Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2065/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: “xxxxxxxxxxx” x7 İddia tələbi: pozulmuş hüquqların bərpa edilməsi, mükafatın və vurulmuş mənəvi zərərin ödənilməsi (Açar sözlər: işgötürənin mülahizəsi, cinsi ayrı-seçkilik, sübutetmə yükü, mülki prosesdə həqiqətin müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər XXXov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(103)-12045/2019 nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı (bundan sonra – iddiaçı) 02 mart 2017-ci il tarixli əmək müqaviləsinə əsasən “xxxxxxxxxxx” x4 (bundan sonra - cavabdeh və ya MMC) Tənzimləmə, Hüquq işləri və SƏTƏM üzrə İdarənin Kommersiya müqavilələri üzrə bölməsinin Böyük hüquq məsləhətçisi vəzifəsinə qəbul edilmişdir. 08 may 2018-ci il tarixdə MMC-nin bir sıra əməkdaşlarına pul mükafatı ödənilsə də, iddiaçıya mükafat verilməmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bəra bərlik və ayrı-seçkiliyə məruz qalmamaq hüququnun bərpa edilərək, MMC-də Tənzimləmə, Hüquq işləri və SƏTƏM üzrə İdarədə çalışan böyük hüquq məsləhətçilərinin 2018-ci ilin may ayında aldığı mükafata bərabər mükafatın (əmək haqqının) ödənilməsinin cavabdehə həvalə edilməsi, cavabdehdən ona ayrı-seçkiliyə məruz qoymaqla vurduğu mənəvi ziyanın əvəzi olaraq, xeyrinə 2000 manatın tutularaq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, 29 yanvar 2018-ci il tarixində bölmə rəhbəri tərəfindən elektron poçt vasitəsi ilə 2018-ci ilin əvvəlində şöbənin bütün işçilərinə rəhbərlik tərəfindən elektron poçt vasitəsi ilə performansın qiymətləndirilməsinə dair müvafiq blanklar göndərilmiş, blank onun tərəfindən doldurulub rəhbərliyə təqdim edilmişdi r. 08 may 2018-ci il tarixindən bütün işçilərə elektron poçt vasitəsi ilə məktub gəlmişdir ki, 2018-ci illin mükafatı gün ərzində əmək haqqı kartlarına köçürüləcəkdir. Lakin ona heç bir mükafat köçürülməmişdir. İddiaçı, onun performans qiymətlərdirməsinin nəticələri və qiymətləndirmənin keçirilməsi ilə bağlı şirkətin qaydalarının ona təqdim edilməsi ilə bağlı 11 may 2018-ci il tarixində elektron poçt vasitəsilə cavabdehin İnsan Resursları üzrə baş müdiri XXX XXXaya müraciət etmiş, lakin ona heç bir məlumat təqdim edilməmişdir. İddiaçının işlədiyi şöbənin rəhbəri XXX XXXov isə şəxsi görüş zamanı ona bildirmişdir ki, iddiaçıya mükafat vermək istəmir, kimə istəyirsə şikayət etsin. Halbuki, şirkətdaxili təcrübəyə, ənənəyə görə hər il, heç bir intizam tənbehi almayan işçilərə mütləq qaydada mük afat verilir. Bütün bunlardan göründüyü kimi, işəgötürən iddiaçıya qarşı ayrıseçkiliyini davam etdirərək, onu mükafatdan məhrum etmiş, lakin bunu heç nə ilə əsaslandırmamışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3717/2019 nömrəli iş üzrə 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-12045/2019 nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdı r. Apelyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş x2 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən 2019-cu ilin fevral ayınadək “xxxxxxxxxxx” MMC-nin Hüquq şöbəsində sorğular üzrə mütəxəssis vəzifəsində işləmişdir. 