Məhkəmə qərarları › İş №2(102)-2081/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2081/2020

18.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2081/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-3385/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Salyan rayon məhkəməsinin (hakim hаkim Muradağa Qasımov) 2(057)-169/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “miras əmlakın qəbul edilməs i faktının və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X6 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,8 kvadrat metr yaşayış sahəsi üzrə İddiaçı mirasda payının 4/10 hissədə, Cavabdeh1 isə 1/10 hissədə, ümumilikdə isə həmin mənzildə İddiaçı payının 9/10 hissədə, Cavabdeh1 isə 1/10 hissədə müəyyən edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər - Zəki Babayev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Nüsrət Mirzəyev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiаçı İddiaçı və onun nümayəndəsi və vəkili X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Salyan rayon məhkəməsinin xx xxxx 201 9-cu il tarixli qətnaməsi iddiaçının apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh1 qarşı “miras əmlakın qəbul edilməsi faktının və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Salyan rayon məhkəməsinə müraciət edərək xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş mərhum əri X6 miras qalmış Salyan şəhəri, 20 yanvar küçəsi, 97 saylı evin 8 saylı mənzilin onun tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul edilməsi faktının və həmin miras əmlakdan vərəsələr arasında payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X19 ilə xx xxxx 1988-ci il tarixdə Salyan rayon qeydiyyat şöbəsində nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar və b irgə nikahlarından xx.xx.1989-cu il tarixdə X14, xx.xx.1991-ci il tarixdə X15, xx.xx.1993-cü il tarixdə Cavabdeh2 və xx.xx.1997-ci il tarixdə Cavabdeh3 anadan olmuşdur. X9 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, onun vəfatından sonra ondan Salyan şəhəri, 20 yanvar küçəsi, 97 saylı evin 8 saylı mənzil miras əmlak kimi qalmış, o, həmin mənzildə yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Mərhum ərinin vəfatından sonra o, uşaqları və qayınatası Cavabdeh1 birinci növbəli vərəsə kimi qalmışlar, qayınanası X21 isə vəfat etmişdir. Lakin miras əmlakın vərəsələr arasında bölünməsi barədə razılıq olmadığından məhkəmədən kənar mübahisənin həll edilməsi mümkün olmamış, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şi kayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. X19 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. Boşanma barədə ərizə məhkəməyə xx xxxxxx 2015-ci il tarixdə daxil olmuşdur. Amma iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarından görünür ki, məhkəmə qətnam əsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə uyğun olaraq məhkəmə tərəfindən miras qoyanla nikahlarını mirasın açılmasına azı üç il əvvəl xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda mərhum edilə bilər. İlk növbədə qeyd olunmalıdır ki, bu məsələ ilə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1002/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Buda onu deməyə əsas verir ki, qanuni qüvvəyə minmiş qətnamə yoxdur. Digər tərəfdən məhkəmə tərəfindən miras qoyanla nikahlarına mirasın açılmasına azı üç il əvvəl faktiki xitam verildiyi halı təsdiq edilməmişdir. Bu fikir yalnız mərhum X10 iddia ərizəsində göstərdiyi fikirdir ki, məhkəmə zamanı bu fakt da öz təsdiqini tapmamışdır. Qətnamədə bu hal belə əsaslandırılmışdır ki, mərhum X19 ərizəsində göstərmişdir ki, 3 ilə yaxın müddətdir ki, ayrı yaşayır, onunla birgə təsərrüfat aparmır və nikahları formal xarakter daşıyır. Əgər iddia ərizəsi əl ilə yazılmış olsaydı fikirin əsaslı olduğuna inanmaq olardı. Həmin ərizə komputer vasitəsilə yazılıb, primitiv formada tərtib edilib və verilən bütün iddia ərizələrində göstərilən haldır. Bu halda 2(057)-230/2015 saylı qətnamədə yazılmış olsa belə işə xitam verildiyindən əsaslı hesab edilə bilməz. Ərizə deyil məhkəmə qətnaməsi əsaslı hesab edilir. Məhkəmə tərəfindən ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda mirasdan məhrum edilə bilər. Bu halda məhkəmə tərəfindən fakt kim i öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən Cavabdeh1 qarşı miras əmlakın qəbul edilməsi faktının və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia üzrə 2(057)-169/2019 saylı mülki işin icraatının dayandırılması ilə əlaqədar xx.xx.2019-cu il tarixli qərardaddan xx.xx.2019-cu il tarixdə rəsmi olaraq vəsatət verilsə də prosessual pozuntuya yol verilmiş və vəsatətə baxılmamışdır. Həmin vaxt da qəraradad çıxarıldıqdan 1 ay keçdikdən sonra göndərilmiş və vəsatət verilən zaman şikayət vermək hüququ pozulmaqla artıq mülki iş Konstitusiya Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qüvvəyə minmiş 1(101)-1090/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli hökmündə göstərilən X11 ifadəsi nəzərə alınmamışdır. “Aztrend.az” saytında göstərilmiş məlumatda real həqiqət olsa da nəzərə alınmamışdır. X1 verdiyi ifadə tamamilə əsassızdır. 2012-ci ilin sonunda Hövsanda bağ evində olduğu zaman tək yaşadığını görmüşdür. Həmin ev 2013- cü ildə alqı-satqı olunub. Şahid yalandan ifadə vermişdir.Ona görə də vərəsələr 6 nəfər müəyyən edilməli, qətnamədə göstərilən paylarda onun payıda nəzərə alınmalı, bölgü İddiaçı mirasda payı 4/10 hissədə, X16 isə 1/10 hissədə, ümumilikdə isə həmin mənzildə İddiaçı payı 9/10 hissədə, X16 1/10 hissədə müəyyən edilməməli, qanuna müvafiq olaraq İddiaçı mirasda payı 5/12 hissədə, X16 isə 1/12 hissədə, ümumilikdə isə həmin mənzildə İddiaçı payı 11/12 hissədə, X16 isə 1/12 hissədə müəyyən edilməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kolle giyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh1 gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırma: Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə xxx xx.xx.1988-ci il rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından Adidə, Pənah, Bayram və Sahib adlı uşaqları anadan olmuşdur. Tərəflərin birgə nikahı dövründə, yəni xx xxxxxx 1997-ci il tarixdə Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən 16 nömrəli evin 8 nömrəli mənzil alqı –satqı müqaviləsinə əsasən X2 alınmış, mənzil üzərində xxxun m ülkiyyət hüququ qeydə alınmışdır. xxx xx xxxxxx 2016-ci il tarixdə il tarixdə ölmüş, onun ölüm ilə miras açılmış, yuxarıda göstərilən mənzil miras qalmışdır. xxx vəfat etdikdən sonra 6 vərəsəsi arvadı - İddiaçı, qızı - X17, oğulları - X18, Cavabdeh2 və Cavabdeh3, atası - Cavabdeh1 qalmışdır. X4, Cavabdeh2, X8, Cavabdeh3 imzalarının notariat qaydasında təsdiqlənmiş və səlahiyyətli orqana ünvanladıqları ərizələrdən görünür ki, onlar ataları, X6 miras qalmış Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən 16 nömrəli evin 8 nömrəli mənzilindən onlara düşən paylarının adlarına rəsmiləşdirilməsini istəmədiklərini göstərərək həmin paylarının anaları İddiaçı adına rəsmiləşdirləməsini xahiş etmişlər. Bundan başqa müəyyən edilmişdir ki, mərhum X19 ölməmişdən əvvəl iddiaçı kimi cavabdeh İddiaçı qarşı nik ahın pozulmasına dair iddia ərizəsi ilə xx xxxxxx 2015-ci il tarixdə Salyan rayon məhkəməsinə müraciət etmiş, iddia tələbi Salyan rayon məhkəməsinin 2(057)230/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, tərəflər arasında olmuş xx xxxx 1988-ci il tarixli nikah pozulmuşdur. Qeyd olunan qətnamə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1379/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1002/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərarına əsasən iddiaçı X10 cavabdeh İddiaçı qarşı nikahın pozulmasına dair iddiası üzrə iddiaçı X19 öldüyü üçün iş üzrə icraata xitam verilmişdir. Hazırki tələbində İddiaçı xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş mərhum əri X6 miras qalmış Salyan şəhəri, 20 yanvar küçəsi, 97 saylı evin 8 saylı mənzilin onun tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul edilməsi faktının və həmin miras əmlakdan vərəsələr arasında payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmə iclaslarında xx xxxxxx 2016-ci il tarixdə mirasın açılmasından əvvəlki üç il ərzində mərhum əri xxxla ailə-nikah münasibətlərində olmaqla birlikdə yaşamasını və birgə təsərrüfat aparmamalarını sübut edə bilməmişdir. Miras qoyan X12 xx xxxxxx 2016-ci il tarixdə vəfat etməmişdən əvvəl Salyan rayon məhkəməsinə ünvanladığı xx xxxxxx 2015-ci il tarix li iddia ərizəsində öz iradəsinə uyğun olarq “cavabdeh İddiaçı ilə artıq 