasında mübahisə olduğu qeyd edilmişdir. Lakin onların arasında heç bir mübahisə olmamış, yalnız digər vərəsə Maraqlı şəxs2 bütün dəvət və çağırışlara rəğmən miras payın bölüşdürülməsinə gəlməmişdir. Bu isə onun vərəsəlik şəhadətnaməsi almaq hüququnu məhdudlaşdırmır. Bu məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsində də, qeyd edilib. Cavabdeh onun konstitision hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd edir ki, onun xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri Allahverdiyev Fizuli İsax oğlunun adına ünvan 1 ünvanında yerləşən ev və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Digər övladları onun xeyrinə imtina etdikləri üçün bu əmlaklara dair onun özünə miras əmlaka tam hi ssədə pay verilməsi şərti ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi təmin edilməli idi. Həmçinin o özü ünvan 1 ünvanında yerləşən evdə yaşayır və bu evdə qeydiyyatdadır. Digər gəlməyən vərəsənin isə bu evə ümumiyyətlə aidiyyəti olmamışdır. O nə bu evdə yaşayır, nə də qeydiyyatdadır.
6. Goranboy Rayon Məhkəməsinin 2(045)-**05/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia təmin edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı X5 mərhum Allahverdiyev Fizuli İsax oğlundan miras qalmış əmlaklara faktiki sahiblik və idarə etməyə başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirərək mirası tamamilə qəbul etmişdir. Odur ki, iddiaçının tam hissədə paya uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair tələbi əsaslı hesab edilməlidir.
8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin **57, *243, *30*, *322 və *29*-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı anası İddiaçı Goranboy rayon Notariat ofisinə qarşı iddia qaldıraraq mərhum atası Allahverdiyev Fizuli İsax oğlunun adına olan əmlaklara (evə və nəqliyyat vasitəsinə) dair onun özünə miras əmlaka tam hissədə pay verilməsi şərtilə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi öhdəliyinin qoyu lması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin işə üçüncü şəxs kimi cəlb edilmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)-**05/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli iddia təmin edilmişdir. İlk növbədə məhkəmə kollegiyasının diqqətinə çatdırmışdır ki, məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, ümumiyyətlə məhkəmənin keçirilməsindən xəbərsiz olmuşdur. Qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilməmiş, ona məxsus mobil nömrəyə məhkəmə tərəfindən heç bir sms göndərilməmişdir. Amma çox qəribədir ki, məhkəmə qətnaməsi lazımi rəsmi formada poçt vasitəsilə **.*0.2024-cü il tarixdə rəsmi qaydada ona çatdırılmışdır. İddia ərizəsində və məhkəmə qətnaməsində onunla bağlı qeyd olunanlar, xüsusilə guya “vərəsəlik işinə maraq göstərməməyi” həiqətdən uzaq, yalan məlumatdır. xx.xx.2023-cü il tarixdə atası Allahverdiyev Fizuli İsaq oğlu vəfat edəndən sonra anası və qardaşları ilə vərəsəlik məsələsini danışmış, onlar onun öz miras payını almaq niyyətini bəlli bilmiş, mərhumun “il mərasimin”dən sonra sənədləşmə işlərinə başlayacaqlarına razılaşmışlar. Lakin sonradan öyrənmişdir ki, anası və kiçik qardaşı Maraqlı şəxs* ondan xəbərsiz gizlicə atasının “qırx mərasimi” gözləmədən rayondakı notariusa yaxınlaşaraq vərəsəlik işi açdırmışlar. Bununla bağlı anası və qardaşı ona heç nə bildirməmişlər. Mərhumun qanun üzrə vərəsəsi kimi ancaq xx.xx.2024-cü il tarixdə ona ünvanlanmış Goranboy rayon Notariat ofisinin xüsusi notariusu Xəqani Aslanovun məktubunu poçtdan aldıqdan sonra həmin notariusa xx.xx.2024-cü il tarixli məktub göndərərək mərhum atasından qalan mirasın sat ılmasına və hər kiminsə adına keçirilməsinə etiraz etdiyini, qanuni vərəsə kimi hüquqlarının və qanunun tələblərinin rəhbər tutulmasını xahiş etmişdir. Onun həmin məktubundan sonra notarius haqlı olaraq *6.05.2024-cü il tarixdə notariat hərəkətlərindən imtina edilməsi barədə qərar qəbul etmiş və vərəsələr arasında mübahisə olduğunu göstərmişdir. Lakin iddiaçı öz maraqları naminə guya vərəsələr arasında mübahisənin olmadığını iddia edərək notariusu məhkəməyə vermiş, məhkəmə işində adı üçüncü şəxs kimi keçsə də, heç bir formada iştirakı təmin olunmamış, məhkəmə qətnaməsini aldıqdan sonra belə bir məhkəmə işinin keçirildiyini bilmişdir. Məhkəmənin hüquqları pozulmaqla keçirilmiş, mirası qəbul müddətinin ötürülməsi səbəbi araşdırılmamış, məhkəmədə iştirakı və müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə verməyi üçün şərait yaradılmamışdır. İddiaçının mənafeyinə uyğun qətnamə qəbul edilmiş, məhkəmə işində qəsdən iştirakı təmin edilməmişdir. Rəsmi qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Y.Yasamal-2, 7-ci Alatava küçəsi, ev 62, mənzil ** ünvanına heç bir məhkəmə bildirişi daxil olmamışdır. Məhkəmə ona rəsmi qaydada bildiriş göndərməmiş və ya göndərilsə belə ona bildiriş qəsdən çatdırılmamışdır. Məhkəmə qətnaməsi əsaslı hesab edilə bilməzdi. Çünki çəkişmə prinsipi təmin edilməmiş, ən əsası iştirakı olmadan vərəsə kimi maraqlarıma toxunan qanunsuz qətnamə çıxırılmışdır. Bununla da ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməzdi. Məhkəmə işə iştirakı olmadan baxmışdır. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əksetdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərəfindən ona bildiriş göndərilməmiş, məhkəmə icraatında heç bir formada iştirakı təmin edilməmişdir. Heç bir bildiriş ona çatdırılmamışdır. Məhkəmə qətnaməsi obyektiv olmayan və həqiqəti əks etdirməyən iddiaçının mənafeyini əsas götürərək iddianı təmin et mişdir. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmamışdır. Məhkəmənin gəldiyi nəticə ilə razı deyildir. Məhkəmə tərəfindən iddia tələbinə münasibəti öyrənilmədən qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin həqiqi halları aşkara çıxarılmamış, hakim iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*04)-302/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi ilk növbədə apellyasiya şikayətinin çəkişmə prins ipinin pozulması barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 iş üzrə iddiaçı və cavabdeh olmamış, birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində *6.07.2024-cü il tarixli məhkəmə iclasında işə cəlb edilmişdir. Bundan sonra məhkəmə bildirişi onun ünvan 4 ünvanına, daha sonra isə məhkəmə qətnaməsi onun müəyyən edilən və özünün də qeyd etdiyi Bakı şəhəri Yeni Yasamal 2, 7-ci Alatava küçəsi ev 62, mənzil ** göndərilmişdir.
13. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Notariat işinin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Allahverdiyev Fizuli İsax oğlunun ölümü ilə əlaqədar Goranboy rayon Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə miras açılmışdır. Həmin tarixdə mərhumun həyat yoldaşı İddiaçı ərizə verərək ərindən qalan miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, mərhumun övladları Maraqlı şəxs* və X2 anaları İddiaçı xeyrinə mirasdan imtina etmişlər. Notariat orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs2 mirasın qəbulu ilə bağlı məsələnin həlli üçün ərizə vermək, yaxud məhkəməyə müraciət etmək təklif olunmuş, *3.05.2024-cü il tarixli məktubla Maraqlı şəxs2 miras əmlakın satılmasına və ya kiminsə adına keçirilmıəsinə etiraz etmişdir. 28.*0.2024-cü il tarixli 2V-5** reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Allahverdiyev Fizuli İsax oğlunun vərəsəsi İddiaçıdır və o, miras əmlakda tam hissədə pay almalıdır. Miras əmlak 07.06.20*9-cu il tarixdə Allahv erdiyev Fizuli İsax oğluna verilmiş 5090*3060592-*030* reyestr nömrəli, *8*90*0287 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi *2*,2 kv metr, yaşayış sahəsi 52,3 kv metr, yardımçı sahəsi 68,9 kv metr 3 otaqlı olan fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. 28.*0.2024-cü il tarixli 2V-5*2 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Allahverdiyev Fizuli İsax oğlunun vərəsəsi İddiaçıdır və o, miras əmlakda tam hissədə pay almalıdır. Miras əmlak Gəncə RQİ və TBŞ tərəfindən verilmiş *8.07.20*3-cü il tarixli AB879897 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili *998-ci il olan “Opel Astra” minik markalı **-BH-*** dövlə t nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
14. Məhkəmə apellyasiya şikayətinin digər vərəsələrin Maraqlı şəxs2 aldadaraq miras əmlaka sahiblənməklərinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı izahatında göstərmişdir ki, məhkəmə iclasında atasının dəfn mərasimində iştirak etmiş, mirasın qəbulu ilə bağlı atasının il mərasiminin keçməsini gözləməyə dair razılaşmaları, lakin digər vərəsələrin razılaşmanı pozaraq onun xəbəri olmadan mirasın qəbulu üçün müraciət etdiklərini göstərmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, digər vərəsələr mirasın açılmasından * ay müddət ötməmiş notariat orqanına müraciət etmişlər. Həmçinin iş materialları ilə o da, müəyyən olunur ki, notariat orqanı həmin müddətdə Maraqlı şəxs2 məlumatlandırmış və mirasın qəbulu ilə bağlı müraciət etməsinə şərait yaratmışdır. Göründüyü kimi, Maraqlı şəxs2 özünün də izahatı ilə onun mirası nə rəsmi, nə də ki, faktiki qəbul etmədiyi müəyyən olunmuşdur.
15. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, miras qoyan mərhum Allahverdiyev Fizuli İsax oğlunun adına ünvan 1 ünvanında yerləşən ev və “Opel Astra” markalı avtomobil olmuşdur. Digər övladları onun xeyrinə imtina etdikləri üçün bu əmlaklara dair iddiaçıya miras əmlaka tam hissədə pay verilməsi şərti ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsi haqlı və düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 (vəkil-Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edərək əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya və apellyasiya instansiya məhkəməsinin mövqeyi Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin V İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı ilə verilən şərhə ziddir.
18. Maraqlı şəxs2 birinci instansiya məhkəməsinin iclaslarında iştirakı təmin edilməmiş, ümumiyyətlə məhkəmənin keçirilməsindən xəbərsiz olmuşdur. Qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri gödərilməmiş, ona məxsus mobil nömrəyə məhkəmə tərəfindən heç bir sms göndərilməmişdir. Amma çox qəribədir ki, məhkəmə qətnaməsi laz ımi rəsmi formada poçt vasitəsilə **.*0.2024-cü il tarixdə rəsmi qaydada ona çatdırılmışdır.
19. X3 hüquqlarını pozan Goranboy Rayon Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsi tərəfindən həm prosesual, həm də maddi hüquqları pozulması ilə nəticələnən qətnamə qəbul etməsi, onun bir vətəndaş kimi hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Maraqlı şəxs2 atası mərhum X4 rəhmətə getdiyi vaxtdan bəri, həm birgə yaşadıqları dövrdə, həm rəhmətə getdiyi gündən bəri qanun üzrə vicdanlı vərəsəsi kimi digər vərəsələrin hüququnu pozmamış, əksinə atasının hüzr mərasiminin keçirilməsindən sonra vərəsəlik işləri ilə məşğul olacağı barədə həm anası, həm də qardaşları ilə aralarında söhbət aparmış, iddiaçı, yəni anası İddiaçı isə bunun əksinə olaraq tez tələsik notariusa müraciət edərək tam p ay şəklində miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə müraciət etsə də Goranboy rayon Notariat ofisi iddiaçıya tam hissədə pay verilməsindən imtina edərək qanunun tələblərinə əməl etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir. Etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*04)-302/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə **33. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
22. Maddə **59.*. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
23. Maddə *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
24. Maddə *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda v ə bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
25. Maddə *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
26. Maddə *255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə
57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
28. Maddə
58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəs ələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.
29. Maddə
59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.
30. Maddə
60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsi
31. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən tam mübahisələndirildiyindən ape llyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sür ülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.*.4, 408.*.5 və 4*6-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunv ericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*04)-302/2025 nömrəli iş üzrə 25 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı