Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2091/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinə dair tələblər) 17.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 31 yanvar tarixli, 2(103)1017/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmi ş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes-Benz” E 220 CDİ markalı, əvvəlki **-LN-***, hazırki 99OD141 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqısatqısı barədə 2021-ci il 22 yanvar tarixli müqaviləsinin etibarsız hesab edilərək, AD994712 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, həmçinin nəqliyyat vasitəsinin və ya onun dəyərinin (50000 manat) iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin (hakim R.Xəlilov) 2021-ci il 4 noyabr tarixli, 2(006)6036/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Tanrıverdiyev, İ.Şirinov, N.Cəfərov) 2022-ci il 29 aprel tarixli, 2(103)-2232/2022 nömrəli qətnaməsi ilə cavabdeh tərə findən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmişdir.
4. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2022-ci il tarixli 17 oktyabr tarixli, 2(102)-4199/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cu il 31 yanvar tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhk əməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM)
8. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
9. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
10. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayət MPM-də nəzərdə tutulmuş tələblərə cavab vermir.
12. Belə ki, hazırki şikayətdə cavabdeh bəzi maddi və prosessual hüquq normalarının mətninə formal istinadlar etsə də, həmin normaların mübahisəyə aidiyyətini göstərməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olduğuna dair mövqeyini əsaslandırmamışdır.
13. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.1.5). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (407.2).
14. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.
15. Məhkəmə kollegiyası hesab edir ki, mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.
16. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti MPM-in 408.1.1-ci və 408.1.5-ci maddələrinə əsasən qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 31 yanvar tarixli, 2(103)1017/2023 nömrəli qətnaməsindən Cav abdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və kassasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.