Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2088/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun restrukturizasiya olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəsi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi, kredit müqaviləsinə xitam verilməsi, güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)8989/2021 nömrəli, 17 noyabr 2021-ci il tari xli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 27 fevral 2014-cü il tarixli kredit müqailəsi ilə İddiaçı 72 ay müddətinə 15000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. Həmin kreditin təminatı olaraq X5 ilə 27 fevral 2014-cü il tarixli, 12-SKMF-1-0-174-14 saylı ipoteka müqaviləsi bağlanmış və sonuncun mülkiyyətində olan Bərdə rayonu Hacallı kəndində yerləşən 3 otaqlı, 141,8 kv metr ümumi, 101,6 kv metr yaşayış, 40,231 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə 0,73 ha torpaq sahəsi ilə ipoteka yüklü edilmişdir. 2. 27 fevral 2 014-cü il tarixli kredit müqailəsi çərçivəsində 06 aprel 2015-ci il tarixdə imzalanmış əlavə kredit müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən İddiaçı 36 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq İddiaçı 06 aprel 2015-ci il tarixli saxlanc müqaviləsi ilə 3625 manat dəyərində qızıl-zinət əşyalarını Banka girov qoymuşdur
3. İddiaçı öhdəliklərini müqavilə şərtlərinə uyğun icra etmədiyindən Bərdə Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ilə "Nikoyl" X2 iddia tələbi qismən təmin edilmiş, kredit müqaviləsi üzrə İddiaçı "Nikoyl" (”Yelo Bank”) İKB ASC-nin xeyrinə 13125,0 manat əsas borcun, 1172,01 manat faiz borcunun, 20 manat cərimənin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması, tutmanın ipot eka predmeti olan X4 məxsus Bərdə rayonu, Hacallı kəndində yerləşən 141,8 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evi ilə 0,73 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına kreditin ödənilməsi qət olunmuşdur.
4. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, kredit borcunun tutulması ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilmiş və həmin evin ilkin satış qiyməti 65000 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan R espublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixli 551 nömrəli Fərman verilmişdir. Həmin Fərmanla fiziki şəxslər tərəfindən vaxtı keçirilmiş kreditlərlə bağlı müvafiq hüquqi tənzimləmə aparılmışdır. İddiaçı adı çəkilən Fərmanın icrasına başlanıldıqdan sonra kredit borcunun restrukturizasiya olunması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmiş, Mərkəzi Bank tərəfindən onun sorğusu cavablandırılmış, kredit borcunun Fərmanın təsiri altına düşdüyü, restrukturizasiyanın həmin borca da şamil olunduğu, müvafiq komprnsasiya hesablandığı bildirilmiş, bununla bağlı "xxxx" ASC-yə müraciət etməsi izah olunmuşdur. Mərkəzi Bank özü də bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli məktub göndərmiş və sonuncu həmin sorğuya xx.xx.2020-ci il tarixli məktubla cavab verərək göstərmişdir ki, Bankın səlahiyyətli orqanının qərarına əsasən kredit müqaviləsi üzrə faiz və cərimə borclarının bağışlanması şərti ilə Borcalanın əsas qalıq borcu olan 11270,94 manat illik 1 faiz olmaqla 5 il müddətinə restrukturizasiya edilə bilər (i.v.40-41). İddiaçıya kredit borcu üzrə 2143,98 manat kompensasiya hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı fərmanına uyğun olaraq Cavabdeh ASC-nin Bərd ə şəhər filialı ilə onun arasında bağlanmış 06 aprel 2015-ci il tarixli, 12-SKMF-3-0-259-15 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcunun restrukturizasiya olunması, həmin kredit müqaviləsinə xitam verilməsi və onunla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla ”Yelo Bank” arasında 06 aprel 2015-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır ki, bu müqaviləyə əsasən bank tərəfindən ona 36 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə 15 000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri ilə bağlı onunla bank arasında ipoteka müqaviləsi də bağlanılmışdır ki, ipoteka müqaviləsinə əsasən X4 məxsus Bərdə rayon u, Hacallı kəndində yerləşən 141,8 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evi ilə 0,73 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin qeyd edilən dövrdə baş vermiş qlobal maliyyə böhranı, habelə manatın devalvasiyaya uğraması səbəbindən onun da maliyyə durumum kəskin şəkildə pisləşmiş və onun bank qarşısında ödənişlərin həyata keçirilməsində problemləri yaranmışdır. Bütün bunlardan bankın da məlumatı olmuş və ödənişlərin normal həyata keçirilməsinin təmini üsulu kimi onun üçün individual ödəniş cədvəlinin tərtib edilməsi tərəfindən banka təklif edilsə də, bankın rəhbərliyi tərəfindən bu məsələ öz müsbət həllini tapmamışdır. Kreditin ödənilməsində yaranmış çətinliklərlə bağlı ödənişlərin normal qaydada həyata keçirilməsi üçün möhlət verilməsi və fərdi (individual) cədvəlin tə rtib edilməsi ilə əlaqədar qeyd olunan banka dəfələrlə etdiyi müraciətlər də nəticəsiz qalmışdır. Nəticədə, "Nikoyl"(”Yelo Bank”) İKB ASC kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimə faizinin tutulması və tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi barədə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(021)-2097/2018 saylı qətnaməsi ilə iddiaçı "Nikoyl" X1 və digərlərinə qarşı iddia tələbi qismən təmin edilmiş, kredit müqaviləsi üzrə ondan "Nikoyl" (”Yelo Bank”) İKB ASC-nin xeyrinə 13125,0 manat əsas borcun, 1172,01 manat faiz borcunun, 20 manat cərimə borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan X4 məxsus Bərdə rayonu, Hacallı kəndində y erləşən 141,8 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evi ilə 0,73 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan pulla kreditin ödənilməsi qət olunmuşdur. Ancaq məhkəmə qətnaməsi çıxarıldığı müddətdən sonra ölkə başçısının məlum fərmanı ilə fiziki şəxslər tərəfindən vaxtı keçirilmiş kreditlərlə bağlı müvafiq hüquqi tənzimləmə aparılmışdır. Belə ki, ’’Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqavilə si bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Adı çəkilən Fərmanın 8.10-cu bəndində göstərilmişdir ki, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. An caq "Nikoyl" (”Yelo Bank”) İKB ASC bugünədək bu Fərmanın tələblərini nəinki yerinə yetirməmiş, icra məmurlarının vasitəsi ilə əsassız olaraq ondan qətnamədə müəyyən edilmiş pul məbləğini almağa cəhd göstərmişdir. Hesab edir ki, bu sahədə vəziyyətin dəyişməsi və ölkə başçısının yuxarıda göstərilən Fərmanının qüvvəyə minməsi səbəbindən məhkəmə qətnaməsi ilə tənzimlənmiş mübahisəli məsələ artıq hüquqi müstəvidə deyil, ölkə başçısının sözügedən Fərmanının tələbləri əsasında bankla onun arasında çözülməli idi və onun bank qarşısında olan kredit borcu restrukturizasiya edilməklə cavabdehlə onun arasında güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanılmalı di. Belə ki, onun borclu olduğu kredit məbləği ölkə başçısının yuxarıda qeyd olunan fərmanının təsiri altına düşmüşdür. Təəssüf ki, kredit borcunun restrukturizasiya edilməklə onunla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması barədə cavabdehə dəfələrlə etdiyi şifahi və yazılı müraciətlər bugünədək hər hansı bir nəticə verməmişdir. 2019-cu və 2020-ci illər ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına etdiyi bir neçə yazılı müraciətləri baxılması üçün təkrarən "Nikoyl"(”Yelo Bank”) İKB ASC-ə göndərilmiş, ancaq sonuncu buna da əhəmiyyət verməmişdir. Halbuki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 fevral tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli fərmanı ilə təs diq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin ********** №-li 27 mart 2019-cu il tarixli Qərarı qəbul edilmişdir ki, onun aldığı kredit məbləği də həmin qərara əsasən tənzimlənməli və onun tələblərinə uyğun olaraq restrukturizasiya edilməlidir. Məlum olduğu ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və onun səlahiyyətləri hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Onun Azərbaycan Respublikasının Mərkəzi Bankına etdiyi sonuncu müraciətinə əsasən onunla telefon əlaqəsi saxlanılaraq bildiurilmişdir ki, cavabdehin təqdim etdiyi kredit borcu restrukturizasiya olun an şəxslərin siyahısına əsasən onun adına da müvafiq qurumun yaratdığı elektron portalda əks olunmuş və kredit borcunun faizləri silinərək onun adına güzəştli şərtlərlə müvafiq kredit məbləğinin ayrılması müəyyən olunmuşdur. Cavabdehin bugünədək onun yeni müqavilə bağlamadığını nəzərə alaraq bunun məsuliyyətinin "Nikoyİ" (”Yelo Bank”) İKB ASC-nin üzərinə düşdüyü bildirilərək ona müvafiq qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bütün bu səbəblərə görə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2889/21 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tə dbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanına uyğun olaraq keçmiş “Nikoyl” X3” ASC, hazırkı Cavabdeh ASC-nin Bərdə şəhər filialı ilə onun arasında bağlanmış 06 aprel 2015-ci il tarixli, 12-SKMF-3-0-259-15 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcunun restrukturizasiya olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(021)-2097/2018 saylı qətnaməsi ilə iddiaçı "Nikoyl" X2 İddiaçı və digərlərinə qarşı iddia tələbi qismən təmin edilmiş, kredit müqaviləsi üzrə İddiaçı "Nikoyl" (”Yelo Bank”) İKB ASC-nin xeyrinə 13125,0 manat əsas borcun, 1172,01 mana t faiz borcunun, 20 manat cərimə borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan X4 məxsus Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 141,8 kvadrat metr ümumi, 101,6 kvadrat metr yaşayış, 40,231 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ilə 0,73 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunan pulla kreditin ödənilməsi qət olunmuşdur. Ancaq məlum olduğu kimi, məhkəmə qətnaməsinin çıxarıldığı müddətdən sonra ölkə başçısının məlum fərmanı ilə fiziki şəxslər tərəfindən vaxtı keçirilmiş kreditlərlə bağlı müvafiq hüquqi tənzimləmə aparılmışdır. Belə ki, ’’Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haq qında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli,551 saylı Fərmanının 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə, “ Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılmasının mümkün olmamasının səbəbi İddiaçı 06 aprel 2015-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq girov qoyulmuş qızıl-zinət əşyalarının yenidən girov qoyulmasına razılıq verməməsidir. Bu, iddiaçının banka qarşı iddia tə ləbi və 06 iyul 2021-ci il tarixli ərizəsi ilə öz təsdiqini tapır. İddiaçıya bank tərəfindən dəfələrlə müraciət olunaraq 06 aprel 2015-ci il tarixli kredit müqaviləsinin təminatı olmuş əmlakların və qızılzinət əşyalarının girov qoyulması şərti ilə banka olan kredit borcunun restrukturizasiya edilməsi və güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması təklif olunsa da, İddiaçı buna razılıq verməmişdir. Əksinə, xx.xx.2021-ci il tarixdə banka ərizə ilə müraciət edərək, qızıl-zinət əşyaların girov qoyulmaqla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanmasına razı olmadığını bildirmiş və girovda olan qızıl-zinət əşyalarının ona qaytarılmasını tələb etmişdir. Güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanmamasında bank deyil, iddiaçı təqsirlidir, iddiaçı qızıl-zinət əşyaların ın yenidən girov qoyulmasına razılıq verməməsidir.
13. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8989/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin göstərdiyi əsas yəni, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq girov qoyulmuş qızıl-zinət əşyalarının yenidən girov qoyulmasına razılıq vermədiyinə görə kredit borcunun restrukturizasiya edilməsinin və güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağla nmasının mümkün olmaması heç bir halda ’’Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının icrasına mane ola bilməzdi. Belə ki, əvvəla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçıdan kredit borcu tutulmuş və tutma ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilmişdir. Yəni, iddiaçının götürmüş olduğu və məhkəmə qətnaməsi ilə ondan tutulan kredit təminatsız deyildir. Digər tərəfdən, qızıl-zinət əşyaları girov predmeti olmuş olsa da, qüvvədə olan qətnamə ilə həmin əmlaklara tutma yönəldilməmişdir və hazırda aparılacaq restrukturizasiyanın məqsədi iddiaçının borc yükünü ağırlaşdırmaq yox, yüngüllləşdirmək məqsədi daşıyır. Gəncə Ape llyasiya Məhkəməsi külki kollegiyasının qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsi ilə kredit borcunun tutulması ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilmiş və həmin evin ilkin satış qiyməti 65 000 manat, yəni kredit borcunu dəfələrlə üstələyən məbləğdə müəyyən edilmişdir. Belə olan vəziyyətdə, cavabdehin restrukturizasiya üçün iddiaçıdan qızıl-zinət əşyalarının da girov qoyulmasını tələb etməsi anlaşılan deyil.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən Fərmanın məqsədi fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsinin təmin edilməsi olduğundan Bank tərəfindən İddiaçı restrukturizasiya, güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması üçün girov müqaviləsinin bağlanmasının tələb edilməsi və bunun şərt kimi qoyulması, yalnız bunun qarşılığında onun kredit borcunun restrukturizasiya edilə bilməsinin imtina səbəbi kimi göstərilməsi yolverilməzdir
16. Məhkəmə öz mövqeyini ’’Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq ’’Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanı
20. Bənd
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
21. Bənd
6. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kred it borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Mülki Prossesual Məcəllə
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur.
25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəm əsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkə mə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir, həmin məhkəmə tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz olaraq araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndir mə ilə razılaşır, əlavə qiymətləndirməyə ehtiyac görmür.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8989/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.