2018-ci ildə MMC-nin əməkdaşlarının əksəriyyəti əmək haqqının təxminən 90-95% həcmində müavinət almışlar. Onun 2018-ci ilin aprel ayında töhməti olmasına baxmayaraq, ona da müavinət verilmişdir. Belə ki, həmin müavinət 2017-ci ilin nəticələrin uyğun verilmişdir. İddiaçının hər hansı tənbeh tədbiri olmamış, lakin ona müavinət verilməmişdir. Əməkdaşların qiymətləndirilməsi MMC-nin rəhbərliyi tərəfindən həyata keçirilmişdir. İddiaçı tərəfin vəsatətinə əsasən cavabdehin apelyasiya baxışı zamanı təqdim etdiyi 15 oktyabr 2019-cu il tarixli arayışa əsasən iddiaçının i şlədiyi departamentdə 4 nəfər böyük hüquq məsləhətçisi vəzifəsində və 2 nəfər hüquq məsləhətçisi vəzifəsində işləmişlər. Onlardan böyük hüquq məsləhəçisi olan İddiaçı (əmək haqqı 2268 manat təşkil edib) və hüquq məsləhətçisi XXX XXX XXX qızına (əmək haqqı 2397 manat təşkil edib) 2018-ci ildə mükafat verilməmişdir. 3704 manat əmək haqqı alan x11 1997 manat, 3671 manat əmək haqqı alan x6 1986 manat, 3671 manat əmək haqqı alan x3 2155 manat, 2397 manat əmək haqqı alan x8 1006 manat mükafat verilmişdir. MMC-nin ümumi 1264 nəfər işçisindən 576 nəfər mükafat almamış, sonuncuların 264 nəfəri qadın olmuşdur. Cavabdehin apelyasiya məhkəməsinə təqdim etdiyi Baş icraçı direktorun 03 may 2018-ci il tarixli, 0518 saylı əmrinə əsasən bu əmrin qüvvəyə minmə tarixinədək Cəmiyyətdə 6 aydan çox işləmiş, int izam məsuliyyətin cəlb olunmamış və fərdi performans qiymətləndirilməsinin nəticəsi 90%-dən yuxarı olmuş əməkdaşlara mükafatın ödənilməsi əmr edilmişdir. İş materiallarında olan cavabdeh MMC tərəfindən tərtib olunmuş x1 əsasən İddiaçı ümumi fəaliyyət qiymətləndirilməsi 2,1 balla qiymətləndirilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsindəki araşdırma ilə, həm də apellyasiya icraatı zamanı iddiaçının vəsatəti əsasında aparılmış araşdırma zamanı iddiaçının ayrı-seçkiliyə məruz qalması və bərabərlik prinsipinin pozularaq onun mükafatdan məhrum edilməsi faktı öz təsdiqini tapmamışdır. İddiaçıya 2018-ci ildə həqiqətən mükafatın verilməməsi müəyyən olunsa da, bu iddia olunduğu kimi İddiaçı cinsi mənsubiyyətinə görə diskriminasiyaya məruz qaldığınd an deyil, işəgötürən tərəfindən aparılmış qiymətləndirilmənin nəticəsi olaraq baş vermişdir. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsini, 157-ci maddəsinin 2-ci və 6-cı hissələrini və 185-ci maddəsini, Mülki Məcəllənin 5.3-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, əmək qanunvericiliyinə əsasən işçinin mükafatlandırılması fərdi xarakter daşımaqla, onun əmək funksiyasının yerinə yetirməsinin keyfiyyətindən asılı olaraq işəgötürən tərəfindən öz mülahizəsinə görə tətbiq olunur. Əlbəttə ki, mükafatlandırma zamanı ayrı-seçkiliyə yol verilməməlidir. Lakin hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının mükafatlandırılmaması müəyyən olunsa da, bunun hər hansı bir əsasla diskriminasiya olaraq baş verməsi öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin təqdim etdiyi arayışdan da görünür ki, iddiaçının işlədiyi departamentdə daha bir nəfər (hüquq məsləhətçisi XXX XXX XXX qızı) mükafat almamışdır. Həmin şəxs də qadın olmuş, departamentdə işləyən digər qadın əməkdaşlara mükafat verilmişdir. İddiaçının digər meyarlara görə (ailə vəziyyəti, siyasi baxışlar, əmlak vəziyyəti və s.) diskriminasiyaya məruz qalması da araşdırma zamanı müəyyən olunmamışdır. Həmçinin iddiaçı tərəfin təşəbbüsü ilə apelyasiya instansiyası məhkəməsi tərəfindən şahid qismində dindirilmiş x2 iddiaçının işəgötürən tərəfindən hər hansı meyara görə ayrı-seçkiliyə məruz qalmasına dair hər hansı tutarlı məlumatlar verməmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının fəaliyyətinin qiymətl əndirilməsi işəgötürənin səlahiyyətinə aid olmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apelyasiya instansiyası məhkəmələri maddi hüquq normalarının tələblərini pozmuş, Əmək Məcəlləsinin tələblərinə formal yanaşmış, işin hallarına əhəmiyyət vermədən Əmək Məcəlləsinin mükafatla bağlı ümumi normalarını formal sadalamaqla kifayətlənmişdir. Şikayətdə Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinə, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə, İ qtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Paktın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndinə, x10 1-ci hissəsinin 2-ci bəndinə, “Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 15.07.2011ci il tarixli qərarına istinad edilməklə qeyd edilmişdir ki, həm beynəlxalq müqavilələr, həm də Əmək Məcəlləsi işçiləri işəgötürənlərin qanunsuz hərəkət və hərəkətsizliyindən qorumaq, sui-istifadə hallarının və s. neqativ təcrübənin qarşısını almaq üçün imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması ilə bağlı minimum şərtlər müəyyən etmişdir. Burada əsas şərt əmək prosesində işçiyə münasibətin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmasıdır. Lakin, b u mübahisə üzrə iş hələ birinci instansiya məhkəməsində araşdırılarkən, bununla bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Əksinə, iş üzrə cavabdehin nümayəndəsi iddia tələbinə cavab olaraq bildirmişdir ki, işçi əmək müqaviləsi bağladıqdan sonra, uzun müddət işdə olmamışdır. Göründüyü kimi, işəgötürənin iddiaçını mükafatdan məhrum etməsinin səbəbi, iddiaçının azyaşlı övladının xəstə olduğu üçün xəstəlik vərəqəsinə əsasən bir neçə dəfə işdə olmamasıdır. Yəni, iddiaçı Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinə zidd olaraq, ailə vəziyyətinə görə ayrı-seçkiliyə məruz qalmışdır. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 183-cü (“d” bəndi) maddəsinə zidd olaraq, fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları “Müəssisədaxili inti zam qaydaları”nın məzmununa daxil edilməmişdir. Belə ki, iş üzrə cavabdehin nümayəndəsi suallara cavab olaraq bildrimişdir ki, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları yazılı formada mövcud olmamışdır. Məhkəmələr tərəfindən bu məsələyə də qiymət verilməmişdir. Beləliklə, şirkətdə mükafatlandırma qaydaları mövcüd olmayıb və şirkət bundan istifadə edərək heç bir səbəb göstərmədən mükafatı iddiaçıya ödəməməklə ona qarşı qərəzli şəkildə ayrı-seckiliyə yol verib. Əslində isə, bu fərdi mükafat deyil, əmək kollektivinin hər bir üzvünə hər il ödənilən və təcrübədə 13-cü əmək haqqı adlandırılan ümumi mükafat olub ki, bundan yalnız iddiaçı qanunsuz olaraq məhrum edilib. Lakin, məhkəmələr bununla bağlı iddiaçının arqument və dəlillərinə heç bir əhəmiyyət verməmişlər. Nəticədə, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 14-cü, Mülki və siyasi hüquqlar haqqında paktın 26-cı və İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 7-ci maddəsində təsbit olunan bərabərlik hüququ pozulmuşdur. İşəgötürən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə də əhəmiyyət verməmiş, məhkəmə həmin qanunla oxşar işlər üzrə sübutetmə yükünün işəgötürənin üzərində olduğunu nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi yeni sübutları qəbul etməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 371-ci, həmçinin 385 və 388-ci, işin hallarını qeyri-mötəbər sübutlarla müəyyən etməklə 81, 89.5-ci, şahid ifadəsini yanlış qiymətləndirməklə 88, 106-cı, əsaslandırılmamış qətnamə qəbul etməklə 217.1-ci maddələrinin, həqiqətə nail olmaq üçün işin faktiki hallarını kifayət qədər araşdırmamaqla Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin və MPM-in 14.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barəd ə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır (16-cı maddənin 1-ci hissəsi). Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir (157ci maddənin 2-ci və 6-cı hissələri). Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili inti zam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən: pul və ya qiymətli əşyalar hədiyyə edilməklə; əlavə məzuniyyət verilməklə; əmək haqqına fərdi əlavə edilməklə; daha yüksək məbləğdə fərdi sığorta edilməklə; sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər (185-ci maddə). “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
8. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasında işəgötürənin vəzifələri 8.1. İşdə irəli çəkilmək, peşə hazırlığı keçdiyi və əlavə təhsil aldığı zaman və işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən kişi və qadınlara fərqli yanaşdıqda, işçinin tələbi ilə işəgötürən həmin fərqli yanaşmanın işçinin cinsi mənsubiyyəti ilə bağlı olmadığını əsaslandırmalıdır. 8.2. İşə qəbul edilmək barədə müraciətə rədd cavabı almış şəxs işəgötürəndən işə qəbul edilmiş əks cinsin nümayəndəsinin onunla müqayisədə malik olduğu təhsil, peşə hazırlığı, təcrübə, peşə keyfiyyətləri və digər üstünlüklər barədə yazılı izahat tələb etmək hüququna malikdir. Maddə
9. Əməyin ödənilməsində bərabərlik 9.1. Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əmək haqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədi ilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir. 9.2. Əmək haqqı, mükafatlar və işçin i həvəsləndirmək məqsədi ilə ödənilən digər maddi ödənişlər müxtəlif olduqda, işçinin tələbi ilə işəgötürən əmək haqqındakı fərqin işçinin cinsi mənsubiyyəti ilə əlaqədar olmadığını əsaslandırmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, əmək münasibətlərində ayrı-seçkiliyə, o cümlədən cinsi ayrı-seçkiliyə yol verilməsinin, bu amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən olunmasının, habelə hüquqların məhdudlaşdırılmasının qadağan edilməsi barədə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş ümumi prinsiplər Əmək Məcəlləsinin 16-cı maddənin 1-ci hissəsində də əks olunmuşdur. Baxılan iş üzrə iddiaçı işəgötürən tərəfindən cinsi ayrı-seçkilik əsasları ilə ona mükafat ödənilmədiyini iddia edir və bununla əlaqədar pozulmuş hüquqlarının bərpa olunmasını tələb edir. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən işçinin mükafatlandırılması fərdi xarakter daşımaqla, onun əmək funksiyasının yeri nə yetirməsinin keyfiyyətindən asılı olaraq işəgötürən tərəfindən öz mülahizəsinə görə tətbiq olunur. Sözsüz ki, əgər işəgötürənin işçiyə mükafat verməkdən cinsi ayrı-seçkilik əsası ilə imitna etdiyi müəyyən edilərsə bu pozuntu kimi tanına və işçinin hüquqlarının bərpası barədə iddianın təmin olunması üçün əsas ola bilər. Lakin MPM-in 77.1-ci maddəsində ifadə edilmiş, sübutetmə yükünü müəyyən edən ümumi prinsipə əsasən bu halın müəyyən olunması üçün iddiaçı həqiqətən ona qarşı cinsi ayrı-seçkiliyə yol verildiyini sübuta yetirməlidir. İşə baxan məhkəmələr hazırkı iş üzrə iddiaçının bu halı təsdiq edən sübutları təqdim edə bilmədiyi barədə qənaətə gəlmişlər. İddiaçı kassasiya şikayətində “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə istinad etməklə bu halla bağlı əksini sübut etmək yükünün işəgötürənin üzərində olduğunu bildirir. Nəzərə alınmalıdır ki, istinad olunan Qanunun 8.1-ci maddəsi işəgötürənin üzərinə işin keyfiyyətini qiymətləndirərkən; 9.2-ci maddəsi isə əmək haqqı, mükafatlar və işçini həvəsləndirmək məqsədi ilə ödənilən digər maddi ödənişlər müxtəlif olduqda işçinin tələbi ilə fərqli yanaşmanın işçinin cinsi mənsubiyyəti ilə bağlı olmadığını əsaslandırmaq öhdəliyi qoyur. Qeyd olunan normalardan göründüyü kimi hər bir halda işçi ilk növbədə ona qarşı fərqli yanaşmanın olduğunu sübuta yetirməlidir ki, işəgötürənin üzərinə belə yanaşmanın işçinin cinsi mənsubiyyəti ilə bağlı olmadığını əsaslandırmaq öhdəliyi qoyulsun. Eyni zamanda baxılan iş üzrə məhkəmələr işdə olan sübutlar əsasında belə qənaət ə gəlmişlər ki, həm birinci instansiya məhkəməsindəki araşdırma ilə, həm də apellyasiya icraatı zamanı iddiaçının vəsatəti əsasında aparılmış araşdırma zamanı iddiaçının ayrıseçkiliyə məruz qalması və bərabərlik prinsipinin pozularaq, onun mükafatdan məhrum edilməsi faktı öz təsdiqini tapmamışdır. İddiaçıya mükafatın verilməməsi iddiaçının cinsi mənsubiyyətinə görə diskriminasiya ilə deyil, işəgötürən tərəfindən aparılmış qiymətləndirilmənin nəticəsi olaraq baş vermişdir. Apellyasiya baxışı zamanı yeni sübutların təqdim olunmasına münasibətdə qeyd edilməlidir ki, MPM-in 372-ci maddəsi həqiqətən də bir qayda olaraq apellyasiya baxışında əlavə faktların və sübutların qəbulunu yolverilməz hesab edir. Belə sübutlar o halda qəbul edilə bilər ki, ərizəçi onların birinci instansiya məhkəməsində t əqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Baxılan iş üzrə iddia tələbinin əsasını, yəni mükafat ödənilərkən işəgötürən tərəfindən ona qarşı fərqli yanaşmanın olduğunu sübuta yetirmək vəzifəsi iddiaçının üzərində olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərindən biri də birinci instansiya məhkəməsində tələb etdiyi və cavabdehdə olan sübutların məhkəməyə təqdim edilmədiyi olmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə məhz iddiaçı tərəfindən tələb olunan sübutların təqdim edilməsini iddiaçının iştlrakı ilə cavabdehə təklif etmiş və qeyd olunan sübutlar cavabdeh tərəfindən təqdim olunmuşdur. Bu baxımdan istinad olunan hal düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq pozuntusu kimi qəbul edilə bilməz. İddiaçı kassasiya şikay ətində, həmçinin məhkəmənin həqiqəti müəyyən etmək üçün kifayət qədər aşardırma aparmadğını bildirir. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində ifadə edilmiş məhkəmə icraatının həqiqətin müəyyən edilməsi vəzifəsi mütləq həqiqətin deyil, baxılan iş üzrə tərəflərin təqdim etdikləri və məhkəmə tərəfindən araşdırılan sübutlardan irəli gələn hüquqi həqiqətin müəyyən olunmasını nəzərdə tutur. Belə ki, həmin normanın şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənlə şdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil q aydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübut ların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Kassasiya şikayətinin digər dəlilləri əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(103)-12045/2019 nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.