Məhkəmə qərarları › İş №2(102)-2088/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2088/2021

29.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2088/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasdan pay verilməsi və şəhadətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil Sehran oğlunun, cavabdeh iştirakları ilə, Cavabdeh və onun vəkili X10 Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1514/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh 15.01.2018-ci il tarixli ərizəsinə əsasən Cavabdeh, 04.12.2008-ci il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsələri sırasına daxildir. ünvan 1 ünvanında 0.0405 ha olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Quba regional “ASAN xidmət” mərkəzinə notariat ofisi tərəfindən ünvan 2 ünvanına dair Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına təmsilçilik üzrə miras əmlakdan 1/2 hissədə pay ayrılması barədə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov, iş № 2(027)-2017/2019) İddiaçı Cavabdeh qarşı mirasdan pay verilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu tərəfindən Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına verilmiş ünvan 1 ünvanda yerləşən miras əmlakdan ½ hissədə paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ünvan 1 yerləşən miras əmlakdan ½ hissədə paya Quba Regional “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinin notariusu tərəfindən “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsinə əsas olmuş Quba Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(027)-1653/2017 saylı qətnaməsi Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli 2(105)-1781/2018 saylı qətnaməsi ilə ləğv edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli 2(102)- 7616/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kolleg iyasının 20 iyun 2018-ci il tarixli 2(105)-1781/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və G.Tağızadə, iş № 2(105)-1514/2020) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2017/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı mirasdan pay verilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən q ətnaməsini Cavabdeh ünvan 1-da yerləşən miras əmlakdan ½ hissədə paya Quba regional Maraqlı şəxs notariusu tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas olmuş Quba Rayon Məhkəməsinin 2(027)-1653/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli, 2(105)-1781/2018 saylı qətnaməsi ilə ləğv edilməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2(102)-7616/2018saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli, 2(105)-1781/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəl diyi bu nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat işini tələb edib nəzərdən keçirməyərək yuxarıda qeyd edilən nəticəyə gəlmiş, həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququnu nizama salan heç bir normasına istinad etməmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 20 iyun 2018-ci il tarixli, 2(105)-1781/2018 saylı qətnamə ilə Quba Rayon Məhkəməsinin 2(027)-1653/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsini ləğv edərkən miras əmlakın vəfat edən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrin də qeydə alınmamasını, mübahisələndirilən əmlakın Gülgəz İdrisovanın istifadəsində olsa da, sonuncu tərəfindən mülkiyyət hüququ ilə adına müvafiq hüquq müəyyənedici sənəd (çıxarış) əldə edilməməsini, bu halların da həmin əmlakın vərəsəlik qaydasında qəbul edilməsi üçün miras əmlak kütləsinə daxil olmasını istisna etməsini əsas götürmüşdür. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tələb edilərək işə əlavə edilmiş Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat işinin surətindən görünür ki, Quba şəhəri, Gənclər küçəsindəki 46 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0405 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına 01 iyul 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 90 nömrəli vərəqin də qeydiyyata alınmışdır. Notariat işində olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04.12.2008-ci il tarixdə ölmüşdür. Həmçinin notariat işində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh 28.08.1985-ci ildə anadan olmuşdur, atası X6r, X9 27.01.1959-cu ildə anadan olmuşdur, anası X2r. X9 09.12.1985-ci ildə ölmüşdür. Zeynalova Gülnar Üzeyir qızı 11 iyul 2019-cu il tarixdə Quba regional Maraqlı şəxsnə müraciət edərək nənəsi X3 miras qalmış əmlaka dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə heç də ləğv edilmiş Quba Rayon Məhkəməsinin 2(027)-1653/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsi əsasında verilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli, 2(105)-1781/2018 saylı qətnaməsində qeyd edilən hallar aradan qaldırıldıqdan sonra Cavabdeh notariat orqanına müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi hesağ etmişdir ki, Cavabdeh 28.05.1985-ci il tarixdə anadan olmuşdur, atası X9, anası X1r, X9 27.01.1959-cu ildə anadan olmuşdur, anası X2r, X9 09.12.1985-ci il tarixdə, X5 04.12.2008-ci il tarixdə vəfat etmişlər. Cavabdeh Quba şəhəri, Gənclər küçəsindəki 46 saylı evdə yaşamaqla mirası faktiki qəbul etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Sehran oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun poz untularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1514/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, “hazırki iş üzrə cavabdeh Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızı özü 2017-ci il tarixdə Quba Rayon Məhkəməsinə müraciət edərək mirasın qəbul edilmə müddətinin uzadılması xahiş etmişdir. Buradan görünür ki, Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızı 2017-ci il üçün mirasın qəbul etmə müddətini ötürdüyünü etiraf etmiş və bunun bərpa edilməsini xahiş etmişdir. Bundan başqa cavabdeh tərəf apelyasiya şikayətində sözügedən əmlakların 01 iyul 2019-cu il tarixində dövlət qeydiyyatına keçiri ldiyindən, məhz həmin tarixdən başlayaraq G.İdrisovanın miras kütləsinə daxil olduğunu və Cavabdeh 11.07.2019-cu il tarixdə həmin əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasını qeyd etmiş və buna görə də heç bir müddətin ötürülmədiyini vurğulamamışdır. Yəni, cavabdeh tərəf mirasın açıldığı günün əmlakların xüsusi mülkiyyət hüququ üzrə ölən şəxsin adına qeydiyyata alındığı gündən hesablanmalı olduğunu vurğulamışdır. Sumqayıt Apelyasiya Məhkəməsi də həmin məsələyə səthi yanaşmış, cavabdeh Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının mirası faktiki qəbul etmə müddətini ötürdüyü halda bu məsələyə hüquqi qiymət verməmişdir, “işdən görünür ki, Cavabdeh Quba şəhəri, Gənclər küçəsindəki 46 saylı evdə yaşamaqla mirası faktiki qəbul etmişdir” cümləsini qətnamədə qeyd etsə də, iş materia llarında olan konkret hansı sübutlarla təsdiq olunmasını vurğulamışdır. Belə ki, Zeynalova (Rufullayeva) X14 şəhəri, Gənclər küçəsi ev 46 ünvanında qeydiyyatda olsa da o, 2005-ci ilin aprel ayında ailə həyatı qurmuş və həmin evdən gəlin köçmüşdür. İş materiallarında cavabdeh tərəfdən məhkəməyə təqdim olunan kommunal ödənişlərin qəbzlərindən də görünür ki, həmin qəbzlər Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızı tərəfindən deyil onun anası Xuraman Rufullayeva tərəfindən ödənilmişdir. Göründüyü kimi Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının həmin evdə yaşaması ilə bağlı heç bir sübut iş materiallarında yoxdur....hazır ki iş üzrə mirasın açıldığı tarix Gülgəz İdrisovanın öldüyü vaxtdan, yəni 14.12.2008-ci il tarixdən hesablanmalıdır. Lakin məhkəmə Mülki Məcəllənin tələblərini pozaraq Zey nalova (Rufullayeva) Gülnar Üzeyir qızının mirasın qəbul etmə müddətini ötürdüyü halda, həmin məsələyə toxunmamış və buna uyğun olaraq da vərəsəlik hüququ verən şəhadətnaməni etibarsız hesab etməmişdir. İş materiallarından görünür ki, miras qoyan G.İdrisova 04.12.2008-ci il tarixdə ölmüşdür. İş üzrə Cavabdeh miras qoyan G.İdrisovanın yas mərasimlərində iştirak etmiş, öz doğma nənəsinin ölümü barədə tam məlumatı olmuşdur. Bundan on bir il ərzində o, vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmişdir. Daha sonra 2017-ci il tarixdə mirasın qəbul edilmə müddətinin uzadılması tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə zamanı əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmadığı aşkar olunduqdan sonra həmin əmlaka ölmüş şəxsin adına çıxarış almış və yal nız bundan sonra müvafiq olaraq vərəsəlik şəhadətnaməsi almışdır.” b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil Sehran oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1514/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh Cavabdeh vəkili X13 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq n ormalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1514/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 115 9.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik ba şladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab ol unur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələb lər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından da göründüyü kimi tərəflər arasında mirasın qəbulu, mirasda payların müəyyən edilməsi, bunlardan çıxış edərək müvafiq olaraq mirasının qəbulu ilə bağlı verilmiş şəhadənamənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə vardır, iddiaçının hazırkı tələbi mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməyən cavabdehə əsassız olaraq mirasın qəbulu haqqında şəhadətnamə verilməsi ilə bağlıdır. Apellyasiya instansiya məhkəməsi miras qoyanın 04 dekabr 2008-ci ildə ölmüş şəxsin mirasın qəbulu müddətinin başlanğıcının 01 iyul 2019-cu il tarixdə başlanmasını qeyd edərək, Cavabdeh 11.07.2019-cu ildə həmin əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasını qeyd etmiş və müddətin ötürülmədiyini qeyd etmişdir. İlkin olaraq qeyd edilməlidir ki, məhkəmə Cavabdeh ünvan 4 ünvanda yerləşən miras əmlakda yaşamaqla mirası qəbul etdiyini göstərmişdir. Digər tərəfdən isə işin halları ilə müəyyən olunur ki, cavabdehə mirasın qəbulu haqqında şəhadətnamə notariat kontoruna təqdim etdiyi ərizə əsasında verilmişdir. Məhkəmənin mövqeyindən aydın olmur ki, cavabdeh tə rəfindən mirasın qəbulu faktiki əmlaka sahiblənməklə və ya idarəçiliyə qəbul etməklə və ya rəsmi ərizə əsasında həyata keçirilmişdir. Məhkəmə cavabdehin miras əmlakı faktiki qəbul etdiyini göstərsə də bu nəticəyə hansı sübutlar əsasında gəlməsi müəyyən deyildir. Qanunvericiliyə əsasən isə mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin k onkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Həmin qərarda həmçinin göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkil ən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Göstərilən mövqelərdən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, 01 iyul 2019cu il tarixdə mübahisəli əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna qədər isə tərəflər arasında həmin əmlakla bağlı vərəsəlik hüquqlarının müəyyən edilməsinə dair iddialar olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hazırkı kassasiya şikayətində istinad olunan dəlillərdə göstərilən və iddiaçının iddia ərizəsində olan dəlillərinə hüquqi qiymət ver ərək iş üzrə cavabdehin mirası hansı qaydada qəbul etməsini aydınlaşdırmalı və həmin əsaslardan çıxış edərək mirasın qəbulu haqqında şəhadətnamənin verilməsinin qanuniliyini yoxlamalıdır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edi r. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Digər tərəfdən isə apellyaiya instansiya məhkəməsi mübahisə predmeti olan əmlakın 01 iyul 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu tarixə istinadən mirasın qəbul edilməsini və payın müəyyən edilməsini həll edən notariat kontorunun vərəslərinin dairəsinin müəyyə n edilməsi ilə bağlı hərəkətlər edib-etməməsini, yaranmış zərurət halında isə vərəsələrin mirası qəbul etmələrinin müəyyən olunması istiqamətində hansı hərəkətlərin edilməsini, hazırkı icraat daxilində onların iş cəlb edilməsinin mümkünlüyünü araşdırmamışdır. «Notariat Haqqında» Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin tələbinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...1/3 hissə, yaxud...2/3 hissə” kimi ifadə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanva r 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəmə si işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə, MPM-in 14, 77, 88, 217, 218 və 420-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində sadalanan maddi və prosess ual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1514/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar