Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2069/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2069/2023 (Açar sözlər: özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, süni maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi) Bakı şəhəri 27 iyul 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, süni maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7034/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam pay üzrə xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin evə dair həmçinin İddiaçı adına texniki pasport (xx.xx.2020-ci il tarixli, 04/5048 inventar nömrəli) tərtib edilərək, z əruri texniki göstəricilər əks olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və ona məxsus pilləkənin bərpası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 5 saylı evdə Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş bütün tikililərin sökülməsi və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 5 saylı evin pilləkən hissəsinin təmirinə yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən iki dəfə ərizə (iddia ərizəsinə əlavə, mahiyyət etibarı ilə iddia tələbinin həcminin artırılması barədə ərizələr) ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 5 saylı evdə yaşayan Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş, evinin qarşısındakı pilləkəninin altında tikilmiş təzə tikilinin sökülməsi, pilləkənin bərpa olunması və evinə dəyən ziyana görə 20.000 manat, mənəvi ziyana görə 10.000 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 5a saylı evi alğı-satqı müqaviləsinə əsasən almışdır. Alğı-satqı müqaviləsi əsasında aldığı ev xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda o, hə min mənzilin mülkiyyətçisidir. Qonşuluqda yaşayan iş üzrə olan Cavabdeh ona və ailə üzvlərinə evində rahat yaşamağa imkan vermir. Belə ki, cavabdeh onun yaşadığı evin qarşısında qanunsuz tikinti işləri aparır. Əgər Cavabdeh bu qanunsuz tikintini apararsa o, öz evində hava və işıq üzünə həsrət qalacaq. Bundan əlavə ona aid olan pilləkəni kəsib, evinə xəsarət yetirib, evində çat əmələ gəlib, hər bir vaxt uça bilər, həmin pilləkəni bərpa etmək istədikdə isə ustaya imkan vermir ki, məhv etdiyi pilləkəni bərpa etsin. Dəfələrlə cavabdehin hərəkətləri barədə dövlət qurumlarına və «102» xidmətinə zəng vuraraq şikayət etmişdir. Lakin polis işçiləri gəlir, qanunsuz tikilinin tikilməsinə qadağa qoyur, sonra isə Cavabdeh yenə öz bildiyi kimi hərəkət edir, bir sözlə hökmranlıq edərək onların rahat yaşa malarına imkan vermir. Hal-hazırda isə qanunsuz tikinti işləri davam edir. Cavabdehin bu qanunsuz hərəkətləri açıq-aşkar göstərir ki, o, tikinti norma və qaydalarına qətiyyən əhəmiyyət vermir, nəticədə ətrafda yaşayan insanları real təhlükə qarşısında qoyur, mülkiyyətində olan mənzilin yaşayış üçün yararsız hala düşməsinə səbəb olur. Cavabdehin hərəkətləri barədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2022-ci il tarixli, 10/6097 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şə hərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın üçüncü və dördüncü bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən yarımçıq tikilinin inşası zamanı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbinin pozulduğu müəyyən olundu. Həm iddiaçıya məxsus fərdi yaşayış evi, həm də cavabdeh tərəfindən inşa olunan yarımçıq tikilinin inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbi gözlənilmədiyinə görə, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin X2 məxsus evin işıqlandırılma və havalandırılmasına mane olması istisna olunmur. Həmçinin qeyd olunur ki, cavabdeh tərəfindən inşa olunan tikili istiqamətində olan iki ədəd pəncərə və bir ədəd nəfəslik iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş «Texniki pasport»da öz əksini tapmamışdır. Cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə yaxın tikinti-quraşdırma işləri aparılaraq tikinti inşa etdiyini nəzərə alaraq, iddiaçıya məxsus fərdi yaşayış evinin divarlarında yaranmış qüsurların cavabdeh tərəfindən aparılmış tikinti-quraşdırma işləri nəticəsində yaranan silkələnmələrdən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Həmçinin qeyd olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş ziyanın dəyəri müvafiq mütəxəssislər tərəfindən fərdi yaşayış evi üzrə müayinə və tədqiqat işləri aparılaraq, evin bünövrəsinin, eləcə də digər konstruktiv elementlərinin texniki vəziyyəti, həmçinin gücləndirmə işlərinin aparılmasının zəruri olubolmaması öyrənildikdən, həmin işlərin həcmi dəqiqləşdirildikdən və tikililərin bərpa işlərinə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. 6. "xxxx" MMC-nin 26 may 2022-ci il tarixli, 17 saylı hesabatından (tikinti-təmir xərclərinin müəyyən edilməsi barədə mütəxəssis rəyindən) görünür ki, X2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Entuziast küçəsində yerləşən 5a saylı fərdi yaşayış evinin mansardın açıq eyvanına dəymiş ziyan – 2.520 manat təşkil edir.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 avqu st 2022-ci il tarixli 2(002)-103/2022 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia qismən təmin edilmiş, ünvan 2 ünvanda inşa edilmiş tikilinin iddiaçıya məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə cavabdehin hesabına sökülməsi, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına vurulmuş zərərə görə 2.520 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, iş üzrə 50 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba, 200 manat qiymətləndirmə xərcinin cavabdehdəən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi, ödənilmiş 230 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 55 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaxınlığında cavabdeh tərəfindən inşa edilmiş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın üçüncü və dördüncü bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə riayət edilməmişdir. Belə ki, həm iddiaçıya məxsus fərdi yaşayış evi, həm də cavabdeh tərəfindən inşa olunan yarımçıq tikilinin inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbi gözlənilmədiyinə görə (ara məsafə 1,2 metr olmalı olduğu halda, faktiki vəziyyətdə aras məsafənin 0,20 -0,37sm olduğuna görə), Cavabdeh tərəfindən inşa edilmiş tikilinin X2 məxsus evin işıqlandırılma və havalandırılmasına mane olması istisna olunmur. Həmçinin müəyyən olunur ki, cavabdeh tərəfindən inşa olunan tikili istiqamətində olan iki ədəd pəncə rə və bir ədəd nəfəslik iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş «Texniki pasport»da öz əksini tapmayıb. ünvan 3 ünvanda inşa edilmiş tikili iddiaçıya məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə cavabdehin hesabına sökülməlidir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına tam sökülməsi tələbi irəli sürsə də, həmin tələb qismən əsaslıdır və yuxarıda qeyd olunduğu həcmdə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Çünki, cavabdehin yaşamağa başqa yaşayış yeri yoxdur, özbaşına tikilinin həmin ərazidə olması iddiaçının mülkiyyət hüquqlarını pozmur və tikilinin tam sökülməsi zərurəti də yoxdur. Cavabdehə qarşı qanunsuz tikilinin sökülməsi tələbi ilə buna subyektiv hüququ olan şəxs irəli sürə bilər.
10. Məhkəmə hesab etmişdir ki, iddia iddiaçıya evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması tələbinə dair hissədə əsaslıdır. Belə ki, işin faktiki hallarından aşkar şəkildə görünür ki, cavabdeh iddiaçıya mülkiyyətində olan evin pilləkənin təmirinə süni maneələr yaradır, bununla da iddiaçının (mülkiyyətçinin) qanunla qorunan hüquqlarını pozur.
11. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına cavabdeh tərəfindən 2.520 manat həcmində maddi zərər vurulmuşdur. Ziyan məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuşdur. İddiaçı ona 20.000 manat həcmində maddi zərər vurulduğunu bildirib, lakin ona 2.520 manatdan daha artıq maddi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim et məmişdir. İddiaçı ona 10.000 manat həcmində mənəvi zərər (real zərər) vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları», Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 152.1, 21.1, 21.2, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinadla əs aslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının evinin qarşısında heç bir tikinti işi aparmamışdır. İddiaçı evi alanda onların evi bu vəziyyətdə olmuşdur, pilləkənlər evin əvvəlki sakinləri tərəfindən yararsız hala salınmışdır. Evin eyvanının hansı vaxtdan qəzalı vəziyyətdə olması müəyyən edilməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7034/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (Vahid Sadıqov – sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci inst ansiya məhkəməsinin 18 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə haqlı olaraq inşa edilmiş tikilinin iddiaçıya məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə cavabdehin hesabına sökülməsi qənaətinə gəlmişdir. Cavabdehin dəlilləri əsassızdır. Həmçinin iddiaçıya məxsus fərdi yaşayış evinin divarlarında yaranmış qüsurların cavabdeh tərəfindən aparılmış tikinti-quraşdırma işləri nəticəsində yaranan silkələnmələrdən əmələ gəlməyə xarakterik olduğu ekspert rəyi ilə müəyyən edilmişdir. Ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulması müəyyən edildiyindən, iddiaçı vurulmuş ziyanı tələb etməkdə haqlı olmuşdur. Ziyanın məbləği mütəxəssi s rəyi ilə müəyyən edilmişdir. Məhkəmə də haqlı olaraq həmin məbləği tutmuşdur. Cavabdeh müəyyən edilmiş məbləğin əsassız olduğunu göstərən hər hansı sübut tədqim etməmişdir.
17. Digər tərəfdən cavabdeh iddiaçıya mülkiyyətində olan evin pilləkənin təmirinə süni maneələr yaratmaqla iddiaçının (mülkiyyətçinin) qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdikləri formal xarakter daşımaqla əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası işə qərəzli yanaşmış və ədalətli baxmamışdır. Sübutları düz gün araşdırmamış, işin hallarını tam tədqiq etməmişdir.
20. Kassator bildirmişdir ki, evinin damını təmir etdirmək istəyir, lakin sözügedən pilləkən ona maneə yaradır və həmçinin onun kiçik evi üçün və ailə üzvlərinin həyatı üçün təhlükə yaradır. İşə aid fotoşəkillləri sübut kimi məhkəməyə təqdim etsə də, məhkəmə bu sübutlara əhəmiyyət verməmişdir.
21. Kassator bildirmişdir ki, "xxxx" MMC öz hesabatında iddiaçıya məxsus fərdi yaşayış evinin mansardan açıq eyvana dəymiş ziyanın 2520 manat təşkil edildiyi qeyd edilsə də, həmin fərdi yaşayış evinin eyvanına hansı vaxtdan qəzalı vəziyyətdə olmasını müəyyən etməmişdir. İddiaçı evi alarkən eyvan belə vəziyyətdə olmuş və evin əvvəlki sakini tərəfindən edilmişdir. Bu əsasa görə də dəymiş ziyana görə 2520 manat pulun tutulması tamamilə əsassızdır. Məhkəmə bu zaman işin hallarını düzgün müəyyən etmək üçün, ziyanın məbləğinin düzgün müəyyən edilməsi üçün məhkəməyə təqdim olunan sübutları tam araşdırmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
26. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əml akın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
29. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cür bəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
30. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
31. Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.
32. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın a və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
35. Maddə 69.5.2-1. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilmişdir: bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə – divar hündürlüyünün 0,3 hissəsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
49. Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı qanunsuz inşa edilmiş tikilinin sökülm əsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun.
50. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
51. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
52. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edə n şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
53. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
54. Həmçinin ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmaları zamanı cavabdehin inşa etdiyi tikilinin iddiaçın ın evinə çox yaxın yerləşdiyi, ara məsafəsinin pozulduğu, bunun nəticəsində evin işıqlandırılma və havalandırılmasına mane olması, həmçinin aparılan tikinti nəticəsində iddiaçının evinin mansardının açıq eyvanına ziyan dəydiyi müəyyən edilmişdir.
56. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
57. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandı rılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7034/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.