Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2062/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1944/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx xxxxxx 2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh MTK arasında yaşayış evinin alqısatqısı haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən MTK Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilməkdə olan 4 saylı binanın 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 25 saylı mənzili İddiaçı təhvil vermək barədə üzərinə öhdəlik götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı pay haqqının əvvəlcədən 2800 manatını, 36 ay ərzində isə 35.276 manatını MTK-ya ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh MTK tərəfindən İddiaçı mənzil haqqında Çıxarış verilmişdir. Cavabdeh MTK üzrə verilmiş xx xxxx 2018-ci il tarixli əmrə əsasən İddiaçı ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqaviləyə müqavilə şərtlərinin pozulması əsas göstərilməklə xx xxxx 2018-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən MTK-ya əvvəlcədən 2800 manat ödəyib, qalan 35.276 manatı isə 36 ay müddətinə ödəmək barədə üzərinə öhdəlik götürməsini, xx xxx 2018-ci il tarixə kimi aylıq ödənişləri vaxtında həyata keçirməklə həmin vaxta ödənilməmiş borcunun 9786 manat təşkil etməsini, lakin tikinti işlərinin başa çatmasına baxmayaraq MTK tərəfindən mənzilin ona təhvil verilməməsini əsas göstərməklə onun tərəfindən 9786 manat məbləğində borcun bir dəfəyə tam ödənilməklə mənzil in MTK tərəfindən ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh MTK qarşılıqlı iddia verərək İddiaçı MTK-ya hissə-hissə ödəməli olduğu pul məbləği üçün müəyyən olunmuş 36 ay müddətinin 2018-ci ilin noyabr ayında bitməsinə baxmayaraq onun xx xxx 2018-ci il tarixdən ödənişləri dayandırmasını və bununla əlaqədar onunla bağlanmış müqavilənin MTK tərəfindən birtərəfli qaydada ləğv edilməsini əsas göstərməklə öhdəliyini icra etməməsinə görə ondan 60.656,7 manat məbləğində cərimənin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-293/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: C.İ.Səfiyeva) İddiaçı iddia tələbinin təmin olunub onunla Cavabdeh MTK arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin birtərəfli qaydada ləğv edilməsinin qanunsuz sayılması, həmin müqavilənin bərpa edilərək mənzilə görə ödənilməmiş qalan 9786 manatın İddiaçı tərəfindən bir dəfəyə tam olaraq MTK-ya ödənilməklə mənzilin MTK tərəfindən İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1944/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-293/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair hissədə ləğv edilib həmin hissədə iddianın qismən təmin edilərək xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etmədiyi üçün İddiaçı Cavabdeh MTK-nın xeyrinə 500 manat məbləğində cərimənin tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə Cavabdeh MTK kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qar şı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verməklə təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili şikayətlə razılaşmayaraq iddianın təmin edilməsinin qanuni olmasını əsas göstərməklə şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə o nun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, mübahisəli mənzilin tərəflər arasında razılaşmış dəyəri 35.276,00 manat təşkil etmiş, ilkin ödəniş 2800 manat olmaqla alqı-satqı müqaviləsinin MTK tərəfindən birtərəfli qaydada ləğv olunduğu zaman onun MTK-ya 5870 manat məbləğində borcu olmuşdur. Ödənişin dayandırıldığı dövrdə, yəni xx xxx 2018-ci il tarixdən sonra isə iddiaçının MTK-ya ödənilməmiş 9786 manat məbləğində borcu qalmışdır. İddiaçı tərəfindən müəyyən gecikdirmələrdən sonra ödənişin davam etdirilməsinə cəhd göstərilsə də MTK tərəfindən həmin ödənişlər qəbul edilməmiş və müqavilə MTK tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. MTK aylıq ödənişlərin İddiaçı tərəfindən uzun müddət ərzində gecikdirməsini iddia etsə də, işdə MTK tərəfindən ona ödənişlərlə bağlı bildiriş göndərilməmiş və belə vəziyyətdə müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Göstərilən vəziyyətdə müqavilənin birtərəfli qaydada ləğv edilməsi əsassız olduğundan, eləcə də iddiaçı ödənilməmiş bütün məbləği tam ödəməklə mənzilin ona təhvil verilməsini təklif etdiyindən, kollegiya hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi İddiaçı iddiasının təmin olunmasını əsaslı saymaqda və qarşılıqlı iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Kollegiya qeyd olunanlarla əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla, onun ləğv edilməsinə əsas verən qanun pozuntularına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İlk iddia üzrə Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1944/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2062/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2062/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver