Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2075/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı “xxxx” İKB ASC-nin vəkili X2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəkili Vəkil içtirakları ilə. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2018-ci tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətn aməsi ilə (hakim: R.Ə.Səmədov; 2(006)-1726/2018) İddia tələbi qismən təmin edilmiş,Cavabdeh1 əsas borc üzrə 21005,04 (iyirmi bir min beş manat, dörd qəpik) manat, faiz borcu üzrə 9898,31 (doqquz min səkkiz yüz doxsan səkkiz manat, otuz bir qəpik) manat, cərimə borcu üzrə 966,83 (doqquz yüz altmış altı manat, səksən üç qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 20 (iyirmi) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 40 (qırx) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 31960,18 (otuz bir min doqquz yüz altmış manat, on səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı “xxxx” İKB ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, *********** küçəsində yerləşən, 80,2 kv.m ümumi, 80,2 kv.m əsas sahədən ibarət 22 nömrəli qey ri-yaşayış sahəsinə, Bakı şəhəri, *********** küçəsində yerləşən, 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, Bakı şəhəri, *********** küçəsində yerləşən, 80,2 kv.m ümumi, 80,2 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 48.120 (qırx səkkiz min yüz iyirmi) manat müəyyən edilməklə, açıq hərracda satılması, Bakı şəhəri, *********** küçəsində yerləşən, 25 kv.metr ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 15000 (on beş min) manat müəyyən edilməklə, açıq hərracda satılması, satışlardan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hiss ədə ümumi qaydada icra edilməsi, Bakı şəhəri, *********** küçəsində yerləşən, 80,2 kv.m ümumi, 80,2 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsi və Bakı şəhəri, *********** küçəsində yerləşən, 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsi satıldıqdan bir ay sonra boşaldılması, Cavabdeh1 ilə “xxxx” İKB ASC arasında bağlanmış 28 avqust 2014cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 500 (beş yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq “xxxx” İKB ASC-yə ödənilməsiödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi) M.A.Məmmədov, E.E.Nağıyeva; 2(103)-11803/2018) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilmişdir. İşin halları İddiaçı “xxxx” X6 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il 28 avqust tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” İKB ASC-nin “12 saylı filialından illik 25%-lə 60 ay müddətinə 25000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, *********** küçəsində yerləşən, 80,2 kv.m ümumi, 80,2 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsi və Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, *********** küçəsində yerləşən, 25 kv.m ümumi, 25 kv.m əşas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsi 2014-cü il 27 avqust tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 28 avqust tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 1.14-cü bəndinə əsasən, bank 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il yanvarın 12-dək Cavabdeh1 2014-cü il 28 avqust tarixli kredit müqaviləsi üzrə banka 21005,04 manat əsas, 9898,31 manat faiz, 966,83 manat cərimə borcu olmaqla, ümumilikdə 31870,18 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Göstərilənlərə əsasən Cavabdeh1 “xxxx” İKB ASC-nin xeyrinə 2014-cü il 28 avqust tarixli kredit müqaviləsi üzrə banka 21005,04 manat əsas, 9898,31 manat faiz, 966,83 manat cərimə borçu olmaqla, ümumilikdə 31870,18 manat məbləğində borc un, 30 manat ödənilmiş döyjət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, *********** küçəsində yerləşən, 80,2 kv.m ümumi, 80,2 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinə və Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, *********** küçəsində yerləşən, 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahələrinin açıq hərracdan satılması və borcun qeyriyaşayış sahələrinin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan h issədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, *********** küçəsində yerləşən, 80,2 kv.m ümumi, 80,2 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, *********** küçəsində yerləşən, 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 - Bakı şəhəri, *********** küçəsində yerləşən, 80,2 kv.m ümumi, 80,2 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, *********** küçəsində yerləşən, 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyriyaşayış sahələrinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə “xxxx” İKB ASC arasında bağlanmış 28 avqust 2 014-cü il tarixli kredit müqaviləsinin əğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 14.1,88,220.4-cü maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq qəbul edilmişdir.. Tərəfin izahatı Məhkəmə kollegiyası iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iddiaçı təmin olunmamasını xahiş etdi. “xxxx” İKB ASC-nin vəkili X5 şikayətlərin Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmama sını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tər əfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2014-cü il tarixli, ************** saylı kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, bank Cavabdeh1 60 ay müddətinə illik 25 faiz olmaqla 25000 manat məbləğində kredit vermişdir. “xxxx” İKB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 27.08.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, *********** küçəsində yerləşən, 80,2 kv.m ümumi, 80,2 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyriyaşayış sahəsi və Bakı şəhəri, *********** küçəsində yerləşən, 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsi öhdəliklərin təminatı kimi “xxxx” İKB ASC-yə i poteka kimi təqdiq edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı və № ******* saylı Çıxarışların surətlərindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, *********** küçəsində yerləşən, 25 kv.m ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsi “xxxx” İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “xxxx” İKB ASC-nin Cavabdeh2 ünvanlanmış 26.10.2017-cı il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. “xxxx” İKB ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşı nmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 01.11.2017-ci il tarixli ərizəsindən görünür ki, X1 məxsus əmlaklara dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. “xxxx” İKB ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 banka 21005,04 manat əsas borcu, 9898,31 manat faiz borcu, 966,83 manat cərimə borcu olmaqla, cəmi 31870,18 manat məbləğində borcu vardıq. “xxxx” MMC tərəfindən verilmiş 11.05.2018-ci il tarixli, *********** saylı ekspert rəyindən görünür ki, 30.04.2018-ci il tarixinə Bakı şəhəri, *********** küçəsində yerləşən, 80,2 kv.m ümumi sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinin real bazar qiyməti (hər kv.m üçün 600 manat olmaqla) 48120 manat, Bakı şəhəri, *********** küçəsində yerləşə n, 25 kv.m ümumi sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinin real bazar qiyməti (hər kv.m üçün 600 manat olmaqla) 15000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrası nı tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -421.1-ci maddəsinə əsasəntərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -448.1--ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) p ula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 317-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1 -ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilm əsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. - 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. - 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir.Qeydiyyat orqanı ərizəni onun verild iyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. - 39.3.3-cü maddəsinin mənasına görə, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmə, qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir; ilkin satış qiyməti isə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilir İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, ö hdəliyin icrasını gecikdirmişdir. Cavabdeh1 tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu, kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, iddiaçı kredit müqaviləsinin ləğv edilməsi və borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır., iddiaçı bankla Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh2 məxsus qeyri-yaşayış sahələrini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh1 isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə cavabdehin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahələrinin Banka təhvil verilməsi hissəsində iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticələri əsaslıdır. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən qiymətləndirmə ekspertizası keçirmiş, qiymətləndirici tərəfindən Bakı şəhəri, *********** küçəsində yerləşən, 80,2 kv.m ümumi, 80,2 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 48120 manat, Bakı şəhəri, *********** küçəsində yerləşən, 25 kv.metr ümumi, 25 kv.m əsas sahədən ibarət 22 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 15000 (on beş min) manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası MPM-n in 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 07 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2075/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2075/2019
18.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver