Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2077/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X3 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-162/2022 saylı mülki iş üzrə 21 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının hüquqi varisi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. AZ-İİ seriyalı 136905 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Tovuz rayonunun Qovlar şəhərində ölmüşdür.
3. Tovuz regional Asan xidmət mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 405 saylı arayışından görünür ki, mərhum İddiaçı vərəsəsi Tovuz rayonu, Qovlar şəhəri, M.Hüseyn küçəsi 39-da yaşayan oğlu Nümayəndədur.
4. JN-3047, KOD 50300016 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Tovuz rayonu Qovlar bələdiyyəsinin 16 yanvar 2003cü il tarixli 03 saylı qərarı ilə İddiaçı sahibkarlıq məqsədilə 0,0544 ha torpaq sahəsi verilmişdir.
5. Qovlar bələdiyyəsinin 25 dekabr 2008-ci il tarixli ar ayışından görünür ki, İddiaçı Qovlar bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan Şəhriyar küçəsinin sol tərəfində, yanacaqdoldurma məntəqəsinin cənub tərəfinə bitişik sahədən Qovlar bələdiyyəsinin 16 yanvar 2003-cü il tarixli 03 saylı qərarı ilə 544 kv. metr torpaq sahəsi satılmışdır.
6. Tərəflər arasında daha əvvəl olmuş məhkəmə mübahisələri zamanı müəyyən edilən hallar: 6.1.Tovuz Rayon Məhkəməsinin 17 iyun 2003-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 iddia tələbi təmin edilərək, İddiaçı Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsindən çıxarılması qət edilmiş, həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 02 sentyabr 2003-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiya sının 31 oktyabr 2003-cü il tarixli qərarına əsasən apellyasiya məhkəməsinin 02 sentyabr 2003-cü il tarixli qətnaməsinin ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 6.2.Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Mülki Kollegiyasının 02 fevral 2004-cü il tarixli qətnaməsinə əsasən Tovuz Rayon Məhkəməsinin 17 iyun 2003-cü il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılması, iddia tələbinin təmin olunmaması qət edilmişdir. 6.3.Tovuz Rayon Məhkəməsinin 25 dekabr 2008-ci il tarixli qətnaməsinə əsasən iddiaçı “Elsevər” kiçik müəssisəsinin cavabdeh İddiaçı və qeyrilərinə qarşı Qovlar bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarının, torpağın İddiaçı mülkiyyətinə dair JN-3047 saylı, kod ******* olan şəhadətnamənin etibarsız sayılma sı və onun həmin torpaq sahəsindən çıxarılmasına dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh1 Tovuz Rayonu Qovlar qəsəbəsi, Şəhriyar küçəsində yerləşən X8 məxsus torpaq sahəsindən çıxarılması qət edilmişdir. 6.4.Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2009-cu il tarixli qətnaməsinə əsasən Tovuz Rayon Məhkəməsinin 25 dekabr 2008-ci il tarixli qətnaməsinin qismənCavabdeh1 Tovuz rayonu, Qovlar qəsəbəsi, Şəhriyar küçəsində yerləşən X8 məxsus torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilməsi, İddiaçı Cavabdeh1 qarşı Tovuz Rayon Qovlar qəsəbəsi Şəhriyar küçəsində yerləşən ona məxsus torpaq sahəsindən çıxarılması barədə qarşılıqlı iddiasının təmin edilməməsi, qətnamənin “Elsevər” kiçik müəssisəsinin iddiasının rədd olunmasına aid hissəsinin dəyişdirilmədən sa xlanılması, apellyasiya şikayətinin qismən təmin edilməsi qət edilmişdir. 6.5.Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 oktyabr 2009-cu il tarixli qərarına əsasən cavabdeh İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2009-cu il tarixli qətnaməsinin qarşılıqlı iddiaya aid hissəsinin ləğv edilməsi və işin həmin hissədə yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 6.6.Tovuz Rayon Məhkəməsinin 19 oktyabr 2011-ci il tarixli qərardadına əsasən cavabdeh İddiaçı şikayətinin təmin edilməsi, Tovuz Rayon İcra Bölməsinin 01 oktyabr 2010-cu il tarixli qərarının ləğv edilməsi, Tovuz Rayon Məhkəməsinin 25 dekabr 2008-ci il tarixli icra vərəqəsinin icraya yönəldilməsi qərara alınmışdır. 6.7.Gəncə Apellyasiya Məhkəməsi nin 19 yanvar 2012-ci il tarixli qərardadından görünür ki, Cavabdeh1 və onun nümayəndəsi X1 şikayətinin təmin edilməməsi, Tovuz Rayon Məhkəməsinin 19 oktyabr 2011-ci il tarixli dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 6.8.Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2012-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməyərək Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2012-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 6.9.Tovuz Rayon Məhkəməsinin 18 aprel 2012-ci il tarixli qərardadından görünür ki, Tovuz Rayon Məhkəməsinin 25 dekabr 2008-ci il tarixli qətnaməsi icra olunarkən, iddiaçı “Elsevər” kiçik müəssisəsinin cavabdeh İddiaçı və qeyrilərinə qarşı Qovlar bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarının, torpağın İddiaçı mülkiyyətinə dair JN-3047 saylı kod 50300016 olan şəhadətnamənin etibarsız sayılması və onun həmin torpaq sahəsindən çıxarılmasına dair iddia təmin edilməsin dedikdə “Tovuz rayonu Qovlar qəsəbəsi Şəhriyar küçəsi Qovlar-Saratovka yolunun sağ tərəfindən yanacaqdoldurma məntəqəsinə cənub tərəfdən bitişik yerləşən 0.0544 hektar torpaq sahəsindən İddiaçı çıxarılmasına dair iddiasının təmin edilməsin”, Cavabdeh1 Tovuz rayonu Qovlar qəsəbəsi Şəhriyar küçəsində yerləşən İddiaçı məxsus torpaq sahəsindən çıxarılsın dedikdə “Cavabdeh1 Tovuz rayonu Qovlar qəsəbəsi Şəhriyar küçəsi Qovlar-Saratovka yolunun sağ tərəfində yanacaqdoldurma məntəqəsinə cənub tərəfdən bitişik yerləşən İddiaçı məxsus 0.0544 hektar torpaq sahəsindən çıxarılsın” kimi başa düşülməsi qərara alınmışdır. 6.10. Tovuz rayon İcra şöbəsinin icra şöbəsinin icra m əmuru X4 tərtib etdiyi xx.xx.2016-cı il tarixli aktda göstərilmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə icra yerində olmuşlar, Tovuz rayonu 15 saylı Lahiyə Tədqiqat İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan ərazi yanacaqdoldurma məntəqəsinin tən ortasından GPS aləti kompas qoyularaq cənub istiqaməti dəqiqləşdirilib, cənub tərəfdən bitişik sahə, yəni yanacaqdoldurma məntəqəsinə bitişik hissə 25 metr, yol boyunca (Qovlar Saratovka yolu) 21.48 metr, yanacaqdoldurma məntəqəsinə bitişik hissəsinə paralel ölçüsü 25.12 metr, yola paralel hissə isə 21.95 metr ölçülərək müəyyən edilmişdir. Borclu Cavabdeh1 Tovuz rayonu, Qovlar qəsəbəsi, Şəhriyar küçəsi, Qovlar Saratovka yolunun sağ tərəfində yanacaqdoldurma məntəqəsinə cənub tərəfdən bitişik yerləşən İddiaçı məxsus 0.0544 ha torp aq sahəsindən çıxarıldı və torpaq sahəsi ölçülərək İddiaçı təhvil verildi. Aktdan həmçinin o da görünür ki, borclu Cavabdeh1 həmin aktı imza etməkdən imtina etmişdir. 6.11. Tovuz Rayon İcra bölməsinin icra məmuru X9 05 dekabr 2012-ci il tarixli qərarından görünür ki, iş üzrə tələbkar İddiaçı ona məxsus olan qətnamədə göstərilən JN3047 saylı torpaq sahəsinin ona təqdim edilməsinə baxmayaraq o həmin torpaq sahəsini təhvil almaqdan imtina etdiyindən 25 dekabr 2008-ci il tarixli 2(62)-702 nömrəli icra vərəqəsinin Tovuz rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərarda göstərilmişdir ki, DT və XK-nın Tovuz rayon Şöbəsinin mütəxəssisi, ƏMDK yablbda DƏDRX-in Tovuz Rayon Ərazi İdarəsinin mütəxəssisinin, X16 Mərkəzinin Geodezisti və tərəflərin iştirakı ilə icra vərəqəsinin icrasının başa ça tdırılması üçün mübahisəli ərazidə olunmuş və məlum olmuşdur ki, İddiaçıa məxsus JN-3047 saylı torpağa mülkiyyətə dair Şəhadətnamə əsasında ona verilmiş torpaq sahəsi ilə 1592 A saylı Şəhadətnamə əsasında Cavabdeh2a verilmiş torpaq sahəsi arasında 60 metrdən çox məsafə var. İddiaçı məxsus JN-3047 saylı torpaq sahəsinin koordinatları müəyyən edilərək ona təhvil verilmiş, lakin o torpaq sahəsini qəbul etməkdən imtina etmişdir. Belə ki, o tələb etmişdir ki, ona yanacaqdoldurma məntəqəsinin cənubunda yerləşən torpaq sahəsi verilməlidir. Mütəxəssis tərəfindən yanacaqdoldurma məntəqəsinin cənub tərəfi müəyyən edilərkən aşkar olunmuşdur ki, həmin məntəqənin cənubu Qovlar Saratovka asfalt yoluna və həmin yolun mühafizə zolağına düşür. Buna baxmayaraq İddiaçı təkid etmişdir ki, məhz 1592 A saylı Şəhadətnamə ilə Cavabdeh2 məxsus torpaq sahəsi ona verilməlidir. Bu barədə müvafiq akt tərtib edilmişdir, İddiaçı isə akta imza etməkdən imtina etmişdir. 6.12. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2013-cü il tarixli qərarından görünür ki, İddiaçı Tovuz rayon İcra bölməsinə qarşı iddiası təmin edilməsi, Tovuz rayon İcra bölməsinin böyük icra məmuru X9 xx.xx.2012-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, xx.xx.2008-ci il tarixli icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Tovuz rayon İcra bölməsinə qaytarılması qərara alınmışdır. 6.13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 sentyabr 2013-cü il tarixli 2-2(104)-153/2013 nömrəli qərarından görünür ki, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh1 və onların nümayəndəsi X2 apellyasiy a şikayətinin təmin edilməməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2013-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 6.14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2014-cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 sentyabr 2013-cü il tarixli 2-2(104)-153/2013 nömrəli qərarı ilə üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 sentyabr 2013-cü il tarixli 2-2(104)-153/2013 nömrəli qərarının ləğv edilməsi, tələbkar İddiaçı şikayətinə baxılması üçün işin Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 6.15. Gəncə Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2014-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2013-cü il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. 6.16. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2014-cü il tarixli qərardadı ilə tələbkar İddiaçı Tovuz rayon İcra bölməsinin böyük icra məmuru X9 xx.xx.2012-ci il tarixli qərarından verdiyi şikayətin təmin edilməsi, Tovuz rayon İcra bölməsinin böyük icra məmuru X9 xx.xx.2012-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, xx.xx.2008-ci il tarixli 2(62)-702/2008 nömrəli icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Tovuz Rayon İcra bölməsinə qay tarılması qərara alınmışdır. 6.17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2016-cı il tarixli qərardadı ilə üçüncü şəxslər Cavabdeh1, Cavabdeh2 və “Elsevər” kiçik müəssisəsinin etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, X13 Məhkəməsinin 25 sentyabr 2014-cü il tarixli 2-1(84)-1233/2014 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 6.18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 may 2016-cı il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 15 yanvar 2016-cı il tarixli 2-1(104)-20/2016 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 15 yanvar 2016-cı il tarixli 21(104)-20/2016 nömrəli qərardadı ilə üçüncü şəxslər Cavabdeh1, Cavabdeh2 və “Elsevər” kiçik müəssisəinin etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyavr 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2014-cü il tarixli 2-1(84)-1233/2014 nömrəli qərardadı ilə tələbkar İddiaçı Tovuz rayon İcra bölməsinin böyük icra məmuru X9 xx.xx.2012-ci il tarixli qərarından verdiyi şikayətin təmin edilməsi, Tovuz rayon İcra bölməsinin böyük icra məmuru X9 xx.xx.2012-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, xx.xx.2008-ci il tarixli 2(62)-702/2008 nömrəli icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Tovuz rayon İcra bölməsinə qaytarılması qərara alınmışdır. 6.19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 iyun 2017-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2-1-112 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 6.20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 noyabr 2017-ci il tarixli qərarından görünür ki, X7-İqtisadi kollegiyasının 2-1(104)119/2017 nömrəli 23 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 10 yanvar 2017-ci il t arixli 2-1-112/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsində Qovlar-Saratovka yolundakı yanacaqdoldurma məntəqəsinin sağ (cənub, cənub-qərb) tərəfində yerləşən, “Torpağa mülkiyyət hüququna dair” 1592 saylı şəhadətnaməyə əsasən iddiaçı Cavabdeh2 məxsus torpaq sahəsinin Tovuz rayonu icra məmurları tərəfindən İddiaçı verilməsi hərəkətləri qeyri-qanuni hərəkətlər hesab edilməsi qərara alınmışdır. 6.21. Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019cu il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 6.22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqti sadi Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli 2-1(102)-2637/2019 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli 2-1(104)15/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan görünür ki, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırki halda cavabdeh inzibati orqan iddiaçının torpaq sahəsinə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə olaraq iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə mübahisə olunan torpaq sahəsinin koordinatlarının iddiaçı Cavabdeh2 JN-1592A KOD 50300016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunmuşdur. 6.23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2018-ci il tarixli 10082 nömrəli ekspert rəyində göstərilmişdir ki, Tovuz rayonu Qovlar bələdiyyəsinin kompleks yerquruluşu xəritəsinin elektron baza materiallarına əsasən mübahisə olunan torpaq sahəsinin koordinatları iddiaçı Cavabdeh2 JN-1592A Kod 50300016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Lakin kompleks yerquruluşu xəritəsinin baza məlumatında İddiaçı məxsus JN-3047 nömrəli Dövlət aktına əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinə dair məlumatlar olmadığından həmin torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, İddiaçı məxsus JN-3047 nömrəli torpaq sahəsinin iddiaçı Cavabdeh2 mülkiyyətində olan (JN-1592A Kod 50300016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən) torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmadı. Qovlar Bələdiyyəsinin kompleks yerquruluşu xəritəsinin elektron baza məlumatına əsasən İddiaçı məxs us JN-3047 nömrəli Dövlət aktına əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinə dair məlumatlar olmadığından və torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmadığı üçün, həmin torpaq sahəsinin iddiaçı Cavabdeh2 mülkiyyətində olan (JN-1592A Kod 50300016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən) torpaq sahəsindən nə qədər aralıda yerləşməsinə dair tədqiqat aparılmadı. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsi, Qovlar Saratovka yolunun sağ tərəfində yanacaq-doldurma məntəqəsinə cənub tərəfdən bitişik yerləşən iddiaçıya məxsus 0.0544 ha torpaq sahəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz inşa edilmiş tik ili cavabdehlərin vəsaiti hesabına sökülərək tikinti materiallarının iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, sahibkarlıqla məşğul olmaq məqsədilə Tovuz rayonu, Qovlar bələdiyyəsinə rəsmi ərizə ilə müraciət etmiş, Qovlar bələdiyyəsinin 16 yanvar 2003-cü il tarixli 03 saylı qərarı ilə alqı-satqı predmeti olan 0.0544 ha torpaq sahəsi ona satılmışdır. 0.0544 ha torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına tam ödəmişdir. Satılan torpaq sahəsi mövcud qanunvericiliyin tələblərinə əsasən sərhədləri yerində müəyyən edilməklə naturada ölçülüb ona təhvil verilmişdir. 0.0544 ha torpaq sahəsi ölçülüb ona təhvil verilərkən orada tikili olmamış, boş torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinə dair JN -3047, kod 50300016 saylı Torpağa Mülkiyyət hüquqlarına dair Dövlət aktı tərtib edilməklə dövlət reyestrində adına qeydiyyata alınmışdır. Bələdiyyə tərəfindən ona satılmış JN-3047 saylı Dövlət Aktının cizgiləri daxilində göstərilən torpaq sahəsi onun xüsusi mülkiyyətində olmaqla Tovuz rayonu Qovlar şəhərində QovlarSaratova yolunun sağ tərəfində yerləşir. Torpaq sahəsi ona satıldıqdan sonra Cavabdeh1 ilə arasında torpaq mübahisəsi olmuş və mübahisə ilə bağlı hal-hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri var. Belə ki, Tovuz Rayon Məhkəməsinin 25 dekabr 2008-ci il tarixli qətnaməsi ilə iddiaçı “Elsevər” kiçik müəssisəsinin Qovlar bələdiyyəsinin 16 yanvar 2003-cü il tarixli qərarını və həmin qərar əsasında verilmiş JN-3047 saylı Dövlət Aktının etibarsız hesab edilməsinə dair iddiası tə min edilməmiş, onun Cavabdeh1 qarşı qarşılıqlı iddiası təmin edilərək 0.0544 ha torpaq sahəsindən cavabdehin çıxarılması qərara alınmışdır. 25 dekabr 2008-ci il tarixli qətnamədən cavabdeh apellyasiya şikayəti versə də, sonradan şikayətindən imtina etmişdir. Tovuz Rayon Məhkəməsinin 25 dekabr 2008-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və qətnamə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra olunmuş, akt əsasında torpaq sahəsi ona təhvil verilmişdir. Məhkəmədə mübahisə olunan torpaq sahəsinə dair mülki işə baxıldığı vaxt cavabeh JN-3047 saylı Dövlət Aktında göstərilən 0.0544 ha torpaq sahəsində özbaşına tikili inşa etdirmişdir. İcra vərəqəsində göstərilmədiyindən cavabdehin inşa etdirdiyi tikili Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən sö külməmişdir. Cavabdehlə aralarında mübahisə uzun müddətdir ki, davam edir. Ona məxsus olan torpaq sahəsində inşa edilmiş tikili özbaşına tikilidir. Həmin tikilinin cavabdehlərin adına heç bir hüquqverici sənədi yoxdur. Tikilinin cavabdehlər tərəfindən inşa olunmasına mülkiyyətçi kimi onun və müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmamışdır. Odur ki, Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsi, Qovlar-Saratovka yolunun sağ tərəfində yanacaqdoldurma məntəqəsinə cənub tərəfdən bitişik yerləşən, ona məxsus 0.0544 ha torpaq sahəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehlərin vəsaiti hesabına sökülərək tikinti materialları iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli 10/2467 nömrəli ekspert rəyindən görünür ki, Tovuz rayonu, Qovlar şəhərində yerləşən, JN-3047 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 0.0544 ha torpaq sahəsinin koordinatlarının hal-hazırda cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmədiyi və bununla da, torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunur. İş üzrə tərəflərin mübahisələndirdiyi torpaq sahəsinin naturada müəyyən edilmiş döngə nöqtələrinin koordinatları ilə Cavabdeh2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin sənəd (JN-1592A Kod 50300016 saylı Şəhadətnamə) üzrə nəzərdə tutulmuş döngə nöqtələrinin koordinatları uyğunluq təşkil edir və torpaq sahəsində tikintisi tam başa çatmış, dax ildən isə təmirsiz vəziyyətdə olan iki mərtəbəli tikili vardır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli 10/2467 nömrəli ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin 19 dekabr 2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, cavabdehlərin istifadəsi kimi təqdim edilən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan tikili Qovlar şəhərinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən verilmiş JN-3407 nömrəli Dövlət Aktında olan torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdehlərin istifadəsi kimi təqdim edilən torpaq sahəsi və həmi n torpaq sahəsi üzərində olan tikili Qovlar şəhərinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Cavabdeh2 verilmiş JN-1592 A nömrəli Şəhadətnamədə olan torpaq sahəsi ilə ümumi uyğunluq təşkil edir. Belə ki, cavabdehlərin istifadəsi kimi təqdim edilən torpaq sahəsi 0.07 ha olmasına baxmayaraq JN-1592 A nömrəli şəhadətnamədə olan 0.06 ha torpaq sahəsi həmin 0.07 ha torpaq sahəsinin daxilində yerləşir.
11. Tovuz Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli 2(062)-8/2020 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddianın təmin edilməsi, Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsi, Qovlar-Saratovka yolunun sağ tərəfində yanacaq-doldurma məntəqəsinə cənub tərəfdən bitişik yerləşən iddiaçıya məxsus 0.0544 ha torpaq sahəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən q anunsuz inşa edilmiş tikili cavabdehlərin vəsaiti hesabına sökülərək tikinti materialları iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması qət edilmişdir.
12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsində yerləşən 0.0544 ha torpaq sahəsi Qovlar bələdiyyəsinin mülkiyyətində olmaqla, alqı-satqı predmeti olmuşdur. Qovlar bələdiyyəsinin 16 yanvar 2003-cü il tarixli 03 saylı qərarı ilə 0.0544 ha torpaq sahəsi İddiaçı satılmış və iddiaçının adına JN-3047 saylı Kod 50300016 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib olunmaqla həmin torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. Mülki işə əlavə olunmuş qanuni qüvvəyə minmiş qətnamələrlə də tam sübut olunmuşdur ki, 0.0544 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında tərə flərin izahatları və işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan 0.0544 ha torpaq sahəsində cavabdehlər tərəfindən tikili inşa olunmuşdur. Həmin tikili dövlət reyestrində cavabdehlərin adına qeydə alınmamış və həmin tikili müvafiq icra orqanlarının icazə olmadan inşa olunmuşdur. Mübahisə olunan tikili İddiaçı mülkiyyətində olan JN-3047 Torpağa Mülkiyyət Hüquqlarına dair Dövlət Aktında göstərilən 0.0544 ha torpaq sahəsinin üstündə inşa olunmuşdur. 0.0544 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olması JN-3047 saylı Dövlət Aktı ilə, qanuni qüvvəsində olan qətnamələr ilə tam sübut olunur. İş üzrə Cavabdeh1 0.0544 ha torpaq sahəsinin iddiaçı Aydın Əliyeva deyil, ona məxsus olduğunu və ona görə də orada tikili inşa etdiyini izahatında göstərsə də, 0.0544 h a torpaq sahəsinin ona və ya “Elsevər” kiçik müəssisəsinə məxsus olması barədə məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Əksinə, əvvəllər məhkəmənin icraatında olmuş mülki iş üzrə çıxarılmış qətnamələrlə də sübut olunmuşdur ki, 0.0544 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdir. Birinci instansiya məhkəməsi ekspert rəyində göstərilən 2-ci suala verilən cavabı mötəbər hesab etməmişdir. Belə ki, rəy 16 iyul 2018-ci ildə tərtib olunub, mübahisəli torpaq sahəsi ilə bağlı yuxarıda göstərilən qanuni qüvvəyə minmiş qətnamələrlə sübut olunur ki, 0,0544 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdir. Ona görə də məhkəmə ekspert rəyində “JN-3047 saylı Dövlət Aktına əsasən, mülkiyyətinə verilmiş torpaq sahəsinə dair məlumatlar olmadığından və torpaq sahəsinin sərhədlərini müəyy ən etmək mümkün olmadığı üçün” müəmmalı ifadəsinə tənqidi yanaşmış və rəyin qeyd olunan hissəsini məhkəmə mötəbər sübut kimi qəbul etməmişdir. Göründüyü kimi tikinti aparılmış torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1, Cavabdeh2 deyil, həmin tikili müvafiq icazələr alınmadan inşa edilmişdir. Tikilinin JN-3047 saylı Dövlət Aktının cizgiləri daxilində inşa olunduğundan İddiaçı qanunla qorunan hüquqlarını pozur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülkil Məcəlləsinin 140, 152.1, 157.2, Torpaq Məcəlləsinin 111-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 82.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdehlər ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri verərək, birin ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.
15. Cavabdehlər apellyasiya şikayətlərini onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, işdə olan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, onların iddiaçının JN 3047 saylı Dövlət Aktında göstərilmiş torpaq sahəsində heç bir tikililəri yoxdur. İddiaçının onlarla mübahisəsi 2002-ci ildən başlamışdır, iddiaçı adına olan aktı 17 il sonra, xx.xx.2019-cu il tarixdə qeydə aldırmışdır. Məhkəmə qərarlarından, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(102)-2637/2019 nömrəli qərarından da görünür ki, onların Tovuz rayonu, Qovlar şəhəri, Qovlar-Saratovka yolunun yanacaqdoldurma Məntəqəsinin cənub-qərbində inşa etdirdikləri yarımtikili bi na və həmin binanın yerləşdiyi torpaq sahəsi İddiaçı məxsus deyildir. Ona görə də qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
16. İddiaçı hüquqi varisi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsində yerləşən 0.0544 ha torpaq sahəsi Qovlar bələdiyyəsinin mülkiyyətində olmaqla, alqı-satqı predmeti olmuşdur. Qovlar bələdiyyəsinin 16 yanvar 2003-cü il tarixli 03 saylı qərarı ilə 0.0544 ha torpaq sahəsi İddiaçı satılmış və iddiaçının adına JN-3047 saylı Kod 50300016 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib olunmaqla həmin torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. Mülki işə əlavə olunmuş qanuni qüvvəyə minmiş qətnamələrlə də tam sübut olunmuşdur ki, 0.0544 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 Tovuz rayonu, Qovlar qəsəbəsi, Şəhriyar küçəsi, Qovlar Saratovka yolunun sağ tərəfində yanacaqdoldurma məntəqəsinə cənub tərəfdən bitişik yerləşən İddiaçı məxsus 0.0544 ha torpaq sahəsindən çıxarılmış və torpaq sahəsi iddiaşıya təhvil verilmişdir. Cavabdehlər orada qanunsuz tikili tikmişlər. Ona görə də qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir.
17. İddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətlərinə etiraz edərək iddiaçi İddiaçı hüquqi varisi Nümayəndə ilə eyni məzmunlu izahat vermişdir.
18. İcraat zamanı keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli 10/2467 nömrəli ekspert rəyindən görünür ki, sözügedən 0.0544 ha torpaq sahə sinin koordinatları hal-hazırda cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir, bununla da, torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunur. Mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş döngə nöqtələrinin koordinatları ilə Cavabdeh2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları uyğunluq təşkil edir və torpaq sahəsində tikintisi tam başa çatmış, daxildən isə təmirsiz vəziyyətdə olan iki mərtəbəli tikili vardır. Mütəxəssis rəyində isə göstərilmişdir ki, cavabdehlərin istifadəsi kimi təqdim edilən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan tikili Qovlar şəhərinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən verilmiş JN-3407 nömrəli Dövlət Aktında olan torpaq sahəsi il ə üst-üstə düşmür. Cavabdehlərin istifadəsi kimi təqdim edilən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan tikili Qovlar şəhərinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Cavabdeh2 verilmiş JN-1592 A nömrəli Şəhadətnamədə olan torpaq sahəsi ilə ümumi uyğunluq təşkil edir. Cavabdehlərin istifadəsi kimi təqdim edilən torpaq sahəsi 0.07 ha olmasına baxmayaraq JN-1592 A nömrəli şəhadətnamədə olan 0.06 ha torpaq sahəsi həmin 0.07 ha torpaq sahəsinin daxilində yerləşir.
19. Həmçinin məhkəmə kollegiyası tərəfindən tərəflərin, icra şöbəsinin nümayəndəsinin, mütəxəssisin, iştirakı ilə keçirilmiş yerində baxış zamanı müəyyən edilmişdir ki, sökülməsi iddia edilən tikili Tovuz rayonu, Qovlar şəhərində Saratovka yolunun üstündə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsind ə yerləşir. İddiaçı tərəfə aid JN-3047 Torpağa mülkiyyət hüquqlarına dair Dövlət Aktında göstərilən 0.0544 ha torpaq sahəsinin koordinatlarının hal-hazırda cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir və həmin torpaq sahələri üst-üstə düşmür. Cavabdeh2 mülkiyyətində olan 0.06 torpaq sahəsinin JN-1592A Kod 50300016 saylı Şəhadətnamə üzrə nəzərdə tutulmuş döngə nöqtələrinin koordinatları uyğunluq təşkil edir və qeyd olunduğu kimi torpaq sahəsində tikintisi tam başa çatmış, daxildən isə təmirsiz vəziyyətdə olan iki mərtəbəli tikili vardır. Baxış zamanı mübahisələndirilən torpaq sahəsinin və tikilinin fotoşəkilləri çəkilmişdir. Müəyyən olunmuşdur ki, yanacaqdoldurma məntəqəsi ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin arasında kafe və av toyuma tikililər vardır. Yəni mübahisələndirilən torpaq sahəsi yanacaqdoldurma məntəqəsinə bitişik deyildir.
20. İşə əlavə edilmiş və icraçılar tərəfindən tərtib edilmiş aktdan görünür ki, iddiaçı tərəfə məxsus torpaq sahəsindən cavabdehlərin çıxarılması qeyd olunmuş, həmin torpaq sahəsinin hansı ünvanda yerləşməsi isə dəqiq göstərilməmiş, cavabdeh tərəf isə həmin akta imza etməkdən imtina etmişdir.
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-162/2022 nömrəli iş üzrə 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev - sədrlik edən və məruzəçi, R.Ş.Muradov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.
22. Apellyasiya instansiyası məhk əməsi mövqeyinə görə birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsində yerləşən 0.0544 ha torpaq sahəsi Qovlar bələdiyyəsinin mülkiyyətində olmaqla, alqı-satqı predmeti olmuş, Qovlar bələdiyyəsinin 16 yanvar 2003-cü il tarixli 03 saylı qərarı ilə 0.0544 ha torpaq sahəsi İddiaçı satılmış və iddiaçının adına JN-3047 saylı Kod 50300016 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib olunmaqla qeydiyyata alınmışdır. Mülki işə əlavə olunmuş qanuni qüvvəyə minmiş qətnamələrlə də sübut olunmuşdur ki, 0.0544 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında tərəflərin izahatları və işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan 0.0544 ha torpaq sahəsində cavabdehlər t ərəfindən tikili inşa olunmuşdur. Həmin tikili dövlət reyestrində cavabdehlərin adına qeydə alınmamış və həmin tikili müvafiq icra orqanlarının icazə olmadan inşa olunmuşdur. Mübahisə olunan tikili İddiaçı mülkiyyətində olan JN-3047 Torpağa Mülkiyyət Hüquqlarına dair Dövlət Aktında göstərilən 0.0544 ha torpaq sahəsinin üstündə inşa olunmuşdur. İş üzrə Cavabdeh1 0.0544 ha torpaq sahəsinin iddiaçı Aydın Əliyevə deyil, oğlu Cavabdeh2 məxsus olduğunu və ona görə də orada tikili inşa etdiyini izahatında göstərsə də, 0.0544 ha torpaq sahəsinin ona və ya “Elsevər” kiçik müəssisəsinə məxsus olması barədə məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Əksinə, əvvəllər məhkəmənin icraatında olmuş mülki iş üzrə çıxarılmış qətnamələrlə də sübut olunmuşdur ki, 0.0544 ha torpaq sahəsi nin mülkiyyətçisi İddiaçıdir. Birinci instansiya məhkəməsi ekspert rəyində göstərilən 2-ci suala verilən cavabı mötəbər hesab etməmişdir. Belə ki, rəy 16 iyul 2018-ci ildə tərtib olunub, mübahisəli torpaq sahəsi ilə bağlı yuxarıda göstərilən qanuni qüvvəyə minmiş qətnamələrlə sübut olunur ki, 0,0544 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdir. Ona görə də məhkəmə ekspert rəyində “JN-3047 saylı Dövlət Aktına əsasən, mülkiyyətinə verilmiş torpaq sahəsinə dair məlumatlar olmadığından və torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmadığı üçün” müəmmalı ifadəsinə tənqidi yanaşmış və rəyin qeyd olunan hissəsini məhkəmə mötəbər sübut kimi qəbul etməmişdir.
23. Halbuki, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, cavabdehlərin istifadəsi kimi təqdim edilən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan tikili Qovlar şəhərinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Qovlar bələdiyyəsinin 16 yanvar 2003-cü il tarixli 03 saylı qərarı ilə 0.0544 ha həmin torpaq sahəsi İddiaçı satılmış JN-3407 nömrəli Dövlət Aktında olan torpaq sahəsi ilə üst-üstə düşmür. Yəni mübahisələndirilən həmin torpaq sahəsi və onun üzərində olan tikili Qovlar şəhərinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Cavabdeh2 verilmiş JN-1592 A nömrəli Şəhadətnamədə olan torpaq sahəsi ilə ümumi uyğunluq təşkil edir. Belə ki, cavabdehlərin istifadəsi kimi təqdim edilən torpaq sahəsi 0.07 ha olmasına baxmayaraq JN-1592 A nömrəli şəhadətnamədə olan 0.06 ha torpaq sahəsi həmin 0.07 ha torpaq sahəsinin daxilində yerləşir.
24. Həmçinin Azərbaycan Re spublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli 10/2467 nömrəli ekspert rəyindən görünür ki, sözügedən 0.0544 ha torpaq sahəsinin koordinatları hal-hazırda cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir, bununla da, torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunur. Mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş döngə nöqtələrinin koordinatları ilə Cavabdeh2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları uyğunluq təşkil edir və torpaq sahəsində tikintisi tam başa çatmış, daxildən isə təmirsiz vəziyyətdə olan iki mərtəbəli tikili vardır. Mütəxəssis rəyində isə göstərilmişdir ki, cavabdehlərin istifadəsi kimi təqdim edilən torpaq sahəsi və həmin torpaq sahə si üzərində olan tikili Qovlar şəhərinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən verilmiş JN-3407 nömrəli Dövlət Aktında olan torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdehlərin istifadəsi kimi təqdim edilən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan tikili Qovlar şəhərinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Cavabdeh2 verilmiş JN-1592 A nömrəli Şəhadətnamədə olan torpaq sahəsi ilə ümumi uyğunluq təşkil edir. Cavabdehlərin istifadəsi kimi təqdim edilən torpaq sahəsi 0.07 ha olmasına baxmayaraq JN-1592 A nömrəli şəhadətnamədə olan 0.06 ha torpaq sahəsi həmin 0.07 ha torpaq sahəsinin daxilində yerləşir.
25. Bundan başqa, Məhkəmə Kollegiyası tərəfindən tərəflərin, icra şöbəsinin nümayəndəsinin, mütəxəssisin, iştirakı ilə keçirilmiş yerində baxış zamanı müəyyən edilmişdir ki, sökülməsi iddia edilən tikili Tovuz rayonu, Qovlar şəhərində Saratovka yolunun üstündə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaçı tərəfə aid JN-3047 Torpağa mülkiyyət hüquqlarına dair Dövlət Aktında göstərilən 0.0544 ha torpaq sahəsinin koordinatlarının hal-hazırda cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir və həmin torpaq sahələri üst-üstə düşmür. Cavabdeh2 mülkiyyətində olan 0.06 torpaq sahəsinin JN-1592A Kod 50300016 saylı Şəhadətnamə üzrə nəzərdə tutulmuş döngə nöqtələrinin koordinatları uyğunluq təşkil edir və qeyd olunduğu kimi torpaq sahəsində tikintisi tam başa çatmış, daxildən isə təmirsiz vəziyyətdə olan iki mərtəbəli tikili vardır. Baxış zamanı mübahisələndirilən torpaq sahəsinin və tikilinin fotoşəkilləri çəkilmişdir. Müəyyən olunmuşdur ki, yanacaqdoldurma məntəqəsi ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin arasında kafe və avtoyuma tikililər vardır. Yəni mübahisələndirilən torpaq sahəsi yanacaqdoldurma məntəqəsinə bitişik deyildir. İşə əlavə edilmiş və icraçılar tərəfindən tərtib edilmiş aktdan görünür ki, iddiaçı tərəfə məxsus torpaq sahəsindən cavabdehlərin çıxarılması qeyd olunmuş, həmin torpaq sahəsinin hansı ünvanda yerləşməsi isə dəqiq göstərilməmiş, cavabdeh tərəf isə həmin akta imza etməkdən imtina etmişdir. Yerli baxış zamanı müəyyən olunmişdur ki, hazırda iki mərtəbəli tikili olan həmin torpaq sahəsi daim cavabdehlərdə olmuş, onlar mübahisələndirilən torpaq sahəsindən heç vaxt şıxarılmamışlar. İndi də tikintisi olan torpaq sahəsi iş üzr ə Cavabdeh2 mülkiyyətindədir. Bu işin mübahisəsiz halıdır. Bundan başqa baxılan işdə Məhkəmə Kollegiyasına təqdim edilmiş ekspert rəyi və mütəxəssis rəyi eynilik təşkil etdiyindən kollegiya həmin rəyləri mötəbər subut kimi qəbul edərək yenidən həmin əsasla ekspertiza təyin edilməsinə luzum görməmişdir.
26. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı olmaqla araşdırma zamanı öz təsdiqini tapmışdır.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri
28. İddiaçının hüquqi varisi Nümayəndə (vəkili Vəkil Babalı oğlu) kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə dair ərizə verərək, qətnamənin ləğv edilib və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti iddia ərizəsinə və işin müəyyən edilmiş faktiki hallarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi əvvəlki məhkəmə icraatları zamanı qəbul edilmiş məhkəmə aktlarına düzgün istinad etməmiş, həmin icraatlar zamanı müəyyən edilən halları nəzərə almamışdır. Belə ki, mübahisəli torpaq sahəsi qanuni qüvvədə olan məhkəmə aktları ilə təsdiq olunmaqla, mərhum İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə kassatorun öz mülkiyyətindən sərbəst istifadə və sərəncam vermə hüququnun həyata keçirilməsinə mane olu r. Bundan əlavə, məhkəmə qətnaməsi tam əsaslandırılmamış, iddiaçı tərəfindən təqdim olunan sübutlara məhkəmə tərəfindən münasibət bildirilməmiş, hüquqi qiymət verilməmişdir. Belə ki, qətnamədə Cavabdeh1 torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin mərhum İddiaçı verilməsinə dair 28 noyabr 2016-cı il tarixli akt və icra sənədi üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli qərardadı ümumiyyətlə göstərilməmiş, həmin akt və qərardad mövcud olsa da, onlara hüquqi qiymət verilməmişdir. Həmçinin apellyasiyainstansiyaı məhkəməsi məhkəmə təcrübəsinin vahidliyi prinsipini pozaraq daha əvvəllər eyni mübahisə üzrə qəbul edilmiş Ali Məhkəmənin qərarlarına diqqət yetirməmiş, orada göstərilən mövqeyə zidd qətnamə qəbul etmişdir. Həmin qanui qüvvədə olan qərar larla müahisəli torpaq sahəsinin mərhum iddiaçıya aid olduğu sübuta yetirilsə də, məhkəmə yenidən və heç bir qanuni əsas olmadan texniki-tikinti ekspertizası təyin etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinə yerində baxış keçirərək orada olan kafe, avtoyuma və marketi yanacaqdoldurma məntəqəsinin tərkib hissəsi kimi qəbul etməmiş, beləliklə də, düzgün olmayan nəticəyə gəlmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdehlər kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Etiraz işin yuxarıda qeyd edilən faktiki hallarına uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan R espublikasının Mülki Məcəlləsi:
31. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
32. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa mane ələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 20.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 21.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 22.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 23.Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yaln ız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 25.Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 26.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 27.Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 28.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 29.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 30.Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kass asiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 31.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 32.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-162/2022 nömrəli, 21 dekabr 2022-ci il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.