Məhkəmə qərarları › İş №2(102)-2080/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2080/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2080/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “XXX” x3 Cavabdeh: Cavabdeh İddia tələbi: lizinq müqaviləsinin ləğv edilməsi, borcun və zərərin ödənilməsi (Açar sözlər: lizinq obyektinə dəyən zərər, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3431/2019 nömrəli iş üzrə 10 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı “XXX” x3 tərəfindən verilmiş kassasiy a şikayəti üzrə işə 18 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: “XXX” x3 (bundan sonra – iddiaçı) ilə x5 arasında bağlanmış 28.10.2015-ci il tarixli, AL-1206 nömrəli daxili lizinq müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591761 ban, mühərrik 0287 nömrəli, ağ rəngli avtomobil (bundan sonra – lizinq obyekti) x4 58 ay müddətinə lizinqə verilmişdir. Müqavilədə nəzərdə tutulmuşdur ki, lizinq müqaviləsinin ümumi məbləği 14276 manat təşkil edir (bənd 1.5). Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) m üəyyən edilir (bənd 4.1). Qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riski lizinq alana keçir (bənd 11.1). Lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan aşağıdakı hərəkətlərdən birini dərhal həyata keçirməlidir: 11.4.1. bu Müqaviləyə əsasən ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəmək. Lizinq ödənişlərinin tam məbləği ödənildiyi andan bu Müqavilə öz qüvvəsini itirir, lizinq obyekti isə lizinq alanın mülkiyyətinə keçir; 11.4.2. öz hesabına bu Müqaviləyə əsasən istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlak əldə etmək. Bu halda Müqavilə dəyişməz qalır, l izinq alan isə bu Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq ödənişləri ödəyir (bənd 11.4). “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 58 ay müddətinə hər ay sabit məbləğ olmaqla 362,56 manat, ümumilikdə isə 21.028,12 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. 04.08.2017-ci il tarixdə x5, Cavabdeh (bundan sonra – cavabdeh) və iddiaçı arasında AL-1206 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış, cavabdeh 28.10.2015-ci il tarixli daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri bu Müqaviləyə uyğun öz üzərinə götürmüş və 3 №li Əlavəni imzalamışdır. Eyni tarixdə lizinq obyekti cavabdehə təhvil verilmişdir. Birinci və apelyasiya instansiyası m əhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daxili lizinq müqaviləsinin ləğv edilməsi və cavabdehdən lizinq müqaviləsinə əsasən 844,56 manat əsas borc, 595,27 manat mükafat borcu və 496,68 manat cərimə borcu, 11.423 manat dəymiş zərər, cəmi 13.359,51 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, lizinq obyekti yararsız vəziyyətdə 19 dekabr 2017-ci il tarixdə Bakı şəhərində yerləşən lizinq şirkətinin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 11.423 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 24 iyul 2017ci il tarixdə 367 manat məbləğində olm uşdur. İddiaçı lizinq obyektinə dəymiş zərərin məbləğini təsdiq edən sübut qismində məhkəməyə fərdi şəxsə məxsus Servis mərkəzi tərəfindən verilmiş tarixsiz qüsur aktı təqdim etmişdir. Aktda lizinq obyektinə ilkin texniki baxış keçirildiyi, baxış zamanı avtomobilə dəymiş ziyanın ümumi məbləğinin 11.423 manat məbləğində müəyyən olunduğu qeyd edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, Ağcabədi rayonunda kanalizasiya çəkilişi ilə əlaqədar aparılmış qazıntı zamanı təhlükəsizliklə bağlı nişanlama işləri düzgün aparılmadığına görə 24 avqust 2017ci il tarixdə idarə etdiyi zaman avtomobil yolda qazılmış quyuya düşüb. Bu barədə sığorta təşkilatına və iddiaçıya məlumat verilib. Avtomobil quyudan çıxarılaraq Ağcabədi rayon Polis şöbəsinin həyətinə qoyulub. 19 dekabr 2017-ci il tarixdə iddiaçının nümayəndələri ona heç bir məlumat vermədən, onun iştirakı ilə qüsur aktı tərtib olunmadan və bu işdə təqsirkar şəxs müəyyən edilmədən avtomobili götürüb aparıblar. Bundan sonra iddiaçı ilə əlaqə saxlamaq istəmiş, lakin heç bir məlumat ala bilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(017)-302/2019 nömrəli iş üzrə 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Quliyev) iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 844,56 manat əsas borc, 595,27 manat mükafat borcu, 50 manat cərimə borcu və 3,34 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(106)-3431/2019 nömrəli iş üzrə 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr müəyyən etmişlər ki, cavabdeh iş üzrə 28 oktyabr 2015-ci il tarixli, AL1206 nömrəli daxili lizinq müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, iddiaçıya ödənilməli