Məhkəmə qərarları › İş №2(102)-2078/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2078/2021

03.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2078/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh 2 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxslər X10 və X16) iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: reyestrin həqiqiliyi və tamamlılığı prezumpsiyası, vicdanlı əldə edən) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Üçüncü şəxslər X10 və X7 vəkili Vəkil2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1563/2020 nömrəli i ş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi ilə ərizəçi X8 03 fevral 2014-cü ildə vəfat etmiş X9 ilə nikahda olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-2253/2019 saylı 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi X8 03 fevral 2014-cü ildə vəfat etmiş X9 ilə nikahda olması faktının müəyyən olunmasına dair ərizəsi rədd edilmişdir. Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə ərizəçi X8 20 avqust 1 966cı ildə doğulmuş oğlu X14 ölmüş elan edilməsinə dair ərizəsi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-2267/2019 saylı 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi X8 20 avqust 1966-cı ildə doğulmuş oğlu X14 ölmüş elan olunmasına dair ərizəsi rədd edilmişdir. 08 aprel 2019-cu il tarixli 2V-479 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X17 16 oktyabr 2018-ci il tarixdə X5 verilmiş **********18 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən kəndində yerləşən ümumi sahəsi 0,3001 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlakdan 1/1 hissədə pay almalıdır. Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 dekabr 2019-cu il tarixli məktubunda vətə ndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş X14 ölümü haqqında məlumatın ləğv edildiyi qeyd edilmişdir. İHB kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 03 may 2019cu il tarixli 382 saylı arayışında qeyd edilmişdir ki, X8 vəfatından sonra oğlu İddiaçı, qızı X18, qızı X11 və oğlu X15qn ibarət vərəsələri qalmışdır. X9 03 fevral 2014-cü ildə, X17 27 aprel 2019-cu ildə vəfat etmişdir. 4Ə-309 saylı 25 iyul 2017-ci il tarixli Daşınmaz əmlakın ağqı-satqısına dair müqaviləyə əsasən X17 mülkiyyətində olan kəndində yerləşən 0,10 ha torpaq sahəsini X1. 4Ə-564 saylı 14.09.2017-ci il tarixli Daşınmaz əmlakın ağqı-satqı müqaviləsinə əsasən X17 mülkiyyətində olan kəndində yerləşən 0,01 ha torpaq sahəsini X1. 4Ə-398 saylı 09.08.2017-ci il tarixli Daşınmaz əmlakın ağqı-satqı müqaviləsinə əsasən X17 mülkiyyətində olan kəndində yerləşən 0,05 ha torpaq sahəsini X1. 4Ə-651 saylı 05.10.2017-ci il tarixli Daşınmaz əmlakın ağqı-satqı müqaviləsinə əsasən X17 mülkiyyətində olan kəndində yerləşən 0,3545 ha torpaq sahəsini X2. 4Ə-579 saylı 11.04.2019-cu il tarixli Daşınmaz əmlakın ağqı-satqı müqaviləsinə əsasən X17 mülkiyyətində olan kəndində yerləşən 0,3001 ha torpaq sahəsini X1. Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli 08.09.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli 22.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli 24.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və 24.05.2019-cu il tarixli qeydiyyatlara görə torpaq sahələri X10 və X7 adına dlövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edil miş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Notariat Ofisi, üçüncü şəxslər X10 və X12 qarşı 2 saylı Notariat Ofisi tərəfindən tərtib və təsdiq olunmuş 18 iyul 2017-ci il tarixli 2V-157 nömrə ilə, 01 oktyabr 2017-ci il tarixli 2V-371 nömrə ilə, 08 aprel 2019-cu il tarixli 2V-479 nömrə ilə və 08 aprel 2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə-309 saylı 25.07.2017-ci il tarixli, 4Ə-564 saylı 14.09.2017-ci il tarixli, 4Ə-398 saylı 09.08.2017-ci il tarixli, 4Ə-579 saylı 11.04.2019-cu il tarixli və 4Ə-651 saylı 05.10.2017-ci il tarixli ağqı-sa tqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli 08.09.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli 22.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli 24.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, 24.05.2019-cu il tarixli X10 və X7 adına aparılmış qeydiyyatların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X21 onun doğma qardaşıdır və o, halhazırda İtaliyada yaşayır. O, qardaşı ilə mütəmadi olaraq əlaqə saxlayır. X3 03 fevral 2014-cü ildə, atası X17 17 fevral 2015-ci il tarixdə vəfat etmişdir. Onların vəfatından sonra kəndində yerləşən ümumi sahəsi 0,3001 ha torpaq sahəsi miras qalmışdır. Atası Məhkəməsindən anası ilə nikahda ol masına dair 13 iyun 2017-ci il tarixli qətnamə əldə etmişdir. X24 Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmişdir. X25 ölmüş elan edilməsinə dair qətnamə qəbul ediləndən sonra atası X17 onlardan xəbərsiz olaraq notariusa müraciət edərək 08 aprel 2019-cu il tarixli 2V-479 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Eyni zamanda X4 vərəsəsi kimi X13 08 aprel 2019-cu il tarixli 2V-479 reyestr nömrəli şəhadətnamə verilmişdir. Atası bütün bunlardan sonra anasından miras qalmış və qardaşı X22a məxsus torpaq sahələrini satmış, onu bu qanunsuz hərəkətlərə cavabdeh X23 aldadaraq vadar etmişdir. X25 ölmüş elan edilməsi və atası ilə anası arasında rəsmi nikah qeydinin olması faktına dair Məhkəməsinin qətnamələri ləğv edildiyindən yuxa rıda qeyd edilmiş şəhadətnamələr etibarsız hesab edilməli və bu şəhadətnamələr əsasında əldə edilmiş ağqı-satqı müqavilələri və Çıxarışlar ləğv edilməlidir. Məhkəməsinin (hakim Elbrus Məmmədov) 01 iyun 2020-ci il tаrixli 2(033)-257/2020 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 337.1, 337.5, 152.1, 157.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahələrinin mərhum Laçın Qurbanovun mülkiyyətinə keçməsinə əsas olan məhkəmə qətnamələri Şəki Apellyasiya Məhkəməsinin qətnamələri ilə ləğv edilmişdir. Belə olan halda mərhum X24un mərhum arvadı və ölmüş elan edilmiş oğlu X22un vərəsəsi kimi notariat ko ntoruna müraciət etməsi əsassız olması və onun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı sözügedən Şəki Apellyasiya Məhkəməsinin qətnamələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab etmişdir ki, artıq mərhum X24a verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız olduğundan həmin şəhadətnamələr əsasında aparılmış ağqı-satqı müqavilələri də öz-özlüyündə etibarsız hesab olunmasını ehtiva edir. Məhkəmə tələbin ağqı-satqı müqaviləsi əsasında torpaq sahələrinin üçüncü şəxslərin mülkiyyətinə keçməsinə dair iş materiallarında olan Çıxarışlar üzrə qeydiyyatın ləğv olunması hissəsinə münasibətdə də tələbi əsaslı hesab edərək qeyd etmişdir ki, dövlət reyestrində qeydə alınmasına əsas olan ağqı-satqı müqavilələri etibarsız hesab edildiyind ən reyestrdə aparılmış qeydiyyat da ləğv olunmalıdır. Qətnаmədən nаrаzı qаlаn üçüncü şəxslər X10 və X16 аpelyаsiyа şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsi iclasında üçüncü şəxs X16 izahatında göstərmişdir ki, iddiaçının torpağın ona satılmasından xəbəri olmuşdur. Belə ki, iddiaçı ona “halallıq” da vermişdir. Bundan başqa İddiaçı ağqı-satqıdan xəbərinin olmaması mümkün deyildir. Belə ki, aldığı torpaq sahələri İddiaçı qonşu ərazidə yerləşir. Həmin torpaq sahəsinə ev tikmək üçün bir neçə maşın daş tökmüşdür. Onun torpaq sahəsi alan zaman iş üzrə iddiaçı da həmin proseslərdə iştirak etmiş və onlara heç bir irad və etiraz bildirməmişdir. Vicdanlı alıcı kimi onun hüquqları mübafiə olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iddi açı izahatında əvvəlcə atası X24un 09.08.2017-ci il, 14.09.2017-ci il, 05.10.2017-ci il və 11.04.2019-cu il tarixli ağqı-satqı müqavilələrinə əsasən torpaq sahələrini üçüncü şəxslərə satmasından xəbəri olmadığını qeyd etsə də, sonradan o, torpaq sahələrinin atası tərəfindən üçüncü şəxslərə satılmasından xəbəri olduğunu bildirərək göstərmişdir ki, atası ona torpağı satacağını bildirmiş və həmin etibar etdiyi bir şəxsin olduğunu, onun da X23 olduğunu demişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov, Vəzirxan Məlikov) 19 oktyabr avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsimnin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edil mişdir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşamyana apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın təmin edilməsi ilə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflərin izahatlarına görə iddiaçının atası X24 tərəfindən 09.08.2017-ci il, 14.09.2017-ci il, 05.10.2017-ci il və 11.04.2019-cu il tarixli ağqı-satqı müqavilələrinə əsasən torpaq sahələrini üçüncü şəxslərə satmasından xəbəri olmuş, bunu nla bağlı üçüncü şəxslərə hər hansı bir irad və ya etirazını bildirməmişdir. Üçüncü şəxslər daşınmaz əmlakları alan zaman torpaq sahələri X24un əsl mülkiyyətçisi olmadığını və qanunsuz yolla əldə etməsini bilməmişlər, çünki torpaq sahələri onun adına dövlət revestrindəki qeydə alındığından mübahisəli əmlak üzərində satıcının mülkiyyət hüququnun qanuniliyinə şübhə ilə yanaşa bilməzdilər, onların vicdansız hesab etmək üçün öz hərəkətlərinə münasibətdə kobud ehtiyatsızlıq və ya qəsd formasında təqsirinin olması barədə hər hansı bir əsaslı faktlar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, X24 tərəfindən üçüncü şəxslərə 09.08.2017-ci il, 14.09.2017-ci il, 05.10.2017-ci il və 11.04.2019-cu il tarixlərdə mübahisəli torpaq sahələrini satılması barədə iddiaçının məlumatlı olmaması i nandırıcı deyildir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki iş üzrə üçüncü şəxslər X24un mübahisə predmetinin əsl mülkiyyətçisi olmadığını bilmədiyindən vicdanlı əldə edən hesab edilirlər. Belə ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcı əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı kimi qəbul olunur. Bundan başqa əldə edilmiş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı h esab edilir. Mmülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, üçüncü şəxslər mübahisəli torpaq sahəsini qanununvericiliklə müəyyən edilmiş qaydada aldıqlarından vicdanlı alıcıdırlar. Belə olan halda iddia tələbi onların torpaq sahələri üzərində hüquqlarına təsir etməli deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1 oğlu oğl u) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə üçüncü şəxslərin vicdanlı alıcı olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Üçüncü şəxslərin mübahisəli torpaqlarla bağlı məhkəmə mübahislərindən xəbərləri var idi. Digər tərəfdən məhkəmə onun məhkəmə iclasında verdiyi izahatını təhrif etmişdir. Məhkəmədə torpaq sahələrinin atas ı tərəfindən üçüncü şəxslərə satılmasından xəbəri olduğunu, atasının ona torpağı Raminə satacağını bildirməsini deməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Üçüncü şəxslər X10 və X16 və onların vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh 2 saylı Notariat Ofisind ən nümayəndə göndərilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi ü zərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qəra rı: “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaql a apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktını n ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin üçüncü şəxslərin vicdanlı alıcı olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bu barədə dəlilini əsaslandırmamış və apellyasiya instansiyası məhkəməsində işə baxılarkən hər hansı bir sübut təqdim etməmişdir. MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən Mülki Məcəllənin 140-cı maddəsinin tələbinə görə, reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvəvədir. İddiaçı, üçüncü şəxslər tərəfindəın mübahisəli torpaq sahəsi əldə edilərkən daşınmaz əmlakın dövlət reyestrində reyestrin həqiqiliyinə və tamamlılığına şübhə doğuracaq bir halın mövcudluğu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin Mülki Məcəllənin 141.1 və 14.2-ci maddələrinə əsasən reyestrə hər hansı bir düzəliş və etirazla bağlı müraciətin edilməsi, bu barədə iddia verilməsi də müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən izahatının təhrif edilməsi barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsa slı hesab etmir. Belə ki, iddiaçının izahatı apellyasiya instansiyası məhkəməsinin qətnaməsində olduğu kimi əks olunmuş, qətnamə iddiaçıya rəsmi qaydada təqdim edilmiş, lakin iddiaçı protokola hər hansı bir qeyd verməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrin i rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1563/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar