Məhkəmə qərarları › İş №2(102)-2089/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2089/2024

02.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2089/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh5 və Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə rayon Həsənqaya Bələdiyyəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin boşaldılması, evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Tə vəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh5 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə rayon Həsənqaya Bələdiyyəsi cəlb edilməklə) “evə köçürülmə” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-232/2024 nömrəli, 15 yanvar 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının valideynləri X10 və X11 23 aprel 1962-ci il tarixdə nikaha daxil olm uş və Bərdə rayonunda yaşamışlar. X10 xx.xx.1974-cü ildə, X11 isə xx.xx.2000-ci ildə vəfat etmişdir.

2. X3 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2013-cü il tarixli şəhadətnamə verilmişdir. Şəhadətnamədə miras əmlak kimi JN:0173 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən miras qoyanın mülkiyyətində olan 0,5023 ha torpaq sahəsi qeyd olunmuşdur. Vərəsələr kimi X5 və İddiaçı göstərilmişdir.

3. Bərdə rayon Dövlət Arxivinin 18 oktyabr 2022-ci il tarixli, 194 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bərdə rayon Dövlət Arxivində 167 nömrəli fondda mühafizə olunan Bərdə rayon Həsənqaya kənd İƏV-nin 1996-2000-ci illər üzrə 1 nömrəli təsərrüfatbaşına kitabın 22 nömrəli şəxsi hesabında vətəndaş, mərhum X11 ailə başçısı kimi göstərilmiş, adına olan torpaq 1995-1 996-cı illərdə 0,18 ha, 1997-2000-ci illərdə 0,27 ha, evin ümumi sahəsi 1996-1997-ci illərdə 80 kv.m, yaşayış sahəsinin 56 kv.m olduğu qeyd edilmişdir.

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin 01 mart 2023-cü il tarixli, 3-21-46/2918/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, X6 adına 3 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu Həsənqaya kəndində JN:173 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi il ə məhkəməyə müracitə edərək, Bərdə rayonun Həsənqaya kəndində yerləşəh həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin vərəsələr arasında bölünməsi, miras əmlakn naturada bölünməsi və onun Bərdə rayonun Həsənqaya kəndində yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamı çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı daha sonra iddia tələbini dəyişərək, cavabdehlər qismində Cavabdeh5 və Cavabdeh3 saxlanılmaqla, onun Bərdə rayonu Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 17 oktyabr 1952-ci il təvəllüdlüdür, Onlar 7 uşaq olublar. X23 2000-ci il tarixdə, atası Babayev Ələsgər 1974-cü il tarixdə, qardaşları X12 29 aprel 2003-cü il tarixdə, X13 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Anadan olduğu müddətdən valideynlərinin 1972-ci ildə tikdirdiyi fərdi yaşayış evində yaşamışdır. Həmçinin sovet dövründə kolxozda və səyyari ticarətdə işləyib və işlədiyi müddətdə evdə əlavə tikinti işləri apararaq yaşayış şəraitini yaxşılaşdırmışdır. Öz həyatını düşünmədən yalnız bacı və qardaşları üçün yaşamış, onlara daimi maddi yardım etmiş, onları evləndirmişdir. 2000-ci ildə anasının vəfatından sonra əvvəl yaşadığı ünvanda yaşamış, mirası faktiki olaraq qəbul etməklə idarə etmiş, yaşadığı təsərrüfatı genişləndirmək üçün anasının ölümündən sonra həmkəndlisi Telman adlı şəxsdən 1 yanıbalalı və 1 boğaz inək almışdır. Hal-hazırda miras qalmış fərdi yaşayış evini və torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirmək istəyir. Bununla bağlı Bərdə regional Asan xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə mirası qəbuletmə müddətinin ötürülməsi səbəbilə imtina edilmişdir. Sonuncu savadsızılığından mirası qəbuletmə müddətini ötürmüşdür. O, həmin torpağın mülkiyyətçisi olmağına baxmayaraq, yuxarıda adlarını qeyd etdiyi, maraqlı şəxslər olan bacıları öz evində yaşamağa imkan verməmiş, onu bezdirdikləri üçün məcbur qalıb evdən çıxmalı olmuşdur. Təxminən 1 il olar ki, təsərrüfatında olan evdə yaşamağına Cavabdeh5 imkan vermir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında Cavabdeh5 bildirmişdir ki, İddiaçı ilə bir yerdə yaşaya bilmir. Buna görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh qeyd etmişdir ki, onun qızı Jalə Süleymanova özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evini 1 6 iyun 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X4 bağışlamışdır. X8 həmin mənzili o şərtlə İddiaçı - bibisinə bağışlamışdır ki, hazırkı mübahisəli mənzildən çıxsın. İddiaçı isə 19 aprel 2019-cu il tarixli bağışlama müqaviləsi ilə həmin mənzili X14 bağışlamışdır.

9. Sübut kimi məhkəməyə təqdim olunmuş 16 iyun 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X8 mülkiyyətində olan, ünvan 1 ünvanında 0,0484 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 82,2 kv.m, yardımçı sahəsi 27,1 kv.m olmaqla, ümumi sahəsi 109,3 kv.m olan 4 otaqlı fərdi yaşayış evini 0,0484 ha torpaq sahəsi ilə birlikdə X4 bağışlamışdır.

10. X7 11 aprel 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, mülkiyyətində olan, ünvan 2 ünvanında 0,0484 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 109,3 kv.m, yaşayış sahəsi 82,2 kv.m, yardımçı sahəsi 27,1 kv.m olan 4 otaqlı fərdi yaşayış evini və 0,0484 ha torpaq sahəsini X14 bağışlamışdır.

11. Bərdə Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(021)-1918/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə rayon Həsənqaya bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

12. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 iyul 2023-cü il tarixli, 2(021)-1918/2023 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbi qismən təmin edilərək, İddiaçı Cavabdeh5 faktiki yaşadığı Bərdə rayon Həsənqaya kəndində yerləşən evə köçürülməsi və iddia tələbinin Cavabdeh3 münasibətdə təmin olunmaması qət edilmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, Bərdə rayonu, Həsənqaya kəndi ərazisində yerləşən fərdi yaşayış evi rəsmi reyestrdə qeydiyyatdan keçməyən evdir. Təsərrüfat başı kitabına əsasən həmin evdə İddiaçı və Cavabdeh5 qeydə alınmışdır. Cavabdeh5 İddiaçı vəfat etmiş qardaşının arvadıdır. Digər Cavabdeh3 isə iddiaçının bacısı olmaqla ailə həyat quraraq ata yurdunu çoxdan tərk etmişdir və orada yaşamır. Cavabdeh5 isə İddiaçı orada yaşamasına mane olur.

14. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır.

15. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə burax mama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəf iddianın rədd olunması fikrini onunla əsaslandırmışlar ki, 16 iyun 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X1 şəhəri, Bakıxanov küçəsi 38 ünvanında mülkiyyətində olan 0.0484 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 82.2 kv/m, yardımçı sahəsi 27.1 kv/m olmaqla ümumi sahəsi 109.3 kv/m olan 4 otaqlı fərdi yaşayış evini 0.0484 ha torpaq sahəsi ilə birlikdə X4 bağışlamışdır. İddiaçı isə 19 aprel 2019-cu il tarixli bağışlama müqaviləsi ilə həmin mənzili X14 bağışlamışdır. X8 Cavabdeh5 qızıdır və həmin mənzili o şərtlə İddiaçı bibisinə bağışlamışdır ki, hazırkı mübahisəli mənzi ldən çıxsın. Almaz isə öz növbəsində ünvan 1 ünvanında olan evi X14 bağışlamışdır ki, həmin şəxs də Almazın başqa bir qardaşı oğludur.

17. Məhkəmə Mülki Məcəllənin 666.1-ci maddəsində bağışlama müqaviləsinə verilən anlayışda bağışlamanın hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsi barədə göstərişə istinad edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində belə şərtin olması müəyyən edilmir. Buna görə də məhkəmə cavabdehin bu dəlilini əsassız saymışdır.

18. Məhkəmə iddia tələbinin Cavabdeh3 aid hissəyə münasibətdə hesab etmişdir ki, Cavabdeh3 iddia tələbinə cavab verməli olan şəxs deyil. Belə ki, o həmin evdə yaşamır, sadəcə olaraq sözlə iddianın rədd olunmasını istəyir.

19. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Re spublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13 və 48-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Cavabdeh5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, İddiaçı mülkiyyətində olan evi qardaşı oğluna bağışlayaraq, özünü yaşayış sahəsi olmayan şəxs kimi təqdim etmişdir. Birinci instansiya məhkəməsi isə İddiaçı 2000-ci ildə anasının vəfatından az müddət sonra evdən niyə getməsini, uzun illər harada yaşamasını, qazancını hansı bacısına və ya qar daşı oğluna verməsini, həmin evdən niyə çıxmasını və Jalənin ona bağışladığı Bərdə şəhəri, Bakıxanov küçəsi (indiki Elçin Əsədov küçəsi) 38 üvanında yerləşən 109,3 kv.m ümumi sahəli evdə 2015-ci ildən hal-hazıradək yaşadığı halda, həmin evi 2019-cu ildə qardaşı oğlu X14 bağışlamasını araşdırmamışdır. İddiaçının yaşayış sahəsinə ehtiyacı olsaydı, Bərdə şəhərinin mərkəzində yerləşən evi qardaşı oğlu Rəşada bağışlamazdı.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi qeydiyyata alınmamışdır. Həmin evdə cavabdeh Ulduz, oğlu və onun ailəsi yaşayır. Ulduz iddiaçının baldızıdır və iddiaçının qardaşı Sahib Babayevin arvad ı olmuşdur. Razılaşma əsasında Ulduzun qızı Jalə mülkiyyətində olan evi 2015-ci ildə iddiaçıya bağışlamışdır və sonuncu da 2015-ci ildən həmin evdə yaşayır. Buna baxmayaraq iddiaçı 2019-cu ildə həmin evi qardaşı oğluna bağışlamışdır. Vəkil1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, qardaşı qızı Jalə tərəfindən ona bağışlanmış ev də əslində onun vəsaiti hesabına tikilmişdir. Ona görə də, Jalə evi sonradan ona bağışlamış, o da həmin evi X1 4 bağışlamışdır. Hazırda yaşamağa yeri yoxdur. Valideynlərindən qalan Bərdə rayonu Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinə köçmək istəsədə, cavabdehlər ona imkan vermir.

24. Gəncə Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya isntansiyası məhkəməsi) 2(104)-232/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir.

25. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, evə köçürülmə tələbinə dair işlərə baxılarkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır. Birincisi, şəxs köçmək istədiyi yerdə yaşayıbmı, ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi, üçüncüsü, məhrum edilmə qanunidirmi. Kollegiya hesab edib ki, iddiaçı köçmək istədiyi evdə əvvəllər yaşasada, onun sonradan həmin evdən çıxaraq digər yaşayış yerində yaşaması, əvvəlki yaşayış yerindən məhrum edilməsi kimi qiymətləndirilməməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçının Bərdə rayonu, Həsənqaya kəndində yerləşən fərdi yaşayış evindən çıxması üçün Cavabdeh5 qızı X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evini 16 iyun 2015-ci il tarixdə iddiaçıya bağışlamış, sonuncu da bunu qəbul etmiş, nəticədə həmin əmlak iddiaçının adına qeydə alınaraq bu barədə 28 mart 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan həmin 4 otaqlı fərdi yaşayış evini 2019-cu ildə qardaşı oğlu X14 bağışlaması ona əsas vermir ki, Cavabdeh5 sahibliyində və istifadəsində olan evə köçürülsün.

26. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4, 68.1-ci, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına maddələrini rəhbər tutaraq əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda ə saslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

32. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydal arını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

33. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

34. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

35. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya m əhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hal ları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

49. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

50. Tərəflər arasında yaranan mübahisə, iddiaçının mənzil hüquqlarının həyata keçirilməsi üzrə yaranmışdır. Bu baxımdan işin halları Konstitusiyanın mənzil hüququnu təsbit edən 43-cü maddəsinin və əlaqəli normalar əsasında yoxlanmalıdır.

51. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun day anmalıdır. Mənzildən istifadə, həm də oradan maneəsiz və dinc istifadəni ehtiva edir. Buna görə də iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə maneələrin aradan qaldırılması barədə iddia tələbi, onun Konstitusiyada təsbit olunmuş hüququnu səmərəli səviyyədə təmin etməlidir.

52. Apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu əsaslar üzrə yoxlamış və hesab etmişdir ki, iddiaçı köçmək istədiyi evdə əvvəllər yaşasa da, onun sonradan həmin evdən çıxaraq digər yaşayış yerində yaşaması, əvvəlki yaşayış yerindən məhrum edilməsi kimi qiymətləndirilməməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçının Bərdə rayonu, Həsənqaya kəndində yerləşən fərdi yaşayış evindən çıxması üçün Cavabdeh5 qızı X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evini 16 i yun 2015-ci il tarixdə iddiaçıya bağışlamış, sonuncu da bunu qəbul etmiş, nəticədə həmin əmlak iddiaçının adına qeydə alınaraq bu barədə 28 mart 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan həmin 4 otaqlı fərdi yaşayış evini 2019-cu ildə qardaşı oğlu X14 bağışlaması ona əsas vermir ki, Cavabdeh5 sahibliyində və istifadəsində olan evə köçürülsün.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-232/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar