Məhkəmə qərarları › İş №2(102)-2081/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2081/2019

03.04.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2081/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı, iddiaçının vəkili OM, cavabdehlərin vəkili X5, cavabdehlərin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdehlər X7 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli q ətnaməsi ilə (sədrlik edən hakim Z.Axundova, 2(003)-2051/2018 saylı mülki iş) iddia təmin edilmiş, X7 ilə Cavabdeh2 arasında 5 saylı “ASAN” xidmət mərkəzinin notariat kontorunda rəsmiləşdirilmiş 4Ə-325 reyestr nömrəli, 27.04.2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 5 saylı “ASAN” xidmət mərkəzində notariat kontorunda 27.04.2016-cı il tarixdə, 4Ə-325 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama müqaviləsinə əsasən Bakı şəhəri ÜNVAN bağ sahəsi 183 nömrəli bağ sahəsinin bir hissəsi ünvanında yerləşən 0,02 hektar torpaq sahəsinin Cavabdeh2 adına 03.05.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin (çıxarışın) ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən, məruzəçi), E.Nəbiyev və R.Qurbanov, 2(103)11342/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)2051/2018 saylı iş üzrə 11 iyul 2018-ci il tarixli qətnaməsi cavabdehlər X4 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər X4, Cavabdeh2, Azərbaycan Respublikası 5 saylı “ASAN” xidmət mərkəzinin notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər X7 və Cavabdeh2 apellyasiya instansiy ası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili X5, cavabdehlərin nümayəndəsi Nümayəndə kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, iddiaçının vəkili OM kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər cavabdehlər məhkəmə iclasını n vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri ÜNVAN bağ sahəsi 183 nömrəli bağın bir hissəsi 23.01.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 323 saylı reyestr kitabının 30500 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21.01.2014-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, həmin ölçü və plan Bakı şəhəri ÜNVAN bağ sahəsi 183 nömrəli bağın bir hissəsində Cavabdeh1 tərəfindən bağ evi tikintisi üçü n tərtib edilmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 iyun 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, AŞnın mülkiyyətində olan Bakı şəhəri,ÜNVAN bağ sahəsi, 183 saylı bağın torpaq sahəsinin 0,02 ha hissəsi İddiaçı ilə AŞnın arasında payların bərabər olmaqla bölünməsi və Bakı şəhəri,ÜNVAN bağ sahəsi, 183 saylı bağın torpaq sahəsinin 0,02 ha hissəsinin ½ (ikidə bir) hissəsində AŞnın payı, 1/2 (ikidə bir) hissəsində İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmuşdur. Bakı Apellayasiya Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlnılmışdır. Xəzər RPİ tərəfindən verilmiş 07.05.2013-cü il tarixli, AZE seriyalı, 13083755 saylı şəxsiyyət və siqəsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri ÜNVAN1nda qeydiyyatdadır. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 11.07.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri,ÜNVAN bağ sahəsi, 183 saylı bağın torpaq sahəsinin 0,02 ha hissəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellayasiya Məhkəməsinin 22 noyabr 2017-ci ik tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 11.07.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 22.04.2017-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 Bakı şəhəri,ÜNVAN bağ sahəsi, 183 saylı b ağın torpaq sahəsinin 0,02 ha hissəsini 5 saylı '‘ASAN” xidmət mərkəzinin notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə- 325 reyestr nömrəli 27.04.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 qızma bağışladığı üçün Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 iyun 2016-cı il tarixli, 2(003)-2215/2016 saylı qətnaməsinin tərəfimizdən icrası mümkün olmamışdır. AN-İ seriyalı, 15.01.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mülkiyyətdə olan 0.02 ha torpaq sahəsini 5 000 manat pula Cavabdeh1 satmış və torpaq sahəsi Cavabdeh1 adma dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqq ında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri ÜNVAN bağ sahəsi 183 nömrəli bağın bir hissəsi 19.08.2011 -ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 323 saylı reyestr kitabının 30500 nömrəli vərəqində X1 adına qeydiyyata alınmışdır. 03/45 saylı, 11.01.2014-cü il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri ÜNVAN bağ sahəsi 183 nömrəli bağın bir hissəsi ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 323 saylı reyestr kitabının 30500 nömrəli vərəqində qeydiyyata alınmışdır 1476578 saylı arayışdan görünür ki, İddiaçı 20.02.2007-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Xəzər rayon İcra Şöbəsinin 17.04.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surət indən görünür ki, Xəzər rayon məhkəməsinin 2(003)-2490 saylı, 16.04.2018-ci il tarixli icra vərəqəsi üzrə icraat başlanılmışdır. Xəzər rayon İcra Şöbəsinin 21.05.2018-ci il tarixli aktından görünür ki, Xəzər rayon məhkəməsinin 2(003)-2490 saylı, 16.04.2018-ci il tarixli icra vərəqəsi icra olunmuş və İddiaçı Bakı şəhəri ÜNVAN bağ sahəsi 183 nömrəli bağın bir hissəsinə köçürülmüşdür. A.Şabanovaya məxsus ərizənin surətindən görünür ki, o, İddiaçı evə köçürülməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 12.06.2018-ci il tarixli, **********14 saylı məktubundan görünür ki, ÜNVAN bağ sahəsi, 183 nömrəli bağ evi və 0.12 hektar torpaq sahəsi keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış 15.10.1988-ci il tarixli 3865 nömrəli icarə müqaviləsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təörtib edilmiş 21.07.2010-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 17.08.2010-cu il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 33 saylı dövlət notariat kontornda 26.07.2011-ci il tarixdə 4Ə/01-107 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqısatqı müqviləsinə əsasən 183 nömrəli bağ evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin 0.02 ha hissəsi 183 nömrəli bağ shəsinin bir hissəsi kimi 19.08.2011-ci tarixdə X1 adına qeydiyyata alınmış, yerdə qalan hissə isə X2 mülkiyyətində qalmışdır. Bakı şəhəri 7 saylı notariat kontorunda 15.01.2014-cü il tarixdə 4Ə-1-18 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən 183 nömrəli bağ sahəsinin bir hissəsi ün vanında yerləşən 0.02 ha torpaq sahəsi 23.01.2014-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daha sonra 5 saylı Bakı “ASAN xismət” mərkəzinin notariat kontorunda 27.04.2016-cı il tarixdə 4Ə-325 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama müqaviləsinə əsasən sözügedən bağ sahəsi 03.05.2016-cı il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 iyun 2016-cı il tarixli qətnaməsi ilə işin müəyyən olu nmuş halları ondan ibarətdir ki, İddiaçı ilə X7 20.05.2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onlar birgə nikah dövründə - 23.01.2014-cü ildə Bakı şəhəri ÜNVAN bağ sahəsi 183 nömrəli bağın 0,02 hektar sahəsini üzərində olan evlə birlikdə almışlar və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 323 saylı reyestr kitabının 30500 nömrəli vərəqində qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsi X3 adma rəsmiləşmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14.10.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə cavabdeh X7 arasında olan pozulmuşdur. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 iyun 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri ÜNVAN bağ sahəsi 183 nömrəli bağın 0,02 hektar torpaq sahəsinin 1/2 hissəsində İddiaçı payı müəyyən edilmişdir. Həmin torpaq sahəsinin 1/2hissəsind ə İddiaçı payının olması və həmin paya mülkiyyət hüququnun olması hazırki iş üzrə mübahisələndirilmir. Müəyyən edilmişdir ki, 27.04.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən A.Şabanova həmin torpaq sahəsini 5 saylı “ASAN” xidmət mərkəzinin notariat kontorunda anası Cavabdeh2 bağışlamış və həmin torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, k apitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adma əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ar-arvadın qazandığı hər hansı sair əmlak ər- arvadın ümumi birgə mülkiyyətindədir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 iyun 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri ÜNVAN bağ sahəsi 183 nömrəli bağın 0,02 hektar torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyəti hesab olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.1 -ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, i stifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alman əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəy yən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 cavabdeh X3 anasıdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14.10.2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İş materiallarından da göründüyü kimi, Bakı şəhəri ÜNVAN bağ sahəsi 183 nömrəli bağuı 0,02 hektar torpaq sahəsi üzərində sərəncam əqdi (bağışlama müqaviləsi) bağlanan zaman tərəflər arasında münasibətlər pozulmuş və ailə dağılmışdı. 03.05.2016-cı ildə mübahisəli torpaq sahəsi cavabdeh Aidə Şabanovanın anası Cavabdeh2 xeyrinə özgəninkiləşdirilmişdir. İş materiallarından bağışlama müqaviləsi bağlanarkən iddiaçı nın razılığı alınmadığı müəyyən olunmuşdur. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər X7 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar