Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2065/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evin boşaldılma sı” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-583/2025 nömrəli iş üzrə 4 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 18 noyabr 2021-ci il tarixli, **********29-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kv.m. fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuşdur. 2. 2271680003934 nömrəli, 8İ-3934 reyestr nömrəli X3 tərəfindən notariat ofisinə ünvanlanmış ərizənin surətinə əsasən X3 birgə nikah dövründə əldə edilmiş əri – İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,015 ha torpaq sahəsinin və üzərindəki 58,90 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin istənilən qiymət və şərtlərlə satılmasına razılıq verir. Gələcəkdə bağlanacaq müqavilələrdə göstərilən müddət ərzində əmlakı boşaltmağı və pasport qeydiyyatından çıxmağı öz üzərinə götürür. Eyni zamanda bəyan edir ki, satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır.
3. Gəncə şəhəri 5 saylı notariat ofisində satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 26 oktyabr 2022-ci il tarixli 4Ə-1317 reyes tr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 58,9 kv.m. olan fərdi yaşayış evini və ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini – alıcı Cavabdeh1 20.000 manata satır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş xx.xx.2022 il tarixli, qeydiyyat nömrəsi **********KW78101 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
4. Muğan Bank ASC-nin 26 oktyabr 2022-ci il tarixli, 649104 nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı 20.000 manat pulu imza edərək notariusun depozit hesabından götürmüşdür. 5. 21 noyabr 2022-ci il tarixli, ********** qeydiyya t nömrəli, **********55-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin birgə nikah dövründə əldə etdikləri Cavabdeh1 ilə ünvan 5 ünvanında 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 58,9 kvadratmetr evin alqı-satqısına d air 26 oktyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 3 ünvanda 0.03 ha torpaq sahəsində yerləşən 58,9 kv.m. evi alıcı Cavabdeh2 satmaqla bağlı razılığa gəlmişdir. Alıcı Cavabdeh2 həmin vaxt Gəncə şəhərində fəaliyyət göstərən 2 saylı notariat kontorunun notariusu işləmişdir. Alıcı kimi sənədləşmə Cavabdeh1 adına sənədləşsə də, evin qiyməti, ödənilməsi qaydası, məbləği barədə Cavabdeh2la danışmışlar. Cavabdeh2la sövdələşməyə görə ünvan 4 ünvanda yerləşən mülkü 100.000 manata alqı-satqı etməyə razılaşmışdır. Cavabdeh2 ev alqı-satqısı ilə məşğul olduğu vaxtlardan tanımış, etibarlı, dürüst, qanunpərəst insan kimi bilmişdir. Cavabdeh2 ona bildirmişdir ki, evin dəyəri olan 100.000 manatı hazırda tam şəkildə ödəmək imkanı yoxdur. Ona görə də evi alqı-satqı edəndə 20.000 manata alqı-satqı edək və qalan 80.000 manatı isə bir il müddətində ona şəxsən özü verəcək. O, bildirmişdir ki, bu evi 20.000 manata heç bir notarius alqı-satqı etməz, çünki qiymət çox aşağıdır. Cavabdeh2 “o iş mənlikdir, mən həll edəcəm”- demişdir. O da cavabdehin hörmətli bir notarius olmasını, onu bir il ərzində 80000 manat pulu ona ödəmək imkanının olmasını, həmçinin Cavabdeh2 etibarlı, sözünə əməl edən şəxs kimi tanıdığından ona inanmış və bir notarius