Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2089/2019 05.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh,cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 may 2018- ci il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov) iddiaçı X Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) Nizami rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X Cavabdeh qarşı iddia verərək, Cavabdeh ilə X arasında bağlanmış 28.09.2017-ci il tarixli əmək müqaviləsinin bağlandığı tarixdən etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına görə X baş ofisi üçün böyük hüquqşünas/hüquqşünas vəzifəsinə vakansiya elan etmişdir. Həmin vakansiya üzrə hüquq üzrə bakalavr dərəcəsi, hüquq sahəsi üzrə azı iki il iş təcrübəsi və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq, mülki, mülki-prosessual, əmək, həmçinin bank qanunvericiliyini mükəmməl bilmək, Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (ingilis və rus dillərini bilmək arzuolunandır), Microsoft və ofis proqramlarını mükəmməl bilmək, təşkilat və onun missiyasına yüksək sadiqlik, əla şəxsi keyfiyyətlər, üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri tələb olunmuşdur. Bu vakansiya əsasında X ilə Cavabdeh arasında bağlanmış 28 avqust 2017-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən X X4 işlər üzrə Hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. 13 noyabr 2017-ci il tarixli əmrə əsasən təşkilatın korporativ hüquq işləri üzrə Hüquqşünası sınaq müddəti ərzində özünü doğrultmadığına, yəni əmək müqaviləsində əsas vəzifə funksiyası kimi müəyyən edilmiş öhdəliklərini lazımınca təmin edə bilmədiyinə, həmçinin həmin funksiyanın təmin edilməsi üçün zəruri olan və əmək müqaviləsi ilə müəyyən edilmiş “fəaliyyət istiqamətlərini" yetərincə icra edə bilmədiyinə görə 13 noyabr 2017-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “D” bəndinə əsasən tutuduğu vəzifədən azad edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 1-3-cü bəndinə əsasən bu əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qay dalarla və prinsiplərlə tənzimlənir; 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi müddətli bağlanmışdır; 2.2-ci bəndinə əsasən işin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər. İşçi sınaq müddəti ərzində özünü doğrultmadığı və onun üzərinə düşən əmək funksiyalarını lazımınca icra etmədikdə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə Əmək Məcəlləsinə müvafiq surətdə xitam verilə bilər. 2.2-ci bəndinə əsasən əmək müqaviləsi 28 avqust 2017-ci il tarixindən, 27 fevral 2018-ci il tarixinədək 6 (ay) müddətinə bağlanmışdır. 3.1-ci bəndinə əsasən işçidən tələb olunan ixtisas və təcrübə tələbləriAzərbaycanın aparıcı universitetindən hüquqşünas diplomu (magistr diplomu olanlara üstünlük verilir); Hüquq sahəsi üzrə azı 2 il iş təcrübəsinə malik olmalı; Mülki, mülkiprosessual, ipoteka haqqında və bank qanunvericiliyini mükəmməl bilməli; Azərbaycan dilində səlis danışıq və yazı qabiliyətinə malik olmaq (ingilis və rus dillərini bilmək arzuolunandır); MS Office proqramlarını yaxşı səviyyədə bilmək. “X” tərəfindən verilmiş 012351 nömrəli sertifikata əsasən Cavabdeh İngilis dili kursunu müvəffəqiyyətlə tamamlamışdır. Cavabdeh bildirir ki, verdiyi vakansiya ilə bağlı onlara müraciət edən iddiaçı ingilis dilini mükəmməl bilməsi və dövlət orqanlarında təcrübə keçməsi barədə düzgün olmayan məlumatlar vermişdir. Lakin işə qəbul edildikdən sonra bu faktların düzgün olmadığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, əmək müqaviləsində, həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi internet portalından çıxarışda X tərəfindən, hüquqşünas vəzifəsi üzrə tələb olunan keyfiyyətlər qeyd olunmuşdur. İstər əmək müqaviləsində, istərsə də, internet portalında vakansiya üzrə elanda dili bilikləri qrafasında Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq tələb olunmuş, ingilis və rus dili bilikləri isə “arzuolunandır” kimi qeyd olunmuşdur. X-də Korporativ İşlər üzrə Hüquqşünas vəzifəsi üzrə tələb olunan keyfiyyətlər arasında ingilis və rus dili biliyi əsas şərtlərdən olmamışdır və iddiaçı “X bununla bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məc əllənin 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı işin halları ilə müəyyən edilir ki, iddiaçı “X tərəfindən təşkil edilən ingilis dili kursunu müvəffəqiyyətlə başa vurmuş, bununla bağlı ona müvafiq sertifikat verilmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2089/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2089/2019
05.04.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver