Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2069/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mirasın faktiki qəbulu ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 (X mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı miras əmlaka vərəsəlik hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-427/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X 21 dekabr 2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. 2. 21 yanvar 2021-ci il tarixli miras payın bağışlanması barədə müqaviləyə əsasən, X3 və Tekdal Zöhre Bakı şəhəri 40 saylı notariat ofisində rəsmiləşdirilmiş 21 yanvar 2020ci il tarixli 2V-19 nömrəli reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən 5 aprel 2008-ci il tarixdə vəfat etmiş İddiaçı Abbas oğlundan miras qalmış əmlakdan hər birinə ayrı-ayrılıqda düşən 1/4 hissə, ümumilikdə 2/4 hissə miras paylarını X4 bağışlamışlar.
3. Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31, 148 saylı mənzil üzərində X2 3/4 hissə və İddiaçı 1/12 hissədə paylı mülkiyyəti xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır (İddiaçı Abbas oğlunun payı 2/12 hissə açıq qalır).
4. Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2-1(112)-4365/2022 saylı qərarına əsasən iddiaçılar X5 və İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı Cavabdeh1 və Cavabdeh2 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma barədə” iddiası təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarı lması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.
5. Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 12 yanvar 2023cü il tarixli X-15 №-li məktubuna əsasən, 5 aprel 2008-ci il tarixdə vəfat etmiş İddiaçı X ölümündən sonra onun 1 növbə vərəsələri olan arvadı – X1, qızı – X və oğlu – X4 miras əmlakdan hər birinə 1/4 hissə olmaqla, ümumilikdə miras əmlakın 3/4 hissəsinə 2V-19 reyesytrdə 21 yanvar 2020-ci il tarixdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Digər açıq qalmış hissədən isə 21 dekabr 2011-ci il tarixdə miras qoyanın ölmüş oğlu – X çatası pay, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən irsi transmissiya qaydasında onun üç vərəsələrinə yəni arvadı – Cavabdeh1, qızı – Ca vabdeh2 və İddiaçı hər birinə 1/12 olmaqla miras pay çatmalı idi. İddiaçı həmin payın 1/12 hissəsinə 24 noyabr 2020-ci il tarixdə qeydə alınmış 2V-22 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar. Ərizə əsasında sənədlərə baxış keçirilərkən məlum olmuşdur ki, “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışda və Bakı şəhəri Xətai rayonu MKTB-nın 87 saylı MKİS-nin verdiyi 43 nömrəli 27 sentyabr 2019-cu il tarixli arayışa əsasən, X arvadı Cavabdeh1 və qızı Cavabdeh2 miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 31 nömrəli evin, 148 nömrəli mənzilində qeydiyyata olmuşlar, yaşamışlar və faktiki əmlakı idarə etmişlər. Onların hər birinə vəfat etmiş X miras qalmış paydan 1/12 hissə pay verilməlidir. Odur ki, həmin payın onla ra verilməsi üçün açıq saxlamışdır. Azərbaycan Respublikasında Notariat ofisinə təqdim edilmiş yuxarıda qeyd olunan arayışa və mirası qəbul etmiş X ölüm akt qeydinə əsasən, ölənin axırıncı yaşayış yeri miras qalmış əmlakdan ibarətdir və vərəsələr miras qoyanla həmin mənzildə qeydiyyatda olduqları və yaşadıqları üçün onlara miras əmlakdan hər birinə çatası 1/12 hissə olmaqla 2/12 hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Payı açıq saxlamış X arvadı Cavabdeh1 və qızı Cavabdeh2 hər birinə çatası 1/12 hissə olmaqla ümumilikdə 2/12 hissə miras payların notarius tərəfindən İddiaçı verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
6. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 87 saylı MKİS-i tərəfindən verilmiş 25 sentyabr 2021-ci il tarixli 69 №-li arayışa əsasən, X5 Bak ı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 31 saylı evin, 148 nömrəli mənzilində yaşayır. Bakı şəhəri 40 saylı Notariusun verdiyi akta əsasən Cavabdeh1 və Cavabdeh2 2008-ci ilin iyun ayından göstərilən ünvanında yaşamırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı X müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “miras əmlaka vərəsəlik hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum İddiaçı X miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın açıq qalmış 2/12 hissəsinin onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı əriz əsini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən mənzil 5 aprel 2008-ci il tarixində vəfat etmiş mərhum İddiaçı X X məxsus olmuşdur. O, vəfat etdikdən sonra miras əmlak olan qeyd edilən mənzil hər birinə 1/4 hissədə pay hüququ tanınmaqla, həyat yoldaşı X3, oğlu X5 və qızı X arasında bölünmüş, 1/12 hissədə iddiaçının pay hüququ tanınmış, qalan 2/12 hissədə pay hüququ isə açıqda saxlanmışdır. Açıqda qalan paylar 1/12 hissədə Cavabdeh1, digəri 1/12 hissədə isə Cavabdeh2 aid hesab edilmişdir. Daha sonra miras payın bağışlanması barədə xx.xx.2020-ci il tarixli müqavilə əsasında X3 və Tekdal Zöhre miras əmlakda olan paylarını X4 bağışlamışlar. Hal-hazırda, mənzilin 3/4 hissəsi üzərində X2, 1/12 hissəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və onlara bu barədə dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 və Cavabdeh2 miras əmlakda pasport qeydiyyatında olsalar da, nə İddiaçı Abbas oğlu vəfat edərkən, nə də bundan sonra miras əmlak olan mənzildə yaşamamışlar, mərhumun yas mərasimində iştirak etməmişlər və miras əmlakı hər hansı formada qəbul etməmişlər.
9. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz etməklə, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 izahatında bildirmişdir ki, atası X 2011-ci ildə vəfat etmişdir. O, anası ilə birlikdə 12 ildir ki, İçərişəhərdə anasının valideynlərinin evində yaşayır. Anası ilə atası ayrılsa da rəsmi boşanmamışdırlar. Qeydiyyatdan çıxarılanda məlumatları olmamışdır. Onları həmin evdə döyürmüşlər. Anası ilə birlikdə mübahisəli mənzildən dəqiq hansı tari xdə çıxdıqlarını xatırlamır. Atası ilə münasibətləri yaxşı olmamışdır. X13 ilə də münasibətləri yoxdur.
10. Məhkəmə iclasında şahid qismində cəlb edilən X6 izahatında qeyd etmişdir ki, o, iddiaçının əmisidir. Mübahisəli ev 5 otaqdan ibarətdir, atası rəhmətə getdikdən sonra ev onlara qalmışdır. Qardaşının yoldaşı qızını da götürüb 2008- ci ildə anasıgilə getmişdir. İddiaçını nənəsi böyütmüşdür. İddiaçı həmişə o evdə yaşamışdır. Atasının adına açıq qalan payın qardaşı oğlu İddiaçı adına keçməsini istəyir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-2428/2023 nömrəli iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin edilməsi, İddiaçı X miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın açıq saxlanılmış 2/12 hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mərhum İddiaçı Abbas oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31, 148 saylı mənzilin açıq saxlanılmış 2/12 hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi işdə olan sübutlarla təsdiq edilmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2, 1134.1, 1159.2, 1243.2, 1243.3, 1252-ci maddələrinə, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında “Təlimat” ın 99-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 218.3, 307.2.9-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh X11 apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)2428/2023 nömrəli iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-427/2024 nömrəli mülki iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Kamran Əkbərov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Xətai Rayon Məhkəməsinin 2(011)-2428/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi məhkəmə aktının qanuni və əsaslı olması ilə bağlı tələblərin heç birinə cavab vermir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yarana n vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
19. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusion hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci m addəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uy ğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarla mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mülki işdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan imtina etməmişlər, belə olan halda məlum olur ki, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi baxımından onlar mirası qəbul etmişlər.
21. Məhkəmə kollegiyası bildirmişdir ki, belə olan halda yuxarıda qeyd edilənlərə əsasən, məlum olmuşdur ki, nə qədər ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan imtina etməmişlər, onlar miras əmlakı qəbul e tmiş sayılırlar, MM-in 1255-ci maddəsinə görə onların mülkiyyətində olan 2/12 payın İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, yəni mahiyyət etibarı ilə miras əmlakın 2/12 hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1146, 1159.1.1, 1255-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına is tinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-427/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, mənzilin 3/4 hissəsi üzərində X2, 1/12 hissəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və bu barədə dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 və Cavabdeh2 miras əmlakda pasport qeydiyyatında olsalar da, nə İddiaçı X vəfat edərkən, nə də X vəfat edərkən miras əmlak olan mənzildə yaşamayıblar, mərhumların yas məras imində iştirak etməyiblər və miras əmlakı hər hansı formada qəbul etməyiblər. Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2-1(112)-4365/2022 saylı qərarı ilə Cavabdeh1 və Cavabdeh2 ünvan 5 ünvanında yaşamadıqları müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır.
25. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.1, 217, 218-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
28. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
29. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
30. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
31. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gün dən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı:
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilm ir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
45. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408. 1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə g əlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-427/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.