olaraq şəhər ictimaiyyəti arasında nüfuzunun olması səbəbindən alqı-satqı müqaviləsini onun təklif etdiyi şərtlərlə bağlamağa məcbur olmuş, sözünü y erə sala bilməmişdir. Bundan sonra ünvan 4 ünvanda yerləşən mülkü Cavabdeh2 arvadı Cavabdeh1 ilə (etibarnamə üzrə nümayəndəsi X4 təmsilçiliyi ilə) 20.000 manata 26 oktyabr 2022-ci ildə AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlamışlar. Ancaq Cavabdeh2 razılaşmanı pozmuş və ona verilməli olan 80.000 manat pulu bir il müddətində, yəni 2023-cü ilin oktyabr ayınadək verməmişdir. Dəfələrlə pulu istəsə də, ona vəd verərək pulu verəcəyini desə də, ödəniş etməmişdir. Əksinə, onu bu tələbdən çəkindirmək, susdurmaq, təzyiq göstərmək məqsədilə cavabdeh hazırkı iş üzrə Cavabdeh2 Gəncə Şəhər Məhkəməsində, qaynı arvadı X1 adından ona qarşı ünvan 6 ünvanda yerləşən, ona satılmış evin (evin əsil sahibi Cavabdeh2dur, iddiaçı həmin evin harada yerləşməsini belə bilmir) “etibarnamənin, alqı-satqı müqavilə lərinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və evin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia qaldırmışdır. Gəncə şəhərində “Butulkalı ev” deyilən evin qonşuluğunda, 0,015 ha torpaq sahəsində (alqı-satqıda 3000 manat dəyərləndirilmiş) yerləşən 58,9 kvadratmetr ümumi sahəsi olan evin dəyəri 17.000 manat (ümumilikdə 20.000 manat) olması inandırıcı və real deyildir. Əgər bu qiymətə bu evi adi sıradan bir vətəndaş alqı-satqı etməyə cəhd etmiş olsa heç bir notarius bu əməliyyatı aparmazdı. O səbəbdən ki, qiymət olduqca aşağıdır və real qiymət hesab edilə bilməz. Ancaq Cavabdeh2 notarius olaraq bu alqı-satqının həyata keçirilməsini nüfuzundan istifadə etməklə həyata keçirmiş, onu isə aldadaraq evin real dəyərindən qalan, razılaşdıqları 80.000 manatı verməkdən boyun qaçırı r. Əgər Cavabdeh2 onu vəd verərək aldatmasa o, bu evi 20.000 manat ona satmazdı. Çünki, evin real dəyəri 20.000 manat deyil, 100.000 manatdır. Ona görə də o, mübahisəli evin ekspertiza keçirilməklə qiymətləndirilməsi barədə məhkəmədə vəsatət qaldıracaqdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 4 ünvanda 0.03 ha torpaq sahəsində yerləşən, 58,9 kvadratmetr ümumi sahəsi olan mülkün 26 oktyabr 2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi üzrə razılaşdırılmış pul ona ödənilmədiyi üçün bu müqavilənin onun qanunla qorunan hüquq və mənafeyinə zidd olmaqla ona 80.000 manat ziyan vurması, nəticədə onun ağır maddi duruma düşməsi səbəbindən etibarsız hesab edilməsini və evin boşaldılmasını iddia edir.
8. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində d indirilmiş X5 ifadəsində bildirmişdir ki, o, özü ev alqı-satqısı ilə məşğuldur. Cavabdeh2 notarius olduğu üçün tanımışdır. O, İddiaçı 50.000 manat borc pul istəmiş, lakin Natiq ona ev satdığını və onun pulunu satdığı adamdan alıb verəcəyini bildirmişdir. Natiq ilə birlikdə Nəsibin işlədiyi notariusa gəlmiş, lakin o, özü çöldə gözləmişdir. Natiq və Nəsib arasında olan danışıqların şahidi olmamışdır. Yalnız İddiaçı Cavabdeh2 ona pul borclu olduğunu demişdir. İddiaçı, ümumiyyətlə, ona ünvan 7 ünvanını 100.000 manata satdığını bildirmişdir. Lakin, tərəflər arasında alqı-satqının 100.000 manat razılaşdırılaraq müqaviləyə 20.000 manat yazdırılması barədə danışıqları eşitməmiş və məlumatı yoxdur.
9. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 s aylı Vəkil Bürosunun vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tam əsassızdır. İddia ərizəsində qeyd edilənlərin heç biri həqiqəti əks etdirmir. Mülki Prosessual Qanunvericiliyə görə hər bir tərəf istinad etdiyi halı sübut etməlidir. İddiaçın iddiasına görə cavabdehlə arasında olan razılığa əsasən iddiaçı mülkiyyətində olan mübahisəli əmlakı 100.000 manata cavabdehlərə satmışdır. Lakin, bununla bağlı iddiaçı tərəfin hər hansı bir sübutu yoxdur. İddiaçının qeyd etdiklərinin hamısı fərziyyələrdən ibarətdir. Alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsi əsasında formalaşan əqd olmaqla tərəflərin iradə ifadəsi nəticəsində bağlanır. İddiaçı özü uzun müddətdir ki, evlərin alqı-satqısı ilə məşğuldur. İddiaçının adına kifayət qədər əmlaklar vardır. Şəhərdə onu makler kimi tanımayan adam yoxdur. Bu da onu deməyə əsas verir ki, iddiaçı alqı-satqı müqaviləsinin bağlanması qaydası, alqı-satqı etməyin qaydalarını hamıdan yaxşı bilir. Bu baxımdan alqı-satqı zamanı iddiaçını aldatmaq qeyri-mümkündür. Həmçinin, iddiaçı tərəf bildirir ki, Cavabdeh2 qohumu iddiaçıya qarşı iddia qaldırdığı üçün o da cavabdehlərə qarşı hazırki iddia tələbi ilə çıxış etmişdir. Bu hal da hazırki iddianın əsassız olduğunu göstərir. İddiaçı əgər evi 100.000 manata satmaq istəsəydi bunun üçün nisyə alqı-satqı müqaviləsi də bağlaya bilərdi. Ümumiyyətlə onlar arasında 100.000 manata evi satmaq barədə əvvəlcədən sövdələşmə olmamışdır.
10. Məhkəmənin 28 noyabr 2024-cü il tarixində keçirilən iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İ ddiaçı ilə çox səmimi dostluq münasibətləri olmuş və iddiaçının vaxtilə alqı-satqı fəaliyyəti ilə məşğul olmasına da o, kömək etmiş və şərait yaratmışdır. İddiaçı onun vasitəsi ilə tanınmışdır. 2008-ci ildən elektron məlumat bazası yaranmışdır. Həmin bazada yoxlama aparılsa iddiaçı qədər adı notariat hərəkətlərində çəkilən bəlkə də ikinci şəxs yoxdur. İddiaçının adına saysızhesabsız əmlaklar vardır. İddiaçı özü notariat işinin aparılması qaydasını hamıdan yaxşı bilir. Ona görə də iddiaçını aldatmaq mümkün deyildir. Mübahisəli ünvanı almağı iddiaçı təklif etmiş, həmin əmlaka baxmış, 20.000 manata həmin əmlakı almağa razılaşmış, müqavilənin şərtlərinə uyğun olaraq da həmin məbləği iddiaçıya ödəyərək mübahisəli əmlakı almışlar. Mübahisəli əmlakda hal-hazırda yaşayış yoxdur və tamamilə yararsı z vəziyyətdədir. İddiaçı ilə arasında olan dostluq münasibətinə görə həmin evi almış və fikirləşmişdir ki, gələcək üçün ev almağın ziyanı yoxdur. İddiaçı ilə 100.000 manat məbləğində mübahisəli evi almaq barədə sövdələşmə aparmamış, heç notariat kontoruna özü belə getməmiş, alqı-satqıda oğlu iştirak etmişdir.
11. Əmlakın Qiymətləndirilməsi MMC tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, ƏQ342/2024 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, 0,035 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 45,5 kvadratmetr ümumi sahədən ibarət, 1 mərtəbəli fərdi yaşayış evinin, 0,035 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2024-cü il tarixə likvid dəyəri 120640 manat təş kil edir. Real bazar dəyəri 13.2704 manat təşkil edir.
12. Gəncə Şəhər Məhkəməsinin (hakim Zaman İmanov) 29 noyabr 2024-cü il tarixli, 2(125)-4466/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 5 saylı Notariat Ofisi) qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və evin boşaldılması” tələbinə dair iddiasının rədd edilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiaçı tərəfindən irəli sürülmüş dəlillər məhkəmə iclasında öz təsdiqini tapmadığından, eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə qeyd edilən xüsusatların təsdiq olunması barədə mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi əsassızdır. Əksinə tədqiq olunan sübutlardan görünür ki, İddiaçı ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kvadratmetr olan fərdi yaşayış evini notariat ofisində öz iradəsini ifadə edərək cavabdehə satmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, İddiaçı daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı çoxsaylı notariat hərəkətlərinin subyekti olmuşdur. Onun iştirakı ilə yüzlərlə əqdlər bağlanmış və etibarnamələr verilmişdir. Bu baxımdan İddiaçı satmış olduğu əmlakın qiyməti ilə bağlı yanılması ağlabatan və inandırıcı deyildir. Digər tərəfdən İddiaçı Cavabdeh2la mübahisələndirilən daşınmaz əmlakın satış qiymətinin əvvəlcədən 100.000 man at müəyyən edilməsi və alqı-satqı müqaviləsində həmin qiymətin 20.000 manat kimi rəsmiləşdirilməsi, qalan 80.000 manatın isə öz aralarında şifahi qaydada razılaşdırılaraq dəyərinin ödənilməsi barədə sövdələşmələri məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
15. Məhkəmə bildirmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi digər hallar da məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, mübahisələndirilən daşınmaz əmlakın alqı-satqı qiymətinin onun həmin vaxt üçün real bazar dəyərindən aşağı göstərilməsi hələ özü-özlüyündə alqı-satqı müqaviləsinin etibarsız olması qənaətinə gəlmək üçün əsas deyildir. Belə ki, mülkiyyətçinin öz əmlakına istədiyi kimi sərəncam verməsi, yəni könüllü olaraq bu yö ndə iradəsini ifadə etməsi faktı həmin əqdin qanunvericiliyin tələbinə uyğun bağlanması, yəni legitimliyi üçün əsasdır.
16. Məhkəmə bildirmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiqlənmişdir. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.
17. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 144.1, 152.1, 324.1, 324.4, 337.1, 337.4, 339.3, 347.1, 347.2, 347.3, 347.4, 347.5, 347.6, 347.7 və 404.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq nor malarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatda «iddiaçı ilə çox səmimi dostluq münasibətləri olmuşdur və vaxtilə alqı-satqı fəaliyyəti ilə məşğul olmasında kömək etmişdir və şərait yaratmışdır, iddiaçı onun vasitəsi ilə tanınmışdır, 2008-ci ildən elektron məlumat bazası yaranmışdır. Həmin bazada yoxlama aparılsa iddiaçı qədər adı notariat hərəkətlərində çəkilən bəlkə də ikinci şəxs yoxdur. İddiaçının adına saysız hesabsız əmlaklar vardır. İddiaçı özü notariat işinin aparılması qaydasını hamıdan yaxşı bilir. Ona görə də iddiaçını aldatmaq mümkün deyildir. Mübahisəli ünvanı almağı iddiaçı təklif etmiş, həmin əmlaka baxmış, 20.00 0 manata həmin əmlakı almağa razılaşmış, müqavilənin şərtlərinə uyğun olaraq da həmin məbləği iddiaçıya ödəyərək mübahisəli əmlakı almışlar. Mübahisəli əmlakda hal-hazırda yaşayış yoxdur və tamamilə yararsız vəziyyətdədir. İddiaçı ilə arasında olan dostluq münasibətinə görə həmin evi almış və fikirləşmişdir ki, gələcək üçün ev almağın ziyanı yoxdur. İddiaçı ilə 100.000 manat məbləğində mübahisəli evi almaq barədə sövdələşmə aparmamış, heç notariat kontoruna özü belə getməmiş, alqı-satqıda oğlu iştirak etmişdir» deyə bildirmişdir. Cavabdeh2 məhkəmədə verdiyi izahatından da görünür ki, iddia ərizəsində göstərilən hallar, yəni iddiaçının Cavabdeh2la etibarlı, qarşılıqlı etimada əsaslanan münasibətlərinin mövcud olması, evin qiymətinin alıcı qismində iştirak edən Cavabdeh1 ilə deyil, məhz Cava bdeh2la razılaşdırıldığı öz təsdiqini tapır. Bundan başqa, Cavabdeh2 qeyd edir ki, İddiaçı notariat işini yaxşı bildiyi üçün onu aldatmaq mümkün deyil. Məhkəmə də gəldiyi qənaətdə ona əsaslanır ki, İddiaçı adına elektron bazada çoxsaylı mənzillər və mənzil alqısatqısına dair etibarnamələr vardır. Ancaq məhkəmə unudur ki, iddianın mahiyyəti onun alqı-satqı əməliyyatının notariat qaydada həyata keçirilməsində deyil, alqı-satqı da tərəflərin iradə ifadəsində aldadılmasından ibarətdir. Onun Cavabdeh2la birlikdə evin qiymətində olan razılaşmanın birbaşa şahidi olmuş X7 məhkəmədə şahid qismində dindirilməsi üçün vəsatət verilməsinə, vəsatətin təmin edilməsinə baxmayaraq şahid məhkəmə zalına daxil olduqdan sonra şəxsiyyət vəsiqəsinin əslini deyil kserosurətini təqdim etdiyi üçün məhkəmədə dindi rilməmiş, şahid Elmir Verdiyevin şəxsiyyət vəsiqəsini məhkəməyə təqdim etməsi üçün məhkəmə iclasının təxirə salınması haqda nümayəndə vəsatət verərkən və eyni anda şahid zalı tərk edən zaman Cavabdeh2 şahidə replika atmasından sonra yaranan xırda mübahisəyə əsaslanan məhkəmə şahidi zaldan kənarlaşdırmış və cavabdeh tərəfin vəsatəti əsasında şahidin qərəzli olacağı səbəbindən dindirilməsindən imtina etmişdir. Zalda əyləşən Cavabdeh2 şahid Elmir Verdiyevin həqiqəti məhkəmədə söyləyəcəyini bilərək şahidlə qəsdən sözlə mübahisə edərək vəziyyəti öz xeyrinə dəyişməyə, şahidin ona qarşı qərəzli olması barədə məhkəməyə məlumat verməklə süni mane yaratmağa çalışmış, məhkəmə isə cavabdehə dəstək verərək şahidi dinləmədən onun qərəzli olması əsası ilə dindirilməsindən imtina etmişdir. Bundan başqa mə hkəmə iclasında Cavabdeh2 bildirir ki, mübahisəli ev yaşayış üçün tam yararsızdır, həmin evi almaq niyyəti olmamış, ancaq fikirləşmişdir ki, əlavə əmlak almaq ziyan etməz və İddiaçı təklifi ilə evi 20.000 manata razılaşmaqla almışdır. Cavabdeh2 bu fikri ilə evin dəyərinin məhz 20.000 manat olmasını, evin köhnə, təmirsiz və yaşayışa yararsız olması ilə əlaqələndirmişdir. Evin qiymətinə dair məhkəməyə qiymətləndirmə barədə sənəd təqdim edilmişdir. Həmin sənədə əsasən mübahisəli evin qiyməti 132.704 manat təşkil edir. Məhkəmədə mübahisələndirilən alqı-satqının predmeti olmuş evin dəyərinin 132,704 manat təşkil etməsi barədə sənəd təqdim edilməsi, alqı-satqının isə 20.000 manat göstərilməsi təzad yaratsa da, məhkəmə evin dəyərinin qiymətləndirilməsinin 132.704 manat təşkil edib-etməməsinə heç bir hüquqi qiymət verməmiş, bu sənəd barədə susmağa üstünlük vermişdir.
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov) 2(104)-583/2025 nömrəli iş üzrə 4 mart 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Şəhər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2(125)4466/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Həmin əqdlə bağlı notariat ofisində açılmış notariat işinin sənədlərinə nəzər saldıqda satış pr edmeti olan əmlakların alıcısı Cavabdeh1 təmsil edən şəxsin adına hüquqi qüvvədə olmuş etibarnamə verildiyi, o cümlədən mübahisələndirilən əmlak İddiaçılə arvadı M.Əliyevanın birgə nikah dövründə əldə edildiyindən mübahisəli torpaq sahəsinin və üzərində yerləşən evin özgəninkiləşdirilməsinə dair sonuncunun notariat qaydada təsdiq edilmiş razılıq ərizəsinin alındığı, evin dəyərinin notariat ofisinin depozit hesabından iddiaçı (satıcı) İddiaçı ödənildiyi müəyyən olunur. Bir sözlə, mübahisələndirilən alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirir.
23. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, İddiaçı alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh2la əmlakı mü qavilədə göstərilən qiymətə, yəni 20.000 manata deyil də, 100.000 manata alqı-satqı etməyə razılaşdıqlarını əsas gətirərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Lakin, alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddiaçı tərəfindən irəli sürülmüş dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, habelə iddiaçı tərəfindən də məhkəməyə bu barədə hər hansı sübut təqdim edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehlər tərəfindən aldadılmaqla müqavilənin bağlannmasına razılıq verdiyi barədə nəticəyə gəlməyə əsas verən hal müəyyən olunmur. İddiaçı könüllü olaraq notarial qaydada mübahisəli əmlaklara dair sərəncam vermiş və onun nəticələrini görərək bunu arzu etmişdir. Bir sözlə mübahisələndirilən alqı-satqı mü qaviləsi iddiaçının iradə ifadəsini əks etdirmişdir. Beləliklə də hər hansı aldatma və ya zorakılıqdan, yaxud ağır vəziyyətdən istifadə olunmasından bəhs etmək mümkün deyildir.
25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəsi gedən əmlakların bazar qiymətinə uyğun və ya bu qiymətdən aşağı dəyərə satılması mülki qanunvericiliyin tələbləri baxımından əqdin etibarsızlığına dəlalət etmir.
26. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hazırkı vəziyyətdə iddiaçı tərəfin formal mülahizələrinə görə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi mübahisəsi gedən əmlakı qanuni əsaslarla əldə edən alıcı Cavabdeh1 da hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnər.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Müqavilənin iddiaçının iradəsinə zidd bağlanmış olması barədə hazırkı iddia tələbi əsassızdır.
28. Apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsinin etibarsızlığından irəli gələn digər tələb üzrə (evin boşaldılması) əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.
29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1, 337.1, 337.3, 337.4, 339.2, 339.3, 359.1, 362.1, 362.2, 567-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil1) kassasiya ş ikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakın qiymətləndirilməsi haqda işdə olan rəyə məhkəmə kollegiyası ümumiyyətlə hüquqi münasibət bildirməmişdir. Nə də iş üzrə ekspertiza keçirməklə mübahisəli mülkün əsil qiymətinin müəyyənləşdrilməsində maraqlı olmamışdır. Məhkəmənin iş üzrə qətnaməsi əsassızdır. Belə ki, bağışlama müqaviləsindən sonra ailə münasibətlərinin “əhəmiyyətli dərəcədə soyuması”, zənglərin cavabdeh tərəfindən bloklanması və ya cavab verilməməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyi halda məhkəmə bu halın mövcudluğunu qəbul etmiş, cavabdehin Bakı şəhərndə işləməsini və bu səbəbdən də vizual ünsiyyətin mütəmadiliyi nin mümkünlüyü məsələlərinə obyektiv qiymət verməmişdir.
32. Cavabdeh2 iddiaçıya mülkün tam dəyərini ödəməyi vəd etməklə etimadından və etbarından sui-istifadə edərək aldatmış, sonra isə qalan pulu iddiaçıya ödəmək barədə vədinə əməl etməmişdir. Bu aldatma halını təsdiq edən şahidini isə birinci instansiya məhkəməsi əsassız olaraq dindirməkdən imtina etmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin şahidin dindirilməsini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
37. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
38. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin ə qdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
39. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
40. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
41. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin ə qd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
42. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
43. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları mü əyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşma q və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
58. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenid ən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. İddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərlə bağlı da (əmlakın dəyərinin müəyyən edilməsi və şahidin dindirilməməsi) məhkəmələr tərəfindən prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmir.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin halları nın araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-583/2025 nömrəli iş üzrə 04 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.