Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2067/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.10.2021-ci il tarixli, 2(103)8045/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 MTK arasında 09.09.2013-cü il tarixdə mənzil tikintisinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən MTK Bakı şəhəri, C.Xəndan küçəsi, 3202-ci məhəllədə tikilməkdə olan binada ümumi qiyməti 54.225 manat təşkil edən 1-ci blok, 3-cü mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 72.3 kv.m olan 7 saylı mənzili İddiaçı vermək barədə öhdəlik götürmüşdür. Cavabdeh1 MTK-nin 08.02.2013-cü il tarixli arayışında, İddiaçı Cavabdeh1 MTK-ya məxsus C.Xəndan küçəsi 3202-ci məhəllədə tikilən binanın payçısı olması və payçı olduğu sahəyə 26.710 manat ödəməsi əksini tapmışdır.
2. Cavabdeh1 MTK tərəfindən verilmiş 06.10.2010-cu il tarixli arayışda Ağayev Əlikram Ataxan oğlunun Cavabdeh1 MTK-ya məxsus C.Xəndan küçəsi 3202-ci məhəllədə tikilən binanın payçısı olduğu və payçı olduğu sahəyə ödədiyi məbləğin 15.000 manat təşkil etdiyi qeyd olunmuşdur.
3. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında mənzil tikintisinə dair 19.03.2016-cı il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən MTK Bakı şəhəri, C.Xəndan küçəsi, 3202-ci məhəllədə tikilməkdə olan binada ümumi qiyməti 95.000 manat təşkil edən 1-ci blok, 3-cü mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 112.2 kv.m olan 8 saylı mənzili Cavabdeh2 verməyi öhdəsinə götürmüşdür.
4. Bundan başqa, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında mənzil tikintisinə dair 16.11.2013-cü il tarixdə də müqavilə bağlanmış, müqaviləyə əsasən MTK Bakı şəhəri, C.Xəndan küçəsi, 3202-ci məhəllədə Cavabdeh1 MTK tərəfindən tikilməkdə olan binada ümumi qiyməti 45.000 manat təşkil edən 1-ci blok, 3-cü mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 72.3 kv.m olan 7 saylı mənzili Cavabdeh2 verməyi öhdəsinə götürmüşdür. Bulaq-2” MTK tərəfindən verilmiş 16.11.2013-cü il tarixli arayışda Cavabdeh2un payçı olduğu Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan 3202 küçəsi, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 72.3 kv.m olan 7 saylı mənzilin dəyərini tam ödədiyi, qalıq borcunun olmadığı əksini tapmışdır.
5. Cavabdeh1 MTK-nın vəzifəli şəxsləri tərəfindən inşa edilən eyni mənzillərin müxtəlif şəxslərə satılmaqla dələduzluq yolu ilə vətəndaşların əmlakının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanmış, həmin cinayət işi üzrə Cavabdeh1 MTK-nın sədri vəzifəsində işləmiş X2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 31 3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin öldüyü üçün ona cəza təyin edilməmişdir.
6. Həmin hökmlə müəyyən edilmişdir ki, X2 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 7 nömrəli mənzili 09.09.2013-cü il tarixdə ünvan 2 ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında İddiaçı 54.225 manata satmasına baxmayaraq, 2013-cü ilin noyabr ayının əvvəllərində ona mənzil almaq üçün müraciət edən Cavabdeh2 qeyd edilən 7 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, Cavabdeh2 adına rəsmiləşdirilmiş 16.11.2013-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 45.000 manat məbləğində pul vəsaitini almışdır. Bundan başqa, X2 ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 8 nömrəli mənzili 05.10.2010-cu il tarixdə ünvan 2 ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və 08.02.2013-cü il tarixli maliyyə arayışı əsasında İddiaçı 61.710 manata satmasına baxmayaraq, 2016-cı ilin mart ayında ona mənzil almaq üçün müraciət etmiş Cavabdeh2 həmin 8 nömrəli mənzilin əvvəlcədən heç kimə satılmamasını yalandan bildirib, mənzili ona satmasına dair 19.03.2016-cı il tarixli müqavilə və maliyyə arayışı tərtib etmişdi r.
7. Həmçinin qeyd olunan hökmlə iş üzrə İddiaçı mülki iddiası maddi ziyan hissəsində tam, mənəvi ziyan hissəsində qismən təmin edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı 115.595 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu olmaqla cəmi 120625 manat ödənilməsi qərara alınmışdır və hökm bu hissədə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə, 1 bloklu, 2 otaqdan ibarət, ümumi sahəsi 72.3 kv.m olan, 3-cü mərtəbədə yerləşən 7 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 16.11.2013-cü il tarixli müqavilənin və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən 1 bloklu, 3 otaqdan ibarət, ümumi sahəsi 112.2 kv.m olan, 3-cü mərtəbədə yerləşən 8 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 19.03.2016-cı il tarixli müqavilələrin etibarsız hesab edilməsi, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 09.09.2013-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə,1 bloklu, 2 otaqdan ibarət, ümumi sahəsi 72.3 kv.m olan, 3-cü mərtəbədə yerləşən 7 saylı mənzil və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə,1 bloklu, 3 otaqdan ibarət, ümumi sahəsi 112.2 kv.m olan, 3-cü mərtəbədə yerləş ən 8 saylı mənzillərə dair iddiaçının payçı kimi hüququnun tanınması, sahibliyinə və istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ilin sentyabr ayında iddiaçının atası Əlikram Ağayev Cavabdeh1 MTK-dan ünvan 3 ünvanda olan on yeddi mərtəbəli yaşayış binasının birinci blok üçüncü mərtəbədə yerləşən 2 otaqlı 72.3 kv.m sahəsi olan 7 saylı mənzili 54.225 manata, 3 otaqlı 112.2 kv.m sahəsi olan 8 saylı mənzili 61.710 manata almış, bu barədə ona maliyyə arayışı və müqavilə təqdim edilmişdir. Mənzilə görə ödənişlər atası tərəfindən ödənilmiş, sənədləşmə işləri isə iddiaçının adına rəsmiləşdirilmişdir. 2018-ci il tarixdə onlar mənzillərin başqa şəxslərə satıldığını öyrənmiş, bununla bağlı MTK-nın rəhbəri X2 ilə əlaqə sa xlanılmış, o, 8-ci mənzili nəvəsi üçün aldığını bildirmiş, həmin binada 20 saylı mənzili onların adına rəsmiləşdirdiyini bildirmişdir. Bir müddət sonra isə 20 saylı mənzil başqa şəxsə, 7 saylı mənzil isə Cavabdeh2 satılmışdır. İddiaçının və digər zərərçəkmişlərin şikayəti əsasında Şirinova Elmira və Quliyev Samir barəsində cinayət işi başlanmış, Elmira Şirinova təqsirli bilinsə də, Samir Quliyevin təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Sözügedən cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Cavabdeh2 ifadəsində göstərmişdir ki, 16.11.2013-cü il tarixdə 11 saylı mənzili 45.000 manat, 2016-cı ilin mart ayında 8 saylı mənzili hissə-hissə ödəməklə 95.000 manata bacısının adına, həmin tarixdə 7 saylı mənzili isə 60.000 manat ödəməklə öz adına almışdır. 2019-cu ilin aprel ayının əvvəllərində 7 saylı mənzilinin başqa şəxslərə satıldığını bilmiş, bununla bağlı Elmira Şirinovadan 105.000 manat məbləğində dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Sadalanan xüsusatlara əsasən iddiaçı hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair müqavilə 09.09.2013-cü il tarixdə, Cavabdeh2 ilə isə müqavilə 2016-cı ilin mart ayında bağlandığı üçün, sonuncu müqavilə etibarsız hesab edilməlidir.
10. Cavabdeh2 iddia tələbinə etiraz edərək, İddiaçı Cavabdeh1 MTK-ya qarşı eyni tərəflər, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia tələbinin təmin edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2020-ci il tarixli 1(101)-130/2020 saylı hökmü olduğu üçün hazırkı iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması, iş üzrə məhkəmə ba xışının davam etdiyi təqdirdə etirazda qeyd edilən halları nəzərə alaraq, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1031/21 saylı 27.04.2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) İddiaçı iddiası təmin edilməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Ona görə də müqavilələr əhəmiyyətsiz əqd hesab edilməməlidir.
13. Məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16.03.2020-ci il tarixli hökmünə əsasən, zərərçəkmiş şəxs İddiaçı xeyrinə 115.595 manat maddi ziyan, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu olmaqla, cəmi 120 625 ma nat tutulması hökm edildiyindən, İddiaçı dəymiş ziyan tam ödənildiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu itirir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmlaka dair hər hansı hüququ olmadığından, daşınmaz əmlaka dair bağlanmış müqavilə üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd etmişdir ki, əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin iddiaçı müqavilədən ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişlər.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 82.3 və 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İd diaçı Ağayev X3 Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.10.2021-ci il tarixli, 2(103)8045/2021 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi hər hansı bir hüq uqu olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan əmlaka dair bağlanmış müqavilələrinin etibarsızlığına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində göstərdiyi iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr ziddiyyə tli halları araşdırmamış və qanuni qüvvəyə minmiş məhkəmə hökmünə istinad edərək, mülki iş materiallarında mübahisə edilən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın müəyyən edilmədiyi qənaətinə gəlmişlər. Mövcud vəziyyətdə ona dəymiş ziyan yalnız mənzillərin ona veriləcəyi halda aradan qalxa bilər. Məhkəmənin Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmünə istinad etməklə onun hazırki iddia üzrə subyektiv hüququnun olamaması barədə gəldiyi nəticə əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəli lləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.10.2021-ci il tarixli, 2(103)-8045/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması və kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Prosessual məsələlər
22. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
23. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə
112. Kooperativdə üzvlüyə xitam verilməsi və payın keçməsi 1 12.1. Kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüq uq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdd ir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzi fəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə dah a əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
27. Prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayəti ndə apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 337-ci maddəsi təşkil edir.
32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Cavabdeh1 MTK-nin rəhbəri X2, Cavabdeh1 MTK tərəfindən inşa edi lən, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında yerləşən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 7 nömrəli və 8 nömrəli mənzilləri İddiaçı və İddiaçı verilməsi barədə öhdəlik götürməsinə baxmayaraq, həmin mənzilləri sonradan Cavabdeh2 vermişdir. Cavabdeh1 MTK-nin rəhbəri X2 MTK tərəfindən inşa edilən eyni mənzilləri müxtəlif şəxslərə sataraq dələduzluq etməsinə görə barəsində cinayət işi başlanmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini tötərməkdə təqsirli bilinmiş, lakin öldüyü üçün ona cəza təyin edilməmişdir. Həmin cinayət işinə baxılanda İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdı və onun 115.595 man at maddi ziyan, 50.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumunun tutulması barədə mülki iddiası qismən təmin edilərək, 115.595 manat maddi ziyan, 5.000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 120625 manat pulun tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
33. Məhkəmə işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
34. Çünki "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respubl ikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
35. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
36. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz."
37. Baxılan işdə də məhkəmələr iddia tələbini bu baxımdan araşdırmış və müəyyən etmişdir ki, iddiaçı sözügedən müqavilə ləri mübahisələndirmək hüququnu itirmişdir.
38. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşır və qeyd edir ki, iddiaçı Cavabdeh1 MTK-nin rəhbəri X1 barəsində olan cinayət işində mülki iddia verməklə, onun payçı kimi ödədiyi haqqa uyğun verilməli mənzillərin başqasına verilməsi səbəbindən ödədiyi məbləğin ona qaytarılmasını tələb etmiş və onun iddiası, mənzillərin dəyərinin alınması hissəsində təmin edilmişdir. Mülki Məcəllənin 112-ci maddəsinin mənasına görə, iddiaçıya kooperativdə olan payının ödənilməsi, kooperatvdə üzvlüyünə xitamının nəticəsi kimi çıxış edir. İddiaçının mübahisələndirilən müqavilələrlə mənafe bağlılığı da məhz payçı kimi yaranmışdı və payını geri almaqla, həmin müqavilələri mübahisələndirmək hüququnu itirmişdir. İddiaçının ona vurulmuş ziyanın yalnız mənzillərin on a veriləcəyi halda aradan qalxacağı barədə dəlili də müqavilənin etibarsız sayılması üçün Mülki Məcəllənin XİV fəslində nəzərdə tutulan əsaslara aid deyildir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.10.2021-ci il tarixli, 2(103)8045/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.