3 ilə yaxın müddət ayrı yaşamaları, birgə təsərrüfatı aparmamaları”nı əsas götürülərək xx xxxxxx 2016-ci il tarixdə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamaları və birgə təsərrüfat aparmamaları təsdiq olunduğundan İddiaçı mərhum əri xxxun vərəsəsi hesab edilə bilməz. Ona görə də, İddiaçı iddiasını qismən təmin etməklə, xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş X6 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,8 kvadrat metr yaşayış sahəsi üzrə İddiaçı mirasda payını 4/10 hissədə, Cavabdeh1 isə 1/10 hissədə, ümumilikdə isə həmin mənzildə İddiaçı payını 9/10 hissədə, Cavabdeh1 payını isə 1/10 hissədə müəyyən etməsi barədə birinc i instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1164-cü maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına istinad edərək hesab etmişdir ki, miras qoyan xxx vəfat etməmişdən əvvəl İddiaçı qarşı nikahın pozulması barəd iddia qaldırmış və məhkəmədə işə baxılarkən vəfat etmişdir. Plenumunun hüquqi mövqeyinə görə belə olan halda İddiaçı mərhum xxxun vərəsəsi sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə əs asən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvdı (əri) vərəsəlik hüququndan yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahlarına mirasın açılmasına azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər. Lakin məhkəmə bu halı qeyd etməsinə baxmayaraq mərhumun digər vərəsələri – uşaqlarının miras paydan İddiaçı xeyrinə imtina etməsini qəbul edərək həmin paylara münasibətdə iddiaçının tələbini təmin edərək iddiaçının miras əmlaka 1/9 hissədə pay hüququnu tanmışdır. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə ziddiyətli olmuşdur. Bir tərəfdən İddiaçı vərəsə kimi tanımamış, digər tərəfdən isə 4 nəfər vərəsənin (miras qoyanın uşaqlarının) mirasdan onun xeyrinə imtinasını qəbul edərək İddiaçı vərəsə kimi tanımışdır. Mülki Məcəllənin 1144-cü maddəsinə əsasən vərəsəlik hüququndan məhrum edilmiş şəxsin payı vərəsəliyə çağırılmış qalan vərəsələrə keçir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür. Həmin Məcəllənin 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. İşə baxan məhkəmələr iddiaçının miras qoyan ərinin vərəsəsi sayılmadığı və və vərəsəlik hüququndan məhrum edildiyi halda mərhumun vərəsələri olan övladlarının iddiaçının xeyrinə miras əmlakdan imtina edə bilməmələrinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi öz qətnaməsindəki bu əhəmiyyətli ziddəyəti aradan qaldırmalı, iddiaçının mərhumun arvadı kimi vərəsə ola bilməsi məsələsinə qiymət verməli, bu hala qiymət verərəkən tərəflər arasında olan nikahın pozulması barədə işi tələb edib öyrənməli, həmin işin hallarına əsasən tərəflərin faktiki olaraq ər- arvad kimi 3 il ərzində ayrı yaşayıb-yaşamamalarının müəyyən eməli, bu halla bağlı hazırki işdə olan digər sübutları (şahid ifadələri, işə əlavə edilmiş fotoşəkillər, “az.trend.az” saytından edilmiş çıxarışlar, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1090/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli hökmündə olan ifadələr və s.) tam, hərtərəfli və obyektiv tədqiq edərək hüqquqi qiymət verməlidir. Məhkəmələr nikahın pozulması ilə bağlı məhkəmə işində mərhum xxxun iddia ərizəsində göstərilənlərə istinad edərək həmin işdə tərəflərin faktiki olaraq 3 il ayrı yaşamalarının müəyyən edilməsi qənaətinə gəlmişdir. Lakin məhkəmələr bu hala qiymət verərəkən həmin halın təkcə mərhumun iddia ərizəsində göstərdikləri ilə deyil, işin bütün digər halları ilə, eyni zamanda həmin iş üzrə cavabdeh İddiaçı b irinci instansiya məhkəməsinin qətnaməsindən hansı əsasla apellyasiya şikayəti verməsi ilə, iddia tələbinin hansı hissəsinə etiraz etməsinə də qiymət verməli, həmin işlə tərəflərin faktiki olaraq ayrı yaşamaları faktının mübahisəyə baxan məhkəmə tərəfindən müəyyən edilib-edilməəsini araşdırmalıdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli qərarında qeyd edilmişdir ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərd ə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-h üquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tət biq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-3385/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qər ar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar