Məhkəmə qərarları › İş №2(102)-2071/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2071/2023

24.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2071/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Musayev Əlimusa Bayram oğluna və Cavabdeh3 qarşı “qanunsuz inşa edilmiş tikililərin və hasarın, mülkiyyətində olan torpaq sahəsinə qanunla müəyyən giriş-çıxış yolunun bərpa edilməsi hissəsində sökülməsi və giriş-çıxış yolunun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülki işin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 03 noyabr 2021-ci il tarixli, 2(103)216/2021 nömrəli qətnaməsindən cavabdeh Musayev Əlimusa Bayram oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)710/2019 nömrəli qətnaməsi ilə (hakim A.Z.Rzayev) iddia tələbi qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolunda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Musayev Əlimusa Bayram oğluna və Cavabdeh3 məxsus qanunsuz inşa edilmiş hasarın və tikililərin yolun (nəqliyyat vasitələrinin hərəkətinin) məhdudlaşdırıldığı hissədə sök ülməsi və həmin torpaq sahəsinə giriş-çıxış yolunun bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)-216/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovun və F.Ş.Talışinskinin iştirakı ilə) iddiaçının apellyasiya şikayəti tam, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)-710/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - iddiaçının mülkiyyətinə gedən yolun məhdudlaşdırılması hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin olunmuş, İddiaçı mülkiyyətində olan ünvan ünvanda yerləşən sah əsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolunun soldan 1 metr və sağdan 1 metr olmaqla enləndirilməsi məqsədi ilə sağ tərəfdən hasar və tikililər (fərdi yaşayış evi (evləri), sol tərəfdən isə daş hasarların sökülərək yolun genişləndirilməsi qət edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)-216/2021 nömrəli qərardadı ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovun və E.C.Kazımovun iştirakı ilə) cavabdeh Musayev Əlimusa Bayram oğlunun ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)-216/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermə müddətinin buraxılması səbəbi üzrlü hes ab edilərək bərpa edilməsi və kassasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2023cü il tarixli, 2(102)-2071/2023 nömrəli qərardadı ilə cavabdeh Musayev Əlimusa Bayram oğlunun kassasiya şikayəti icraata qəbul edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının sədri 28 aprel 2023-cü il tarixli məktubla Ali Məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən elektron qaydada kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə verildiyini bildirməklə, həmin ərizəyə baxılması məqsədi ilə mülki işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmi şdir. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və buraxılmış prosessual müddətin bərpasına dair ərizəs inə baxılması apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid olduğu üçün qeyd olunan prosessual hərəkətlərinin icrası məqsədi ilə hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İşin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2(102)-2071/2023 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)-216/2021 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblər inə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar