Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2062/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı (X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair çıxarışın ləğv olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-2062/2025 (Açar sözlər: Kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Gənc ə şəhəri 6 saylı notariat ofisinı qarşı (X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair çıxarışın ləğv olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-57/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətini 24 iyun 2025-ci il tarixdə nəzərdən keçirərək, aşağıdakı qərarı qəbul etdi İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 6 saylı Notariat ofisinə qarşı (X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizə ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhə ri, Yeni Gəncə qəsəbəsi, 31 saylı evin 18 saylı mənzilinə dair Cavabdeh2 ilə onun arasında Cavabdeh1 bağlanılmış 24 noyabr 2022-ci il tarixli, 4Ə-753 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə və Cavabdeh2 adına Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ev 31, mənzil 18-ə dair verilmiş çıxarışın, mülkiyyət hüququna dair qeydin ləğv edilməsi və ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(125)-5258/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zaman İmanov) iddianın rədd edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət olunmuşdur.
3. Qətnamədən İddiaçı nümayəndə si və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə olunmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 2(104)-57/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qətnaməsi (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Mustafa Mustafayev və Fikrət Mehdiyev) qətnaməsi ilə, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 274 manatın iddiaçıdan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddi açıya aid edilməsi qət olunmuşdur.
5. Həmin qətnamədən İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və Ali Məhkəmənin 11 iyun 2025ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsindən 19 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş müraciətdən müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təsviri hissəsində yanlışlığa yol verlmişdir. Yanlışlığın aradan qaldırılması üçün 2(104)-57/2025 nömrəli mülki işin kassasiya baxışından çıxarılaraq Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunur.
7. Məhkəmə kollegiyası iş materiallarını araşdıra raq hesab edir ki, kassasiya şikayəti baxışdan çıxarılmalı və iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.
8. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
9. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmə k məsələsinə baxmağa mane olmur.
10. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
11. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
12. Məhkəmə kollegiyasının mövqeyinə görə Gəncə Apellyasiya Məhkəməsindən daxil olmuş 19 iyun 2025-ci il tarixli müraciət nəzərə alınaraq, mülki işin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2062/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qərardadı ləğv edilməli və kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq müraciətdə qeyd olunan prosessual hərəkətin yerinə yetirilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda izah olunmalıdır ki, müraciətdə qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsindən dərhal sonra mülki işin materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir.
13. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Res publikası MPM-nin 403-409 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-57/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2062/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Mülki işin materialları müraciətdə qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. İzah olunsun ki, müraciətdə qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsindən dərhal sonra mülki işin materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Qərar qətidir və qəbul