olan əsas və mükafat borcunu ödəməmişdir. Məhkəmələr, həmçinin hesab etmişlər ki, iddiaçı vurulmuş ziyanla bağlı tələbini əsaslandıra və sübuta yetirə bilməmiş, cavabdehin konkret olaraq hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində 11423 manat məbləğində maddi ziyanın əmələ gəlməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yen idən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ziddiyyətli, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir, eyni zamanda qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təkrarlayaraq, mülki hüquqi və mülki prosesin əsas prinsip və tələblərini pozarmuş, işin faktiki hallarına, o cümlədən, cavabdehin izahatına qiymət vermədən qanunvericiliyi səhv tətbiq etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı cavabdehin etirafedici izahatı mötəbər subut kimi qəbul olunmalı, məhkəmə lizinq obyekti nə dəymiş zərərin məhz cavabdehin təqsiri ucbatından vurulduğunu müəyyən edərək buna hüquqi qiymət verməli idi. Kassasiya şikayətində qeyd olunur ki, cavabdeh müvəqqəti istifadəsində olan avtomobili idarə edərkən işıq sistemindən düzgün istifadə etməmiş və nəticədə yolda qazılmış quyuya düşərək inzibati xəta törətdiyinə görə barəsində protokol tərtib olunmuş və inzibati cərimə olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən 16.09.2019-cu il tarixdə daxili işlər orqanlarına göndərilmiş sorğuların cavabının alınması üçün iclasın təxir olunması barədə iddiaçının xahişini nəzərə almadan, tələsik qətnamə qəbul etmişdir. Qətnamə qəbul edildikdən sonra sorğuların cavabları iddiaçıya təqdim olunmuşdur. Hətta bu sənədlər iddiaçıya təqdim olunmasaydı belə, cavabdehin iddiaçının vu rulmuş maddi ziyanla bağlı tələbini etiraf etməsi mötəbər sübutdur və buna görə də iddia tələbi bu hissədə təmin edilməli idi. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və bunun səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı şikayət vermiş və şikayətdə qətnamə yalnız dəymiş zərərin ödənilməsi tələbinin təmin olunmaması hissəsində mübahisələndirilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə ş ərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (747.1). Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır (748-7.1). MPM Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə mübahisəni həll edərkən ilk növbədə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə müddəalarında və maddi hüquq normalarında, habelə mübahisə yə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. Baxılan iş üzrə iddiaçı ilə cavabdeh arasında lizinq hüquq münasibətlərinin yarandığı, tərəflər arasında öhdəliyin keçməsi barədə müqavilə bağlandıqdan sonra lizinq obyektinin cavabdehə təhvil verildiyi işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda lizinq obyektinin cavabdehin faktiki sahiblik və istifadəsində olarkən və onun özü tərə findən idarə edilərkən qəzaya düşdüyü də mübahisələndirilmir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında 24 avqust 2017-ci il tarixdə idarə etdiyi zaman avtomobilin yolda qazılmış quyuya düşdüyünü bildirmişdir. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Cavabdehin lizinq alanın bütün öhdəliklərini öz üzərinə götürdüyü 28.10.2015-ci il tarixli daxili lizin q müqaviləsində nəzərdə tutulmuşdur ki, qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riski lizinq alana keçir (bənd 11.1). Müqavilənin 11.4-cü maddəsi, həmçinin lizinq obyekti məhv olduğu halda tərəflərin münasibətlərini tənzimləyir. İşə baxan apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 748-7.1-ci maddəsini mübahisəyə tətbiq etmədən və tərəflər arasında bağlanmış lizinq müqaviləsini müddəalarını nəzərə almadan mübahisə üzrə sübut etmə yükünü bütünlüklə iddiaçının üzərinə qoyaraq belə qənaətə gəlmişdir ki, iddiaçı vurulmuş ziyanla bağlı tələbini əsaslandıra və sübuta yetirə bilməmiş, cavabdehin konkret olaraq hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində tələb olunan məbləğdə maddi ziyanın əmələ gəlməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də qətnamə ləğv edilərək, yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən məhkəmə MPM-in 77.1 və 88-ci maddələrinə əsasən ilk növbədə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara lizinq münasibətərini tənzimləyən mülki qanunvericilik normalarına və tərəflər arasında bağlanmış (öhdəliklərin keçdiyi) lizinq müqaviləsinin müdəalarına müvafiq olaraq qiymət verməklə mübahisəni həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “XXX” x2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3431/2 019 nömrəli iş üzrə 10 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar